Azərbaycan bölməsi Giriş. İdman fiziologiyasının qısa inkişaf tarixi


Xarici mühitin xüsusi şəraitində idman və iş qabiliyyətinin fizioloji əsasları



Yüklə 46,46 Kb.
səhifə5/6
tarix31.12.2021
ölçüsü46,46 Kb.
#81540
1   2   3   4   5   6
İdman fiziologiyası 200 az

5. Xarici mühitin xüsusi şəraitində idman və iş qabiliyyətinin fizioloji əsasları
150. İşçi hipertermiya nədir?

A) əzələ kütləsinin çoxalması

B) bədən hərarətinin artması

C) təzyiqin yüksəlməsi

D) su balansının pozulması

E) sürətli bərpa


151. Dehidratasiya nədir?

A) əzələ kütləsinin çoxalması

B) su balansının pozulması

C) təzyiqin enməsi

D) sürətli bərpa

E) bədən hərəkətinin artması


152. Havanın yüksək temperaturu və rütubəti şəraitində keçirilən yarışlara hazırlanmaq üçün idmançılar həmin şəraitdə təxminən neçə gün məşq etməlidirlər?

A) 1-2 gün

B) 7-12 gün

C) 3-5 gün

D) 25-30 gün

E) 45-50 gün


153. Havanın yüksək temperaturu və rütubəti şəraitdə keçirilən yarışlara hazırlanmaq üçün idmançılar həmin şəraitdə məşq edə bilmədikdə,daha hansı üsuldan istifadə edə bilmirlər?

A) kontrast duşlarda istifadə etmək

B) xüsusi geyimlə məşq aparmaq

C) aktiv istirahətdən istifadə etmək

D) hipoksiya şəraitində məşq aparmaq

E) hər birindən istifadə etmək


154. İcra olunan işin şiddətinin artması tər ixracına necə təsir edir?

A) tər ixracı çətinləşir

B) tər ixracının sürəti artır

C) tər ixracının sürəti azalır

D) tər ixracı stabil qalır

E) əvvəlcə azalır, sonra artır


155. Soyuq havada orqanizmdə baş verə biləcək dəyişikliyi qeyd edin.

A) ətrafların damarlarının genişlənməsi

B) dəri damarlarının daralması

C) oksigen sərfiyyatı sürətinin azalması

D) ürək artmasının azalması

E) əl və ayaq barmaqlarının qan təchizatının artması


156. Alpinizmdən başqa bütün idman növlərində, adətən məşqlər və yarışlar neçə metr hündürlükdən yüksəkdə keçirilmir?

A) 400-500 m

B) 2500-3000 m

C) 600-1000 m

D) 1000-1500 m

E) 1500-2000 m


157. Yüksəkliyə qalxanda 1500 m hündürlükdən sonra hər 100 m-də oksigenin maksimal sərfiyyatı (OMS) təxminən neçə % azalır?

A) 10%


B) 1%

C) 5%


D) 3%

E) 13%
158. Dağ şəraitində yüksəklik artdıqca aerob iş qabiliyyəti necə dəyişir?

A) intensiv olur

B) azalır

C) çoxalır

D) ləngiyir

E) dəyişmir
159. Hündürlüyə qalxdıqca OMS-nin azalması əsasən nə ilə əlaqədardır?

A) dəri damarlarının daralması ilə

B) arterial qanda oksigenin azalması ilə

C) havada karbon qazının artması ilə

D) ağciyər ventilyasiyasının artması ilə

E) ağciyərlərin həyat tutumunun azalması ilə


160. 2000-2500 m dağ şəraitinə uyğunlaşmanın təxmini müddəti neçə gündür?

A) 1-2 gün

B) 10 gün

C) 3-4 gün

D) 20-30 gün

E) 30 gündən çox


161. 3500 m dağ şəraitinə uyğunlaşmanın təxmini müddəti neçə gündür?

A) 2-3 gün

B) 15-21 gün

C) 5-6 gün

D) 9-10 gün

E) 30 gündən çox


162. 4500 m dağ şəraitinə uyğunlaşmanın təxmini müddəti neçə gündür?

A) 4-5 gün

B) 21-25 gün

C) 6-8 gün

D) 10-15 gün

E) 16-17 gün


163. Aşağıdakılardan biri dağ şəraitində yaşamaq müddətindən asılı olaraq akklimatizasiyanın 4 dərəcəsinə aid deyil?

A) kəskin

B) dövrü

C) qısa müddətli

D) uzun müddətli

E) daimi
164. Aşağıdakılardan biri dağ şəraitinə uyğunlaşmanın əsas mexanizmlərinə aid deyil.

A) ağciyər ventilyasiyasının artması

B) qanın plazmasının artması

C) ağciyərlərin diffuziya qabiliyyətinin qüvvətlənməsi

D) qanda eritrositlərin və hemoqlobinin artması

E) toxuma səviyyəsində dəyişiklikləri
165. Aşağidakılardan biri dağ şəraitinə uyğunlaşmada toxuma səviyyəsindəki dəyişikliklərə aid deyil.

A) toxumalarda kapilyarların çoxalması

B) sürətli və sürətsiz əzələ liflərinin coxalması

C) skelet əzələlərində mioqlobinin sıxlığının artması

D) mitoxondirilərin çoxalması

E) fəal oksidləşdirici fermentlərin miqdarının artması


166. Yüksəklik orqanizmdə baş verən bərpa proseslərinə necə təsir göstərir ?

A) heç bir təsir göstərmir

B) ləngidir

C) sürətləndirir

D) sürətli superkompensasiya səbəb olur

E) maksimuma çatdırır


167. Hipokapniya arterial qanda nə zaman baş verir?

A) CO2-nin çoxalması vaxtı

B) CO2-nin azalması vaxtı

C) O2-nin azalması vaxtı

D) CO2-nin və O2-nin parsial təzyiqinin bərabər olması vaxtı

E) N2-nin çoxalması vaxtı


168. Yetkin insanın qan dövranı,tənəffüsü,bədən hərarəti və başqa funksiyaları günün hansı saatlarında ən aşağı səviyyədə olur?

A) 12-dən 14-ə kimi

B) 2-dən 4-ə qədər

C) 16-dan 18-ə qədər

D) 20-dən 22-yə kimi

E) 6-dan 8-ə qədər


169. Fizioloji proseslər günün hansı saatlarında ən yüksək səviyyədə olur?

A) 9-dan 10-a qədər

B) 13-dən 14-ə qədər

C) 5-dən 6-ya qədər

D) 18-dən 19-a qədər

E) 21-dən 22-yə qədər


170. Dağ şəraitində OMS-nin azalması neçə metr hündürlükdən başlanır?

A) 2500 m

B) 1500 m

C) 700 m


D) 500 m

E) 3500 m


171. İsti hava şəraitində keçirilən yarış zamanı marafonçular tər ilə nə qədər su itirə bilər?

A) 10 l


B) 6 l

C) 12 l


D) 20 l

E) 1 l
172. Dağ şəraitində əzələ işi zamanı ürək artmasının çoxalmasın əsas səbəbi nədir?

A) tənəffüsün dəqiqəlik həcminin çoxalması

B) venaların kəskin daralması

C) kapilyarların kəskin genişlənməsi

D) yuxarı arteriyaların kəskin daralması

E) yuxarı və aşağı boş venanın genişlənməsi
173. Əzələ işi zamanı böyrəklərə gələn qanın miqdarı necə dəyişir?

A) artır


B) azalır

C) dəyişmir

D) sürətlənir

E) kəskin artır


174. Novakki testində yük qismində hansı hərəkətlərdən istifadə edilib?

A) yerində qaçış

B) veloerqometrdə iş

C) pillədə qalxıb-enmə

D) espanderi sıxmaq

E) oturub-durmaq


175. Qeyri-idmançılarla Novakki testinin aparılması zamanı ÜVS-in hansı həddində testin saxlanılması tövsiyə olunur?

A) 200-220 vurğu/dəq

B) 175-180 vurğu/dəq

C) 120-130 vurğu/dəq

D) 90-100 vurğu/dəq

E) 220-250 vurğu/dəq


176. Novakki testində yük bilavasitə nəyə əsasən verilir?

A) yaşa


B) bədən çəkisinə

C) boya


D) ürək vurğularının sayına

E) OMS
177. Yüksək məşqlilik səviyyəsinə malik 70 kq bədən çəkili idmançı üçün Novakki testinin 3-cü pilləsindəki veloerqometrik yükün şiddəti maksimal nə qədər ola bilər?

A) 30 vt

B) 210 vt

C) 280 vt

D) 40 vt


E) 20 vt

Yüklə 46,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə