Azərbaycan bölməsi Biokimya elminin əsasları, onun bədən tərbiyəsi və idman mütəxəsisləri üçün əhəmiyyəti



Yüklə 46,16 Kb.
səhifə1/15
tarix19.03.2022
ölçüsü46,16 Kb.
#84605
  1   2   3   4   5   6   7   8   9   ...   15
Biokimya semestr sualları


BİOKİMYA BAZA 200 TEST SUALLAR
(Azərbaycan bölməsi)
Biokimya elminin əsasları, onun bədən tərbiyəsi və idman mütəxəsisləri üçün əhəmiyyəti
1. İdman biokimyası hansı elmlərlə qarşılıqlı əlaqədədir?

A) idman fiziologiyası, idman təbabəti, idman gigiyenası

B) anatomiya, idman fiziologiyası, gigiyena, idman təbabəti

C) anatomiya, idman fiziologiyası, idman təbabəti, psixologiya

D) idman fiziologiyası, psixologiya, idman təbabəti

E) anatomiya, idman fiziologiyası, idman gigiyenası


2. Funksional biokimya elmi nəyi öyrənir?

A) maddələr mübadiləsi və enerji mübadiləsi proseslərini

B) orqanizmdə olan bütün kimyəvi birləşmələrin miqdarını və funksiyasını

C) metabolizm prosesləri ilə orqanizmin funksiyaları arasındakı əlaqələri

D) orqanizmdə olan bütün kimyəvi birləşmələrin quruluşunu və funksiyasını

E) yalnız enerji mübadiləsi proseslərini


3. Bioloji kimya fənni nəyi öyrənir?

A) insan orqanizminin kimyəvi tərkibini öyrənir

B) insan, heyvan və bitkilərin kimyəvi tərkibini öyrənir

C) energetik mübadiləni və maddələr mübadiləsini öyrənir

D) mikroorqanizmlərdə baş verən kimyəvi prosesləri öyrənir

E) bütün canlı orqanizmlərin kimyəvi tərkibini öyrənir


4. Müasir bioloji kimyanın hansı bölmələri vardır?

A) statik, dinamik və funksional

B) funksional, üzvi və qeyri-üzvi

C) üzvi, statik və dinamik

D) farmokoloji və funksional

E) funksional və dinamik


5. Kalium elementi haqqında hansı ifadə düzdür?

A) zülalların sintezində iştirak edir

B) eninəzolaqlı və saya əzələlərin tonusunu azaldır

C) hemoqlobinin sintezinde iştirak edir

D) ürək işinin nizama salınmasında mühüm rol oynayır

E) normadan artıqlığı insan orqanizminə toksiki təsir göstərmir


6. Maddələr mübadiləsi prosesi nədən ibarətdir?

A) yalnız enerji mübadiləsindən ibarətdir

B) qidalanma, sintez və parçalanma proseslərinin qarşılıqlı əlaqəsindən ibarətdir

C) qidalanma, sintez və ifrazetmə proseslərinin qarşılıqlı əlaqəsindən ibarətdir

D) qidalanma və ifrazetmə, sintez və parçalanma proseslərinin qarşılıqlı əlaqəsindən ibarətdir

E) yalnız assimilyasiya proseslərindən ibarətdir


7. Spirtlərin funksional qrupu hansılardır?

A) OH


B) CH3

C) COH


D) COOH

E) NH
8. Aminturşuların tərkibində hansı funksional qruplar vardır?

A) OH, COOH

B) CH2, CH3

C) NH2; COOH

D) NH; COOH

E) NH, OH
9. Hansı üzvi maddələrin tərkibində amin qrupuna rast gəlinmir?

A) zülallar

B) karbohidratlar

C) azot əsasları

D) aminturşuları

E) neytral yağlar


10. Sümük toxuması və dişlərin tərkibinə hansı qeyri-üzvi birləşmələr daxildir?

A) Ca SO4, Ca CO3; H2 CO3; Al(OH)3

B) Ca(PO4)2; Ca CO3; Ca F2; Na3 PO4; Mg3(PO4)2

C) K2 SO4; Ca F2; Ca Cl2; Na2 SO4

D) HCl; H2 CO3; H3 PO4

E) Mg2 SO4; Ca SO4; Na Cl; Ca Cl2; Na3 PO4


11. İnsan orqanizminin toxumalarında su hansı funksiyanı yerinə yetirir?

A) suyun hormonal əhəmiyyəti vardır və bütün maddələrin universial

B) katalizator funksiyasını yerinə yetirir və bütün maddələrin universial daşıyıcısıdır

C) orqanizmdə mübadilə məhsullarının və başqa maddələrin universal daşıyıcısıdır

D) turş-qələvi məhsullar orqanizmdən su vasitəsilə xaric edilir

E) su orqanizmdəki lipid maddələrinin həlledicisidir


12. Mürəkkəb birləşmələrdən sadə üzvi birləşmələrin əmələ gəlməsi necə adlanır?

A) energetik balans

B) dissimilyasiya

C) əsas mübadilə

D) assimilyasiya

E) ümumi mübadilə


13. Sadə birləşmələrdən mürəkkəb üzvi birləşmələrin əmələ gəlməsi necə adlanır?

A) dissimilyasiya

B) işçi mübadilə

C) assimilyasiya

D) əsas mübadilə

E) transkripsiya


14. Böyümə və inkişaf dövründə hansı proses baş verir?

A) dissimilyasiya prosesi üstünlük təşkil edir

B) assimilyasiya prossesi üstünlük təşkil edir

C) parçalanma və ifrazetmə prosesləri üstünlük təşkil edir

D) su-duz mübadiləsi zəifləyir

E) qanın osmos təzyiqi artıq


15. Qocalıq dövründə hansı proses baş verir?

A) dissimilyasiya prosesi zəifləyir

B) dissimilyasiya prossesi sürətlənir

C) assimilyasiya prosesi üstünlük təşkil edir

D) energetik mübadilə sürətlənir

E) fermentlərin sintezi sürətlənir



Yüklə 46,16 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə