Azərbaycan beynəlxalq banki



Yüklə 12,33 Mb.
Pdf görüntüsü
səhifə5/43
tarix14.09.2018
ölçüsü12,33 Mb.
#68534
1   2   3   4   5   6   7   8   9   ...   43

Altı gün ərzində şəhərin ən gözəl və qədim binalarından birinin – Azərbaycan Dövlət Fi-
larmoniyasının divarları arasında Şostakoviç və onun tanınmış tələbələri – Qara Qarayev
və Cövdət hacıyevin dahi musiqiləri səsləndirildi. Böyük ustalıqla təşkil olunmuş bu festi-
valda, ilk dəfə idi ki, klassik musiqinin görkəmli simaları şəhərimizdə keçirilən möhtəşəm
bir musiqi bayramında iştirak edirdilər: Rusiyanın Dövlət Akademik Simfonik orkestri, Şos-
takoviç adına və Borodin adına kvertetlər, Rusiyanın bir nömrəli skripkaçısı Viktor Tret-
yakov, Qalina Vişnevskayanın Opera mərkəzinin solistləri və Ukraynadan gəlmiş qonaq
– vokalist Oksana Dika. Azərbaycanı – beynəlxalq mükafatlar laureatları pianoçu Fərhad





Bədəlbəyli,  Murad  Adıgözəlov  və 
Üzeyir Hacıbəyov adına Dövlət Sim­
fonik Orkestri təmsil edirdilər. Onlar 
ölməz  sənət  əsərlərini  ifa  etməklə 
yanaşı,  dinləyici  diqqətini  bəstəkar 
dühasının yeni və maraqlı tərəflərinə 
də yönəldə bildilər.
Festival yalnız xalis melomanlar və 
Şostakoviç  yaradıcılığının  pərəstiş­
karları üçün deyil, həm də yetişmək­
də  olan  yeni  nəslin  nümayəndələri 
üçün böyük canlı hadisəyə çevrildi. 
Yubiley festivalının təşəbbüskarı və 
bədii rəhbəri – dünya şöhrətli violon­
çelist  və  dirijor  Mstislav  Rostropo­
viç idi. 
Festivalda fəxri qonaq kimi – vokal 
musiqisinin ən yaxşı qadın ifaçıların­
dan  biri  Qalina  Vişnevskaya  iştirak 
edirdi.


AZƏRBAYCAN BEYNƏLXALQ BANKI /
İLLİK hESABAT 2005
2005-ci İLDƏ 
AZƏRBAYCANIN 
İQTİSADİYYATI 
VƏ BANK SİSTEMİ
Makroiqtisadi 
vəziyyətin xülasəsi
2005-ci il ölkənin həm iqtisadi, həm də sosial sahələrində qazanılmış yeni nailiyyətlərlə
əlamətdar olmuş, bu uğurları əyani nümayiş etdirən makroiqtisadi göstəricilər əvvəlki illə
müqayisədə əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. 2005-ci ildə möhkəm ictimai-siyasi və
makroiqtisadi sabitlik, iqtisadiyyatın və əhalinin həyat səviyyəsinin dinamik artımı, köklü
institusional islahatların aparılması təmin olunmuşdur.
ÜDM-in strukturu. İqtisadiyyatın inkişafının əsas indikatoru olan ÜDM 26,4%
(müqayisəli qiymətlərlə 11,5 trilyon AZM) artaraq, 59,5 trilyon AZM-ə çatmışdır. ÜDM-
in bir faiz artımı 2004-cü ildə 426,5 milyard AZM əlavə dəyərə bərabər idisə, hesabat
ilində bu rəqəm 594 milyard AZM təşkil etmişdir. Adambaşına düşən ÜDM 25,1% arta-
raq 7,2 milyon AZM (1517,5 ABŞ dolları) olmuşdur.
ÜDM-in strukturunda sənaye istehsalı 47,5%, kənd təsərrüfatı məhsullarının istehsalı
9,2%, əsaslı tikinti 10%, ticarət və pullu xidmətlər 6,9%, nəqliyyat 5,8%, rabitə 2,3%,
digər sahələr 18,3% təşkil etmişdir.
Əsas kapitala sərmayələr. hesabat ilində müəssisə və təşkilatların iqtisadiyyatın gə-
ləcək inkişafını təmin edən əsas kapitala öz vəsaitləri hesabına yönəltdikləri sərmayələrin
həcmi 23 trilyon AZM (ümumi sərmayələrin 84,6%), bank kreditləri 1,71 trilyon AZM,
büdcə vəsaitləri 949,5 milyard AZM, büdcədənkənar fondların vəsaitləri 366,5 trilyon
AZM və s. təşkil etmişdir. Bütün mənbələrdən əsas kapitala sərmayələrin həcmi 27 tril-
yon AZM-ə çatmışdır. Əsas kapitala yönəldilmiş vəsaitlərin 67,2% xarici, 32,8% isə daxili
sərmayələrin payına düşür. Daxili maliyyə mənbələri hesabına sərmayələrin həcminin
2004-cü illə müqayisədə 24%-dən 32,8%-dək artması müsbət hal kimi qeyd olunmalı-
dır.


A
Z
Ä
r
b
A
y
c
A
n
Əhalinin rifahı, pul gəlirləri, əmanətləri, əmək haqqı. hesabat ilində əhalinin rifa-
hının yaxşılaşması davam etmişdir. Belə ki, ölkənin iqtisadi və sosial sahələrində muzdla
işləyənlərin orta aylıq əmək haqqı 2004-cü illə müqayisədə 21,9% artaraq, 589,5 min
AZM-ə, sənaye müəssisələrində 1 milyon AZM-ə, tikinti, nəqliyyat və rabitə sektorun-
da, müvafiq olaraq, 1,2; 0,62 və 0,88 milyon AZM-ə çatmışdır. Əhalinin banklardakı
əmanətləri 2004-cü illə müqayisədə 22,7% artaraq, 2,47 trilyon AZM (88,7% SDV ilə,
11,3% isə manatla) təşkil etmişdir. Əmanətlərin 45,1%-i dövlət banklarında, 54,9% isə
özəl banklarda saxlanılır. Əhalinin nominal pul gəlirləri 36,2% artaraq, 39 trilyon AZM
təşkil etmişdir (adambaşına 4,7 milyon AZM).
Dövlət büdcəsi. hesabat ilində dövlət büdcəsinə daxilolmalar 10,27 trilyon AZM təş-
kil etmişdir ki, bu da 2004-cü illə müqayisədə 2,87 trilyon AZM və ya 38,8% çoxdur.
Dövlət büdcəsinin gəlirləri 138,8% artaraq, ÜDM-in 17,3%-nə çatmışdır.
2005-ci ildə dövlət büdcəsinin xərcləri 10,7 trilyon AZM təşkil etmişdir, yəni 2004-cü illə
müqayisədə 3,2 trilyon manat və ya 42,6% çox olmuşdur. Dövlət büdcəsinin xərcləri
ÜDM-in 18%-ni təşkil etmişdir.
hesabat ilinin nəticələrinə görə büdcə kəsiri 427,5 milyard AZM olmuşdur.
Pul-kredit siyasəti. İqtisadi nailiyyətlərin əldə edilməsində düzgün pul-kredit siyasəti
mühüm rol oynamışdır. 2005-ci ildə inflyasiyanın səviyyəsi 9,6% təşkil etmişdir. Ölkənin
27


AZƏRBAYCAN BEYNƏLXALQ BANKI /
İLLİK hESABAT 2005
xarici valyuta ehtiyatlarının həcmi 2004-cü illə müqayisədə 22,3% artaraq, 2005-ci ilin
sonuna 2,4 milyard ABŞ dollarına çatmışdır. Ölkənin xarici borcu 1,65 milyard ABŞ dolla-
rı (ÜDM-in 12,7%-i) təşkil etmişdir.
Hüquqi baza. 2005-ci ildə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu
qəbul edilmiş, ilin sonunda isə “İpoteka Fondu haqqında Əsasnamə” təsdiq edilmişdir.
Eyni zamanda, ipoteka kreditlərinin verilməsi, kreditin alınma şərtləri, müvəkkil kredit
təşkilatlarının və sığorta şirkətlərinin siyahısı müəyyənləşdirilmişdir. Bu Qanun əhalinin
mənzilə olan tələbatının ödənilməsinin və mənzil şəraitinin yaxşılaşdırılmasının sadəcə
hüquqi bazası deyil, bütövlükdə maliyyə sisteminin inkişafına təkan verəcək mühüm ins-
titusional vasitədir.
Bank sektorunun 
inkişafı
2005-ci ilin sonuna Azərbaycanda 44 kommersiya bankı, o cümlədən xarici kapitalın
iştirakı ilə 18 (2004-cü ildə 15) bank, 85 (2004-cü ildə 70) qeyri-bank kredit təşkilatı
fəaliyyət göstərmişdir. Bütövlükdə ilin sonuna Azərbaycanda bankların 374 və bank ol-
mayan kredit təşkilatlarının 25 filialı fəaliyyət göstərmişdir.
İl ərzində bank sisteminin aktivləri 34,5% artaraq 11,3 milyard AZM, bankların faktiki
nizamnamə kapitalı 23,5% artaraq 1,3 trilyon AZM olmuşdur. Eyni zamanda, xarici ka-
pitallı bankların nizamnamə kapitalının xüsusi çəkisi 2004-cü illə müqayisədə 33,6%-dən
37,7%-ə çatmışdır.
2005-ci ildə iqtisadiyyata kredit qoyuluşları 45,6% artaraq, 7,2 trilyon AZM-ə çatmışdır.
Müştərilərə verilən uzunmüddətli kreditlər 82,8% artaraq 2,6 trilyon AZM, qısamüddətli


Yüklə 12,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə