Azərbaycan Dəmir Yolları



Yüklə 22,95 Kb.

tarix27.02.2018
ölçüsü22,95 Kb.


“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması 

haqqında 

  

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI 



  

Azərbaycan  Respublikasında  dəmir  yolunun  hərtərəfli  inkişafını, 

iqtisadiyyatın  və  əhalinin  daşımalara  olan  tələbatının  daha  dolğun 

ödənilməsini, bu sahədə idarəetmənin təkmilləşdirilməsini və görülən işlərin 

səmərəliliyinin daha da artırılmasını təmin etmək məqsədi ilə qərara alıram: 

1. Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə Azərbaycan 

Respublikası  Nəqliyyat  Nazirliyinin  tabeliyində səhmləri  dövlətə  məxsus 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti yaradılsın.



[1]

 

2. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra - 



Cəmiyyət)  ümumi  yığıncağının  səlahiyyətlərinin  həyata  keçirilməsi  aşağıdakı  dövlət 

orqanlarına həvalə edilsin:

[2]

 

2.1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə: 



2.1.1.  Cəmiyyətin  Nizamnaməsinin  və  strukturunun  təsdiqi,  nizamnamə 

kapitalının miqdarının müəyyən edilməsi; 

2.1.2. Cəmiyyətin inkişaf istiqamətlərinin müəyyən edilməsi; 

2.1.3. Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər 

hesablarının təsdiqi, mənfəətinin və zərərinin bölüşdürülməsi; 

2.1.4.  Cəmiyyətin  xalis  aktivlərinin  dəyərinin  iyirmi  beş  faizindən  artıq 

məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Cəmiyyətin 

aktivlərinin 5 faiz və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar 

qəbul edilməsi; 

2.2. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə: 

2.2.1.  bu  Sərəncamda  qeyd  olunanlar  istisna  olmaqla,  Azərbaycan 

Respublikasının  Mülki  Məcəlləsi  ilə  ümumi  yığıncağın  səlahiyyətlərinə  aid  edilmiş 

digər məsələlərin həlli. 

3. Müəyyən edilsin ki: 

3.1. Cəmiyyətin sədrinin və sədr müavinlərinin vəzifəyə təyin və vəzifədən azad 

edilməsi, Cəmiyyətin yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Prezidenti 

tərəfindən həyata keçirilir; 

3.2.  Cəmiyyətin  idarə,  nümayəndəlik  və  filiallarının,  habelə  törəmə 

cəmiyyətlərinin  rəhbərlərinin  vəzifəyə  təyin  və  vəzifədən  azad  edilməsi  Cəmiyyət 

tərəfindən həyata keçirilir; 


3.3. Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının yaradılması və ləğvi, törəmə 

cəmiyyətlərinin  yaradılması,  yenidən  təşkili  və  ləğvi  Cəmiyyət  tərəfindən  həyata 

keçirilir  və  bu  barədə  Azərbaycan  Respublikasının  Əmlak  Məsələləri  Dövlət 

Komitəsinə məlumat verilir; 

3.4. dəmir yolu daşımalarında, o cümlədən beynəlxalq yükdaşımalarda göstərilən 

xidmətlərin  tarifləri,  yığımlar,  habelə  tariflər  üzrə  güzəştlər  Cəmiyyət  tərəfindən 

müəyyən  edilir.  Cəmiyyətin  gəlirləri  faktiki  daxilolmalar  əsasında  tariflərə  tətbiq 

olunan güzəştlər nəzərə alınmaqla hesablanır; 

3.5.  Cəmiyyətin  və  onun  təşkilatlarının  fəaliyyətinə,  habelə  onlar  tərəfindən 

həyata  keçirilən  dəmir  yolu  infrastrukturunun  inşası,  cari  və  əsaslı  təmiri,  yenidən 

qurulması  və  bərpası  məqsədi  ilə  həyata  keçirilən  fəaliyyət  üçün  xüsusi  razılıq 

(lisenziya)  alınması  tələb  olunduqda,  həmin  xüsusi  razılıq  (lisenziya)  alınmış  hesab 

edilir və yenidən alınması tələb olunmur; 

3.6.  dəmir  yolunun  iştirakı  ilə  bərə,  liman  vasitəsilə  tranzit  daşımaları  üzrə 

vahid tariflər və tətbiq edilən güzəştli əmsallar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” 

Qapalı Səhmdar Cəmiyyəti, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar 

Cəmiyyəti və neft məhsullarının yükaşırma terminallarının təklifləri nəzərə alınmaqla 

Cəmiyyət tərəfindən müəyyən edilir; 

3.7.  istehsal-təsərrüfat  ehtiyaclarını  təmin  etmək  üçün  malların  (işlərin, 

xidmətlərin)  satın  alınması  üzrə  əməliyyatlar  beynəlxalq  təcrübəyə  və 

qanunvericiliyin tələblərinə uyğun Cəmiyyət tərəfindən həyata keçirilir; 

3.8. 

Cəmiyyətin, 

törəmə 

cəmiyyətlərinin, 

habelə 

idarə, 

filial 

və 

nümayəndəliklərinin balansında olan əmlaka münasibətdə sərəncam vermək hüququ, 

o  cümlədən  həmin  əmlakın  balansdan  balansa,  icarəyə  və  istifadəyə  verilməsi, 

Cəmiyyətin  iştirak  etdiyi  birgə  layihələrə  pay  şəklində  qoyulması,  silinməsi  (ləğv 

edilməsi),  qiymətləndirilməsi,  təyinatının  dəyişdirilməsi  səlahiyyətləri  Cəmiyyət 

tərəfindən həyata keçirilir; 

3.9.  əmlakının  icarəyə  verilməsindən  və  balansdan  silinən  əsas  vəsaitin 

satışından  əldə  olunan  gəlirlər  Cəmiyyətin  büdcəsinə  daxil  edilməklə  dəmir  yolu 

infrastrukturunun inkişafına sərf olunur. 

4.  Azərbaycan  Respublikasının  Nazirlər  Kabinetinə  tapşırılsın  ki,  iki  ay 

müddətində: 

4.1. 


Cəmiyyətin 

Nizamnaməsini 

və 

strukturunu 



Azərbaycan 

Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin

4.2. 

qüvvədə 


olan 

qanunvericilik 

aktlarının 

bu 


Sərəncama 

uyğunlaşdırılması  barədə  təkliflərini  hazırlayıb  Azərbaycan  Respublikasının 

Prezidentinə təqdim etsin; 



4.3.  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  və  müvafiq  mərkəzi 

icra  hakimiyyəti  orqanlarının  normativ  hüquqi  aktlarının  bu  Sərəncama 

uyğunlaşdırılmasını  təmin  etsin  və  bu  barədə  Azərbaycan  Respublikasının 

Prezidentinə məlumat versin; 

4.4.  Azərbaycan  Respublikasında  dəmir  yolu  nəqliyyat  sisteminin 

inkişafına  dair  Dövlət  Proqramının  layihəsini  hazırlayıb  Azərbaycan 

Respublikasının Prezidentinə təqdim etsin

4.5. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. 

5.  Azərbaycan  Respublikasının  Vergilər  Nazirliyi  və  Azərbaycan 

Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi öz səlahiyyətləri daxilində 

Cəmiyyətin  dövlət  qeydiyyatına  alınması  üçün  zəruri  tədbirləri  həyata 

keçirsinlər. 

  

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

 

 



Bakı şəhəri, 20 iyul 2009-cu il

 

     № 383



 

 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə