Azərbaycan dəMİr yolu ticarəTİ VƏ NƏQLİyyatin dəSTƏKLƏNMƏSİ layiHƏSİ



Yüklə 7,92 Kb.
tarix27.02.2018
ölçüsü7,92 Kb.
#28232

AZƏRBAYCAN DƏMİR YOLU TİCARƏTİN VƏ NƏQLİYYATIN DƏSTƏKLƏNMƏSİ LAYİHƏSİ

Tərcüməçinin Seçilməsi üçün

Maraqların ifadəsinə dair

ELAN
Azərbaycan Respublikası Hökumətinin Azərbaycan Dəmir Yolu Ticarətin və Nəqliyyatın Dəstəklənməsi Layihəsini həyata keçirmək üçün Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından maliyyə vəsaitinin alınması və bu vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinin ödənilməsinə yönəldilməsi nəzərdə tutulub. Kredit vəsaitlərinin bir hissəsi adı çekilən layihə çərçivəsində yaradılmış Layihə İcra Qrupunun nəzdində cəlb olunacaq şifahi / yazılı tərcümələr edəcək tərcüməçinin xidmətlərinin ödənilməsinə yönəldiləcəkdir.

LİQ-in tərcüməçisi ingilis dilindən Azərbaycan dilinə və əksinə şifahi və yazılı tərcüməçilikdə en azı iki il təcrübəyə malik olmalıdır. Layihənin gündəlik icrasını və müvəffəqiyyətini təmin etməkdə tərcüməçinin öhdəçilikləri mühümdür.

Namizəd ingilis dili sahəsində, xüsusen yazılı və şifahi tərcüməçilik istiqamətində ən azı Bakalavr dərəcəsinə malik olmalıdır. O, Azərbaycan dilini səlis bilməlidir və əla yazma, nitq, dinləmə və ünsiyyət bacarığına malik olmalıdır, bununla belə rus dilini praktiki səviyyədə bilmək üstünlük təşkil edəcəkdir. Kompüterin, xüsusen də Microsoft Ofis və əlaqadar programların istifadə edilməsində əla səviyyədə bacarıq tələb olunur. Yaxşı yazma qabiliyyəti, mətnin orijinalındakı üslubun, tərzin və nüansların yüksək səviyyədə dəqiqlik, uyğunluk və etibarlılıqla əks olunmasını təmin etmək, mövzunu yaxşı qavraya bilmək, tərcümə olunan mətnə aid araşdırma, konsultasiya və məlumat vasitələrindən istifadə edə bilmək qabiliyyəti zəruridir.

Tərcüməçi LİQ direktoruna hesabat verəcək.


Məsləhətçinin seçimi Dünya Bankının Təlimatlarında göstərilən prosedurlara uyğun olaraq aparılacaqdır. (“Dünya Bankının Borcalanları tərəfindən məsləhətçilərin seçimi və təyinatı üzrə təlimatlar”, May 2004-cü il ). Məsləhətçininn seçimi IC (Individual Məsləhətçilərin seçimi) metodu əsasında aparılacaqdır.
Yuxarıda sadalanan tələblərə cavab verən namizədlər öz tərcümeyi-hallarını aşağıda göstərilən ünvana İngilis və Azərbaycan dillərində 25 iyun, 2009- ci il tarixinədək, Bakı vaxtı ilə saat 18.00-dan gec olmayaraq aşağıdakı ünvana təqdim etməlidirlər.. Xahiş olunur müraciət etdiyiniz vəzifənin adını qeyd edəsiniz.
Azərbaycan Dəmir Yolu Ticarətin və Nəqliyyatın Dəstəklənməsi Layihəsi

Azərbaycan Dövlət Dəmir Yolu

Layihənin İcra Qrupu

Direktor Qurban Nəzirov

Dilarə Əliyeva küç. 230, Bakı, AZ1010,

Tel: (+99412) 499 63 95, Fax: (+99412) 499 63 97

E-mail:

nq@addy.gov.az



nahmadova@addy.gov.az
Yüklə 7,92 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə