Azərbaycan beynəlxalq banki



Yüklə 12,33 Mb.
Pdf görüntüsü
səhifə6/43
tarix14.09.2018
ölçüsü12,33 Mb.
#68534
1   2   3   4   5   6   7   8   9   ...   43

A
Z
Ä
r
b
A
y
c
A
n
kreditlər isə 30,3% artaraq 4,6 trilyon AZM olmuşdur. Vaxtı keçmiş kreditlərin məcmu
kredit portfelində xüsusi çəkisi azalaraq, 4,73% təşkil etmişdir.
2005-ci ildə bankların öhdəliklərinin həcmi 34,5% artaraq, 11,26 trilyon AZM-ə çatmış-
dır. hesabat dövründə əmanət bazarı bank xidmətləri bazarının ən dinamik inkişaf edən
seqmentlərindən biri olmuşdur. Fiziki şəxslərin əmanətləri 22,7% artaraq, 2,5 trilyon
AZM-ə çatmışdır. hüquqi şəxslərin depozitləri üzrə həmin göstəricilər müvafiq olaraq
28,6% və 4 trilyon AZM təşkil etmişdir.
Bank əməliyyatlarının sayı və həcmi də artmışdır. Müştərilərin ödənişlərinin sayı il ərzində
18% artaraq 1,07 milyona, məbləği isə 18% artaraq, 73,5 trilyon AZM-ə çatmışdır.
hesabat dövründə bank sisteminin inkişafını xarakterizə edən əsas göstəricilərin artım
sürəti bütövlükdə iqtisadiyyatın artım sürətini üstələmişdir. Nəticədə bank aktivlərinin
ÜDM-də nisbəti 19%-ə, bankların kredit qoyuluşlarının ÜDM-də nisbəti isə 10,8%-dən
12%-ə yüksəlmişdir.
29


Azərbaycan  Beynəlxalq  Bankının  sponsor  dəstəyi  ilə  təşkil  olunmuş  layihə  üzrə,  dünya
opera sənətinin ən parlaq ulduzu, məşhur İspaniya müğənnisi Monserrat Kabalye Bakının
qonağı oldu. Onun yaradıcılıq bioqrafiyasını dünyanın ən iri opera səhnələrinin adları və
bu  səhnələrdə  oxunan  unudulmaz  əsərlərin  siyahısı  zənginləşdirir.  Müasir  dövrümüzün
ən görkəmli vokalistləri, dünyanın tanınmış opera ustaları onunla bir səhnədə çıxış etmək
imkanını özləri üçün böyük şərəf sayırlar. Dünya vokal ifaçılığı sənətində bütöv bir dövr
Monserrat Kabalyenin adı ilə bağlıdır.
Gözəl sopranoya malik olan müğənni şəhərimizə qonaq gəlməkdə məqsədi yalnız kon-


sert verməkdən ibarət deyildi, o həmçinin gənc istedadlara ustad (master-klass) dərsləri
keçməyi də nəzərdə tutmuşdu. Bakı Musiqi Akademiyasının tələbələrinə Monserrat Ka-
balyenin özündən vokal dərsləri almaq imkanı verilmişdi ki, bu da, şübhəsiz, onların yad-
daşlarında həyatlarının ən parlaq hadisələrindən biri kimi qalacaq. Monserrat Kabalye-
nin təşəbbüsü ilə, daha üstün istedada malik vokalistlər İspaniyada keçirilmiş Beynəlxalq
müsabiqəyə dəvət olundular.
Növbəti gün opera musiqisinin pərəstişkarları Azərbaycan Dövlət Opera və Balet Teatrı-
nın səhnəsində ilk dəfə geniş konsert proqramı ilə çıxış edən primanın görüşünə toplaş-





dılar. Monserrat Kabalyenin çıxışları­
nı  əfsanəvi  dirijor  Xose  Kolladonun 
idarəsi  ilə  Üzeyir  Hacıbəyov  adına 
Azərbaycan  Dövlət  Simfonik  Orkestri 
müşayiət edirdi. 
Xanım  Kabalye  konsertin  gedişi  za­
manı  musiqi  pərəstişkarlarının  ona 
göstərdikləri  məhəbbətə  görə  minnə­
tdarlığını  bildirərək  dedi:  “Mən  indi­
yədək  dünyanın  müxtəlif  ölkələrində 
verdiyim  konsertlərdə  heç  vaxt  ifamı 
dayandırıb  ürək  sözlərimi  bölüşməmi­
şəm.  Ancaq  Azərbaycan  dinləyicilə­
rinin  opera  sənətinə  dərindən  bələd 
olduqlarını gördükdə, onları söyləməyə 
ehtiyac  duyuram.”  Məşhur  müğənni 
opera sənətinə gəlişindən də danışdı.
Böyük müvəffəqiyyətlə keçən konsert 
dəfələrlə  musiqisevərlərin  gurultulu 
alqışları və gül dəstələri ilə cavablan­
dı.


AZƏRBAYCAN BEYNƏLXALQ BANKI /
İLLİK hESABAT 2005
2005-ci İL: NAİLİYYƏTLƏR, ETİBARLILIQ 
VƏ TANINMA
Nailiyyətlər

 2005-ci ildə Bankın aktivləri 33,6% artaraq 5,78 trilyon AZM təşkil etmişdir.

 ABB-də fiziki şəxslərin müddətli əmanətlərinin həcmi 583,7 milyard AZM, hüquqi
şəxslərin müddətli əmanətlərinin həcmi isə
1,64 trilyon AZM təşkil etmişdir.

 Bank tərəfindən ölkə iqtisadiyyatına xalis kredit qoyuluşları 2004-cü illə müqayisədə
66,9% artaraq, hesabat ilinin sonuna
3,39 trilyon AZM olmuşdur.

 İl ərzində təxminən 127 min ədəd plastik kart buraxılmışdır. Ümumiyyətlə, əhalidə
olan kartların sayı 655 minə çatmışdır. Bank ölkədə ən geniş bankomat (453) və POS-
terminal (564) şəbəkəsinə malikdir.

 Bank bazarının əsas sahələrində ABB-nin payı aşağıdakı kimi olmuşdur: aktivlər 51,3%,
səhmdar kapitalı
21,5%, fiziki şəxslərin müddətli əmanətləri 33,2%, hüquqi şəxslərin
depozitləri
93,1%, kredit qoyuluşları 53,5%.

 Korporativ müştərilərin sayı 1,2 dəfə artaraq 26,8 minə, fiziki şəxs olan müştərilərin
sayı isə 1,65 dəfə artaraq
273,4 minə çatmışdır.
Etibarlılıq və tanınma

 hesabat ilində Fitch IBCA beynəlxalq reytinq agentliyi Bankın reytinqini sabit perspek-
tivli “BB-“, qısamüddətli reytinqini isə “3” səviyyəsində müəyyənləşdirmişdir.

 2005-ci ildə Bankın xarici maliyyə təsisatları ilə əməkdaşlığı xeyli genişlənmişdir, Ci-
tibank, JP Morgan, Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB), Deutsche Bank,
Wachovia Bank, Commerzbank, “US Eximbank”, İslam İnkişaf Bankı (İİB), İslam İnkişaf
Korporasiyası (İİK), Raiffeisen Bank və s. kimi digər tanınmış təsisatlarla əməkdaşlıq
əlaqələri daha da güclənmişdir.

 2005-ci il avqustun 19-da Bank sindikatlaşmış kreditin cəlb olunmasına dair CitiBank
və CommerzBankla kredit sazişini imzalamışdır. Banka olan böyük etibar nəticəsi ola-
raq sindikasiya məbləği 30 milyon ABŞ dollarından 56 milyon dollara qədər artırıldı.
İştirak edən bankların sayının çoxluğu (19 bank), eləcə də onların coğrafiyasının geniş-
liyi (ABŞ, Almaniya, İngiltərə, hollandiya, Avstriya, Polşa, BƏƏ, Belçika, Fransa və Çin),
habelə kreditin dövlət zəmanəti olmadan cəlb edilməsi xarici bankların ABB-yə yüksək


Yüklə 12,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə