Azərbaycan bölməsi Giriş. İdman fiziologiyasının qısa inkişaf tarixi


Hərəkət vərdişlərinin formalaşması və idman texnikası təliminin fizioloji əsasları



Yüklə 46,46 Kb.
səhifə3/6
tarix31.12.2021
ölçüsü46,46 Kb.
#81540
1   2   3   4   5   6
İdman fiziologiyası 200 az

3. Hərəkət vərdişlərinin formalaşması və idman texnikası təliminin fizioloji əsasları
85. Aşağidakılardan biri hərəki vərdişin formalaşması fazasına aid deyil:

A) sinir proseslərinin irradiyasiyası

B) beyin qabığının tormozlanması

C) sinir proseslərinin lazımi mərkəzlərə toplanması

D) hərəkət vərdişinin sabitləşməsi

E) vərdişin avtomatlaşması


86. Hərəki vərdişlərin formalaşmasının üçüncü mərhələsində hansı proseslər baş verir?

A) sinir proseslərinin irradiasiyası

B) hərəki vərdişlərin avtomatlaşması

C) hərəki vərdişlərin sabitləşməsi və təkmilləşməsi

D) hərəki vərdişlərin deadaptasiyası

E) sinir proseslərinin konsentrasiyası


87. Hərəki vərdişlərin formalaşmasının dördüncü fazasında hansı proseslər baş verir?

A) sinir proseslərinin konsentrasiyası

B) hərəki vərdişlərin sabitləşməsi və təkmilləşməsi

C) sinir proseslərinin irradiasiyası

D) hərəki vərdişlərin avtomatlaşması

E) hərəki vərdişlərin deadaptasiyası


88. Aşağıdakılardan biri hərəki vərdişin möhkəmliyini pozan faktora aid deyil.

A) özünə inamın az olması

B) əzələ kompozisiyası

C) yorulma

D) hipoksiyanın inkişafı

E) iqlim dəyişməsinə uyğunlaşmamaq


89. Aşağıdakılardan biri hərəkət aktının təşəkkülünün və icrasının bütün mərhələlərində MSS-də afferent və başqa faktorların birləşdirilməsində P.K.Anoxinin qeyd etdiyi 4 əsas faktora aid deyil

A) motiv


B) startqabağı vəziyyət

C) yaddaş

D) şərait haqqında məlumat

E) icraedici məlumat


90. Aşağıdakılardan biri mürəkkəb hərəkətlərin proqramlaşdırılması üçün əsas şərt hesab edilmir?

A) yaddaş

B) OMS göstəricisi

C) xarici mühitdən gələn məlumat

D) icraçı məlumat

E) mərkəzi və periferik sahələrin funksional vəziyyəti


91. Aşağıdakılardan biri idman texnikası təliminin fizioloji cəhətdən əsaslandırılması prinsiplərinə aid deyil.

A) hərəkət texnikasının tədricən mürəkkəbləşməsi prinsipi

B) dövrü və qeyri dövrü hərəkətlər prinsipi

C) hərəkətlərin ardıcıl təkrarlanması prinsipi

D) texniki hazırlığın müxtəlifliyi prinsipi

E) təlimin fərdiləşmə prinsipi


92. Harvard Step testi ilə hansı göstərici qiymətləndirilir?

A) əzələ qüvvəsi

B) bərpa prosesləri

C) vestibulyar davamlılıq

D) gözün görmə sahəsi

E) cəldlik


93. Harvard Step testində hansı hərəkətlərdən istifadə edilir?

A) oturub-durmaq

B) pillədə qalxıb-enmək

C) yerində qaçış

D) veloqometrdə iş

E) espanderi sıxmaq


94. Harvard Step testinin qiymətləndirilməsi hansı fizioloji göstərişlərə əsasən qiymətləndirilir?

A) arterial təzyiq

B) ürək vurğularının sayı

C) tənəffüsün sıxlığı

D) əzələ tonusu

E) gözün görmə sahəsi


95. Ətraf mühitə və ya orqanizmin özündə baş verən dəyişikliklərə uyğunlaşma imkanları necə adlanır?

A) superkompensasiya

B) adaptasiya

C) regenerasiya

D) dehidratasiya

E) hipertrofiya


96. Yaranma mexanizminə görə neçə cür adaptasiya ayırd edilir?

A) 3 cür-lokal, regional, qlobal

B) 2 cür-genotip və fenotip

C) 2 cur-statik və dinamik

D) 2 cür-prenetal və postnatal

E) 2 cür-ontogenez və filogenez


97. Rufye testində hansı hərəkətlərdən istifadə edilir?

A) 12 dəq qaçış

B) oturub durmaq

C) veloerqometrdə iş

D) pillədə qalxıb enmək

E) espanderi sıxmaq


98. Rufye testi hansı funksional göstəricilərə əsasən müəyyənləşdirirlir?

A) arterial təzyiq

B) nəbz

C) tənəfüsün dəqiqəlik sayı

D) əzələ qüvvəsi

E) oksigenin maksimal sərfiyyatı



Yüklə 46,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə