Azərbaycan beynəlxalq banki



Yüklə 12,33 Mb.
Pdf görüntüsü
səhifə29/43
tarix14.09.2018
ölçüsü12,33 Mb.
#68534
1   ...   25   26   27   28   29   30   31   32   ...   43

Maliyyə hesabatları 2005
107
6.Mühasibat Uçotu üzrə Yeniliklər
1 yanvar 2006-cı il tarixində və ya bu tarixdən sonra başlayan, yaxud daha sonrakı dövrlərdə Qrupun hesabat dövrü üçün məcburi sayılan və
Qrupun əvvəllər qəbul etmədiyi bəzi yeni standartlar və onlara dair şərhlər dərc olunmuşdur:
Beynəlxalq Maliyyə Hesabatları üzrə Şərhlər Komitəsi (BMHŞK) 4 – Lizinq müqaviləsinin müəyyən edilməsi4 saylı BMhŞK-
nın tələbinə görə müqavilənin bir lizinq müqaviləsi olub-olmadığını və ya məzmununun lizinqi ehtiva edib-etmədiyini müəyyən etmək
üçün həmin müqavilənin mahiyyəti əsas götürülməlidir. BMhŞK 4 a) müqavilənin yerinə yetirilməsinin hər hansı bir aktiv və ya aktivlərin
istifadəsindən asılı olub-olmadığının və b) müqavilədə aktivdən istifadə hüququnun nəzərdə tutulub-tutulmadığının müəyyən edilməsini
tələb edir.
BMS 39 (Düzəliş) – Ədalətli Dəyər Metodu. BMS 39 (2003-cü ildə yenidən işlənmiş) faktiki olaraq istənilən maliyyə vasitəsinin ilkin olaraq
ədalətli dəyərdə ölçülməsinə və ədalətli dəyərdəki dəyişikliklərin mənfəət və zərər hesabatında qeydə alınmasına icazə verirdi. Standarta
edilmiş düzəliş “ədalətli dəyəri mənfəət və zərər hesabatında qeydə alınan maliyyə vasitələri” anlayışını dəyişdirib maliyyə vasitələrinin bu
kateqoriyaya aid edilməsini məhdudlaşdırmışdır. Qrupun siyasətində aktiv və passivlərin könüllü şəkildə ədalətli dəyəri mənfəət və zərər
hesabatında qeydə alınan maliyyə vasitələri kateqoriyasına aid edilməsi nəzərdə tutulmur. Qrup hesab edir ki, bu maliyyə vasitələri 39 saylı
BMS-ə edilmiş düzəlişlə məhdudlaşdırıldığı kimi “mənfəət və zərər hesabında ədalətli dəyərlə” kateqoriyası anlayışına cavab verir.
BMS 39 (Düzəliş) – Maliyyə Zəmanəti üzrə Müqavilələr. Standartın tələbinə görə, Bank tərəfindən əvvəllər sığorta müqavilələri kimi
təsdiq edilmiş müqavilələrdən başqa, verilmiş maliyyə zəmanətləri əvvəlcə ədalətli dəyərlə qeydə alınmalıdır. Sonradan bu cür öhdəliklər (i)
alınmış və təxirə salınmış haqların gəlirə yazılmamış qalığı ilə (ii) balans tarixində öhdəliyin yerinə yetirilməsi üçün tələb olunan məbləğdən
ən yüksək olanı ilə ölçülür. Verilmiş maliyyə zəmanətlərinin sonrakı dövrlərdə ölçülməsi üçün müxtəlif tələblərin tətbiq edilməsi, maliyyə
aktivlərinin balansdan silinməməsi və ya həmin aktivlərlə әlaqәdar mühasibat uçotunun davam etməsi ilə nəticələnə bilər.
BMHS 7 – Maliyyə Vasitələri: Açıqlanması və BMS 1 Maliyyə Hesabatlarının Təqdimatı Standartına Əlavə Düzəliş – Kapital 
Barədə Məlumatın Açıqlanması. Bu Standartda maliyyə vasitələri barədə məlumatın yenilənməsi üçün yeni açıqlamalar əks etdirilir. Bu
Standart, BMS 30 Bank və Bənzər Maliyyə İnstitutlarının Maliyyə hesabatlarında Açıqlamalar və BMS 32 Maliyyə Vasitələri: Təqdim Olunması
və Açıqlanması Standartının bəzi tələblərini əvəz edir. 1 saylı BMS-ə Əlavədə Qrupun kapitalının səviyyəsi və onun bu kapitalı necə idarə
etməsi haqqında məlumat açıqlanır. Qrup hazırda yeni BMhS-in və 1 saylı BMS-ə əlavənin onun konsolidasiya edilmiş maliyyə hesabatların-
dakı açıqlamalara təsirini müəyyən edir.
Yuxarıda göstərilən hallardan başqa, adı çəkilən yeni standartlar və onlara dair şərhlərin Qrupun konsolidasiya edilmiş maliyyə hesabatlarına
əhəmiyyətli dərəcədə təsir göstərməsi gözlənilmir.
7.Pul Vəsaitləri və Onların Ekvivalentləri
Milyon Azərbaycan Manatı ilə
2005
2004
Nağd pul
232,760
187,342
Milli / mərkəzi banklardakı nağd vəsait qalıqları (məcburi ehtiyat depozitlərindən başqa)
798,719
867,079
Digər banklardakı müxbir hesablar və overnayt depozitlər
- Azərbaycan Respublikasında
4,538
77
- Digər ölkələrdə
255,833
59,294
Pul vəsaitləri və onların ekvivalentlərinin cəmi
1,291,850
1,113,792
Milli / mərkəzi banklardakı nağd vəsait qalıqlarına (məcburi ehtiyat depozitlərindən başqa) Bankın və onun törəmə müəssisəsi olan ABB-
Moskvanın ARMB və RFMB-də müvafiq olaraq yerləşdirdiyi AZM 778,417 milyon (31 dekabr 2004: AZM 853,197 milyon) və AZM 20,302
milyon (31 dekabr 2004: AZM 13,882 milyon) məbləğində müxbir hesablarının qalıqları daxildir.
Qeyri-rezident banklardakı overnayt depozitlərə xarici banklarda illik 3.10%-3.45% dərəcəsi ilə yerləşdirilmiş və ödəmə müddəti 2006-cı ilin
yanvar ayında başa çatan (31 dekabr 2004: illik 1.25%-1.99% dərəcəsi ilə yerləşdirilmiş və ödəmə müddəti 2005-ci ilin yanvar ayında başa
çatan) AZM 50,645 milyon (31 dekabr 2004: AZM 26,476 milyon) məbləğində vəsaitlər daxildir.
Pul vəsaitləri və onların ekvivalentlərinin coğrafi, valyuta, eləcə də ödəmə müddətləri və faiz dərəcələri üzrə təhlili 26 saylı Qeyddə göstərilir.
Əlaqəli tərəflər haqqında məlumat 29 saylı Qeyddə açıqlanır.


AZƏRBAYCAN BEYNƏLXALQ BANKI
108
8.Digər Banklardan Alınacaq Vəsaitlər
Milyon Azərbaycan Manatı ilə
2005
2004
Digər banklardakı cari müddətli yerləşdirmələr
237,604
324,244
Azərbaycan Milli Bankının notları
29,377
48,572
Digər banklardakı vaxtı keçmiş yerləşdirmələr
23,907
30,407
Rezident bankların təminatsız istiqrazları
10,995
3,583
hesablanmış faiz gəlirləri
789
1,330
Çıxılsın: digər banklardan alınacaq vəsaitlər üzrə ehtiyatlar
(30,990)
(28,159)
Digər banklardan alınacaq vəsaitlərin cəmi
271,682
379,977
Xarici banklardakı cari müddətli yerləşdirmələrə bir neçə Avropa bankında illik 2.0%-4.3% dərəcəsi ilə yerləşdirilmiş və ödəmə müddətləri
yanvar-oktyabr 2006-cı il tarixində başa çatan ABŞ dolları ilə denominasiya edilmiş AZM 56,596 milyon və Avro ilə denominasiya edilmiş AZM
32,653 milyon məbləğində qısamüddətli depozitlər daxildir (31 dekabr 2004: illik 1.9%-3.5% dərəcəsi ilə yerləşdirilmiş və ödəmə müddəti
yanvar-mart 2005-ci il tarixində başa çatan ABŞ dolları ilə denominasiya edilmiş AZM 71,094 milyon və Avro ilə denominasiya edilmiş AZM
100,227 milyon məbləğində yerləşdirmələr).
ARMB-nin notları Milli Bank tərəfindən Bakı Fond Birjası vasitəsilə emissiya edilmiş və Qrup tərəfindən diskontla satın alınmış dövlət qısamüddətli
istiqraz vərəqələrindən ibarətdir. 31 dekabr 2005-ci il tarixinə balansda olan notlar üzrə orta çəkili gəlirlilik dərəcəsi 11.93% təşkil edir və
ödəmə müddəti yanvar-mart 2006-cı il tarixində başa çatır (31 dekabr 2004: ARMB-nin notları üzrə orta çəkili gəlirlilik dərəcəsi 4.75% təşkil
etmiş və ödəmə müddəti yanvar-mart 2005-ci il tarixində başa çatmışdır). 31 dekabr 2005-ci il tarixinə balansda olan bütün notlar ödəmə
müddəti başa çatdıqda ödənilmişdir.
Digər banklardan alınacaq vəsaitlər üzrə ehtiyatların hərəkəti aşağıdakı kimidir:
Milyon Azərbaycan Manatı ilə
2005
2004
1 yanvar tarixinə digər banklardan alınacaq vəsaitlər üzrə ehtiyat
28,159
68,909
İl ərzində digər banklardan alınacaq vəsaitlər üzrə ehtiyat
4,079
2,798
Qaytarılması ehtimal olunmayan digər banklardan alınacaq vəsaitlərin il ərzində
silinməsi
(1,248)
(43,548)
31 dekabr tarixinə digər banklardan alınacaq vəsaitlər üzrə ehtiyat
30,990
28,159
2005-ci il ərzində Qrupun Müşahidə Şurası ARMB tərəfindən lisenziyaları geri alınmış rezident banklara əvvəlki illərdə verilmiş AZM 1,248
milyon məbləğində ümidsiz kreditlərin silinməsinə dair qərarı təsdiqləmişdir (2004: AZM 43,548 milyon və ya 8,874 min ABŞ dolları).
31 dekabr 2005-ci il tarixinə digər banklardan alınacaq vəsaitlərin təxmin edilən ədalətli dəyəri AZM 271,682 milyon (2004: AZM 379,977
milyon) təşkil etmişdir. 28 saylı Qeydə baxın.
Digər banklardan alınacaq vəsaitlərin coğrafi, valyuta, eləcə də ödəmə müddətləri və faiz dərəcələri üzrə təhlili 26 saylı Qeyddə göstərilir.
Əlaqəli tərəflər haqqında məlumat 29 saylı Qeyddə açıqlanır.


Yüklə 12,33 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə