Azərbaycan beynəlxalq banki



Yüklə 12,33 Mb.
Pdf görüntüsü
səhifə27/43
tarix14.09.2018
ölçüsü12,33 Mb.
#68534
1   ...   23   24   25   26   27   28   29   30   ...   43

Maliyyə hesabatları 2005
105
3.Hesabatların Tərtib Edilməsinin və Mühasibat 
Uçotunun Əsas Prinsipləri (davamı)
İnvestisiya fondlarındakı aktivlərin idarə olunması üzrə komissiya gəlirləri bu cür xidmətlərin göstərildiyi dövr ərzində proporsional şəkildə
qeydə alınır. Eyni prinsip, uzun müddət ərzində ardıcıl olaraq göstərilən maddi rifahın idarə olunması, maliyyə planlaşdırması və depozitari
xidmətləri üçün tətbiq edilir.
Xarici valyutanın çevrilməsi. Qrupun konsolidasiya edilmiş hər bir müəssisəsinin funksional valyutası onun fəaliyyət göstərdiyi əsas iqtisadi
mühitin valyutası hesab edilir. Bankın funksional valyutası və Qrupun hesabat valyutası Azərbaycan Respublikasının milli valyutası olan
Azərbaycan Manatıdır (“AZM”). 31 saylı Qeydə baxın.
Xarici valyutada denominasiya edilmiş monetar aktiv və passivlər ARMB-nin müvafiq balans tarixlərinə qüvvədə olan rəsmi valyuta
məzənnəsinə əsasən hər bir müəssisənin funksional valyutasına çevrilir. Əməliyyatların həyata keçirilməsi və ARMB-nin ilin sonuna olan rəsmi
valyuta məzənnələri ilə monetar aktiv və passivlərin hər bir müəssisənin funksional valyutasına çevrilməsi nəticəsində yaranan xarici valyuta-
nın yenidən qiymətləndirilməsi üzrə gəlir və zərər mənfəət və zərər hesabatında qeydə alınır. İlin sonuna qüvvədə olan valyuta məzənnələri
ilə yerli valyutaya çevrilmə qeyri-monetar maddələrə, o cümlədən qiymətli kağızlara şamil edilmir. Valyuta məzənnələrindəki dəyişikliklərin
qiymətli kağızların ədalətli dəyərinə təsiri ədalətli dəyər üzrə gəlir və ya zərərin bir hissəsi kimi qeydə alınır.
31 dekabr 2005-ci il tarixinə xarici valyuta qalıqlarının çevrilməsində istifadə olunan əsas valyuta məzənnələri belə olmuşdur: 1 ABŞ Dolları
= 4,593 AZM (2004: 1 ABŞ Dolları = 4,903 AZM). Azərbaycan Manatının digər xarici valyutalara çevrilməsi ilə əlaqədar məhdudiyyətlər və
nəzarət sistemi mövcuddur. hazırda, Azərbaycan Manatı digər ölkələrdə sərbəst dönərli valyuta hesab edilmir.
Əvəzləşdirmə. Konsolidasiya edilmiş balans hesabatında maliyyə aktiv və passivlərinin əvəzləşdirilməsi və alınan xalis məbləğin balansa daxil
edilməsi yalnız o zaman həyata keçirilə bilər ki, qeydə alınmış məbləğlərin əvəzləşdirilməsi üçün hüquqi əsas, xalis məbləğ əsasında hesablaş-
manı aparmaq və eyni zamanda aktivi realizasiya edərək passivi ödəmək niyyəti mövcud olsun.
İşçilərə sərf olunan xərclər və müvafiq ayırmalar. Əmək haqları, məvaciblər, Azərbaycan Respublikasının Sosial Müdafiə Fondlarına
ödənişlər, ödənişli və xəstəlik məzuniyyətləri, bonuslar və pul şəklində olmayan mükafatlar Qrupun işçiləri tərəfindən müvafiq xidmətlərin
göstərildiyi ildə hesablanır və qeydə alınır.
4.Uçot Siyasətinin Tətbiqi Zamanı Əhəmiyyətli Mühasibat 
Təxminləri və Fərziyyələr
Qrup növbəti maliyyə ili ərzində aktiv və passivlərin qeyd olunmuş məbləğlərinə təsir göstərən təxminlər və fərziyyələr irəli sürür. həmin
təxminlər və fərziyyələr müntəzəm olaraq qiymətləndirilir və rəhbərliyin təcrübəsinə və digər amillərə, o cümlədən müəyyən olunmuş hallar-
da məqbul sayıla bilən gələcək hadisələrə dair ehtimallara əsaslanır. Uçot siyasətinin tətbiqi zamanı rəhbərlik fərziyyələrdən başqa müəyyən
mülahizələr də irəli sürür. Konsolidasiya edilmiş maliyyə hesabatlarında qeydə alınmış məbləğlərə çox əhəmiyyətli təsir göstərən mülahizələr
və növbəti maliyyə ili ərzində aktiv və passivlərin balans dəyərinə əhəmiyyətli düzəlişin edilməsinə səbəb olan təxminlər aşağıdakılardan
ibarətdir:
Satıla bilən investisiya kağızları üzrə mümkün zərərlər. Qrup müəyyən edir ki, satıla bilən investisiya kağızları üzrə mümkün zərər
həmin qiymətli kağızlar üzrə ədalətli dəyərin onların balans dəyərindən artıq olduğu halda yaranır. Nəyin əhəmiyyətli və artıq olduğunun
müəyyən edilməsi üçün mülahizə irəli sürmək tələb olunur. Belə bir mülahizə irəli sürərkən, Bank digər amillərlə yanaşı, səhmin qiymətindəki
dəyişikliyi qiymətləndirir. Bundan əlavə, investisiya qoyulan müəssisənin maliyyə statusunun, onun fəaliyyət göstərdiyi iqtidsadi sekto-
run pisləşməsinə, texnologiyada, eləcə də əməliyyat və maliyyələşdirmə fəaliyyətindən daxil olan pul vəsaitlərinin axınında dəyişikliklərin
edilməsinə sübut olduğu təqdirdə, dəyərin azalması mümkün ola bilər.
Kreditlər və avanslar üzrə mümkün zərərlər. Qrup müntəzəm olaraq kredit portfeli üzrə mümkün zərərin mövcudluğunu müəyyən
etmək üçün onu təhlil edir. Mümkün zərərin konsolidasiya edilmiş mənfəət və zərər hesabatında qeydə alınıb-alınmamasını müəyyən
edərkən, Qrup kredit portfelində konkret bir kreditin dəyərində azalmanın müşahidə edilməsindən əvvəl kredit portfeli üzrə pul
vəsaitlərinin təxmin edilən hərəkətində ölçülə bilən azalmanı əks etdirən müşahidə edilə bilən məlumatın olub-olmamasını müəyyən
etmək üçün müəyyən mülahizələr irəli sürür. Bu məlumatlara, borcalanlar qrupunun ödəyicilik qabiliyyətində və ya qrupdakı aktivlərin geri
ödənilməməsinə birbaşa səbəb ola bilən milli və regional iqtisadi şəraitdə mənfi dəyişikliyin olduğunu əks etdirən müşahidə edilə bilən
məlumatlar daxildir. Rəhbərlik gələcək pul vəsaitləri hərəkətini planlaşdırarkən, kredit riskinə xas xüsusiyyətlərə malik olan aktivlər üçün tarixi
zərər təcrübəsinə əsaslanan təxminlərdən və portfeldəki digər bənzər zərərlərə dair obyektiv məlumatlardan istifadə edir. Gələcək pul
vəsaitləri hərəkətinin məbləğini və vaxtını təxmin edərkən istifadə edilən metodologiya və fərziyyələr, təxmin edilən mümkün zərərlər və
həqiqi zərərlər arasındakı hər hansı fərqi azaltmaq məqsədilə müntəzəm olaraq nəzərdən keçirilir.
Maliyyə lizinqləri və maliyyə aktivlərinin uçotdan silinməsi. Rəhbərlik, maliyyə aktivləri üzrə mülkiyyət hüququ ilə əlaqədar bütün
risk və faydaların əsas etibarilə qarşı tərəfə köçürüldüyünü, bu risk və faydaların hansılarının ən əhəmiyyətli olduğunu və bütün risklərin və
faydaların tərkibini müəyyən etmək üçün mülahizələr irəli sürür.


Yüklə 12,33 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə