Azərbaycan beynəlxalq banki



Yüklə 12,33 Mb.
Pdf görüntüsü
səhifə26/43
tarix14.09.2018
ölçüsü12,33 Mb.
#68534
1   ...   22   23   24   25   26   27   28   29   ...   43

AZƏRBAYCAN BEYNƏLXALQ BANKI
104
3.Hesabatların Tərtib Edilməsinin və Mühasibat Uçotunun 
Əsas Prinsipləri (davamı)
Cari mənfəət vergisi, cari və əvvəlki dövrlər üzrə vergiyə cəlb edilən mənfəət və ya zərər ilə əlaqədar vergi orqanlarına ödəniləcək və ya on-
lardan geri alınacaq məbləği təşkil edir. Vergiyə cəlb edilən mənfəət və ya zərər, Qrupun hər bir müəssisəsinin konsolidasiya edilmiş maliyyə
hesabatlarının müvafiq vergi bəyannamələrinin təqdim olunmasından əvvəl təsdiqləndiyi halda təxmini hesablanır. Mənfəət vergisindən
başqa digər vergilər əməliyyat xərcləri kimi qeydə alınır.
Təxirə salınmış mənfəət vergisi balans passivi metodundan istifadə etməklə, aktiv və passivlərin vergi bazası və maliyyə hesabatları
məqsədləri üçün onların balans dəyəri arasında yaranan keçmiş illərdən yığılmış vergi zərərləri və bütün müvəqqəti fərqlər üçün hesablanır.
İlkin uçot zamanı istisna hal olaraq, əgər əməliyyat maliyyə mənfəəti və vergiyə cəlb edilən mənfəətə təsir göstərmirsə, aktiv və passivin
ilkin qeydə alınması nəticəsində yaranan müvəqqəti fərqlər üzrə təxirə salınmış vergi hesablanmır (biznes birləşməsi halları istisna olmaqla).
Təxirə salınmış vergi qalıqları, balans tarixinə qüvvədə olan vergi dərəcələrinə əsasən müvəqqəti fərqlərin qaytarılacağı və ya keçmiş illərdən
yığılmış vergi zərərlərinin istifadə ediləcəyi dövrdə tətbiq edilməli vergi dərəcələrindən istifadə etməklə hesablanır. Təxirə salınmış vergi aktiv
və passivləri yalnız Qrupun ayrı-ayrı şirkətləri arasında əvəzləşdirilir. Gəlirdən çıxılan müvəqqəti fərqlər üzrə təxirə salınmış vergi aktivləri və
keçmiş illərdən yığılmış vergi zərərləri o zaman hesablanır ki, bu çıxılmaların realizasiya oluna bilməsi üçün gələcəkdə kifayət qədər vergiyə
cəlb ediləcək mənfəətin mövcudluğu ehtimal edilsin.
Passivlər və məsrəflər üzrə ehtiyatlar. Passivlər və məsrəflər üzrə ehtiyatlar qeyri-müəyyən vaxt və məbləğə malik olan qeyri-maliyyə
passivləridir. Qrup keçmiş hadisələr nəticəsində cari hüquqi və konstruktiv öhdəliyə malik olduqda, bu cür öhdəliyin yerinə yetirilməsi üçün
iqtisadi səmərəni nəzərdə tutan resursların azalması tələb olunduqda və bu öhdəliyin məbləği kifayət qədər dəqiq qiymətləndirildikdə
ehtiyatlar qeydə alınır.
Kreditlərlə bağlı digər öhdəliklər. Qrup adi fəaliyyət gedişində akkreditivlərin açılması və zəmanətlərin verilməsi üzrə öhdəliklər daxil
olmaqla, kreditləşdirmə ilə bağlı digər öhdəlikləri öz üzərinə götürür. Bazar faiz dərəcələrindən aşağı faiz dərəcələrilə kreditlərin verilməsi
üzrə öhdəliklər əvvəlcə ədalətli dəyərlə qeydə alınırlar. Sonradan bu cür öhdəliklər (i) alınmış və təxirə salınmış haqların amortizasiya olunma-
mış qalığı ilə (ii) balans tarixində öhdəliyin yerinə yetirilməsi üçün tələb olunan xərclərdən ən yüksək olanı ilə ölçülür. Kreditlərlə bağlı digər
öhdəliklərdə zərərlərin yaranması ehtimal edildikdə, onlar üçün xüsusi ehtiyat yaradılır.
Səhm mükafatı. Səhm mükafatı buraxılmış səhmlərin nominal dəyərindən artıq ödənilmiş hissəsidir.
Dividendlər. Dividendlər elan edildikləri dövrdə kapital hesablarında qeydə alınır. Balans tarixindən sonra və konsolidasiya edilmiş maliyyə
hesabatlarının imzalanmasından əvvəl elan edilmiş dividendlər hesabat tarixindən sonra baş vermiş hadisələr üzrə Qeyddə açıqlanır.
Mənfəətin bölüşdürülməsi və onun digər şəkildə istifadəsi Bankın yerli qaydalara uyğun olaraq hazırlanmış mühasibat hesabatlarına əsasən
həyata keçirilir. Azərbaycan qanunvericiliyində cari ilin xalis mənfəəti bölüşdürmənin əsası kimi müəyyən edilir.
Gəlir və xərclərin uçotu. Faiz gəlir və xərcləri konsolidasiya edilmiş mənfəət və zərər hesabatında bütün borc vasitələri üçün effektiv faiz
metodundan istifadə etməklə hesablama metoduna əsasən qeydə alınır. Bu metod, faiz gəlir və xərclərinin bir hissəsi kimi müqavilə tərəfləri
arasında ödənilmiş və ya alınmış effektiv faiz dərəcəsinin tərkib hissəsi olan bütün haqları, əməliyyat xərclərini və digər mükafat və ya diskont
edilmiş vasitələri təxirə salır.
Effektiv faiz dərəcəsində əks olunan haqlara maliyyə aktivinin yaradılması və ya alınması, yaxud maliyyə passivinin buraxılması ilə əlaqədar
müəssisə tərəfindən əldə edilmiş və ya ödənilmiş buraxılma haqları daxildir (məsələn, ödəmə qabiliyyətinin qiymətləndirilməsi, zəmanətlərin
və ya girovun dəyərləndirilməsi və qeydə alınması, maliyyə vasitəsinin şərtlərinin razılaşdırılması və əməliyyat sənədlərinin işlənməsi haqları).
Bazar faiz dərəcələrilə kreditlərin verilməsi məqsədilə Qrup tərəfindən əldə edilmiş haqlar, Qrupun xüsusi kredit müqaviləsi imzalayacağı eh-
timal edildikdə və həmin müqavilə əsasında əldə etdiyi krediti dərhal üçüncü tərəfə borc verəcəyi gözlənilmədikdə, effektiv faiz dərəcəsində
əks olunur. Kreditlərin verilməsi üzrə öhdəliklər Qrup tərəfindən mənfəət və zərər hesabatında ədalətli dəyərlə qeydə alınan maliyyə
passivləri kimi göstərilmir.
Kreditlərin və digər borc vasitələrinin qaytarılması şübhəli olduqda, onların dəyəri gözlənilən pul vəsaitləri hərəkətinin cari dəyərinə qədər
azaldılır və bu kreditlər üzrə faiz gəlirləri sonradan mümkün zərərlərin qiymətləndirilməsi üçün istifadə edilmiş effektiv faiz dərəcəsi nəzərə
alınmaqla cari dəyər diskontunun geri qaytarılması üçün qeydə alınır.
Bütün digər haqq, komissiya, gəlir və xərclər əsasən göstərilməli olan bütün xidmətlərin nisbəti kimi göstərilmiş faktiki xidmətlərin əsasında
müəyyən edilən konkret əməliyyatın başa çatdırılması nəzərə alınmaqla hesablama metodu ilə qeydə alınır. Kreditin sindikatlaşdırılması üzrə
haqlar sindikasiya başa çatdırıldıqda və Qrup kredit paketinin heç bir hissəsini özündə və eyni effektiv faiz dərəcəsilə digər iştirakçılar üçün
saxlamadıqda gəlir kimi qeydə alınır.
Danışıqlar və ya üçüncü tərəf üçün əməliyyatların aparılmasına (məsələn, kreditlərin, səhmlərin və ya digər qiymətli kağızların alınması və
yaxud müəssisənin alqısı və ya satışı) dair danışıqlarda iştirak nəticəsində ödənilən haqq və komissiyalar göstərilən əməliyyatın başa çatdığı
tarixdə qeydə alınır. İnvestisiya portfelinin idarə olunması üzrə komissiya gəlirləri və digər idarəetmə və məsləhət xidmətləri, adətən zaman
nisbəti prinsipinə əsasən xidmətlərin göstərilməsinə dair müqavilələrin şərtlərinə uyğun olaraq əks etdirilir.


Yüklə 12,33 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə