Azərbaycan bölməsi Giriş. İdman fiziologiyasının qısa inkişaf tarixi


Bədən tərbiyəsi və idman məşqinin fizioloji qanunauyğunluqları, Məktəbyaşlı uşaqların məşqinin fizioloji xüsusiyyətləri. Qadınların idman məşqinin xüsusiyyətləri



Yüklə 46,46 Kb.
səhifə6/6
tarix31.12.2021
ölçüsü46,46 Kb.
#81540
1   2   3   4   5   6
İdman fiziologiyası 200 az

6. Bədən tərbiyəsi və idman məşqinin fizioloji qanunauyğunluqları, Məktəbyaşlı uşaqların məşqinin fizioloji xüsusiyyətləri. Qadınların idman məşqinin xüsusiyyətləri
178. Məşqin səmərəli olmasını təmin edən amilləri təhlil edərkən, hansı fizioloji qanuna uyğunluqlar nəzərə çarpır?

1.məşqin əsas funksional səmərəsi

2.məşqin səmərəliyi üçün fiziki yük həddi

3.məşqin səmərəliyinin spesifik xüsusiyyəti

4.məşqin səmərəliyinin geriyə qayıtması

5.məşqin səmərəliyini təmin edən məşqolunma qabiliyyəti

A) 2,3,4,5

B) 1,3,5


C) 1,2,3

D) 1,2,4


E) 1,2,3,4,5
179. Dözümlülüyü məşq etdirərkən məşğələlərin sıxlığı həftədə ən azı neçə dəfə olmalıdır?

A) 2-3 dəfə

B) 1-2 dəfə

C) 3-5 dəfə

D) 5-6 dəfə

E) 7 dəfə


180. Qüvvə sürət keyfiyyətini məşq etdirmək üçün məşğələlərin sıxlığı həftədə ən azı neçə dəfə olmalıdır?

A) 4 dəfə

B) 2 dəfə

C) 3 dəfə

D) 5 dəfə

E) 4-5 dəfə


181. Ən yüksək oksigenin maksimal sərfiyyatı (OMS) hansı idmançılarda qeyd olunur?

A) boksçularda və üzgüçülərdə

B) avarçəkənlərdə və velosipedçilərdə

C) güləşçilərdə və sprinterlərdə

D) stayerlərdə və karateçilərdə

E) ağır atletlərdə və futbolçularda


182. Aşağıdakı göstəricilərdən hansı irsi xarakter daşımır?

A) oksigenin maksimal sərfiyyatı

B) tənəffüsün sıxlığı

C) ağciyərlərin həyat tutumu

D) sürətli və sürətsiz əzələ liflərinin nisbəti

E) ağciyərlərin ümumi həcmi


183. Kuper testinə əsasən stadionda neçə dəqiqə müddətində qaçış təklif olunur?

A) 3 dəq


B) 12 dəq

C) 5 dəq


D) 10 dəq

E) 17 dəq


184. Kuper testində hansı hərəkətlərdən istifadə edilir?

A) 10 dəq veloerqometrdə iş

B) 12 dəq qaçış

C) 5 dəq pillədə qalxıb-enmə

D) 45 saniyədə 30 dəfə oturub durmaq

E) Tam yorulanadək veloerqometrdə iş


185. Aşağıdakılardan hansı bioloji inkişaf göstəricisinə aid deyil?

A) çəki


B) əzələlərin kompozisiyası

C) boy


D) skeletin sümükləşməsi

E) cinsi yetişkənlik dərəcəsi


186. PWC170 testində birinci yükün şiddəti nəyə əsasən verilir?

A) ürək vurğularının sayına görə

B) bədən çəkisinə görə

C) tənəffüs sıxlığına görə

D) boya görə

E) əzələ qüvvəsinə görə


187. PWC170 testində ikinci yükün şiddəti nəyə əsasən verilir?

A) bədən çəkisinə görə

B) birinci işdən sonrakı nəbzə görə

C) birinci işdən sonrakı təzyiqə görə

D) birinci işdən sonrakı tənəffüs sıxlığına görə

E) idmançının seçiminə görə


188. OMS ilə PWC170 arasında necə əlaqə var?

A) dolayı əlaqə

B) düzxətli əlaqə

C) zəif əlaqə

D) əlaqə yoxdur

E) əks xətli əlaqə


189. Orqanizmin böyümə və inkişafı əsasən hansı yaşda yekunlaşır?

A) 12-14


B) 18-22

C) 16-18


D) 28-32

E) 34-36
190. İnsan orqanizmin ən sürətli inkişaf dövrü hansı yaş dövrünü əhatə edir?

A) 3-5 yaş

B) 1 yaşa qədər

C) 8-10 yaş

D) 12-13 yaş

E) 18-22 yaş
191. İnsan orqanizmin ikinci ən sürətli inkişaf dövrü hansı yaş dövrünü əhatə edir?

A) 1 yaşa qədər

B) 12-15 yaş

C) 3-5 yaş

D) 18-22 yaş

E) 8-10 yaş


192. Daha tez cinsi yetişkənlik, sürətli inkişafla səciyyələndirilən uşaqlar necə adlanır?

A) reterdantlar

B) akselerantlar

C) katalizatorlar

D) mediantlar

E) inhibitorlar


193. Orta səviyyəli fiziki inkişafla xarakterizə olunan uşaqlar necə adlanır?

A) akseleratlar

B) mediantlar

C) reterdantlar

D) gigantlar

E) katalizatorlar


194. Fiziki inkişaf və orqanizmin yetkinliyində geri qalan uşaqlar necə adlanır?

A) mediantlar

B) reterdantlar

C) katalizatorlar

D) akseleratlar

E) hipertrofiklər


195. Qadın idmançılarda ovulyasiya dövründə estrogenlərin artması fiziki iş qabiliyyətinə necə təsir edir?

A) dəyişilmir

B) mənfi təsir edir

C) müsbət təsir edir

D) həddən artıq gücləndirici təsir edir

E) sonda müsbət təsir göstərir


196. İcra olunan böyük fiziki yüklər ovarial menstrual dövrün normal gedişinə necə təsir edir?

A) sürətləndirir

B) pozur

C) heç bir təsir göstərmir

D) tamamilə kəsir

E) ləngitmir


197. Aybaşı dövründə idmançı qadınlarda qanın laxtalanması?

A) dəyişilmir

B) azalır

C) sürətlənir

D) normal gedir

E) laxtalanmır


198. İdmançı qadınlarda aybaşı zamanı qan itirmə fizioloji akt kimi eritropoezə necə təsir göstərir?

A) dəyişmir

B) çoxaldır

C) ləngidir

D) sıxışdırır

E) tormozlayır


199. Qadınların və kişilərin piy toxuması bədən çəkisinin hansı faizini təşkil edir?

A) qadınlar 35%, kişilər 45%

B) qadınlar 28%, kişilər 18%

C) qadınlar 51%, kişilər 55%

D) qadınlar 12%, kişilər 15%

E) qadınlar 3%, kişilər 8%


200. Aşağıdakılardan hansı doğrudur?

A) qadınların əzələ kütləsi bədən çəkisinin 40%-dən çoxunu təşkil edir

B) qadınlarda tənəffüs döş, kişilərdə qarın tipli olur

C) kişilərin ürək həcmi qadınlardan az olur



D) qadınların ürək vurğularının sayı kişilərdən az olur

E) kişilərin piy toxuması qadınlardan çox olur
Yüklə 46,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə