Azərbaycan beynəlxalq banki



Yüklə 12,33 Mb.
Pdf görüntüsü
səhifə43/43
tarix14.09.2018
ölçüsü12,33 Mb.
#68534
1   ...   35   36   37   38   39   40   41   42   43

AZƏRBAYCAN BEYNƏLXALQ BANKI
136
27. Təəhhüdlər və Şərti Öhdəliklər (davamı)
15 iyun 2004-cü il tarixində Qrupla Azərbaycan şirkəti arasında Bakı şəhərinin mərkəzində biznes və əyləncə kompleksinin tikilməsi
məqsədilə 19,638 min ABŞ dolları məbləğində kredit xəttinin açılmasına dair kredit müqaviləsi imzalanmışdır. Bu müqavilədə Azərbaycan
şirkəti borcalan, Qrup - bu Azərbaycan şirkətinin zamini, Commerzbank AG – krteditor və ABŞ-ın İxrac İdxal Bankı (Eximbank) - Com-
merzbank AG-nin zamini kimi çıxış etmişdir. Bu kredit xətti üzrə illik faiz dərəcəsi LİBOR+0.10% təşkil edir və 5 noyabr 2006-cı il tarixindən
başlayaraq on altı yarım illik hissələrlə ödənilməlidir. 31 dekabr 2005-ci il tarixinə yuxarıda qeyd olunan kredit xətti çərçivəsində 6,645 min
ABŞ dolları və ya AZM 30,514 milyon məbləğində idxal akkreditivi Qrup tərəfindən borcalana verilmişdir. 31 dekabr 2005-ci il tarixinə qeyd
olunan kredit üzrə 22,397 milyon ABŞ dolları və ya AZM 106 milyon məbləğində faiz və 24,595 milyon ABŞ dolları və ya AZM 116 milyon
məbləğində komissiya ödənilmişdir.
Vasitəçi kreditlər. 31 dekabr 2005-ci il tarixinə Qrup, Azərbaycan hökumətinin adından Azərbaycan Respublikasının dövlət müəssisələri və
hökumət idarələrinə vasitəçi kreditlərin verilməsi məqsədilə xarici banklardan və maliyyə qurumlarından AZM 176,468 milyon (31 dekabr 2004:
AZM 146,796 milyon) məbləğində borc götürmüşdür. Qrupla xarici banklar və maliyyə qurumları arasında bağlanmış kredit müqavilələrinə
Azərbaycan hökuməti tərəfindən şərtsiz zəmanətlər şəklində təminat verilir. Bu zəmanətlərə əsasən hökumət bu borclarla əlaqədar əsas
borclu tərəf hesab edilir. Nəticə etibarilə, Qrup yığılmış əsas məbləğ və faiz ödənişlərini xarici banklara və maliyyə qurumlarına köçürməklə
Azərbaycan hökuməti üçün kreditlər üzrə xidmətlər göstərən agent kimi çıxış edir və bu kreditlər üzrə heç bir faiz gəliri əldə etmir.
Qrup bu vasitəçi kreditlər üzrə qazanc əldə etmədiyinə və risk daşımadığına görə, 31 dekabr 2005-ci il tarixinə AZM 176,468 milyon (31 de-
kabr 2004: AZM 146,796 milyon) məbləğində olan bu vasitəçi kreditləri balansdankənar hesablarda qeydə almışdır. Müvafiq olaraq, vasitəçi
kreditləri maliyyələşdirmək üçün Qrup tərəfindən əldə edilmiş müvafiq vəsaitlər də balansdankənar hesablarda qeydə alınmışdır.
Vasitəçi kreditlərin verilməsi məqsədilə Qrup tərəfindən borc götürülmüş vəsaitlər aşağıda göstərilir:
Milyon Azərbaycan Manatı ilə
2005
2004
Türkiyənin Eksport Kredit Bankı (Ekzimbank):
- Ticarət maliyyələşdirməsi
176,468
128,052
- Layihə maliyyələşdirməsi
-
8,445
Bayerische Landesbank
-
10,299
Vasitəçi kreditlərin verilməsi məqsədilə borc götürülmüş və balansdankənar 
hesablara köçürülmüş vəsaitlərin cəmi
176,468
146,796
28. Maliyyə Vasitələrinin Ədalətli Dəyəri
Ədalətli dəyər, məcburi satış və ya ləğv etmə halları istisna olmaqla, maraqlı tərəflər arasında cari əməliyyat zamanı maliyyə vasitəsinin
mübadilə edilə bildiyi məbləği təşkil edir və ən yaxşı olaraq bazar qiyməti ilə sübut edilir.
Maliyyə vasitələrinin təxmin edilən ədalətli dəyəri Qrup tərəfindən mövcud bazar məlumatlarından (belə məlumatlar mövcud olduqda)
və müvafiq qiymətləndirmə metodologiyalarından istifadə etməklə müəyyən edilir. Lakin, təxmin edilən ədalətli dəyərin müəyyən edilməsi
üçün bazar məlumatlarını şərh edərkən fərziyyələrdən istifadə etmək lazım gəlir. Azərbaycan Respublikasında yeni yaranmış bazar iqtisa-
diyyatına xas xüsusiyyətlər müşahidə olunmaqdadır və iqtisadi şərait maliyyə bazarlarında fəaliyyətin həcmini məhdudlaşdırmaqda davam
edir. Bazar qiymətləri köhnəlmiş ola bilər və ya məcburi və təcili satış əməliyyatlarını əks etdirə bilər və elə bu səbəbdən maliyyə vasitələrinin
ədalətli dəyərini əks etdirməyə bilər. Maliyyə vasitələrinin ədalətli dəyərini müəyyən edərkən Rəhbərlik tərəfindən bütün mövcud bazar
məlumatlarından istifadə edilmişdir.
Ədalətli dəyərdə qeydə alınan maliyyə vasitələri. Satıla bilən investisiya kağızları konsolidasiya edilmiş balans hesabatında ədalətli
dəyərdə qeydə alınır. Pul vəsaitləri və onların ekvivalentləri təxminən onların cari ədalətli dəyərinə bərabər olan amortizasiya olunmuş maya
dəyərində qeydə alınır.
Müstəqil bazar qiymətləri mövcud olmayan satıla bilən investisiya kağızları istisna olmaqla, digər qiymətli investisiya kağızlarının ədalətli dəyəri
kvota olunmuş bazar qiymətlərinə əsasən müəyyən edilir. Qrup bu cür qiymətli investisiya kağızlarının ədalətli dəyərini müəyyən edərkən in-
vestisiya qoyulan müəssisələrin kapitalında mülkiyyət payının satışına dair əlaqəli olmayan tərəflər arasında ən son razılaşmaların nəticələrinə,
investisiya qoyulan müəssisələrin diskont edilmiş pul vəsaitlərinin hərəkəti və maliyyə məlumatları kimi digər müvafiq informasiyalara və
digər qiymətləndirmə metodologiyalarının tətbiqi nəticələrinə əsaslanır. Qiymətləndirmə üsulları müşahidə edilə bilən bazar məlumatları ilə
dəstəklənməyən müəyyən fərziyyələrin istifadə olunmasını tələb edir. Bu fərziyyələrin hər hansı birinin mümkün alternativlə əvəzləşdirilməsi
əhəmiyyətli dərəcədə fərqli mənfəət, gəlir, cəmi aktiv və passivlərin yaranması ilə nəticələnmir.


Maliyyə hesabatları 2005
137
28. Maliyyə Vasitələrinin Ədalətli Dəyəri (davamı)
Amortizasiya olunmuş maya dəyərində qeydə alınan kreditlər və alınacaq məbləğlər. Sürüşkən faizli maliyyə vasitələrinin ədalətli
dəyəri onların balans dəyəridir. Sabit faiz dərəcəli aktivlərin təxmin edilən ədalətli dəyəri, analoji kredit riskinə və yerdə qalan ödəmə
müddətinə malik yeni vasitələr üçün mövcud olan cari faiz dərəcələrindən istifadə etməklə diskont edilmiş gələcək pul vəsaitlərinin təxmin
edilən hərəkətinə əsaslanır. Digər banklardan alınacaq vəsaitlər və müştərilərə verilmiş kreditlər və avansların təxmin edilən dəyəri haqqında
məlumat üçün müvafiq olaraq 8 və 9 saylı Qeydlərə baxın.
Ödəmə müddəti tamamlananadək saxlanılan investisiya kağızları. Ödəmə müddəti tamamlananadək saxlanılan investisiya kağızları-
nın ədalətli dəyəri kvota olunmuş bazar qiymətlərinə əsaslanır. Bazar qiymətləri mövcud olmadıqda ədalətli dəyər eyni kredit riski, ödəmə
müddəti və gəlirlilik xüsusiyyətlərinə malik olan qiymətli kağızlar üçün bazar qiymətlərindən istifadə etməklə və yaxud bəzi hallarda investisiya
qoyulan müəssisənin xalis maddi aktivlərinə istinad etməklə qiymətləndirilir. Ödəmə müddəti tamamlananadək saxlanılan investisiya kağızları-
nın ədalətli dəyəri haqqında məlumat üçün 10 saylı Qeydə baxın.
Amortizasiya olunmuş maya dəyərində qeydə alınan passivlər. Bazar qiymətinə malik olan passivlərin ədalətli dəyəri kvota olunmuş
bazar qiymətlərinə əsaslanır. Müddətsiz passivlərin təxmin edilən ədalətli dəyəri tələb ilə ödənilən məbləğə bərabərdir. Bazar qiyməti olma-
yan sabit faiz dərəcəli passivlərin təxmin edilən ədalətli dəyəri, analoji kredit riskinə və yerdə qalan ödəmə müddətinə malik yeni vasitələr
üçün mövcud olan cari faiz dərəcələrindən istifadə etməklə diskont edilmiş gözlənilən pul vəsaitlərinin hərəkətinə əsaslanır. Digər banklara
ödəniləcək vəsaitlər, müştəri hesabları, buraxılmış borc qiymətli kağızları və borc götürülmüş digər vəsaitlərin təxmin edilən dəyəri haqqında
məlumat üçün müvafiq olaraq 15, 16, 17 və 18 saylı Qeydlərə baxın.


AZƏRBAYCAN BEYNƏLXALQ BANKI
138
29. Əlaqəli Tərəflərlə Əməliyyatlar
hazırkı konsolidasiya edilmiş maliyyə hesabatlarında tərəflər o zaman əlaqəli hesab olunur ki, tərəflərdən biri digərinə nəzarət edə bilsin, onunla
eyni qrupun nəzarəti altında olsun və ya maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı məsələlər üzrə qərar qəbul edərkən ona mühüm təsir göstərə
bilsin. Əlaqəli tərəflər arasındakı münasibətləri nəzərə alarkən həmin münasibətlərin hüquqi formasına deyil, məzmununa diqqət yetirilir.
Adi fəaliyyət gedişində səhmdarlarla, direktorlarla, törəmə/assosiasiya olunmuş müəssisələrlə və Qrupun böyük səhmdarlarının sahib olduğu
şirkətlərlə və digər əlaqəli tərəflərlə bank əməliyyatları aparılır. Bu əməliyyatlara hesablaşmalar, kreditləşdirmə, depozitlərin cəlb edilməsi,
zəmanətlər, ticarət maliyyələşdirməsi və xarici valyuta əməliyyatları daxildir. Bu əməliyyatların əksəriyyəti bazar dərəcələrində qiymətləndirilir.
31 dekabr 2005 və 31 dekabr 2004-cü il tarixlərinə Qrupun əlaqəli tərəflərlə aparılmış əməliyyatları üzrə qalıqları aşağıdakı kimidir:
Milyon Azərbaycan Manatı ilə
2005
Səhmdarlar və 
rəhbərlik
Hökumət idarələri və dövlət 
müəssisələri
Digər*
Pul vəsaitləri və onların ekvivalentləri
1,496
778,417
-
ARMB-də yerləşdirilmiş məcburi ehtiyatlar
-
325,481
-
Müştərilərə verilmiş kreditlər və avanslar
İlin sonuna mövcud olan kreditlər və avanslar
-
1,308,759
-
İlin sonuna müştərilərə verilmiş kreditlər və avanslar üzrə ehtimal
olunan zərər üçün ehtiyatlar
-
(32,865)
-
İl üzrə faiz gəlirləri
-
12,415
-
Digər banklardan alınacaq vəsaitlər
Rezident banklardakı müddətli yerləşdirmələr
43,303
-
-
İlin sonuna digər banklardan alınacaq vəsaitlər üzrə ehtimal olu-
nan zərər üçün ehtiyatlar
(2,780)
-
-
Digər banklardan alınacaq vəsaitlər üzrə faiz gəlirləri
16
-
-
Digər aktivlər
-
2
357
Digər banklara ödəniləcək vəsaitlər
İlin sonuna mövcud olan digər bankların müxbir hesabları
5,414
-
-
Müştəri hesabları
İlin sonuna mövcud olan cari/hesablaşma hesabları
344
1,206,197
556
İlin sonuna mövcud olan müddətli depozitlər
70
1,602,841
-
İl üzrə faiz xərcləri
1
302
-
Digər passivlər
12,000
131,426
Kreditlərlə bağlı öhdəliklər
İlin sonuna mövcud olan zəmanət məktubları
186
331,692
-
İl üzrə haqq və komissiya gəlirləri
-
21,095
-
Digər xərclər
İşçilərə sərf olunan xərclər
(1,755)
-
-
Digər əməliyyat xərcləri
-
-
(6,151)
Sığorta əməliyyatları
-
-
-
Sığorta mükafatları üzrə debitor borcları
622
-
-
Sığorta mükafatları üzrə kreditor borcları
-
-
-
Dövr ərzində brutto yığılmış sığorta mükafatları
1,781
-
-
Dövr ərzində təkrar sığortaya verilmiş sığorta mükafatları
14
-
-
Sığorta ilə bağlı komissiya gəlirləri
-
-
-
Sığorta ilə bağlı komissiya xərcləri
-
-
-
*Digər əlaqəli tərəflərə - assosiasiya olunmuş müəssisələr, birgə müəssisələr və digər əlaqəli tərəflərlə aparılmış əməliyyatlar və qalıqlar daxildir. 


Maliyyə hesabatları 2005
139
29. Əlaqəli Tərəflərlə Əməliyyatlar (davamı)
Milyon Azərbaycan Manatı ilə
2004
Səhmdarlar və 
rəhbərlik
Hökumət idarələri və 
dövlət müəssisələri
Digər*
Pul vəsaitləri və onların ekvivalentləri
-
853,197
-
ARMB-də yerləşdirilmiş məcburi ehtiyatlar
-
344,236
-
Müştərilərə verilmiş kreditlər və avanslar
İlin sonuna mövcud olan kreditlər və avanslar
14,631
320,248
284,030
İlin sonuna müştərilərə verilmiş kreditlər və avanslar üzrə ehtimal
olunan zərər üçün ehtiyatlar
(294)
(72)
(75,642)
İl üzrə faiz gəlirləri
146
-
16,472
Digər banklardan alınacaq vəsaitlər
Rezident banklardakı müddətli yerləşdirmələr (müqavilə üzrə faiz
dərəcələri: 2004: 7%-18%)
48,681
-
-
İlin sonuna digər banklardan alınacaq vəsaitlər üzrə ehtimal olunan
zərər üçün ehtiyatlar
(1,681)
-
-
Digər banklardan alınacaq vəsaitlər üzrə faiz gəlirləri
952
-
-
Digər aktivlər
-
555
-
Digər banklara ödəniləcək vəsaitlər
İlin sonuna mövcud olan digər bankların müxbir hesabları
6,783
17
257
Müştəri hesabları
İlin sonuna mövcud olan cari/hesablaşma hesabları
207
1,068,509
323
İlin sonuna mövcud olan müddətli depozitlər
212,480
1,038,742
25
İl üzrə faiz xərcləri
1,675
12,283
1
Digər passivlər
17,372
10,408
-
Kreditlərlə bağlı öhdəliklər
İlin sonuna mövcud olan zəmanət məktubları
37,738
1,401,423
72,696
İl üzrə haqq və komissiya gəlirləri
3,257
15,620
18,877
Digər xərclər
İşçilərə sərf olunan xərclər
(1,595)
-
-
Digər əməliyyat xərcləri
-
-
(2,434)
Sığorta əməliyyatları
Sığorta mükafatları üzrə debitor borcları
-
-
2,984
Sığorta mükafatları üzrə kreditor borcları
-
-
(38)
İl ərzində brutto yığılmış sığorta mükafatları
-
-
8,825
İl ərzində təkrar sığortaya verilmiş sığorta mükafatları
-
-
(366)
Sığorta ilə bağlı komissiya gəlirləri
-
-
22
Sığorta ilə bağlı komissiya xərcləri
-
-
(443)
* Digər əlaqəli tərəflərə - assosiasiya olunmuş müəssisələr, birgə müəssisələr və digər əlaqəli tərəflərlə aparılmış əməliyyatlar və qalıqlar daxildir. 
31 dekabr 2005-ci il tarixində bitən il üzrə İdarə heyəti üzvlərinin və Qrupun departament rəhbərlərinin əmək haqqı xərcləri, o cümlədən
əlavə ödənişlərin cəmi AZM 2,045 milyon (2004: AZM 1,401 milyon) təşkil etmişdir.
31 dekabr 2005-ci il tarixinə Qrupun nizamnamə kapitalının strukturunda Qrup işçilərinin payı 4.71% və ya AZM 5,844 milyon (31 dekabr
2004: müvafiq olaraq 6.11% və ya AZM 6,112 milyon) təşkil etmişdir.
Qrup Azərbaycan hökumətinin nəzarətində olduğuna görə, yenidən işlənmiş 24 saylı BMS-ə uyğun olaraq, Azərbaycan hökuməti,
Azərbaycan Respublikası Maliyyə Nazirliyi və yerli dövlət müəssisələri ilə aparılan əməliyyatlar yuxarıda göstərilən əlaqəli tərəflərlə
əməliyyatlara aid edilir.


AZƏRBAYCAN BEYNƏLXALQ BANKI
140
30. Əsas Törəmə, Assosiasiya Olunmuş və Birgə 
Müəssisələr
Aşağıdakı cədvəldə Qrupun hazırkı konsolidasiya edilmiş maliyyə hesabatlarına daxil edilmiş törəmə və assosiasiya olunmuş müəssisələri əks
olunur:
Mülkiyyət payı
Adı
Törəmə/
assosiasiya olunmuş 
müəssisələr 
Fəaliyyət növü
Qeydiyyat 
ölkəsi
2005
2004
Bakı Banklararası Valyuta Birjası
Assosiasiya olunmuş
müəssisə
Valyuta birjası
Azərbaycan Respublikası
20.0
20.0
Trans-servis
Birgə müəssisə
Dayanacaq kompleksi
Azərbaycan Respublikası
50.0
50.0
ABB-Moskva
Törəmə müəssisə
Bank
Rusiya Federasiyası
100.0
100.0
Beynəlxalq Sığorta Şirkəti
Törəmə müəssisə
Sığorta
Azərbaycan Respublikası
100.0
100.0
İnter Protekt Re AG
Törəmə müəssisə
Təkrar sığorta
İsveçrə
100.0
100.0
Azərikard MMC
Törəmə müəssisə
Plastik kart xidmətləri
Azərbaycan Respublikası
100.0
100.0
Azərilizinq
Törəmə müəssisə
Lizinq
Azərbaycan Respublikası
100.0
100.0
“İnter” peşəkar futbol klubu
Törəmə müəssisə
Peşəkar idman
Azərbaycan Respublikası
100.0
100.0
Trans-servis şirkətinin maliyyə hesabatları pay iştirakı üzrə uçot metoduna əsasən ilk dəfə Qrupun 31 dekabr 2003-cü il tarixli konsolidasiya
edilmiş maliyyə hesabatlarında birgə müəssisəyə investisiya kimi daxil edilmişdir. Trans-servis şirkətinin 1 yanvar 2003-cü il tarixinə yığılmış
zərərlərdə AZM 683 milyon məbləğində xalis payı, Qrupun 31 dekabr 2003-cü il tarixində bitən il üzrə konsolidasiya edilmiş səhmdar kapita-
lında dəyişikliklər hesabatında digər hərəkətlər kimi qeydə alınmışdır. 11 saylı Qeydə baxın.
7 oktyabr 2002-ci il tarixində Qrupun törəmə sığorta müəssisəsi olan Beynəlxalq Sığorta Şirkəti - İnter Protekt Re AG. təkrar sığorta şirkətini
yaratmışdır. Bu sığorta şirkəti İsveçrənin Sürix şəhərində notarial qeydiyyatdan keçmişdir. Qrupun törəmə sığorta müəssisəsi, İnter Protekt Re
AG təkrar sığorta şirkətinin nizamnamə kapitalına və ehtiyatlarına 1,450 min İsveçrə frankı (İF) və ya AZM 4,635 milyon məbləğində vəsait
qoymuşdur. Köçürülmüş cəmi məbləğdən 1,200 min İF hər birinin nominal dəyəri 1,200 İF olan 1,000 səhmi ödəmək, 200 min İF səhm
mükafatını ödəmək və yerdə qalan 50 min İF isə şirkətin kapital ehtiyatlarına vəsait qoyuluşu üçün istifadə edilmişdir.
Qrupun törəmə müəssisəsi olan Azərilizinq şirkətinin maliyyə hesabatları ilk dəfə Qrupun 31 dekabr 2003-cü il tarixli konsolidasiya edilmiş
maliyyə hesabatlarına daxil edilmişdir. Azərilizinq şirkətinin 1 yanvar 2003-cü il tarixinə yığılmış AZM 1,373 milyon məbləğində zərərləri,
Qrupun 31 dekabr 2003-cü il tarixində bitən il üzrə konsolidasiya edilmiş səhmdar kapitalında dəyişikliklər hesabatında digər hərəkətlər kimi
qeydə alınmışdır.
“Inter” peşəkar futbol klubu 20 iyun 2004-cü il tarixində yaradılmış və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına
alınmışdır. Bank ilə Azərikard MMC arasında imzalanmış təsis müqaviləsinə əsasən peşəkar futbol klubunun nizamnamə kapitalı AZM 2,011
milyon müəyyən edilmişdir. Bu məbləğin AZM 1,500 milyonu Bank, AZM 511 milyonu isə Azərikard MMC tərəfindən qoyulmuşdur. Klub
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının üzvüdür və hazırda milli futbol turnirinin ilkin nəticələrinə görə ölkənin aparıcı beş peşəkar
futbol klublarından biridir. 31 dekabr 2005-ci il tarixində bitən il ərzində “İnter” peşəkar futbol klubuna müvafiq olaraq Bank tərəfindən AZM
22,500 milyon (2004: AZM 3,000 milyon) və Azərikard MMC tərəfindən AZM 1,600 milyon (2004: AZM 1,600 milyon) məbləğində maliyyə
yardımı edilmişdir. 31 dekabr 2004-cü il tarixinə “İnter” peşəkar futbol klubunun maliyyə hesabatları ilk dəfə olaraq Qrupun konsolidasiya
edilmiş maliyyə hesabatlarına səhmləri bütünlüklə Banka məxsus olan törəmə müəssisə kimi daxil edilmişdir.
31. Hesabat Tarixindən Sonra Baş Vermiş Hadisələr
Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli Fərmanına uyğun olaraq 2006-cı il yanvarın 1-dən Azərbaycan Respublika-
sında milli valyutanın 1 yeni Manat (AZN) = 5000 köhnə Manat (AZM) miqyasında denominasiyası həyata keçirilmişdir. hazırkı konsolidasiya
edilmiş maliyyə hesabatlarındakı məbləğlər milyon Azərbaycan Manatı ilə (“AZM”) əks olunmuşdur. 1 yanvar 2006-cı il tarixindən başlayaraq
konsolidasiya edilmiş maliyyə hesabatlarının yeni Manat miqyasında hazırlanması təmin edilməlidir.





BMC “A’Visual Productions” © 2006
Developed by “TUTU Design” © 2006

Yüklə 12,33 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə