Azərbaycan beynəlxalq banki



Yüklə 12,33 Mb.
Pdf görüntüsü
səhifə3/43
tarix14.09.2018
ölçüsü12,33 Mb.
#68534
1   2   3   4   5   6   7   8   9   ...   43

AZƏRBAYCAN BEYNƏLXALQ BANKI /
İLLİK hESABAT 2005
AZƏRBAYCAN 
BEYNƏLXALQ BANKI 
İDARƏ HEYƏTİ SƏDRİNİN 
MÜRACİƏTİ
Hörmətli səhmdarlar, 
müştərilər və partnyorlar, 
dostlar və həmkarlar,
Ötən il Bankın tarixində daha bir uğurlu mərhələ kimi yadda qaldı. İşin bütün istiqamətlə-
ri üzrə, son illərdə ən yüksək nəticələrə nail olundu.
Korporativ idarəetmənin təkmilləşdirilməsi üzrə əvvəllər görülmüş tədbirlər, texnoloji
yeniliklər və insan resursları ilə iş çox yüksək nəticələrlə yekunlaşmışdır. Aktivlər 33,6%
artmış və 5,7 milyard manatı keçmişdir ki, bu da ölkənin ÜDM-nun 6,4%-ni və ölkənin
bank sisteminin məcmu aktivlərinin 51,3%-ni təşkil edir. Bankın səhmdar kapitalı 417,5
milyard manata çatmışdır (artım 56,9%). Biz hesabat ilinin sonuna müştəri bazasının
təxminən 273 min fərdi və 27 min korporativ müştəriyə çatan xeyli artımına nail olmu-
şuq. Ölkənin praktiki olaraq bütün regionlarını əhatə edən filial şəbəkəsi intensiv inkişaf
edir: bu gün regionlarda əhaliyə 36 filial və 120-dən çox şöbə xidmət göstərir. Cari ildə
əməliyyat gəlirləri ötən illə müqayisədə 51,5% artmiş və 729 milyard manat səviyyəsinə
çatmışdır. Bankın xalis mənfəəti 101 milyard manat təşkil etmişdir.
Rəqəmlər təfsilatı ilə hesabatda göstərilmişdir. Əsas odur ki, 2005-ci ildə Bankın qarşı-
sında duran vəzifələr bütünlüklə həyata keçirilmiş, ABB özünün resurs, texnoloji və
kadr potensialını artırmış, maliyyə bazarının əsas seqmentlərində aparıcı mövqelərini
möhkəmləndirmişdir. Ötən ildə Bank növbəti dəfə ölkənin ən güclü kredit müəssisəsi


statusunu təsdiq etmişdir. ABB cəmiyyət qarşısındakı bütün məsuliyyətini tam dərk edə-
rək, Azərbaycanın dünya iqtisadiyyatına integrasiyasına öz imkanları çərçivəsində kö-
məklik göstərmişdir.
Öz mövqelərini milli bank bazarında möhkəmlətmək məqsədilə, Bank əvvəlki dövrlərdə
oldugu kimi, təqdim etdiyi xidmətlərin keyfiyyətinə və spektrinə xüsusi diqqət yetirmiş-
dir. Nəticə göz qabağındadır: biz, bank fəaliyyətini xarakterizə edən bütün göstəricilər
üzrə ölkənin digər banklarını inamla qabaqlayırıq.
Diqqətəlayiq məqam budur ki, bank fəaliyyətinin ənənəvi istiqamətləri müasir bank və
informasiya texnologiyaları ilə möhkəm surətdə inteqrasiyadadır. Yüksək texnologiyalı
məhsullar sferasında tərəqqi diqqəti özünə xüsusən ona görə cəlb edir ki, o, Bankın
iqtisadi, texnoloji və peşəkar inkişafının səviyyəsini güzgü kimi əks etdirir. Bununla Bank,
həm də hökumət tərəfindən qoyulmuş nağdsız ödənişlər sferasının genişləndirilməsi
məsələsini həll edir və bu əsasda, maliyyə hesabatının və pul axınlarını daha şəffaf olma-
sı üçün zəmin yaradır.
Bankın beynəlxalq fəaliyyəti onun ümumi fəaliyyətnin ayrılmaz tərkib hissəsidir. Xarici sər-
mayəçilərin Azərbaycanın inkişaf etməkdə olan iqtisadiyyatına maliyyə resursları qoyma-
ğa artan maraqları, Bankın iri xarici maliyyə təşkilatları ilə uzunmüddətli münasibətlərini
möhkəmləndirməyə imkan yaratmışdır. Bu malyyə strukturlarının Bank üçün ayırdıqları
kredit xəttlərinin həcmi xeyli artmışdır.
13


AZƏRBAYCAN BEYNƏLXALQ BANKI /
İLLİK hESABAT 2005
ABB-nın fəaliyyəti haqqında bəhs edərkən, Azərbaycan iqtisadiyyatının müvafiq sahə-
lərində lider olan törəmə müəssisələrimizin – Beynəlxalq Sığorta Şirkətinin, “Azərikard”
Prosessinq Mərkəzinin, “Azərilizinq Şirkətinin” intensiv inkişafını qeyd etməmək olmaz.
Təsisçisi olduğumuz “ABB Moskva” da Rusiya Bank Bazarında öz mövqelərini ildən-ilə
gücləndirir. həmçinin, aparıcı Avropa biznes – struktuları ilə fəal əməkdaşlığın qurul-
masına, və, nəticədə ölkə banklarının qərbin kapital bazarlarına inteqrasiyasında mühüm
rol oynayan ABB-nin aparıcı Azərbaycan maliyyə institutu obrazının daha möhkəmləndi-
rilməsinə kömək edən ABB-nin London və Frankfurt nümayəndəliklərinin fəaliyyətini də
qeyd etmək lazımdır.
ABB-nın etibarlılığının və onun fəaliyyətinin səmərəliliyinin sübutu kimi, 2005-ci ildə Fit-
ch İBCA reytinq agentliyinin Bankın uzunmüddətli reytinqinin “BB-” səviyyəsində təsdiq
etməsi faktını göstərmək olar.
Ölkənin ildən-ilə yaxşılaşan makroiqtisadi göstəriciləri, biznes-mühitin infrastruktur və institu-
sional şəraitləri, hüquqi bazanın təkmilləşməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqra-
siyasının güclənməsi kimi amillər, son illərdə, korporativ strateji planların və investisiyalar üzrə
gərarların həyat qabiliyyətli olmaqlarına və səmərəliliklərinə çox böyük təsir göstərmişlər.
Bununla əlaqədar olaraq, milli iqtisadiyyatımızın vacib tərkib hissəsi olan Azərbaycan Bey-
nəlxalq Bankının strategiyasında və fəaliyyətində də xeyli dəyişiklilər baş vermişdir.
Öz fəaliyyətinin daha da inkişafı və diversifikasiyası hesabına, ABB praktiki olaraq şirkət-
lər qrupuna çevrilmişdir. Çox vacib keyfiyyət dəyişiklikləri fəaliyyətin bütün əsas sahələ-
rində yüksək inkişafa gətirib çıxarmışdır. Orta və uzunmüddətli layihələrə sərmayələr
Bankın kredit portfelinin əsasını təşkıl etmişdir.


A
Z
Ä
r
b
A
y
c
A
n
ABB, maliyyə imkanlarını araşdıraraq, və milli iqtisadi inkişafa kömək üçün balanslaşdırıl-
mış dinamik inkişafın vacibliyini dərk edərək, qeyri-neft sektorundakı layihələrin maliyyə-
ləşdirilməsinin həcmini xeyli artırmışdır. Reallaşdırılmış layihələr yaxşı inkişaf perspektivləri
və yeni iş yerlərinin yaradilması imkanı ilə - yəni ölkə Prezidenti tərəfindən elan edil-
miş məsələlərin ilk növbədə yerinə yetirilməsi xüsusiyyətləri ilə xarakterizə edilirlər. Bu
layihələr uğurla reallaşdırılmış fərdi ideyalar olmaqla yanaşı, həm də sənayenin bütün
sahələrinin dirçəlməsi üçün əsas yaradırlar.
Məsələn, pambıq emalı üçün yeni sənaye avadanlığının alınmasının maliyyələşdirilməsi
çox qısa bir müddətdə pambıq məhsulu istehsalının həcminin artmasında böyük uğurlar
əldə etməyə imkan verdi. İstehsal prosesinin müxtəlif inkişaf mərhələlərini, məhsulun
yığımı, saxlanması və pambıq yağının istehsalı mərhələlərini əhatə edən bu layihənin re-
allaşdırılması hesabına iki il ərzində pambıq istehsalı iki dəfə artmışdır. Bu dövr ərzində
1500 yeni daimi iş yeri və 40-50 min mövsümi iş yeri yaradılmışdır.
Digər uğurlu layihə - qədim azərbaycan ipək istehsalının dirçəlməsidir. Ipəyin istehsalı
üzrə bərpa edilmiş fabrikdə bu gün 1800 nəfər işləyir və 4000 ev təsərrüfatı (təxminən
20000 nəfər) baramaçılıqla məşğuldur. Bu biznes əsasən ixraca istiqamətlənmişdir.
ABB, həmçinin, tütün sənayesində də böyük layihələri maliyyələşdirir. Biz sənaye plan-
tasiyalarının gələcəkdə genişləndirilməsinə kapital qoymuş, məhsuldarlığı artırmağa nail
olmuş və yeni sənaye emalı vasitələrini maliyyələşdirmişik.
Və, əlbəttə, biz çox fəxr edirik ki, bu layihələr ABB-nın sayəsində reallaşmışlar. Göstərilən
misallar Azərbaycanın, olduqca çox müzakirə edilən, neftdən həddindən artıq asılılıq
probleminə və neftin ixracının sürətlə artmasının qeyri-neft sektorunun inkişafına mənfi
15


Yüklə 12,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə