Azərbaycan Coğrafiyası Fənni Üzrə Kollokvium Suallarının Cavabları



Yüklə 177,87 Kb.
Pdf görüntüsü
tarix01.02.2018
ölçüsü177,87 Kb.
#23407


Azərbaycan Coğrafiyası Fənni Üzrə 

 Kollokvium Suallarının Cavabları 

MÖVZU 1.  Azərbaycan Respublikası ərazisinin formalaşmasının tarixi-           

                     -  coğrafi aspektləri. 

Sual 1 : Azərbaycan Respublikası ərazisinin formalaşmasının ilkin mərhələləri 

          Azərbaycan özünün ərazi formalaşmasında qədim tarixi-coğrafi yol 

keçmişdir.Azərbaycan sözünün mənası haqda müxtəlif fərziyyələr , fikirlər, 

deyimlər mövcuddur. Onun 3 söz birləşməsindən yaranmış olduğu daha real 

görünür.Onun, "Azər" oda sitayişi, "bay"  uca və ya hündür yeri, "can" sözü isə 

hörmətli,şöhrətli mənalarını andırır. 

          Azərbaycanın ərazisi qədimdən 410 min kv.km  sahəni əhatə edərək şimal-

şərqdə Dərbənd də daxil olmaqla onun cənub sərhəddi Urmiya gölünün cənub və 

cənub şərq hissələrinə qədər uzanmışdır. 

          Azərbaycanın  ərazisi  insan  həyatı  üçün  əlverişli  təbii-coğrafi  şəraitə  malik 

olduğundan dünyanın ən qədim yaşayış məskənlərindən biri  sayılmışdır.Azərbay -

can  ərazisində ilk insan 350-400 min il bundan əvvəl yaşamış Azıxantrop hesab 

edilir.Onun qalıqları Fizuli şəhərinin 14 kilometrliyində , Quruşayın sol sahilində _ 

Tuğ  çökəkliyində  yerləşən  və  1960-cı  ildə  açılmış  Azıx  mağarasında 

tapılmışdır.Dəniz  səviyyəsindən  900  m  yüksəklikdə  yerləşən  Azıx  mağarasında 

təqribən 18-19 yaşlarında olan qadının üstündə 3 dişi olan çənə sümüyü, "Çaydaşı 

mədəniyyəti"nə  aid  olan  qazıyıcı  və  deşici  daş  alətlər,ocaq  yerləri    1967-ci  ildə 

arxeoloq    M.Hüseynov  tərəfindən  tədqiq  edilmişdir.  Mağaradan  tapılan  45  növ 

heyvan  sümükləri  isə  mağarada  yaşayanların  ovçuluqla  məşğul  olduqlarından 

xəbər verir. O zaman insanlar tayfa halında təbii mağaralarda yaşayır, birlikdə ov 

edir və qidalanmışlar. 

          Hələ  çox qədimdən  Azərbaycan  ərazisi  monqolların,tatarların,makedoniya  -

lıların,  ərəblərin  istilalarına  məruz  qalmışdır.  Nə  edək  ki,  tarix  boyu  Azərbaycan 



xalqının bəxtinə güclü işğalçı dövlətlərin məhrli planlarına məruz qalmaq "qismət" 

olmuşdur. 

          Tarixin keşməkeşli illərində  Azərbaycan ərazisində milli azadlıq hərəkatları 

yüksəlmiş,  dövlətçilik  prinsipləri  meydana  gəlmiş,  dövlətlər  yaranmış  və  bu 

dövlətlər  Yaxın  və  Orta  Şərq  tarixində  çox  böyük  rol  oynamışlar.Əsas 

məşğuliyyəti əkinçilik və heyvandarlıq sayılan, yerli xalqların adı ilə adlandırılan 

Manna dövləti yeni eranın IX-VII əsrlərində mövcud olmuşdur.Yeni eradan əvvəl 

VII əsrin sonu ( 672-ci il) VI əsrin ortaları Midiya, yeni eradan əvvəl 321-ci ildə  

Atropatena,  yeni  eradan  əvvəl  IV  əsrin  sonu  -  III  əsrin  başlabğıcı  Albaniya, 

girdman  dövlətləri  mövcudlaşmışlar.Manna,Midiya,Atropatena  cənubda,  paytaxtı 

Qəbələ  olan  Albaniya  və  paytaxtı  Bərdə  sayılan  Girdman  dövlətləri  isə 

Azərbaycanın şimalında fəaliyyət göstərmişlər. 

          1501-1524-cü  illərdə  hakimiyyətdə  olan  Şah  İsmayıl    mövcud  dövlətləri 

birləşdirərək  dilləri azərbaycan dili olan vahid Azərbaycan dövlətini yaratmışdır. 

Sonrakı  illərdə  vahid  Azərbaycan  yenidən  quberniyalara,  xanlıqlara 

parçalanmışdır. 

          Ərazi  üstündə  baş  verən  1804-1813-cü  il,  1826-1828-ci  illər  Rus-İran 

müharibələrinin  1813-cü  il  12  oktyabr  "Gülüstan"  və  1828-ci  il  10  fevral  tarixli 

"Türkmənçay" sülh müqavilələri zor gücünə Azərbaycanın vahidliyini pozaraq onu 

Şimali və Cənubi Azərbaycana ayırmış,bununla da onun taleyini həll etmiş oldu. 

Cənubda 280 min kv.km-ə qədər ərazi, 30 mln. nəfərə qədər azərbaycanlı yaşayan 

hissə  İran  imperiyasının  tabeliyinə  verilmiş  olur.  Gülüstan  müqaviləsindən  fərqli 

olaraq  Araz  çayı  sərhəd  olmaqla  Türkmənçay  müqaviləsinə  əsasən  Naxçıvan  və 

İrəvan  xanlıqları  da  Rusiyaya  qatılmışdır.Zor  gücünə  bağlanan  "Türkmənçay" 

müqaviləsi  vaxtı  ermənilər  deyirdilər  ki  :"  Rus  otunu  yemək  İran  çörəyini 

yeməkdən yaxşıdır". 

 

 



 

 

SUAL 2.    Azərbaycan Demokratik Cümhuriyyətinin yaranması 

          Azərbaycan  ərazisinin  şimal  hissəsinin  Rusiyaya  birləşdirilməsinin  siyasi 

nəticələrindən  biri  ,burada  azadlıq,müstəqillik,suverenlik  ideyalarının  get-gedə 

daha  da  artması,  Türk  dünyası  və  eləcə  də  İslam  aləmində  ilk  dəfə  Azərbaycan 

Demokratik  Cümhuriyyətinin    yaranması  oldu.  1918-ci  il  may  ayının  28-də  4 

partiyanı  təmsil  edən  44  nəfər  azərbaycanlı  deputat  Milli  Şurada  birləşərək  yeni 

dövlətin  -  Azərbaycan  Demokratik  Respublikasının  tarixin  səhifəsinə  gəldiyini 

bildirən  6  bənddən  ibarət  məşhur  "İstiqlal  Bəyamnaməsi"  ilə  çıxış  edirlər. 

Beləliklə,  1918-ci  il  may  ayının  28-də  çox  əlamətfar  tarixi  bir  gündə  keçmiş 

Qafqaz  canişinliyinin  sarayında  Milli  Şuranın  sədr  müavini  Həsənbəy  Ağayevin 

sədrliyi ilə məsələni hərtərəfli və bütün təfərrüatı ilə müzakirə etdikdən sonra Milli 

Şura Azərbaycanın dövlət müstəqillliyinin elan edilməsi haqqında qətnamə qəbul 

etmiş  oldu.Bu  zaman  Azərbaycan  Demokratik  Cümhuriyyətinin  sahəsi  114  min 

kv.km.  idi.29  may  1918-ci  ildə  İngiltərənin  və  Rusiyanın  təsiri  ilə  Azərbaycanın 

İrəvan ərazisi paytaxt və dövlət yaratmaq üçün Ermənistana verilmişdir. Məlumdur 

ki, erməni daşnaqları 1918-ci ildə Bakını zəbt etmişlər.Bunun qarşısını almaq üçün 

o zaman Gəncədə yerləşən Azərbaycan hökumətinin xahişi ilə Türk ordusu 1918-ci 

ilin  iyun ayının 22-23-də  Gəncəyə  daxil olur və  Türkiyə  Hərbi  Nazirinin qardaşı 

Nurupaşanın  rəhbərlik  etdiyi  türk  ordusu  Qafqaz  İslam  Ordusu  ilə  birləşərək 

Qafqaz-Türk-İslam Ordusunu əmələ gətirərək yavaş-yavaş hərəkət etməklə Bakını 

sentyabrın  15-də  daşnaklardan  azad  etdilər.Ona  görə  də,  indiki  "  Şəhidlər 

xiyabanı"nda  vuruşmada  həlak  olan  türk  əskərlərinin  xatirəsini  əbədiləşdirmək 

üçün abidə ucaldılmışdır. 

          Azərbaycan  bayraöının  3  rəngli-  mavi,qırmızı,yaşıl  rəngli  bayraöı  ideyası 

Ziya Göyalp və Əlibəy Hüseynzadə tərəfindən irəli sürülərək 1928-ci il noyabrın 

9-da 

Azərbaycan  Xalq  Cümhuriyyəti  hökumətinin  qərarı  ilə  təsdiq 




edilmişdir.Böyük öndər M.K.Atatürkün vaxtilə söylədiyi : " Azərbaycan bayrağını 

Türkiyə  bayrağı  yanında,  Türkiyə  səmasında  dalğalanmasını  görmək  bütün 

millətimiz 

üçün 


böyük 

bir 


bayramdır" 

kəlamı 


artıq 

həqiqətə 

çevrilmişdir.Müstəqillik  Tiflisdə  elan  edilmiş,ilk  paytaxt  Gəncə  şəhəri 

seçilmiş,sonradan hökumət Gəncəyə köçərək onu paytaxt hesab etmişdir.Dünyanın 

bir çox ölkələri Azərbaycan Demokratik Cümhuriyyətini tanısalar da Rusiya onun 

müstəqilliyini  tanımayaraq  23  aydan  sonra  XI  ordunun  yeridilməsi  ilə  ADC-nin 

müstəqilliyini süquta yetirərək onu 28 aprel 1920-ci ildə yenidən Rusiyaya qatmış 

oldu.Bu,  Azərbaycan  xalqının  öz  müqəddaratını  müstəqil  müəyyən  etməyə  qadir 

olduğunu bir daha sübut etmiş oldu. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

 

SUAL 3. Azərbaycan 68 il, 11 ay, 7 gün Rusiya tərkibində. 

          Azərbaycan  28  aprel  1920-ci  ildə    yenidən  Rusiyaya  qatılmış  oldu.Rusiya 

bununla  kifayətlənməyərək  qədim  Azərbaycan  torpaqları  olan  İrəvan  xanlığının 

yerində  Ermənistan  adlı  qondarma  bir  dövlət  yaratdı.Bununla  da  qane  olmayan 

Rusiya  1924-cü  ildə  Azərbaycan  Demokratik  Cümhuriyyətinin  əzəli  torpaqları 

olan  Zəngəzur,  Şərur-Dərələyəz  qəzalarını,  Göyçə  mahalını  ,  Qazax  qəzasının 

yarıdan  çoxunu  necə  deyərlər  qoparıb  Ermənistana  verdi.Beləliklə  Azərbaycan 

ərazisi 97 min kv.km-ə endirmiş oldu.Bununla da Naxçıvan ərazisi Azərbaycandan 

ayrı salınaraq anklav vəziyyətə düşərək mühasirə vəziyyətinə salınmış oldu. Digər 

tərəfdən Rusiyanın təkidi ilə 7 iyul 1923-cü ildə qondarma Daölıq Qarabağ Muxtar 

Vilayəti yaradıldı. Muxtariyyət prinsiplərinə müvafiq olaraq 9 fevral 1924-cü ildə 

Naxçıvan  Muxtar  Sovet  Sosialist  Respublikası  da  yaranmış  oldu.Deyilənlərlə 

yanaşı  Rusiya  Ermənistanla  1920-ci  ilin  dekabrında  dostluq  əməkdaşlıq 

müqaviləsini də imzaladı. Beləliklə, gözümüz baxa-baxa Azərbaycan ərazisi daha 

28 min kv.km azaldılaraq 86,6 min kv.km-ə endirilmiş oldu.  

          Azərbaycan  12  mart  1922-ci  ildə  ZSFSR-nin  tərkibinə,30  dekabr  1922-ci 

ildə isə RSFSR, Ukrayna, Belorusiya ilə birlikdə SSRİ-ni yaratmış oldular. 1936-cı 

ilin 5  dekabrında  Azərbaycan  SSRİ-nin  tərkibində  "müstəqil"  müttəfiq  respublika 

kimi fəaliyyət göstərmişdir. 

          Ermənistan  uzun  illərdən  bəridir  ki,  qonşu  dövlətlərin  əraziləri  hesabına 

"Böyük  Ermənistan"  adlanan  bir  dövlət  yaratmaq  xülyasına  düşmüşdür.Bu 

məqsədlə də hələ 1948-51-ci illər ərzində indiki Ermənistandan Azərbaycanın əzəli 

torpaqlarından  200  minə  yaxın  azərbaycanlılar  zorla  köçürülmüşlər.Bu  siyasət 

davam  etdirilərək  1988-ci  ildən  bu  vaxta  qədər  yenidən  207  min  azərbaycanlı 

qədim dədə-baba yurdlarından çıxarılaraq kütləvi surətdə qovulmuşlar. 




          Yuxarıda göstərilən təxminən 71 il ərazində Azərbaycan SSRİ-nin tərkibində 

olsa  da  siyasi,iqtisadi,mənəvi  mədəni  inkişafını  artırmış  və  özünə  layiqli  yer 

tutmuşdur. 

SUAL 4. Müstəqil Azərbaycan Respublikasının yaranması. 

          1991-ci  ilin  avqustunda  Moskvada  baş  vermiş  uğursuz  dövlət  çevrilişi  bir 

növ SSRİ-nin 8 dekabrda dünyanın siyasi xəritəsindən silinməsinə gətirib çıxardı. 

SSRİ-nin  dağılması  nəticəsində  18  oktyabr  1991-ci  ildə  Azərbaycan 

Respublikasının Ali Soveti Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqda 

Konstitusiya  Aktını  qəbul  etmişdir.29  dekabr  1991-ci  ildə  Azərbaycan 

Respublikasında  ümumxalq  səsverməsi  keçirilmiş  və  Azərbaycan  xalqı 

Respublikanın  dövıət  müstəqilliyinə  yekdilliklə  səs  vermişdir.  Beləliklə  də, 

Azərbaycan Respublikası 18 oktyabr 1991-ci ildən müstəqil dövlət kimi fəaliyyət 

göstərməkdədir. 

          Azərbaycan Respublikası 2-ci dəfə öz müstəqilliyini bərpa etdikdən sonra bir 

çox  başı  bəlalı  hadisələrlə  üzləşməli  olmuşdur.  "Böyük  Ermənistan"  yaratmaq 

xülyası ilə yaşayan erməni daşnaq hərbi birləşmələri havadarlarının köməkliyi ilə 

1988-1994-cü  il  may  ayının  12-nə  qədər  Azərbaycan  ərazisinin  20%-ə  qədərini 

zəbt  etmiş,soyqırımlar  törətmiş  və  sairə.  Bu  vaxta  qədər  Azərbaycanın  zəbt 

olunmuş əraziləri aşağıdakılardan ibarətdir:  

- sahəsi 4,4 min kv.km olan keçmiş DQMV: 

-Xankəndi- 26 dekabr 1991-ci ildə; 

-Xocalı- 26 fevral 1992-ci ildə; 

-Şuşa- 8 may 1992-ci ildə; 

-Xocavənd- 2 oktyabr 1992-ci ildə 

-Ağdərə-17 iyul 1993-cü ildə 

-Laçın- 17 may 1992-ci ildə, sahəsi-1835 kv.km; 




-Kəlbəcər - 2 aprel 1993-cü ildə,sahəsi 1936 kv.km; 

-Ağdam-23 iyul 1993-cü ildə,sahəsi 1094 kv.km; 

-Cəbrayıl-23 avqust 1993-cü ildə,sahəsi 1050 kv.km; 

-Fizuli- 23 avqust 1993-cü ildə,sahəsi 1386 kv.km; 

-Qubadlı-31 avqust 1993-cü ildə,sahəsi 802 kv.km. 

-Zəngilan-29 oktyabr 1993-cü ildə,sahəsi 707 kv km. 

-Cənubi Azərbaycan 1813-1828-ci illərdə sahəsi 280 min kv.km 

-Rusiya əsarətində,sahəsi 130 min kv.km 

-İrəvan xanlığı, 1928-ci ildə Ermənistana verilmiş, sahəsi 9 min kv.km. 

-Dərbənd xanlığı, Rusiyaya verilmiş, sahəsi-7 min kv.km 

-Zəngəzur,Göyçə, Dərələyəz,Dilican əraziləri Ermənistana verilmişdir 

-Borçalı mahalı Gürcüstana verilmiş, sahəsi 27,4 min kv.km 

          Azərbaycanın  hal-hazırda  86,6  min  kv.km  ərazisi  BMT  tərəfindən 

təsdiqlənmişdir. 

          Beləliklə,  Azərbaycan  ümumilikdə  80%-ə  qədər  ərazisi  qonşu  dövlətlərin 

nəzarəti altındadır.  

          Azərbaycanın  erməmi  silahlı  birləşmələri  tərəfindən  zəbt  olunmuş 

ərazilərinin  qeyri-şərtsiz  azad  olunması  haqda  1993-cü  ildən  BMT-nin  822,853, 

874,884  saylı  qətnamələri  mövcud  olsa  da  Ermənistan  bu  qətnamələrin  yerinə 

yetirilməsinə məhəl qoymur. 

          Azərbaycan  Respublikasının  müstəqilliyini  ilk  dəfə  tanıyan  Türkiyə, 

Rumıniya,Pakistan,İsveçrə, ABŞ,RF və digər ölkələr olmuşlar. 

 



 

 

SUAL 5. Müasir Azərbaycan Respublikası Dünya xəritəsində. 

          Müasir  Azərbaycan  Respublikasının  sahəsi  86,6  min  kv.km,paytaxtı  Bakı 

şəhəri olmaqla şimaldan cənuba 400 km, qərbdən-şərqə 500 km məsafədə uzanaraq 

38°25´-41°55´  şimal  enlikləri  ilə    44°50  ´-50°51  ´  şərq  uzunluqları  arasında  Ön 

Qafqazda  yerləşməklə  3472  km  dövlət  sərhədlərinə  malikdir.  Onun  Xəzər 

dənizində  Bakı  və  Abşeron  arxipelaqları  da  olmaqla  ərazisinin  60%-dən  çoxu 

dağlıq relyefə  malik olmaqla 18% ərazisi isə dəniz səviyyəsindən alçaqda yerləşir. 

Relyefin orta hündürlüyü 657 m təşkil edir. İqlimində 4 aparıcı iqlim tipi,mütləq 

maksimal    t  44°C  mütləq  minimal  t-33°C  olmaqla  65%  subtropik,33%  mülayim 

iqlimlə  səciyyələnir.  Atmosfer  yağıntıları  96-2767  mm  arasında  dəyişərək  33665 

km ümumi uzunluğu olan 8359 çay, 5,1 kub km.ehtiyatı olan yeraltı sular, 4500-

dən  artıq  ali  bitki  növü,  2,7  trln  kub  m  təbii  qaz  ehtiyatı,  3-13  mlrd  t  neft 

ehtiyatı,dünyada 2-ci ahtiyatlı alunit yataqları mövcuddur. 

          Azərbaycan  Respublikasına  (ümumxalq  səsverməsi  yolu  ilə  5  ildən  bir 

seçilən  Prezident  idarə  edir,  ali  qanunverici  orqan  Milli  Məclis,  İcraedici  orqan 

Nazirlər Kabinetidir. Ölkədə respublika idarəetmə üsulu mövcuddur.Onun Dövlət 

rəmzlərindən olan 3 rəngli bayrağı,gerbi,dövlət himnə,dili,pul vahidi vardır. Dövlət 

Bayrağı  Respublika  müstəqilliyinin  simvoludur.Onun  üzərindəki  bərabər  plçüyə 

malik  mavi  zolaq  türkçülüyün,  qırmızı  zolaq  müasirliyin və demokratiyanın  ,göy 

zolaq isə islamçılığın rəmzləridir. 

          Bayraq üzərində yerləşən ay və ulduz xoşbəxtliyin, firavanlığın,əminaman  -

lığın rəmzləridirsə , Dövlət Gerbi azadlığın və müstəqilliyin rəmzini əks etdirir. 27 

may  1992-ci  ildə  qəbul  edilmiş  sözləri  Əhməd  Cavadın,  musiqisi  Üzeyir 

Hacıbəyovun  olan  Dövlət  Himni  Azərbaycan  Respublikası  dövlətinin 

müstəqilliyinin  və  milli  birliyinin  müqəddəs  simvoludur. 8 guşəli ulduz isə  ərəb-

əks əlifba ilə Azərbaycan sözünü andırır. 



          2  mart  1992-ci  ildən  BMT-nin,  10  iyul  1992-ci  il  ATƏT-in  ,  25  yanvar 

2001-ci  ildən  Avropa  Şurasının,  24  sentyabr  1993-cü  ildən  MDB-nin  üzvü  olan 

Azərbaycan  Respublikası  şimaldan  RF  ilə  -390  km,  şimal-qərbdən  Gürcüstanla  -

480  km,  Qərbdən  Ermənistanla  -1007  km,  Cənubdan  İranla-765  km,  cənubi-

qərbdən Türkiyə ilə -15 km, Xəzər dənizi ilə-825 km məsafədə sərhədlənir. 

          Azərbaycan  Respublikası  5  təbii  vilayətə,  19  fiziki-coğrafi  rayona,  10 

iqtisadi-coğrafi  rayona  ayrılmaqla  66  inzibati  rayona,  78  şəhərə,  262  sayda 

qəsəbəyə,  4255  kənd  yaşayış  məntəqəsinə,  habelə  1  Muxtar  Respublikaya 

malikdir. 

          Müasir  Azərbaycan  Respublikası  dövlət  müstəqilliyini  yenidən  bərpa 

etdikdən  sonra  bütün  iqtisadi-siyasi  sahələrdə  öz  suveren  hüquqlarını 

gerçəkləşdirməyə  və  müstəqil  siyasət  yeritməyə  başlamaqla    onların  aparıcı 

istiqamətlərini  müxtəlif  mülkiyyət  formaları  əsasında  yaradılan  iqtisadi  sistem, 

bazar münasibətlərinə keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil etməkdədir. 

Get-gedə  Azərbaycan  Respublikası  ölkənin  sosial-iqtisadi  inkişafında  tarizdə 

dörülməmiş naaliyyətlərə, neft və qeyri-neft sektorunda irəliləyişlərə malik olmuş, 

habelə  dünyada  tanınan  ölkəyə  çevrilmişdir.  İqtisadiyyatın  bütün  sahələrində 

aparılan  islahatlar  ,  qısa  zaman  kəsiyində  insan  kapitalının  inkişafına,  ölkədə 

yoxsulluq və işsizlik səviyyəsinin minimuma endirilməsinə, sosial infrastrukturun 

inkişafına,  dövlət  büdcəsindən  sosial  sahələrin  inkişafına  ayrılan  maliyyə 

vasaitlərinin  daha  da  artırılması  hesabına  əhalinin  həyat  səviyyəsinin  davamlı 

yüksəldilməsinə imkan yaratmışdır. 

          2014-cü  il  7-si  iyula  qədər  Azərbaycan  Respublikasının  xarici  ölkələrdə  57 

səfirliyi, Beynəlxalq təşkilatlar yanında 5 daimi nümayəndəliyi, 9 baş konsulluğu, 

7  təmsilçilik  ofisi,  5  fəxri  konsulluğu  fəaliyyət  göstərirsə,  Azərbaycan 

Respublikasında isə xarici ölkələrin 58 dövlət səfirliyi, 4 baş konsulluğu, 10 fəxri 

konsulluğu, 20 beynəlxalq təşkilatın nümayəndəliyi fəaliyyət göstərməkdədir. 

 



 

 

MÖVZU  2.  Azərbaycan  Respublikasının  təbii  şəraiti,  təbii  ehtiyatları  və 



onların qiymətləndirilməsi. 

SUAL1. Azərbaycan Respublikası ərazisinin geoloji və tektonik quruluşu. 

          Azərbaycan  Respublikası  ərazisini  təşkil  edən  süxurlar  müxtəlif  geoloji 

dövrün  törəmələridirlər.Kembriyə  qədərki  süxurlar  Naxçıvanda,  Sədərəkdə, 

Dərələyəzdə  aşkarlansalar  da,  Paleozoy  çöküntüləri  Tovuz  rayonu  ərazisində 

yayılmışdır. Mezazoy çöküntülərinə gəldikdə isə onlara Böyük və Kiçik Qafqazın 

yüksək  və  alçaq  dağlıq  sahələri  üçün  səciyyəvidir.Kaynazoy  erasının 

paleogen,neogen  və  IV  dövrün  çöküntüləri  qumdaşlarından  ,  əhəng  daşlarından, 

vulkan  mənşəli  çöküntülərdən  ibarətdir.  Ən  qədim  süxurların  yaşı  450  mln.  ilə 

qədər olduğu  halda, ən cavanları   Xəzər sahillərində  müşahidə  edilir.  Respublika 

ərazisində yayılmış süxurlar maqmatik, metamorfik və çökmə mənşəlidirlər. 

          Azərbaycan  Respublikası  ərazisi  seysmik  rayonda  yerləşməklə  ən  dağıdıcı 

zəlzələlər 1139-cu ildə Gəncəbasarda, 1859-cu il may ayının 29-u və 30-unda isə 

Şamaxıda baş verməklə böyük itkilərə səbəb olmuşdur.  

          Azərbaycan  Respublikasının  ərazisi  cavan  Alp-Himalay  geosinklinal 

qurşağında  yerləşərək  5  tektonik  zonaya  ayrılır.  Bunlar  Qusar  maili  düzənliyini, 

Şollar düzünü, Samur-Şabran ovalığını əhatə edən Ön Qafqaz çökməsindən Böyük 

Qafqaz tektonik zonasından, Kiçik Qafqaz tektonik qalxması və Talış dağları, Kür 

tektonik çökməsi  habelə cavan Arazboyu sahəsindən ibarətdir. 

 

 

 



 


 

 

SUAL 2. Azərbaycan Respublikası relyefinin xarakteristikası. 



          Fiziki-coğrafi  ünsürlərə  ərazinin  coğrafi  yerləşməsi,relyefi,iqlimi,torpaq-

bitki  örtüyü  və  heyvanat  aləmi  daxildir.  3472  km  dövlət  sərhəddinə  malik  olan 

Azərbaycan  Respublikasının  ucqar  nöqtələri  şimalda  3646  m  hündürlüyə  malik 

olan  Quton  dağı,cənubda  Astara  çayı,qərbdə  Candar  gölü  və  Sədərək,şərqdə  isə 

Şahdili sayılır. 

          Respublikanın  relyefi  Böyük  Qafqaz,  Kiçik  Qafqaz,  Talış  daölıq  sahələri  , 

eləcə  də  Kür-Araz  ovalığı,  Lənkəran  və  Arazboyu  düzənliklərdə  daha  da 

mürəkkəbləşir. Relyef səthinin müylliliyi şimal-qərbdən cənub-şərq istiqamətində 

olub,  dəniz  səviyyəsindən  -  27  m  alçaqda  yerləşməklə  4466  m  yüksəkliyə  qədər 

yüksəlir.  Relyefin  hündürlük  amplitudası  4500  m-ə  qədər  çata  bilərək  orta 

hündürlüyü 657 m təşkil edir. Relyefin 18%-i dəniz səviyyəsindən alçaqdadır. Belə 

hal  yeraltı  suların  səthə  yaxın  yerləşməsindən  ,  torpaqların  şorlaşmasından  xəbər 

verir. 

          Tinov-Rossodan  (3385m)  başlayaraq  Abşeron  yarımadasına  kimi  1500  km 



məsafədə  uzanan  Böyük  Qafqaz  Yan  silsilədən,  Baş  Suayrıcıdan  ibarətdir.  Ən 

hündür  zirvəsi  Respublika  ərazisində  Bazardüzündə  4466  metrə  çatır.Bu  hissədə 

Govdağ  və  Nialdağ  silsilələri  ilə  yanaşı  Qusar  maili  düzənliyi  ,  Şollar,  Samur-

Şabran  düzənlikləri  ,Qobustan,Qanıx-Əyriçay  çökəkliyi,  Acınohur-Ceyrançöl 

alçaq dağlıq sahələri mürəkkəbliyə səbəb olur. 

          Azərbaycan  Respublikası  ərazisində  Kiçik  Qafqaz  bir  sıra  dağ  silsilələri  və 

yaylalardan  ibarətdir.  Murovdağ,Şahdağ,Şərqi  Göyçə,Qarabağ,  Zəngəzur,Dərələ- 

yəz,Soyuqdağ,Dəmirlidağ,  Gəlinqaya,  İlandağ,Dəhnə  dağlıq  sahələri,  Qarabağ 

vulkanik yaylası, habelə Biçənək aşırımının olması bu hissədə də ərazi relyefinin 

mürəkkəbliyinə şərait yaradır. 




          Ərazinin  cənub-şərqində  yerləşən  Talış,  Peştəkar,Buzovar  silsilələrinin 

birləşməsindən  mövcudlaşan  və  hündürlüyü  Kömürgöy  zirvəsində  2493  metrə, 

Qızyurdu zirvəsində 2433 metrə çatan Talış dağ sistemi şimal-qərbdən cənub-şərq 

istiqamətində  uzanmaqdadır.  Talış  dağları  Kiçik  Qafqaz  dağlarından  Elbrus 

dağlarına  (5604m)    keçid  həlqəsini  təşkil  edir.  Respublika  ərazisinin  mərkəzi 

hissəsində  Böyük  və  Kiçik  Qafqaz  dağları  arasında  ərazisinin  40%-i    dəniz 

səviyyəsindən alçaqda yerləşən, 200 km qərbdən şərqə, 150 km şimaldan cənuba 

uzanan  ,  Cənubi  Qafqazın  ən  böyük  düzənliyi  sayılan  Kür-Araz  özünə  yer 

tapmışdır.  O  Gəncə-Qazax,Naftalan,Qarabağ,  Mil,Muğan,Şirvan,Qarayazı,Cənub-

Şərqi Şirvan, Salyan düzləri formalaşmışdır. 

          Araz  çayı  boyu  uzunu,yüksəkliyi  600-1200  m  arasında  dəyişən  Arazboyu 

düzənliyi Şərur,Ordubad,Sədərək, Böyükdüz,Naxçıvan,Vaycı,Gülüstan,Gəyən,İncə 

daxili düzləri hesabına formalaşmışdır 

          Abşeron  yarımadasından  şimal  istiqamətində  Xəzər  dənizi  sahili  boyunca 

Qusar  maili  düzənliyinə  söykənən  Samur-Şabran  ovalığının  da  bir  hissəsinin 

relyefi dəniz səviyyəsindən alçaqda yerləşmişdir. 

          Relyefin  mürəkkəbləşməsində  neft  və  qaz  ehtoyatlarının  olmasından  xəbər 

verən  250-dən  çox  palçıq  vulkanlarının  olmasıdır.Dünyanın  26  ölkəsində  900 

saydan  az  olmayan  palçıq  vulkanları  Respublika  ərazisində  Xəzər  dənizinin 

Azərbaycan  sektorunda  140,  Şamaxı-Qobustanda  67,  Abşeron  Arxipelaqında 

12,Bakı  Arxipelaqında  30  saya  malikdir.  Eləcə  də,  Xəzər  sahil 

zonasında,Kürboyu,Kür-Qabırrı  çayları  ərazilərində  relyefin  mürəkkəbləşməsinə 

səbəb  olmuşlar.  Onlardan  ən  böyükləri  Torağay  (401m),  Qalmaz,  Böyük 

Kənizdağ,Keyrəki  (131m),  Bozdağ(290m),Xərə-Zirə,Lökbatan(86m).Quşçu,  Ax- 

tarma-Paşa,Çeyildağ,Böyük Dağ(100m) və başqalarıdır. 

          Milli  Məclisin  qərarı  ilə  23  palçıq  vulkanı  "  Təbiət  abidəsi"  kimi  qəbul 

edilmişdir. 

           




 

 

SUAL3. Azərbaycan Respublikası iqliminin qısa şərhi. 

Azərbaycan 

Respublikasında 

təsərrüfat 

sahələrinin 

inkişafı 

və 


yerləşdirilməsində,insanların  məskunlaşmasında  və  əmək  fəaliyyətlərində  heç  də 

az əhəmiyyət kəsb etməyən təbii amillərdən biri də hava, külək,temperatur, günəş 

radiasiyası,  atmosfer  təzyiqi,işıq,bulud,  atmosfer  yağıntısı,rütubət,ildırım 

çaxması,şımşək elementlərini çzündə birləşdirən müəyyən ərazi üçün xarakter olub 

çoxillik  hava  rejimi  sayılan  iqlim  amilidir.Yaxşı  haldır  ki,  Azərbaycan 

Respublikası  Yer  Kürəsinin  subtropik  və  mülayim  iqlim  qurşaqlarının  təmasında 

yerləşərək 65% subtropik, 33% mülayim, 2% yerli və cənubdan sızıb gələn tropik 

hava kütlələrinin təsirindən formalaşan iqlim növü və 9 iqlim tipləri ilə xarakterizə 

olunur.Ölkədə  havanın  maksimal  temperaturu  Culfada  +44°C,  minimal 

temperaturu  Naxçıvanda  -37°C  (1933-cü  ildə),atmosfer  yağıntıları  90-2767mm 

(1959-cu  ildə  Gərgilanda),  günəş  radiasiyası  120-160  kkal  kv/sm,  illik  günışli 

saatların  miqdarı  1800-2900  saat/il,fəal  temperaturun  həddi  4500-5000°C-ə 

çatması müşahidə edilir. 

          Azərbaycan  Respublikası  iqliminin  formalaşmasında  ölkənin  coğrafi 

mövqeyi,  relyefi,  Xəzər  dənizi,  Böyük  Qafqaz  dağlarının  şimaldan  yerləşməsi, 

beləliklə 8 növ hava kütlələri və atmosfer dövranı fəal iştirak edir. 

 

 

 



 

 

 




 

 

SUAL4. Azərbaycan Respublikasının hidroqrafiyası,torpaq-bitki 



örtüyü,heyvanat aləmi,rekreasiya şəraiti. 

Azərbaycan  Respublikasında  ümumi  ehtiyatı  30  kub.km  təşkil  edir.  Ərazidə 

suehtiyatının  qeyri-bərabər  paylanması  12  hidroloji  rayonun  ayrılmasına  səbəb 

olmuşdur.  Ölkədə  ümumi  uzunluğu  33665  km-ə  çatan  8359  irili-xırdalı  çay 

mövcuddur. Çayların hidroenerji potensialı 43,5 mlrd.kvt/saatdan çox deyildir. Kür 

çayının  uzunluğu  1515 km  olmaqla  öz  mənbəyini  Türkiyənin 2741m  hündürlüyə 

malik  olan  Qızılgədik  zirvəsindən  götürərək  Azərbaycan  Respubılikası  ərazisinin 

906  kilometrini  qət  edir.  Araz  çayı  isə  öz  başlanğıcını  Türkiyədə  hündürlüyü 

2990m  olan  Bingöl  zirvəsindən  əldə  edərək  1072  km  məsafədə  uzanır.  Ölkədə 

xeyli sayda suvarma kanalları, 14 min sayda su artezianları, 140-dan az olmayan su 

anbarları,  ümumi  sayı  700-ə  yaxın  olsa  da  250-yə  qədər  fəaliyyətdə  olan  göllər 

vardırsa,ümumi  sahəsi  400  min  kv.kmolan  Xəzər  dənizinin  Azərbaycan  sektoru 

vardır. 

          Ölkədə iostehsalın anası sayılan torpaq fondu 8,7 mln.ha olmaqla 90-a qədər 

tipə, 25-ə  qədər  növə  ,60-a  yaxın  yarımnövlə xarakterizə olunur.Bundan  55,1%-i 

kənd  təsərrüfatı  üçün  yararlıdır.Respublikada  4500  sayda  ali  bitki  növü  vardır. 

Ərazinin 1213,7 min ha-nı və ya 12%-ni meşə sahəsi təşkil edir. Meşə ilə örtülü 

sahə isə 989,5 min hektardır. Meşələr Böyük Qafqazda  -48,5%, Kiçik Qafqazda-

34,5%,  Talış  dağlarında  -14,5%,  Kürboyu  ərazilərdə-2,5%  əraziyə  malikdir. 

Ölkədə  15  mindən  çox  heyvan  növünün  olduğu  aşkarlanmışdır.  Latın  mənşəli 

olmaqla  bərpa  olunan  mənanı  bildirən  rekreasiyaya  insanların  fiziki  və  mənəvi 

qüvvələrini  bərpa  edən  istirahət  sahələri  ilə  yanaşı  turistlərə,  istirahət  etməyə 

gələnlərə  müxtəlif  xidmət  göstərilməsi  daxildir.  Ölkədə  rekreasiya  mənbələri  25 

rayonda özünü daha yaxşı göstərir. 

 



 

 

SUAL5. Azərbaycan Respublikasının təbii sərvətləri. 

          Təbii  sərvətlər  anlamı  insan  həyatının  və  məhsuldar  qüvvələrin  inkişafı  və 

yerləşdirilməsi üçün təbiətdən istifadə edilən və gələcəkdə istifadəsi mümkün olan 

təbii komponentlərin cəmi kimi qəbul edilir.  

          Ümumilikdə,təbii  sərvətlər  tükənən  və  tükənməyən  növlərə  ayrılır. 

Tükənməyənlərə suyun,küləyin, günəşin,atmosfer havasının,yerin təkinin enerjiləri 

aid  edilirdə,  tükənənlərə  mineralları,meşələri  aid  etmək  mümkündür.Tükənənlər 

özləri  də  bərpa  olunan  və  ehtiyatları  bərpa  olunmayan  qruplara  ayrılırlar. 

Mineralların  ehtiyatları  bərpa  olunmursa,  tükənən-lakin  bərpa  olunan  təbii 

sərvətlərə  meşələri  daxil  etmək  mümkündür.  Respublikada  Abşeronda,  Quba-

Xaçmazda,Gəncə-Qazax  zonasında,  Yuxarı  Qarabağda  ,Mil-Muğanda,Xəzər 

dənizində  3-13  mlrd.  t  neft  ehtiyatının,  göstərilən  neft  ehtiyatları  yataqları  ilə 

yanaşı  Qaradağda,  Gürgan,Zirə,Abşeron,Bahar,Dan  Ulduzu,Ümid,Şahdəniz  və  s. 

Kimi  yataqlarda  2,7  trln.  kub  metrdən  çox  olan  qaz  ehtiyatının  ,1887-ci  ildə 

almanlar  tərəfindən  aşkarlanmış  dünyada  yeganə  müalicə  əhəmiyyəti  kəsb  edən 

Naftalan neftinin, Azəri-Çıraq-Günəşli neft yataqlarının, Kəlbəcər-Laçın zonasında 

6  civə  yatağının  ,  Balakən-Zaqatala  mis  kolçedanının,Zod,Canyataq, 

Gülyataq,Veynəli,Qızılbulaq  qızıl  yataqlarının,ehtiyatı  276  mln  t  olan  Daşkəsən 

dəmir filizi yatağının, 130 mln t. ehtiyatı olan Zəylik alunitinin ,1,3 mln. t ehtiyatı 

olan  Naxçıvanda  duz  yatağının,  İsmayıllı,Quba,  Şamaxı,Qobustanda  450  mln.  t. 

Olan  şist  yataqlarının;  Mağavuz,Qəbələ  kömür  ehtiyatlarının,  Qazaxda  bentonit 

gilinin, 300-dən çox mineral suların; 5 yodlu-bromlu su hövzələrinin aşkarlanması 

məlumdur. 

 

 



 

 

MÖVZU3 



AZƏRBAYCAN RESPUBLİKASININ ƏHALİSİ 

SUAL1. Əhali haqqında ümumi məlumat. 

          İnsanların  yaranması  haqqında  müxtəlif  fərziyyələr  mövcuddur.  Onun 

yaşinin  2-2,5  mln.  il  olduğu  açıqlanmışdır.Əhali  hər hansı  bir  ölkənin  məhsuldar 

qüvvələrinin inkişafı və yerləşdirilməsinin aparıcı qüvvəsidir. O,istehsal sahəsinin 

subyektidir.  Əhali  əməkdə  iştirak  edərək  ictimai  istehsalın  əsasını  təşkil  edən 

cəmiyyətin  əsas  başlıca  məhsuldar  qüvvəsidir.  Əhali  maddi  istehsalın  ən  böyük 

istehsalçısı  və  istehlakçısıdır.  Digər  tərəfdən  əhali  ictimai  istehsal  prosesində 

istehsalla istehlak qütbləri arasında aparıcı mövqe tutaraq o, özü-özlüyündə dünya 

təsərrüfatı  coğrafiyasının  predmeti  rolunu  oynayır.  Çünki,  əhali  hər  iki  qütb 

arasında  –istehlak  və  istehsal  arasında  əsas  hərəkətverici  qüvvə  sayılır.  İnsan 

cəmiyyətin  maddi  əsasını,planetin  ən  fəal  elementini  təşkil  edir.  İnsan  ən  ağıllı, 

bilikli,şüurlu,dərrakəli, bacarıqlı və yaraşıqlı varlıqdır.Mahiyyət etibarilə o, təbiətin 

bir hissəsi sayılan və spesifik mədəni mühit yaradan, yüksək sivilizasiyaya malik, 

materiyanın  ən  ali,  ülvi,  yaradıcı,  mürəkkəb  təkamül  yolu  keçmiş,  formalaşmış, 

təşəkkül tapmış, dayanıqlı inkişaf etmiş sosial-psixoloji varlıqdır. Qurani Kərimin 

“İnsan”  surəsində  deyildiyi  kimi,  o,bütün  canlıların  ən  alisi,  gözəli  və  kamilidir. 

İnsan Yer Kürəsinin maddi aləminin təbiətlə birlikdə əsas aparıcı tərkib hissəsidir. 

Marksın təbirincə insan təbii-ictimai canlı olmaqla təbiətlə yaşayır. 

 

 

 



 


 

SUAL2 Respublika əhalisinin dinamik inkişafı,təbii artımı,orta 

sıxlığı,miqrasiyası. 

          Qədim  əcdadlarımızın  məskəni  sayılan  Azərbaycan  əhalisinin  dinamik 

inkişafında  artıb-azalmalarla  səciyyələnmişdir.  Hələ  1828-ci  ildə  Şimali 

Azərbaycanı  Rusiya  zəbt  edəndə  onun  əhalisinin  sayı  1,0  mln,  1913-cü  ildə  2,3 

mln,  2013-cü  ilin  sonu  üçün  isə  Cənubi  Qafqaz  regionunda  1-ci  olaraq  9,5  mln. 

əhaliyə malik olmuşdur. Artan dil ailəsinin türk qrupuna daxil olan azərbaycanlıları 

dünyanın  72-dən  çox  ölkəsində  yaşamaqla  ümumi  sayları  50  mnl.nəfəri 

keçmişdir.Onların  sayı  təkcə  İranda-25-30  mln  nəfərdən  çoxdur.Əhalinin  orta 

sıxlığı hər kv.km-də 109 nəfərə çatmaqla maksimal sıxlıq Bakıda 1020 nəfərdən az 

deyildir.  Ən  az  əhali  sıxlığı  düzənlik  ərazilər  üçün  xarakterikdir.  Əhalinin  təbii 

artımına müxtəlif səbəblər təsir edir ki, bu da son illər öz artımı ilə tanınaraq hər 

1000 nəfər hesabı ilə 12,8 nəfər təşkil etmişdir. Əhalinin illik təbii artımına görə 

ölkə öz regionunda liderdir. Bu sahədə Azərbaycan Respublikası əhali artımının 2-

ci  tipinə  aid  edilir.  Əvvəllər  Bakıda  əhali  artımı  mexaniki  artım  hesabına  baş 

verirdi.  Proses  xüsusilə  neft  sənayesinin  inkişafı  ilə,  eləcə  də,  Rus  imperiyasının 

yeritdiyi  siyasətləəlaqədar  idi.  Belə  ki,  Rusiyadan  300  kəndli  ailəsi  işçi  qüvvəsi 

kimi Azərbaycana gətirilmişdir. 

 

 



 

 

 



 

 



 

SUAL3.Azərbaycan uzun ömürlülər diyarı kimi. 

     Haqlı  olaraq  Azərbaycan  Respublikasını uzun ömürlülər diyarı  kimi  tanıyırlar. 

Respublikada hər 100 min nəfərə yaşı 100-ü keçmiş 84 nəfər adam düşür. Keçən 

əsrdə yaşamış Lerikli 167 yaşlı Şirəli Müslümov bunlardan biridir ki, 0, 1973-cü 

ildə dünyasını dəyişmişdir. Ölkədə orta ömür sürmə 72,4 il təşkil edir. Qadınların 

orta  ömür  sürmələri  75,1  ildirsə,  bu  kişilər  üçün  69,7  ildən  çox 

deyildir.Deyilənlərin  yüksək  həddə  çatması  ölkənin  təbii  şəraitinin  əlverişli 

olması,təbii ekoloji durumun xüsusilə dağlıq ərazilərdə təbii halda saf olması, tibbi 

xidmətin  səviyyəli  mövcudluğu,insanların  iqtisadi-sosial  rifah  hallarının  yaxşılığı 

ilə bağlıdır. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

SUAL4.Əhalinin tərkibi,yaş,etnik,cinsi,dini strukturu. 

          Bu və ya digər səbəbdən dünyaya gələnlər içərisində oğlanlar üstünlük təşkil 

edirlər.Lakin  son  illər  bu  sahədə  xeyli  dəyişikliklər  baş  verməkdədir.  Məsələn, 

2009-cu il məlumatına görə ölkədə kişilərin xüsusi çəkisinin qadınlara olan nisbəti 

49:51-ə olanı kimi müşahidə edilir.Ölkədə son illərdə 60-65 yaşında olanların sayı 

artmaqdadır.  Respublikada  əhalinin  milli  tərkibi  mürəkkəb  olub  113  millətin 

nümayəndəsinin olması toleriantlığın da çəkisinin artmasına təsir etməkdədir.Əgər 

azərbaycanlıların  sayı  ümumi  əhalinin  83%-ni  təşkil  edirsə  başqa  millətlərdən  –

ləzgilər-2,0%-dən  çox,  ruslar-1,3%,  tatarlar-1,3%  təşkil  etməkdədir.Bunlardan 

başqa cuhudlar,gürcülər,tatlar,talışlar,utilər,avarlar,kürdlər də yaşamaqdadır.Ruslar 

buraya  XIX  əsrin  2-ci  yarısında,  ermənilər  isə  hələ  1828-ci  ildən 

köçürülmüşlər.Bunlar hamısı əhalinin milli tərkibinin daha da mürəkkəbləşməsinə 

səbəb olmuşdur. 

          Azərbaycan  Respublikası  ərazisində  əhalinin  məskunlaşması  qeyri-

bərabərdir.Əhalinin  çoxu  500  metr  yüksəklikləri  olan  ərazilərdə  özlərinə  məskən 

salmışlar.Lakin,  elə  yaşayış  məntəqələri  də  vardır  ki,  onlar  dəniz  səviyyəsindən 

2330m,  2000  m  yüksəkliyə  malikdirlər.Bunlara  müvafiq  olaraq  Kəlbəcər 

rayonundakı  Yuxarı  Bağırsaq  və  Quba  rayonunun  Xınalıq  yaşayış  məntəqələrini 

göstərə bilərik. 

 

 



 

 

 



 


 

SUAL5. Şəhər-kənd əhalisi,urbanizasiya və əmək ehtiyatlarından istifadə. 

          Azərbaycan  Respublikasında  şəhər  elementlərinin  –ünsürlərinin  rayon 

mərkəzlərinə,kənd yaşayış yerlərinə doğru öz areallarını genişləndirməsi yeni-yeni 

şəhər  və  qəsəbələrin,  ərazi  istehsal  komplekslərinin  yaranmasına  və 

formalaşmasına səbəb olmaqdadır.Onun nəticəsidir ki, şəhər əhalisinin sayı artaraq 

kənd  əhalisinin  xüsusi  çəkisi  azalmaqdadır.Belə  ki,  hal-hazırda  ölkədə  78  şəhər, 

262  şəhər  tipli  qəsəbə  formalaşmışdır.Deyilənlərin  nəticəsidir  ki,  şəhər-kənd 

əhalisi  53,2:46,8  nisbətindədir.  Deyilənlər  ölkədə  urbanizasiyanın,aqlomerasiya- 

ların  artmasına  şəraiti  daha    artırmaqdadır.Get-gedə  ölkədə  şəhər  yaşayış  tərzi 

üstünlük  təşkil  etməkdədir.  Şəhərlərin  əhalisinin,  təsərrüfat  sahələrinion  eninə, 

uzununa  artması  urbanizasiyanı,  aqlomerasiyaların  sürətini  və  sayını  artıraraq  14 

respublika və muxtar respublika tabeliyində olan: Bakı,Gəncə,Sumqayıt, Naxçıvan, 

Culfa,Ordubad,Şəki,Şuşa,Xankəndi,Yevlax,Naftalan,Mingəçevir,Şirvan,Lənkəran 

şəhərlərinin tam formalaşmasına səbəb olmuşdur. 

          Ölkədə  iş  qabiliyyəti  olanların  sayı  2013-cü  ildə  6260,1  min  nəfərə,  fəal 

əhalinin  sayı  4757,8  minə,  işçilərin  sayı  236,1  min  nəfər  təşkil  etmişdir. 

Azərbaycan Respublikasında 1,3 mln nəfər təqaüdçünün olması qeydə alınmışdır. 

 

 



 

 

 



 

 



 

M

övzu 4: “Azərbaycan Respublikası təsərrüfatının inkişafı və ərazi 

təşkili. Yanacaq-energetika kompleksi. Yanacaq sənayesi.” 

Sual 1: “Azərbaycan Respublikası təsərrüfatının strukturu.” 

Dünya 


təsərrüfatının  tərkib  hissələrindən  biri  də  Azərbaycan 

Respublikasının  təsərrüfatıdır.  Onun  strukturuna  istehsal  vasitələri  istehsalı,  xalq 

istehlakı malları istehsalı sahələri, sənaye, kənd təsərrüfatı, nəqliyyat və rabitə, elm 

və  təhsil,  səhiyyə,  xidmət  sferası  sahələri  daxildir.  Istehsal  vasitələri  istehsalında 

sənayenin  ağır  və  yüngül  sahələri  aparıcı  yer  tuturlar.  Ağır  sənayeyə  yanacaq-

energetika  kompleksinin  yanacaq  və  elektroenergetika  sahələri,  metallurgiya  və 

müxtəlif növ maşınlar buraxan komplekslər, habelə kimya və neft-kimya ilə yanaşı 

meşə və tikinti materialları istehsalı kompleksləri daxildir. Istehlak malları istehsalı 

sahəsinin  isə  ərzaq  və  yüngül  sənaye  sahələrinin  olması  səciyyəvidir.  Kənd 

təsərrüfatının  əkinçilik  (bitkiçilik)  və  heyvandarlıq  sahələri  səciyyəvidir.  Çox 

sahəvi  nəqliyyat  isə  ölkədə  məhsuldar  qüvvələrin  inkişafı  və  düzgün 

yerləşdirilməsinin  əsasını  təşkil  edir.  Elm,  təhsil,  səhiyyənin  özünəməxsusluğu 

mövcuddur.  Iqtisadi inkişafda  sənaye  sahəsi  aparıcıdırsa,  digər  təsərrüfat sahələri 

isə müxtəlif çəkilərlə tanınırlar. 

Müasir dövrdə Respublika xalq təsərrüfatının strukturu bir sıra yeni sənaye 

və  istehsal  sahələrinin  yaradılması  ilə  daha  da  zənginləşdirilmişdir.  Modul  tipli 

elektrik  stansiyalarının,  sənaye  parklarının  yaradılması  dövrün  tələblərinə  cavab 

verir. 2014-cü ildə Ümumi Daxili Məhsulun dəyəri 73,6 mlrd. dollar təşkil edərək 

valyuta  ehtiyatı  50  mlrd.  dollar,  investisiya  qoyuluşu  isə  27  mlrd.  dollar  təşkil 

etmişdir.  

 

 

 




 

Sual  2.  Azərbaycan  Respublikasında  yanacaq-energetika  kompleksinin 

inkişaf tarixindən.  

Azərbaycan dünyanın ən qədim yanacaq rayonlarından sayılır. Bunu tarixi 

faktlar bir daha təsdiq edir. Belə ki, 1594-cü ildə usta Allahyar Məhəmməd Nuru 

oğlu tərəfindən əl ilə Balaxanıda 25 metrlik dərinliyə malik olan quyu qazılmışdır. 

1871-ci ildə isə Ağarza Mirzəyev Balaxanıda 42 m. dərinliyi olan quyu qazdırmış 

və nəticədə  quyudan  neft  fontan vurmuşdur.  1873-cü  ildə  isə Balaxanı sahəsində 

38 m. dərinlikdən qazılmış quyu sutkada 3 min ton neft verə bilmişdir. 1875-ci ildə 

Sabunçu ərazisində 1890-cı ildə Ramana sahəsində qazılan neft quyularının və neft 

şirkətlərinin sayı gündən-günə artmışdır. Nobel qardaşları (1879-cu ildə), Rotşild, 

Mantaşev,  Musa  Nağıyev,  Şəmsi  Əsədullayev,  Murtuza  Muxtarovun  şirkətləri 

daha  çox  neft  hasil  etmişlər.  Pirallahı  neft  sahəsində  hasilata  hələ  1887-ci  ildən 

başlanılmışdır. Burada kütləvi surətdə neft hasilatına 1902-ci ildən başlanılmışdır. 

Sənaye  üsulu  ilə  ilk  neft  hasilatı  1847-ci  ildə  Bibiheybətdə,  1871-ci  ildə  isə 

Balaxanıda baş tutmuşdur. 1859-cu ildə Rus imperiyasında Balaxanı-Bakı arasında 

uzunluğu  12  km.  olan  ilk  neft  kəməri  çəkilmişdir.  1896-1906-cı  illərdə  isə 

uzunluğu  833  km.-dən  çox  olan  Bakı-Batumi  neft  kəməri  kerasin  daşınmasına 

şərait  yaratmışdır.  1898-ci  ildə  illin  hasilata  görə  Azərbaycan  dünyada  1-ci  yerə 

çıxmışdır. 1900-cü ildə Rusiya neftinin 95%-dən çoxunu təşkil edərək 10 mln. t., 

1901-ci ildə Rusiya neftinin 90,7%-ni (10,8 mln. t.), 1913-cü ildə Rusiya neftinin 

83%-ni  (7,7  mlnş  t.),  1911-ci  ildə  neft  hasilatı  11  mln.  t.,  1941-1945-ci  illərdə 

SSRİ  neftinin  (110  mln.  t.)  75  mln.  tonunu  vermişdir.  Hal-hazırda  onun  illik 

hasilatı 43,5 mln. tondur.  

 

 

 



 


 

Sual 3. Yanacaq –energetika kompleksi. 

Yanacaq –energetika kompleksi ölkənin davamlı iqtisadi inkişafının əsasını 

təşkil edir. Buraya yanacaq və elektroenergetika daxildir. YEK –in inkişafında hər 

iki sahə aparıcı yer tutsa da yanacaq sənayesinin özünəməxsusluğu vardır. Yanacaq 

sənayesi  mürəkkəb  quruluşa  malik  olsa  da  hasilat  və  emal  sahələrini  özündə 

birləşdirir.  Hasilata  neft,  qaz,  kömür,  şist,  torf,  odun  daxil  olsa  da  emala  benzin, 

mazut,  kerosin,  dizel  yanacağı,  sürtkü  yağları  və  s.  daxildir.  Neft  tərkibində 

karbon, hidrogen və s. olmaqla mayedir. Emalından 2500-dən az olmamaqla yeni 

məhsul  alınsa  da  ölkədə  bu  göstərici  hələlik  90-dan  çox  deyildir.  Respublika 

qədimdən  Balaxanı,  Suraxanı,  Bibiheybət,  Ramana  və  b.  kimi  neft  yataqlarına 

malik  olmaqla  dünyada  ilk  dəfə  sənaye  üsulunu  1847-ci  ildə  Bibiheybət 

mədənlərində  tətbiq  etmişdir.  1871-ci  ildə  isə  ilk  sənaye  üsulu  ilə  neft  hasilatına 

Balaxanıda  başlanılmışdır.  Ölkədə  1945-1949-cu  illərdə  Neft  Daşlarından  neft 

hasil edilmişdir. Ən çox neft hasilatı 1941-ci ildə 23,5 mln. t. və 2010-cu ildə 51 

mln.  tona  çatmışdır.  2013-cü  ildə  bu  hasilat  43,5  mln.  t.  təşkil  etmişdir.  Xəzər 

dənizi  illik  neft  hasilatının  96,1%-ni  verməkdədir.  Respublika  ildə  xaricə 

göndərilən  neftdən  30  mlrd.  dollarlıq  gəlir  götürür.  Bu  vaxta  qədər  ölkədə  neft 

hasilatı 1,5 mlrd. tonu keçmişdir.  

 

 

 



 

 

 



 


 

Sual 4. “Əsrin müqaviləsi”. 

Ölkədə, ümumilikdə, xalq təsərrüfatının, o cümlədən yanacaq sənayesinin 

davamlı  inkişafını təmin  etmək  məqsədilə  ümumi  ehtiyatı 3-13  mlrd.  t.  Arasında 

dəyişən  neft  ehtiyatını  istehsala  cəlb  etmək  məqsədilə,  xüsusilə  Xəzər  dənizinin 

Azərbaycan  Respublikası  sektorunda  xüsusi  qollar  tapmaq  ölkə  qarşısında  duran 

başlıca məsələlərdən idi. Bu məqsədlə dünyanın aparıcı dövlətlərinin tanınmış neft 

şirkətlərinin köməkliyinə ehtiyac hiss olunudru. Bu əsasdan da 20 sentyabr 1994-

cü  ildə  Bakının  Gülüstan  sarayında  Xəzər  dənizində  yerləşən  “Azəri”,  “Çıraq”, 

“Günəşli”  neft  yataqlarında  qazma  işlərinə  başlamaq  üçün  ABŞ-ın  BB-nın, 

Norveçin,  Türkiyənin,  Rf-in,  Səudiyyə  Ərəbistanının,  eləcə  də  Azərbaycan 

Respublikasının  tanınmış  neft  şirkətlərindən  “Amoko”,  ,  Yunikol”,  “Penzoyl”, 

“Mak-Dermat”,  “BP”,  “Pamko”,  “Statoyl”,  “Türkeş  Petrolium”,  “Lukoyl”, 

“Delta”,  ADNŞ  və  1996-cı  ildən  Yaponiyanın  “İtoçi”  neft  şirkətləri  arasında 

müqavilə imzalanmış oldu. 30 illik müddətə bağlanmış “Əsrin müqaviləsi” 99 mlrd 

dollarlıq  gəlir  verməli,  511  mln  t.  neft  hasilatının  253  mln.  tonu  Azərbaycana 

çatacağı, əldə edilmiş 55 mlrd. kub m. təbii qazın hamısı Azərbaycana verilməsi, 

əldə edilən gəlirin 76%-i Azərbaycan Respublikasına çatacağı öz əksini tapmışdır. 

Bunun  nəticəsində  Subsa,  Ceyhan,  Səngəçal,  Kulevi  neft  terminalları  yaradılmış, 

uzunluğu  850  km.-ə  çatan  Bakı-Subsa,  uzunluğu  1776 km-ə  çatan  Bakı-Tbilisi  –

Ceyhan, uzunluğu 179 km-ə bərabər olan Çıraq-Səngəçal boru kəmərləri çəkilmiş, 

1997-ci  ilin  12  noyabrından  bu  vaxta  qədər  385  mln.  t.  neft  ixrac  edilmişdir.  Bu 

vaxta qədər 20 ölkənin 53 neft şirkəti ilə 33 müqavilə bağlanmışdır.  

 

 

 



 


 

Sual 5. Azərbaycan Respublikasında təbii qaz sənayesinin inkişafı. 

 Azərbaycan 

Respublikasında  aşkarlanmış  71-dən  çox  neft-qaz 

yataqlarından  61-i  istismardadır.  Bunun  30-dan  az  olmayanı  müstəqil  qaz 

yataqlarıdır.  Onun  aşkarlanmış  ehtiyatı  2,7  trln.  kub  metrdən  çoxdur.  Qaz 

hasilatının əsası 1859-cu ildən qoyulsa da, 1902-ci ildə daha da genişləndirilmiş, 

onun  kütləvi  hasilatına  isə  1928-ci  ildən  Suraxanıda  başlanmışdır.  Müasir  qaz 

yataqları  ölkə  ərazisinin  daxili  rayonlarında,  habelə  Xəzər  dənizində,  Qaradağ, 

Zirə, Gürgan, Naxçıvan, Ümid, Abşeron, Siyəzən, Çıraq, Kənizdağ, Babək, Bahar, 

Mişovdağ, Daşgil, Şahdəniz ərazilərində aşkarlanmışdır.  

Kəski  1999-cu  ildən,  hasilatı  2006-cı  ildən  başlayan,  Bakıdan  dənizin 

içərilərinə doğru 70 km.-lik məsafədə yerləşən Şahdəniz yatağının qaz 1,2 trln kub 

m., kondensant ehtiyatı 620 mln. t-dan çoxdur. 2006-2014-cü illərdə Şahdənizdən 

54,4 mlrd kub m. qaz, 14 mln t. kondensant əldə edilmişdir. Uzunluğu 1050-971 

km.  arasında  olan  Şahdəniz-Ərzurum  qaz  boru  xətti  ilə  Gürcüstana,  Türkiyəyə, 

digər  Avropa  ölkələrinə  təbii  qaz  nəql  edilir.  Hal-hazırda  Azərbaycan  İrana, 

Türkiyəyə,  Gürcüstana,  Rf-ə  qaz  ixrac  etməkdədir.  2013-cü  ildə  ölkədə  illik  qaz 

hasilatı 17,9 mlrd kub m. təşkil edir. 

 

 

 



 

 

 



 


 

Mövzu 5. Azərbaycan Respublikasında elektroenergetikanın 

inkişafı və yerləşdirilməsi. 

Sual 1. Elektroenergetika, onun rolu, əhəmiyyəti və inkişaf zəminləri. 

Elektroenergetikaya  bölgədə  yerləşən  elektrik  stansiyaları,  elektrik 

şəbəkələri,  hasil  olunmuş  elektrik  və  istilik  enerjisi  daxildir.  Elekroenergetika 

ETT-in  nailiyyətlərindən  biri  olub  maddi  istehsalın  aparıcı  sahələrindən  birini 

təşkil  edir.  Müasir  texniki  vasitələrin  işləməsini,  insanların  yaşayış  tərzinin 

durmadan  yaxşılaşdırılmasını,  istər  mövcud  təsərrüfat  sahələrinin,  istərsə  də 

yenilərinin  mövcudlaşmasını,  əməyin  məhsuldarlığının artırılmasını,  vaxta qənaət 

olunmasını,  sənaye  birlik  və  qovşaqlarının  yaradılmasını,  ərazi  istehsal 

komplekslərinin  təşkil  olunmasını,  qısa  zaman  kəsiyində  kəmiyyət-keyfiyyət 

göstəricilərinin  zamanın  tələbləri  səviyyəsinə  qaldırılmasını  təmin  etmək 

elektroenergetikanın  köməkliyi  ilə  təmin  etmək  mümkündür.  O,  eyni  zamanda 

rayon  əmələgətirici  amil  kimi  də  özünü  göstərir.  Insanların  sosial  inkişafını, 

mədəni  formalaşmasını  elektrik  enerjisi  olmadan  düşünmək  mümkün  deyildir. 

Digər tərəfdən, elektroenergetika ölkədə məhsuldar qüvvələrin hərtərəfli inkişafını 

təmin  edən  və  onun  ərazi  daxilində  bərabər  yerləşdirilməsinin  təminatçısıdır.  Bir 

sözlə, elektroenergetikanın iqtisadi, siyasi, strateji rolu və əhəmiyyəti danılmazdır. 

Ölkədə elektroenergetikanın inkişaf zəminləri hələ çox qədimdən neft sənayesinin 

inkişafı  ilə,  istehsalın  çoxluğu,  habelə  axar  su  mənbələrinin  mövcudluğuna 

söykənir.  

 

 



 

 



 

Sual 2. Elektroenergetikanın inkişaf tarixindən. 

ETT-nin  3  aparıcı  avanqard  sahəsindən  biri  sayılan  elektroenergetika 

ərazidə iti axara və çox sulu çayların mövcudluğu ilə, istehlakın get-gedə artması 

ilə, neft sənayesinin qədimdən inkişafı ilə əlaqədar olaraq əsrlərlə inkişaf tarixinə 

malikdir. 1913-cü ildə Azərbaycanda 40 min kvt. Gücə və 111 mln. kvt. saat enerji 

istehsalına malik 20 elektrik stansiyası mövcud idi. Bu onu Rusiyada Moskva və 

Peterburqdan sonrakı 3-cü yeri tutmağa gətirib çıxarmışdır. Elektrik stansiyalarının 

əksəriyyəti  Bakıda  yerləşsə  də  ətraf  bölgələrdə  də  yerli  tələbatlara  xidmət  edən 

elektrik  stansiyaları  da  var  idi.  Bunlardan  Abşeronda  “Qırmızı  Ulduz”,  Krasin 

adına,  Şimal  elektrik  stansiyalarının  adını  çəkə  bilərdik  ki,  onlar  da  əsasən  neft 

yanacağından  alınan  yanacaq  növləri  əsasında  elektrik  enerjisi  verirdilər.  ətraf 

rayonlarda  isə  başlıca  olaraq  mərkəzdən  fərqli  su  elektrik  stansiyalarının 

tikilməsinə üstünlük verilmişdir. Bunlardan Gəncəçay üzərində tikilmiş Zurnabad, 

Qudyalçay üzərində tikilmiş Quba, Qarqarçay üzərində tikilmiş Xankəndi, Talaçay 

üzərində tikilmiş Zaqatala, Tərtərçay üzərində tikilmiş Madagiz, Kiş çayı üzərində 

tikilmiş  Şəki  SES-lərinin  adlarının  çəkə  bilərik.  Hal-hazırda  Azərbaycan 

Respublikasında  ümumi  gücü  6,5  mln.  kvt  olan  24-dən  artıq  elektrik  stansiyaları 

fəaliyyət göstərir ki, onların da illik məhsul istehsalının kəmiyyət göstəricisi 23,4 

mlrd.  kvt.  Saatdan  çoxdur.  Ilk  İES  Bakıda  1897-ci  ildə,  ilk  SES  isə  1890-cı  ildə 

almanlar tərəfindən Gədəbəydə tikilmiş Qalakənddir. 

 

 

 



 

 

 




 

Sual  3.  Azərbaycan  Respublikasında  elektroenergetikanın  strukturu  və 

müasir inkişafı.  

Müasir Azərbaycan Respublikası elektroenergetikasının tərkibi ənənəvi və 

qeyri-ənənəvi  və  ya  əsas  və  alternativ  mənbələrə    əsaslanaraq  İES-lərdən,  istilik 

elektrik  mərkəzlərindən,  SES-lərdən,  habelə  Modul  tipli  elektrik  stansiyalarından 

ibarətdir.  Ölkədə  hasil  olunan  illik  elektrik  enerjisinin  başlıca  mənbəyi  istilik 

elektrik  stansiyalarıdır.  Bir  qayda  olaraq  ölkədə  İES-lər  qazla,  mazutla  fəaliyyət 

göstərirlər.  İES-lərin  üstün  cəhətləri  onların  yanacağının  çoxluğu,  tez  tikilməsi, 

vaxta  qənaət  edilməsi,  çox  elektrik  enerjisi  vermələri,  istehlaka  yaxın  və  ya  hər 

yerdə  tikilə  bilmələri,  ekoloji  cəhətdən  təmiz  olmaları,  ilboyu  sabit  elektrik 

vermələri,  şəbəkəyə  tez  qoşula  bilmələri  və  sairədir.  1897-ci  ildə  550  Mvt-lıq 

Bibiheybət  sahəsində,  1901-ci  ildə  Bayılda,  1902-ci  ildə  Belqorod  İES-lər  işə 

salınsalar  da  tələbata  cavab  vermədikləri  səbəbindən  artıq  fəaliyyət  göstərmirlər. 

1954-1956-cı  illərin  məhsulu  olan,  qazla,  mazutla  işləyən  və  hal-hazırda  ümumi 

gücü  400  Mvt-a  çatan  “Şimal”DRES-i,  1954-1962-cı  illərin  məhsulu  olan  və 

Avropada  ilk  açıq  tipli  stansiya  sayılan  və  indi  2013-ci  ildə  təmirdən  sonra  780 

Mvt gücə malik “Cənub” (dizel yanacağı, qazla, mazutla işləyir) DRES-i, 1981-ci 

ildən  fəaliyyətdə  olan  və  gücü  3,2  mln.  kvt-dan  çox  olan  “Azərbaycan”  DRES-i 

Mingəçevir şəhərindədir. 

Ildə  hasil  olunan  23,4  mlrd  kvt/saat  elektrik  enerjisinin  93%-ə  qədərini 

İES-lər  verirlər.  Adambaşına  düşən  illik  elektrik  enerjisi  2512  kvt/saat  olmaqla 

Azərbaycan Cənubi Qafqazda liderlik edir. 

 

 



 

 



 

Sual 4: Azərbaycan Respublikasında SES –lərin müasir vəziyyəti. 

Gec və baha başa gələn, ilboyu sabit elektrik enerjisi verməyən, yeraltı, yer 

üstü  təbii  sərvətlərin  sıradan  çıxmasına  səbəb  olan,  lakin,  ucuz  elektrik  enerjisi 

alınmasının,  su  nəqliyyatının,  balıqçılığın,  torpaqların  suvarılmasının, 

mikroiqlimin  yaranmasının,  turizm  təsərrüfatının,  insanların  istirahətinin 

yaxşılaşmasının səviyyəli olmasına müsbət şərait yaradan SES-lər ölkə ərazisində 

kifayət qədərdir. Onlar 2013-cü ildə 1,5 mlrd. kvt saat elektrik enerjisi verə bilən 

788  Mvt  gücə  malikdirlər.  İlk  SES  1890-cı  ildə  Qalakənddə  yaradılsa  da  demək 

olar  ki,  bütün  regionların  çayları  üzərində  fəaliyyət  göstərirlər.  Cənubi  Qafqazda 

elektrik  enerjisinin  50%-ə  qədərini  verən  Azərbaycan  Respublikasında  mövcud 

çayların hidroenerji potensialı 43,5 mlrd. kvt/saatdan az deyildir. Bu qədər elektrik 

enerjisi almaq üçün çaylar üzərində 5,5 mln. kvt gücündə elektrik stansiyası tikmək 

olar. Ölkədə 1954-cü ildən gücü 403-420 Mvt olan Mingəçevir, 1957-ci ildən gücü 

16.5  min kvt, hasilatı 73  min  kvt/saat  Varvara,  1976-cı ildən fəaliyyətdə olan və 

gücü  50  min  kvt,  enerji  hasilatı  125  mln  kvt/saat  Tərtər,  1967-1971-ci  illərdə 

tikilmiş və gücü 22 mvt, hasilatı 73 mln kvt/saat Araz, 1982-ci ilin məhsulu olan, 

gücü  380  min  kvt,  enerji  hasilatı  900-1,0  mlrd  kvt/saat  Şəmkir,  2000-ci  ildə 

tikilmiş, gücü 150 Mvt, hasilatı 400 mln kvt/saat Yenikənd, 2010 –cu ildə tikilmiş 

150 min kvt gücündə Biləv, 2006-cı ildə istifadəyə verilmiş, gücü 4,5 Mvt Vayxır 

(Babəkdə),  2013-cü  ildə  tikilmiş  gücü  25  Mvt  olan  Taxtakörpü,  2012-ci  ildə 

tikilmiş,  gücü  25  Mvt  Qusar-1,  2012-ci  ilin  məhsulu  olan,  gücü  325  Mvt  Fizuli 

SES-ləri ildə 1,5 mlrd kvt/saatdan çox elektrik enerjisi verirlər (2013-cü il). 

 

 

 



 


 

Sual  5.  Modul  tipli  elektrik  stansiyaları,  alternativ  enerji  mənbələri  və 

perspektiv inkişaf. 

Özünün  elektrik  enerjisinə  olan  təhlükəsizliyini  tam  təmin  edən 

Azərbaycan  Respublikasında  digər  təsərrüfat  sahələrində  olduğu  kimi 

elektroenergetikada  da  yeni  istehsal  sahələri  axtarılır  və  onların  varlığına  nail 

olunur.  Bunlardan  biri  də  müasir  və  yeni  tipli  Modul  elektrik  stansiyalarından 

elektrik  enerjisinin  alınmasıdır.  Bu  tip  elektrik  stansiyaları  tez  tikilir,  ucuz  başa 

gəlir, yanacağa qənaət edilmiş olunur, avadanlıqlar kiçik bir ərazidə quraşdırılır, ən 

əsası şəbəkəyə tez – 3-4 dəqiqəyə qoşulur, ekoloji saflığa malikdir, perspektivlidir, 

qazla,  mazutla,  hətta  dizel  yanacağı  ilə  də  işləyir,  karbon  qazının  atmosferə 

buraxılmasının  qarşısını  alır,  faydalı  iş  əmsalı  yüksəlir,  müasir  texniki 

avadanlıqlarla  təchiz  olunur  və  s.  ölkədə  2006-cı  ildən  tikilməyə  başlayaraq 

mövcudları Astarada, Naxçıvanda, Xaçmazda, Şəkidə, Bakının Nizami rayonunda, 

Qubada,  Sumqayıtda,  Səngəçalda  fəaliyyət  göstərərək  ümumi  gücləri  880  Mvt 

təşkil edir.  

Daha  çox  elm  tutumlu  sahə  olan  alternativ  enerji  mənbələrinə  Günəşin, 

küləyin,  suların  qabarma-çəkilməsinin,  Yerin  daxilinin,  biokütlələrdən  alınan 

enerjilər  daxildir.  Bunlar  eyni  zamanda  hibrid  enerji  mənbələri  də  adlandırılırlar. 

Bunlar  nəinki  elektrik  və  istilik  enerjisi  alınmasında  ,  habelə  yol  hərəkət 

göstəricilərinin  işıqlandırılmasında  da  istifadə  olunurlar.  Hal-hazırda  Bakı 

küçələrinin yol hərəkəti göstəriciləri, Biləsuvarda 6 məktəb, 6 uşaq bağçası, Günəş 

plitələrindən  istifadə  edərək  işıqlandırılırlar.  Günəş  və  külək  elektrik  stansiyaları 

Yaşma  qəsəbəsinin  Şurabad  poliqonunda  və  bir  sıra  bölgələrdə  fəaliyyət 

göstərirlər. 2020-ci ildə onların xüsusi çəkisi 20%-ə çatdırılmalıdır. 

Gələcəkdə ölkədə kiçik SES-lərin tikilməsinə üstünlük veriləcəkdir. 



 

 



 

Yüklə 177,87 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə