Azərbaycan dəMİr yolu ticarəTİn və NƏQLİyyatin dəSTƏKLƏNMƏSİ layiHƏSİ



Yüklə 16,44 Kb.
tarix27.02.2018
ölçüsü16,44 Kb.
#28231

AZƏRBAYCAN DƏMİR YOLU TİCARƏTİNİN VƏ NƏQLİYYATININ DƏSTƏKLƏNMƏSİ LAYİHƏSİ

Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Neft Dağılmalarının Qarşısının alınması Tədbirlərində potensialının yaradılması üzrə texniki dəstək.




Maraqların ifadəsinə dair müraciətlər
ELAN

Maraqların ifadəsinə dair müraciətlər dgMarket və UNDB saytında 29 aprel 2009-cu il tarixində dərc edilmiş bu layihəyə aid ümumi satınalma bildirişinə əsaslanır.


Azərbaycan Respublikası Hökuməti Azərbaycan Dəmir Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi Layihəsini həyata keçirtmək üçün maliyyə vəsaitinin ayrılmasına dair Beynəlxalq Yenidənqurma və İnkişaf Bankına müraciət etmişdir və vəsaitlərin bir hissəsinin məsləhətçi xidmətlərinin ödənilməsinə yönəldilməsi nəzərdə tutulur. Modernləşdirmə üzrə 3-cü komponent neft dağılmalarının qarşısının alınması və cavab tədbirlərinin təkmilləşdirilməsi üçün “ADY” üçün avadanlığın alınmasını əhatə edir. Bu komponent çərçivəsində dəmir yolu daşımaları zamanı (məsələn, qəza zamanı) baş verə biləcək kiçik neft dağılmalarının qarşısının alınması sahəsində əhalinin və neft daşıyıcılarının gözləntilərini yerinə yetirmək üçün ADY tələb olunan avadanlıq, prosedurlar və təlimlərlə təmin olunacaq. Eyni zamanda ADY-nin belə neft dağılmalarının nəticələrini aradan qaldırmaq imkanlarını gücləndirəcək.
Bu təyinatın məqsədi fövqəladə halların qarşısının alınması tədbirlərində ADY potensialını yaratmaq üçün texniki xidmətləri təmin etməkdir. Bu məsləhət xidməti fəaliyyətləri 3 istiqamətdə daxil edəcək: 1) ADY-nın Fövqəlada Hallar Planının hazırlanması; 2) Neft dağılmalarının qarşısının alınması üçün lazım olan avadanlığın satınalmasında (tender sənədlərinin hazırlanması və tender prosesində) ADY nəzdindəki Layihə İcra Qrupuna dəstək; 3) neft dağılmalarının qarşısının alınması tədbirlərində ADY işçi heyətinə təlimlər.
Namizəd məsləhətçi şirkətlər aşağıda qeyd olunan keyfiyyətlərə malik olmalıdırlar:
-Dağılmalar üzrə Fövqəladə Hallar Planlarının (xususilə, neft dağılmalarının qarşısının alınması üçün hazırlıq planlarının) hazırlanması və icrası üzrə Beynəlxalq təcrübə;

-MDB ölkələrində və beynəlxalq səviyyədə dəmiryolu strukturu, fəaliyyət və standartlardan ətraflı anlayış ;

-Neft dağılmalarına nəzarət üçün dəmiryol mallar/ avadanlığın satınalmasında müvafiq təcrübə;

-Dünya Bankının malların və avadanlığın satınalmasında məlumatlılıq və praktiki təcrübə;

-Təlimlərin təşkil olunmasında təcrübə

-Tələb olunan bilik və təcrübəyə malik peşəkar işçi heyəti/məsləhətçiləri cəlb etmə bacarığı. İngilis dilini əla bilmək məcburidir, Azərbaycan və/ və ya Rus dillərini bilmək üstünlük təşkil edəcək.

Layihə komandasının aşağıda qeyd olunan mütəxəssislərdən ibarət olacağı gözlənilir: (1) buna oxşar müqavilələrdə təcrübəsi olan satınalmalar üzrə mütəxəssis; (2) neft dağılmalarına nəzarət sahəsində və neft dağılmalarının qarşısının alınması üzrə infrastrukturun qurulmasına dair müvafiq bilik və təcrübəyə malik mütəxəssislər; (3) tələb olunan mövzularla bağlı təlimlərin təşkili və təmin olunması üzrə mütəxəssis;
Məsləhətçi təyinat tapşırıqlarının icrası üçün mərhələli yaxınlaşma təqdim etməlidir. İlkin mərhələyə Fövqəladə Hallar Planının hazırlanması və avadanlığın alınması prosesinin dəstəklənməsi daxil edilməlidir və bu təxminən 5 ay davam edəcək. İkinci mərhələyə avadanlıq təminatçısı tərəfindən ADY-nın işçi heyətinə çatdırılma və quraşdırılma çərçivəsində təmin olunacaq təlimlərlə parallel şəkildə aparıla biləcək avadanlığın istifadəsi və istismar edilməsi üçün təlimlər daxil edilməlidir və bu proses təxminən 8 ay davam edəcək.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin nəzdində yaradılmış Layihə İcra Qrupu xidmətlərin yerinə yetirilməsi üçün müvafiq məsləhətçi şirkətləri öz maraqlarını ifadə etməyə dəvət edir. Maraqlanan məsləhətçi şirkətlər xidmətləri yerinə yetirmək qabiliyyətinə malik olduqlarını təsdiq edən məlumatları (broşürlər, oxşar tapşırıqlar barədə məlumatlar, oxşar təcrübə, işçi heyətinin müvafiq təcrübəyə malik olması barədə məlumat və s.) təqdim etməlidirlər. Məsləhətçilər öz təcrübələrini artırmaq üçün bütöv bir tapşırığın birgə və ayrı-ayrılıqda icrasına görə məsuliyyət daşıyan Birgə Müəssisə ortaqları və yaxud sub-məsləhətçi kimi birləşə bilərlər. Məsləhətçilər BM şəklində birləşdiklərində, birgə müəssisəni yaradacaqlarına dair niyyət məktubunu müqaviləni imzalayacaqları təqdirdə təqdim etməlidir və hər bir ortağın təcrübəsi ayrı-ayrılıqda dəyərləndiriləcək.
Məsləhətçi şirkətin seçimi Dünya Bankının Təlimatlarında göstərilən prosedurlara uyğun olaraq aparılacaqdır. (“Dünya Bankının Borcalanları tərəfindən Məsləhətçilərin Seçimi və Təyinatı üzrə Təlimatlar”, May 2004-cü il, 2006-cı ilin oktyabr ayında düzəlişlər edilib)
Məsləhətçi şirkətin seçimi KDƏS (Keyfiyyət və Dəyər Əsasında Seçim) metodu əsasında aparılacaqdır.
Maraqlanan məsləhətçilər əlavə məlumatı aşağıda göstərilən ünvanda əldə edə bilərlər. Maraqların ifadəsinə dair müraciətlər 26 fevral 2010-cu il, Bakı vaxtı ilə saat 15.00-dan gec olmayaraq aşağıdakı ünvana göndərilməlidir.
Azərbaycan Dəmir Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi Layihəsi

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti

Layihənin İcra Qrupu

Direktor Qurban Nəzirov

Dilarə Əliyeva küç. 230, Bakı, AZ1010,

Tel: (+99412) 499 63 95, Fax: (+99412) 499 63 97



E-mail: nahmadova@addy.gov.az
Yüklə 16,44 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə