Azərbaycan beynəlxalq banki



Yüklə 12,33 Mb.
Pdf görüntüsü
səhifə8/43
tarix14.09.2018
ölçüsü12,33 Mb.
#68534
1   ...   4   5   6   7   8   9   10   11   ...   43

AZƏRBAYCAN BEYNƏLXALQ BANKI /
İLLİK hESABAT 2005
2004-cü illə müqayisədə gəlirlərin strukturunda faiz gəlirlərinin payının 48%-dən 57%-ə
çatması müşahidə olunur. Xalis mənfəət 2004-cü ilin nəticələri ilə müqayisədə 46,3%
artaraq 101,65 milyard AZM-ə çatmışdır.
2005-ci ildə Bankın komisyon gəlirləri 2004-cü illə müqayisədə təxminən eyni
səviyyədə qalmış və 218,8 milyard AZM təşkil etmişdir. Komisyon gəlirlərinin məcmu
həcminin təxminən yarısı nağd pul (18,9%), hesablaşma (16,2%) və plastik kartlarla
əməliyyatlardan (25%) əldə edilmiş gəlirlər hesabına təmin olunmuşdur. Komisyon
gəlirlərinin 5,7%-i sənədli əməliyyatlardan, habelə kredit xətlərinə xidmətdən əldə olu-
nan gəlirin payına düşür. Xarici valyuta və qiymətli kağızlarla əməliyyatlar üzrə komissiya-
ların komissiya gəlirlərinin məcmu həcmində payı isə 32% təşkil etmişdir. Bu göstəricilər
valyuta bazarında Bankın fəaliyyətinin səmərəliliyini, onun çoxlu sayda fəal müştərilərinin
olduğunu, göstərilən əməliyyatların maliyyə nəticələrinə təsirinin artdığını sübut edir.
hesabat ilində Bankın ümumi xərcləri 51,4% artaraq, ilin sonuna 583,8 milyard AZM
təşkil etmişdir. Xərclərin strukturunda faiz xərcləri 19,7% (2004-cü illə müqayisədə
32,4% çox), komisyon xərcləri 3,8% (artım 35%), ehtiyata ayırmalar 31,6% (artım
61%), inzibati və digər əməliyyat xərcləri 39,8%-dir.
Göründüyü kimi, cəlb olunmuş resurslar üzrə faizlərin ödənilməsi ABB-nin xərclərinin
mühüm maddəsi olaraq qalır. Bu maddə üzrə xərclər 115,4 milyard AZM olmuşdur.
Bunun səbəbi cəlb edilmiş vəsaitlərin fiziki həcminin intensiv şəkildə artmasıdır. Qeyd
olunmalıdır ki, faiz xərclərinin əksər hissəsi (81,7%) korporativ müştərilərin depozitləri və
əhalinin əmanətləri üzrə ödənilmiş faizlərə aiddir.
Bankın məcmu xərclərində fəaliyyətin təmin olunmasına çəkilən xərclərin mütləq
kəmiyyəti 2004-cü illə müqayisədə 75 milyard AZM artmışdır. Bu, Bankın fəaliyyət
dairəsinin və onun xidmət şəbəkəsinin xeyli genişlənməsi, əməkdaşlarının sayının artması
və əməyin qiymətləndirilməsi, mükafatlandırma və motivasiyanın yeni sisteminin tətbiqi
ilə əlaqədardır.
Kapital. 2005-ci il ərzində Bankın nizamnamə kapitalı artırılaraq, 124,1 milyard AZM-ə
çatdırılmışdır. Bankın bölüşdürülməmiş mənfəətinin həcminin çoxalması və nizamnamə
kapitalının artması hesabına səhmdar kapitalı 1,5 dəfə artaraq, ilin sonuna 417,5 milyon
AZM-ə çatmışdır. Məcmu passivlərin ümumi strukturunda səhmdar kapitalının payı 7,2%
təşkil etmişdir.
40


A
Z
Ä
r
b
A
y
c
A
n
Aktivlərin artımı (33,6%) ilə müqayisədə kapitalın daha üstün templərlə artımı (56,9%),
kapitalın yetərlilik göstəricisini yaxşılaşdırmağa, kredit əməliyyatlarının həcmini artırmağa
imkan yaratmışdır.
ABB-nin kapitallaşmasının artması, - bu, Bankın həlledici rəqabət üstünlüklərindən biridir,
- onun maliyyə sabitliyinə əhəmiyyətli təsir göstərən amil olmuşdur. Bunun sayəsində
Bankın aktiv əməliyyatları genişləndirmək imkanı artmışdır.
2005-ci ilin hesabatından irəli gələn başlıca nəticə budur ki, Bankın gəlirliliyinin və mən-
fəətliliyinin son illərdə müşahidə olunan artım meyli hesabat ilində daha nəzərəçarpa-
caq şəkildə davam etdirilmişdir. Azərbaycan Beynəlxalq Bankı 2005-ci ili yüksək balans
mənfəəti göstəricisi ilə (145,6 milyard AZM) başa vurmuşdur ki, bu da əvvəlki ilin mü-
vafiq göstəricisindən 52% artıqdır. Vergilər ödənildikdən sonra xalis mənfəət 2004-cü
ildəki 69,5 milyard AZM-ə qarşı 101,6 milyard AZM təşkil etmişdir.


hər yay Bakıda dünya şöhrətli rejissor, ssenarist və yazıçı-dramaturq, beynəlxalq nüfuzlu
“Oskar”  kino  mükafatına  layiq  görülmüş  Rüstəm  İbrahimbəyovun  rəhbərliyi  ilə  “Şərq-
Qərb” Beynəlxalq Kino Festivalı keçirilir. Festivalın təşkilatçıları iki fərqli mədəniyyət – Şərq
və Qərb arasındakı sərhədlərin ortadan götürülməsinə çalışmırlar. Onların başlıca məqsədi
– bu iki mədəniyyəti bütün fərqli cəhətləri ilə anlamaqda və qəbul etməkdə tamaşaçıya
kömək etmək, Şərq və Qərb rejissorlarının filmlərini Avropa və Asiyanın qovuşuğunda
– Azərbaycanda kinosevərlərə təqdim etməkdir.
Festivala  yalnız  tamaşaçı  və  kino  tənqidçilərinin  etibarını  qazanmış  müxtəlif  növ  filmlər


gətirilir. Bunun sayəsində, Bakılılara nüfuzlu Kino Festivallarının mükafatlarına layiq görül-
müş, ilin ən yaxşı filmləri ilə tanış olmaq kimi nadir bir imkan verilir və bu heç də mane
olmur ki, “Şərq-Qərb” festivalı tamamilə yeni filmləri də kinosevərlərə təqdim etsin. So-
nuncu  dəfə  bu  –  Rüstəm  İbrahimbəyovun  ssenarisi  üzrə  yenicə  çəkilmiş,  qazax  xalqın
tarixindən bəhs edən “Köçərilər” filmi oldu.
Festivalın  qonaqları  arasında  tamaşaçılara  çox  tanış  olan,  məşhur  rejissor  və  aktyorları
Stanislav Qovoruxini, Şarunas Bartası, Yuri Solovyovu, Aleksandr Abdulovu, – və bir çox
başqalarını da görmək olardı.





Əgər  kinomatoqrafiyadan  danışma­
lı  olsaq,  deyə  bilərik  ki,  Azərbaycan 
Beynəlxalq Bankı ölkəmizdə çəkilmiş 
filmlərin  Qızıl  Fondunun  da  qeydinə 
qalır. 
Bu  yaxınlarda  1945­ci  ildə  çəkilmiş 
və ekrana çıxmasının 60 illiyində yeni­
dən nümayiş olunması üçün nəzərdə 
tutulmuş  “Arşın  mal  alan”  musiqili 
filminin bərpası başa çatdı. 
Üzeyir Hacıbəyovun məşhur komedi­
yası əsasında yaradılmış bu Azərbay­
can kinomatoqrafiyasının dəyərli sə­
nət əsərində Rəşid Behbudov, Leyla 
Cavanşirova, Lütvəli Abdullayev, Fat­
ma  Mehralıyeva  və  başqa  görkəmli 
səhnə  ustaları  çəkilmişlər.  Ssenari 
müəllifi  –  Sabit  Rəhman,  quruluşçu 
rejissorlar R. Təhmasib və N. Leşşen­
kodur.  


Yüklə 12,33 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə