Azərbaycan beynəlxalq banki



Yüklə 12,33 Mb.
Pdf görüntüsü
səhifə28/43
tarix14.09.2018
ölçüsü12,33 Mb.
#68534
1   ...   24   25   26   27   28   29   30   31   ...   43

AZƏRBAYCAN BEYNƏLXALQ BANKI
106
4.Uçot Siyasətinin Tətbiqi Zamanı Əhəmiyyətli 
Mühasibat Təxminləri və Fərziyyələr
Vergi qanunvericiliyi. Azərbaycan Respublikasının vergi, valyuta və gömrük qanunvericiliyində tez-tez müxtəlif şərhlər və dəyişikliklər baş
verir. 27 saylı Qeydə baxın.
Təxirə salınmış vergi aktivinin uçotu. Təxirə salınmış xalis vergi aktivi vergiyə cəlb olunan gəlirdən gələcək çıxılmalar vasitəsilə əldə
olunan mənfəət vergisi məbləğlərindən ibarətdir və konsolidasiya edilmiş balans hesabatında digər aktivlərdə qeydə alınır. Təxirə salınmış
mənfəət vergisi aktivləri realizasiya oluna biləcəyi zaman qeydə alınır. Vergiyə cəlb olunan gələcək mənfəət və gələcəkdə yaranması ehtimal
edilən vergi faydasının məbləğini ehtimal edərkən Rəhbərlik son üç ilin vergiyə cəlb olunan mənfəətindən və mövcud şəraitdə məqbul
hesab edilən gələcək gəlirlər üzrə təxminlərdən istifadə edir.
Əlaqəli tərəflərlə əməliyyatlar. Qrup adi fəaliyyət gedişində əlaqəli tərəflərlə əməliyyatlar aparır. Bu əməliyyatların əksəriyyəti bazar
dərəcələrində qiymətləndirilir. Lakin, bu cür əməliyyatlar üçün aktiv bazar mövcud olmadıqda həmin əməliyyatların bazar və ya qeyri-bazar
faiz dərəcələrində qiymətləndirilməsini müəyyən etmək üçün mülahizələrdən istifadə etmək lazım gəlir. İrəli sürülən mülahizələrin əsasını
əlaqəli olmayan tərəflərlə analoji əməliyyatların qiymətləndirilməsi və effektiv faiz dərəcəsi təhlilləri təşkil edir.
5.Yeni və ya Yenidən İşlənmiş Standartların 
və onlara dair Şərhlərin Tətbiqi
1 yanvar 2005-ci il tarixindən etibarən Qrupda bəzi yeni BMhS-lər qüvvəyə minmişdir. Aşağıda Qrupun əməliyyatları üçün əhəmiyyətli
sayılan və ya sayıla biləcək yeni və ya dəyişdirilmiş standartlar və onlara dair şərhlər və həmin standartların Qrupun uçot siyasətinə təsiri
haqqında məlumat göstərilir. Uçot siyasətindəki bütün dəyişikliklər aşağıda başqa cür göstərilmədiyi hallarda, 1 yanvar 2004-cü il tarixinə
bölüşdürülməmiş mənfəətə düzəlişlər edilməklə retrospektiv olaraq tətbiq edilmişdir.
BMS 16 (2003-cü ildə yenidən işlənmiş) Əsas Vəsaitlər. Yeni Standarta görə qalıq dəyəri aktivin artıq köhnəldiyi və istismar müddəti
başa çatdığı halda Qrupun həmin aktiv üzrə əldə edəcəyi təxmin edilən məbləğ kimi müəyyən edilir. Yeni siyasətə görə Qrup aktivlərin
müvəqqəti olaraq istifadə edilmədiyi dövrlərdə köhnələn aktivlərin istismarını dayandırmalıdır. 16 saylı BMS-in yenidən işlənməsi ilə əlaqədar
olaraq uçot siyasətində digər bütün dəyişikliklər retrospektiv qaydada aparılmışdır və Qrupun aktivlərinin balans dəyərinə əhəmiyyətli
dərəcədə təsir göstərməmişdir.
BMS 17 (2003-cü ildə yenidən işlənmiş) Lizinq. Maliyyə lizinqi üzrə danışıqlar zamanı çəkilmiş ilkin birbaşa xərclər indi lizinq əmlakındakı
xalis investisiyanın bir hissəsi kimi təxirə salınır. Maliyyə lizinqi indi lizinq müddətinin başlanma tarixində ölçülmüş dəyərlərə əsasən lizinq
obyektindən istifadəyə başlanma tarixində qeydə alınır. Lizinq obyektindən istifadəyə başlanma tarixi dedikdə, lizinq alanın lizinqə verilən
əmlakdan istifadə etməyə başladığı tarix nəzərdə tutulur. Lizinq müddətinin başlanma tarixi dedikdə, lizinq müqaviləsinin bağlanma tarixi və
ya lizinq müqaviləsinin əsas müddəaları üzrə öhdəliklərin yaranma tarixi (bunlardan hansı daha tez olarsa) başa düşülür. Yenidən işlənmiş
BMS 17 standartın keçid müddəalarına uyğun olaraq bütün lizinq əməliyyatlarına retrospektiv qaydada tətbiq edilir.
BMS 24 (2003-cü ildə yenidən işlənmiş) Əlaqəli Tərəflər. Əlaqəli tərəflər anlayışı genişlənmiş və yenidən işlənmiş Standartın tələb etdiyi
kimi hazırkı konsolidasiya edilmiş maliyyə hesabatlarında əlavə açıqlamalar edilmişdir.
BMS 39 (2003-cü ildə yenidən işlənmiş) Maliyyə Vasitələri: Tanınması və Qiymətləndirilməsi. “Verilmiş kreditlər və alınancaq
məbləğlər” anlayışı “kreditlər və alınacaq məbləğlər” anlayışı ilə əvəz edilmişdir. İndi bu kateqoriya verilmiş və ya satın alınmış kreditlərdən və
aktiv bazarda sərbəst surətdə alınıb satılmayan alacaqlardan ibarətdir. Müvafiq olaraq Qrup uçot siyasətini dəyişdirmiş və ilkin uçot zamanı
istənilən maliyyə vasitəsini ədalətli dəyərindəki dəyişikliyi mənfəət və zərər hesabatında qeydə almaqla, ədalətli dəyərlə ölçülməli maliyyə
vasitəsi kimi göstərə bilər. ”Ədalətli dəyərlə mənfəət və zərər hesabatında” kateqoriyasına və yaxud kateqoriyasından sonrakı yenidən
təsnifləşdirmələrin aparılması qadağandır.
Qrup maliyyə aktivlərinin uçotdan silinməsi üzrə uçot siyasətini dəyişdirmişdir. 39 saylı BMS-in əvvəlki versiyasında uçotdan silinmə bir neçə
anlayışla müəyyən edilirdi. Yenidən işlənmiş 39 saylı BMS-də iki əsas anlayış risk/faydalar və nəzarət nəzərdə tutulur, lakin risk və faydala-
rın köçürülməsi nəzarətin köçürülməsindən əvvəl gəlir. hazırda Qrup qiymətləndirmə üsullarından istifadə etməklə ədalətli dəyərin necə
müəyyən edilməsi və qrupdakı hər hansı konkret aktivlə hələ müəyyən edilə bilməyən aktivlərin, alınacaq məbləğlərin və ya ödəmə müddəti
tamamlananadək saxlanılan investisiya kağızları üzrə mümkün zərərin necə qiymətləndirilməsi üçün 39 saylı BMS-ə əlavə edilmiş təlimatdan
istifadə edir. Standartın keçid müddəalarına əsasən yenidən işlənmiş uçot siyasəti 1 yanvar 2004-cü il tarixindən irəliyə dönümlü olaraq
tətbiq edilən aydınlaşdırılmış uçotdan silinmə qaydaları istisna olmaqla, retrospektiv olaraq tətbiq edilir. Bu Standartla icazə verilməsinə bax-
mayaraq, Qrup yenidən işlənmiş 39 saylı BMS-in ilkin tətbiqi tarixinə hər hansı maliyyə vasitəsini “ədalətli dəyərlə mənfəət və zərər hesaba-
tında” və ya “satıla bilən” kateqoriyalara aid etməmişdir.
Yeni və ya yenidən işlənmiş standartların tətbiqinin təsiri. Yeni və ya yenidən işlənmiş standartlar və onlara dair şərhlərin tətbiqi 31 de-
kabr 2005 və 31 dekabr 2004-cü illər tarixinə Qrupun konsolidasiya edilmiş maliyyə vəziyyətinə və həmin tarixdə bitən illər üçün konsolidasiya
edilmiş əməliyyat nəticələrinə əhəmiyyətli dərəcədə təsir göstərməmişdir.


Yüklə 12,33 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə