Azərbaycan beynəlxalq banki



Yüklə 12,33 Mb.
Pdf görüntüsü
səhifə31/43
tarix14.09.2018
ölçüsü12,33 Mb.
#68534
1   ...   27   28   29   30   31   32   33   34   ...   43

Maliyyə hesabatları 2005
111
10.Ödəmə Müddəti Tamamlananadək 
Saxlanılan İnvestisiya Kağızları 
Milyon Azərbaycan Manatı ilə
2005
2004
Rusiya şirkətləri və banklarının güzəştli borc vərəqələri
32,748
124,979
Ödəmə müddəti tamamlananadək saxlanılan  
investisiya kağızlarının cəmi
32,748
124,979
31 dekabr 2005-ci il tarixinə güzəştli borc vərəqələri bir Rusiya bankının (31 dekabr 2004: iki Rusiya bankı və bir dövlət müəssisəsi) satınalma
qiyməti AZM 32,748 milyon (31 dekabr 2004: müvafiq olaraq AZM 108,637 milyon və AZM 14,532 milyon) məbləğində olan güzəştli borc
vərəqələrini əks etdirir. Bu təşkilatların güzəştli borc vərəqələri Moskva şəhərindəki Rusiya Ticarət Sistemi Fond Birjasında sərbəst surətdə
alınıb satılır. 31 dekabr 2005-ci il tarixinə balansda olan güzəştli borc vərəqələri üzrə illik faiz dərəcəsi 4.28% (31 dekabr 2004: illik 3.2%-
4.6%) təşkil edir. 31 dekabr 2005-ci il tarixinə balansda olan güzəştli borc vərəqələri üzrə AZM 525 milyon (31 dekabr 2004: AZM 1,810
milyon) məbləğində faiz hesablanmışdır. 31 dekabr 2005 və 31 dekabr 2004-cü il tarixlərinə balansda olan bütün güzəştli borc vərəqələri
və müvafiq hesablanmış faizlər hesabat tarixindən sonrakı dövr ərzində ödəmə müddəti başa çatdıqda ödənilmişdir.
31 dekabr 2005-ci il tarixinə ödəmə müddəti tamamlananadək saxlanılan investisiya kağızlarının təxmin edilən ədalətli dəyəri AZM 32,748
milyon (31 dekabr 2004: AZM 124,979 milyon) təşkil etmişdir. 28 saylı Qeydə baxın.
Ödəmə müddəti tamamlananadək saxlanılan investisiya kağızlarının coğrafi, valyuta, eləcə də ödəmə müddətləri və faiz dərəcələri üzrə
təhlili 26 saylı Qeyddə açıqlanır.
11.Assosiasiya Olunmuş və Birgə Müəssisələrə 
İnvestisiyalar
Milyon Azərbaycan Manatı ilə
2005
2004
Bakı Banklararası Valyuta Birjasındakı (BBVB) investisiya qoyuluşu
3,971
4,321
Trans-servisdəki investisiya qoyuluşu
2,846
3,056
Assosiasiya olunmuş və birgə müəssisələrə investisiyaların cəmi
6,817
7,377
Aşağıdakı cədvəldə Qrupun assosiasiya olunmuş və birgə müəssisələrdəki investisiya qoyuluşlarının balans dəyəri üzrə hərəkəti göstərilir.
Milyon Azərbaycan Manatı ilə
2005
2004
BBVB
Trans-servis
BBVB
Trans-servis
1 yanvar tarixinə balans dəyəri
4,321
3,056
4,211
3,293
İl üzrə assosiasiya olunmuş/birgə müəssisənin vergidən sonrakı
zərərlərində Qrupun xalis payı
(350)
41
110
(72)
Nizamnamə kapitalının azalması
-
(251)
-
(165)
31 dekabr tarixinə balans dəyəri
3,971
2,846
4,321
3,056
31 dekabr 2005-ci il tarixinə Qrupun BBVB-də 20% və Trans-servisdə 50% iştirak payı olmuşdur. Trans-servis şirkəti digər yerli şirkət ilə
kommersiya məqsədləri üçün dayanacaq kompleksinin idarə olunması məqsədilə yaradılmış birgə müəssisədir. Bu investisiya qoyuluşu ilk
dəfə olaraq 31 dekabr 2003-cü il tarixinə pay iştirakı üzrə uçot metoduna əsasən Qrupun konsolidasiya edilmiş maliyyə hesabatlarında
birgə müəssisəyə investisiya kimi daxil edilmişdir.
31 dekabr 2005-ci il tarixinə Trans-servis şirkətinin nizamnamə kapitalı Qrupla Trans-servisin digər təsisçisi arasında bağlanmış təsis
müqaviləsinə əsasən mövcud səhmdarlara kapital ödənişləri ilə əlaqədar keçən il sonu ilə müqayisədə AZM 251 milyon azalmışdır (31
dekabr 2004: AZM 165 milyon).


AZƏRBAYCAN BEYNƏLXALQ BANKI
112
12. İnvestisiya Mülkiyyəti
Milyon Azərbaycan Manatı ilə
2005
2004
1 yanvar tarixinə investisiya mülkiyyəti
9,068
14,231
Mülkiyyət hüququ Qrupa keçmiş əvvəllər girovda saxlanılmış binalardan köçürmə
2,217
(4,579)
Mülkiyyətçinin istifadəsində olan binalardan(binalara) köçürmə
14
(5,627)
-
Amortizasiya xərci
-
(584)
31 dekabr tarixinə investisiya mülkiyyətinin ədalətli dəyəri
5,658
9,068
1 yanvar 2005-ci il tarixinə investisiya mülkiyyətinin açılış balansına xalis qalıq dəyəri AZM 9,068 milyon olan üç əmlak daxildir. həmin əmlaklar
üzrə mülkiyyət hüququ məhkəmə qərarına əsasən əvvəlki illərdə yerli banklara və hüquqi şəxslərə verilmiş kreditlərin əvəzində Qrupa keçmiş-
dir. Qrupun rəhbərliyi bu əmlaklardan birinin lizinqə verilməsi ilə bağlı planlarını dəyişdirmiş və həmin binadan Qrupun şirkətlərinin və Bankın
departamentlərinin bir neçəsini ofis ilə təmin etmək məqsədilə istifadə etmək qərarına gəlmişdir. Bununla əlaqədar olaraq xalis qalıq dəyəri
AZM 5,627 milyon olan həmin bina 31 dekabr 2005-ci il tarixində bitən il ərzində “investisiya mülkiyyəti” kateqoriyasından çıxarılaraq “binalar”
kateqoriyasına təsnifləşdirilmişdir.
31  dekabr  2005-ci  il  tarixinə  investisiya  mülkiyyətinə  Bakı  şəhərində  AZM  3,442  milyon  dəyərində  torpaq  sahəsi  və  AZM  2,217  milyon
məbləğində anbar obyekti və mebel sexi daxildir. həmin torpaq sahəsi əvvəlki illərdə Qrupun öz kredit müştərilərindən birinə verdiyi kreditlərin
qismən bağlanması üçün 2002-ci ilin avqust ayında Qrupa verilmişdir. Qrup həmin torpaq sahəsini gələcəkdə daha yüksək qiymətə satmaq
məqsədilə saxlayır.
31 dekabr 2005-ci il tarixində bitən il üzrə investisiya mülkiyyətinin icarəyə verilməsindən əldə edilmiş AZM 353 milyon (31 dekabr 2004-cü il
tarixində bitən il: AZM 492 milyon) məbləğində icarə gəlirləri, konsolidasiya edilmiş mənfəət və zərər hesabatında digər əməliyyat gəlirlərində
qeydə alınmışdır.
Qrup əməliyyat lizinqini investisiya mülkiyyəti kimi təsnifləşdirməmişdir. 31 dekabr 2005-ci il tarixinə investisiya mülkiyyəti ilkin dəyərdə qeydə
alınmışdır. Qrupun Uçot Siyasətinə uyğun olaraq “investisiya mülkiyyəti” əvvəlcə əməliyyat xərcləri də daxil olmaqla ilkin dəyərdə qeydə alı-
nırlar.


Yüklə 12,33 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə