Azərbaycan beynəlxalq banki



Yüklə 12,33 Mb.
Pdf görüntüsü
səhifə37/43
tarix14.09.2018
ölçüsü12,33 Mb.
#68534
1   ...   33   34   35   36   37   38   39   40   ...   43

AZƏRBAYCAN BEYNƏLXALQ BANKI
124
24. Mənfəət Vergisi (davamı) 
31 dekabr 2004-cü il tarixinə təxirə salınmış vergi aktiv və passivlərinin yaranmasına səbəb olan müvəqqəti fərqlər aşağıda göstərilir:
Milyon Azərbaycan Manatı ilə
1 yanvar 
2004
Mənfəət və 
zərər hesabatına 
debet/(kredit)
31 dekabr  
2004
Gəlirdən çıxılan müvəqqəti fərqlərin vergi təsiri
Qeyri-bazar dərəcələrilə aktiv və passiv əməliyyatları üzrə zərər
10,606
(1,261)
9,345
Satıla bilən investisiya kağızlarının ədalətli dəyərlə qiymətləndirilməsi
1,310
(1,310)
-
Təxirə salınmış gəlirlərin qeydə alınması
248
932
1,180
“İnter” peşəkar futbol klubunun keçmiş illərdən yığılmış vergi zərərləri
-
1,046
1,046
Akkreditivlər və zəmanət məktubları üzrə ehtiyatlar
-
926
926
Törəmə müəssisələrdə kreditlər üzrə ehtiyatlar
446
16
462
Azərilizinqin keçmiş illərdən yığılmış vergi zərərləri
460
(2)
458
Binalar, avadanlıqlar və investisiya mülkiyyəti üzrə amortizasiya dərəcələrindəki fərq 906
135
1,041
Digər aktivlər kimi qeydə alınmış xərclər
239
75
314
Qeyri-maddi aktivlər üzrə amortizasiya dərəcələrindəki fərq
66
234
300
Sığorta əməliyyatları üzrə hesablanmış komissiya xərcləri
188
(188)
-
hesablama metodu ilə qeydə alınmış xərclər
221
315
536
Hesablanmış təxirə salınmış vergi aktivi
14,690
918
15,608
Çıxılsın: təxirə salınmış vergi öhdəlikləri ilə əvəzləşdirmə
(605)
(441)
(1,046)
Qeydə alınmış təxirə salınmış vergi aktivi
14,085
477
14,562
Vergiyə cəlb olunan müvəqqəti fərqlərin vergi təsiri
Kreditlər üzrə ehtimal olunan zərər üçün ehtiyatlar
(16,569)
(4,309)
(20,878)
Əsas vəsaitlər üzrə amortizasiya dərəcələrindəki fərq
(5,817)
(2,133)
(7,950)
Binaların yenidən qiymətləndirilməsi hesabında hərəkət
(2,735)
(754)
(3,489)
hesablanmış gəlirlər
-
(460)
(460)
Assosiasiya olunmuş müəssisələrin konsolidasiya edilməsinin effekti
(812)
(9)
(821)
Amortizasiya dərəcələrindəki fərq
(307)
42
(265)
Qabaqcadan ödənilmiş xərclərin təxirə salınması
-
(252)
(252)
Digər
(170)
(106)
(276)
Hesablanmış təxirə salınmış vergi öhdəliyi
(26,410)
(7,981)
(34,391)
Qeydə alınmış təxirə salınmış vergi öhdəliyi
(12,325)
(7,504)
(19,829)
Yuxarıdakı cədvəldə Qrupun təxirə salınmış vergi aktiv və öhdəlikləri xalis şəkildə göstərilir. Buna baxmayaraq, Qrupun cari strukturu baxı-
mından ayrı-ayrı müəssisələrin təxirə salınmış vergi öhdəlikləri və aktivləri konsolidasiya edilmiş balans hesabatında digər müəssisələrin vergi
öhdəlikləri və aktivləri ilə əvəzləşdirilə bilməz. Bu səbəbdən, törəmə müəssisələrin təxirə salınmış vergi aktivləri baş Bankın və “İnter” peşəkar
futbol klubunun təxirə salınmış vergi öhdəliklərindən ayrı olaraq göstərilir. 31 dekabr 2005 və 31 dekabr 2004-cü il tarixlərinə Qrupun təxirə
salınmış xalis vergi öhdəliyinin tərkibi aşağıdakı kimi olmuşdur:
Milyon Azərbaycan Manatı ilə
2005
2004
Törəmə müəssisələrin təxirə salınmış xalis vergi aktivlərinin cəmi (Qeyd 14)
2,095
2,065
Baş Bankın təxirə salınmış xalis vergi öhdəliyinin cəmi
(49,663)
(21,894)
Qrupun təxirə salınmış xalis vergi öhdəliyinin cəmi 
(47,568)
(19,829)


Maliyyə hesabatları 2005
125
24. Mənfəət Vergisi (davamı) 
Törəmə müəssisələrin təxirə salınmış xalis vergi aktivi gələcək gəlirlər vasitəsilə əldə olunan mənfəət vergisi məbləğlərindən ibarətdir və kon-
solidasiya edilmiş balans hesabatında digər aktivlərdə qeydə alınır. Keçmiş illərdən yığılmış vergi zərərləri üzrə təxirə salınmış mənfəət vergisi
aktivləri realizasiya oluna biləcəyi zaman qeydə alınır. 31 dekabr 2005-ci il tarixinə “İnter” peşəkar futbol klubunun yığılmış vergi zərərləri ilə
əlaqədar AZM 5,488 milyon (31 dekabr 2004: AZM 1,046 milyon) məbləğində təxirə salınmış vergi aktivi, həmin təxirə salınmış vergi aktivinin
realizasiya oluna bilməsi üçün gələcəkdə kifayət qədər vergiyə cəlb ediləcək mənfəətin mövcudluğu ehtimal edilmədiyi üçün qeydə alınma-
mışdır. Qrupun törəmə müəssisəsi olan Azərilizinq şirkətinin gəlirdən çıxılan xalis müvəqqəti fərqlər üzrə AZM 605 milyon məbləğində təxirə
salınmış xalis vergi aktivi, şirkətin 2004-cü ildə yerli vergi qanunvericiliyinə uyğun olaraq mənfəət əldə etdiyinə və keçmiş illərdən yığılmış
vergi zərərlərindən istifadə etməyə başladığına görə ilk dəfə 31 dekabr 2004-cü il tarixinə qeydə alınmışdır.
25. Dividendlər
Milyon Azərbaycan Manatı ilə
2005
2004
1 yanvar tarixinə ödənilməli dividendlər
17,372
11,902
İl ərzində elan edilmiş dividendlər
48,000
38,531
İl ərzində ödənilmiş dividendlər
(53,372)
(33,061)
31 dekabr tarixinə ödənilməli dividendlər
12,000
17,372
Dividendlər hər rübün sonunda elan edilərək növbəti rübdə Bankın səhmdarlarının buraxılmış və ödənilmiş nizamnamə kapitalındakı payları-
na uyğun olaraq rübün sonunda ödənilir. 31 dekabr 2005-ci il tarixinə ödəniləcək dividendlərə 2005-ci ilin ikinci rübü üçün elan edilmiş AZM
12,000 milyon məbləğində dividendlər daxildir.
hazırkı konsolidasiya edilmiş maliyyə hesabatları üzrə 9 saylı Qeyddə açıqlandığı kimi, 2004-cü ilin sentyabr ayında Qrupla Azərbaycan
Respublikası Maliyyə Nazirliyi arasında imzalanmış protokola əsasən keçmiş illərdə dövlət müəssisələrinə verilmiş cəmi AZM 8,668 milyon
məbləğində vaxtı keçmiş kreditlər və müvafiq olaraq hesablanmış vaxtı keçmiş faizlər Bank tərəfindən Azərbaycan Respublikasının dövlət
büdcəsinə ödəniləcək dividendlər hesabına qarşılıqlı şəkildə əvəzləşdirilmişdir. 2004-cü ilin dekabr ayında imzalanmış bənzər protokola
əsasən Qrup, 2005-ci ilin fevral ayında müvafiq olaraq AZM 9,906 milyon məbləğində ümidsiz kreditləri və AZM 2,732 milyon məbləğində
hesablanmış faizləri Azərbaycan Respublikası Maliyyə Nazirliyinə ödəniləcək dividendlər hesabına qarşılıqlı şəkildə əvəzləşdirmişdir. 9 saylı
Qeydə baxın.
26. Maliyyə Risklərinin İdarə Edilməsi
Qrup daxilində risklərin idarə edilməsi funksiyası maliyyə riskləri (kredit, bazar, coğrafi, valyuta, likvidlik və faiz dərəcəsi riskləri), əməliyyat və
hüquqi risklər ilə əlaqədar həyata keçirilir. Maliyyə risklərinin idarə edilməsində əsas məqsəd risk limitlərini müəyyən etmək və bu limitlərin
artmamasına nəzarət etməkdən ibarətdir. Risklərin qiymətləndirilməsi, həmçinin risklə ölçülən optimal kapital ayırmaları, əməliyyatlar üzrə
dəyərin müəyyən edilməsi və fəaliyyət nəticələrinin qiymətləndirilməsi üçün əsas yaradır. Əməliyyat və hüquqi risklərin idarə edilməsində
məqsəd, bu risklərin azaldılması üçün nəzərdə tutulan daxili prosedurların və siyasətin düzgün işləməsini təmin etməkdən ibarətdir.
Kredit riski. Qarşı tərəf ödəmə müddəti başa çatmış borc məbləğlərini tam ödəyə bilmədikdə, Qrup kredit riskinə məruz qalır. Qrup
üzləşdiyi kredit riskinin səviyyəsini bir borcalan və ya borcalanlar qrupu və coğrafi və ya fəaliyyət seqmentləri ilə əlaqədar yaranan risk
məbləğlərinə limitlər qoymaqla strukturlaşdırır. Bu cür risklərə müntəzəm olaraq nəzarət olunur və il ərzində mütəmadi olaraq nəzərdən
keçirilir. Kredit riski səviyyəsinin məhsul, borcalan və sənaye sektoru üzrə limitləri müntəzəm olaraq İdarə heyəti tərəfindən təsdiqlənir.
Bir borcalanın, o cümlədən bankların və brokerlərin kredit riskinə məruz qalması sonradan balans üzrə və balansdankənar riskləri
əhatə edən sub-limitlərin vasitəsilə və forvard xarici valyuta müqavilələri kimi bazar maddələri ilə bağlı risk limitlərini gündəlik ötürməklə
məhdudlaşdırılır. Limitlər üzrə faktiki risklərə hər gün nəzarət edilir.
Kredit riski kreditlərin geri qaytarılması və faizlərin ödənilməsi üzrə borcalanların və potensial borcalanların öz öhdəliklərini yerinə yetirməsi
bacarığının müntəzəm şəkildə təhlili və lazım olduqda kredit vermə limitlərinin dəyişdirilməsi yolu ilə idarə olunur. Kredit riskinin idarə olun-
ması həmçinin qismən olaraq təminatları və hüquqi və fiziki şəxslərin zəmanətlərini almaqla tənzimlənir.
Qrupun məruz qaldığı kredit riskinin maksimum səviyyəsi, əsasən konsolidasiya edilmiş balans hesabatında maliyyə aktivlərinin balans
dəyərində əks olunur. Potensial kredit riskinin azaldılması üçün aktiv və passivlərin mümkün əvəzləşdirilməsinin təsiri əhəmiyyətli deyil.


Yüklə 12,33 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə