Azərbaycan demokratik respublikasi



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə14/31
tarix14.03.2018
ölçüsü0,81 Mb.
#31385
1   ...   10   11   12   13   14   15   16   17   ...   31

33 

 

iştirak  etmişdir.  Bu  qurultaydan  sonra  ―Azərbaycana  muxtariyyət‖  şuarı  altında 



hərəkat başlanmışdır.  

 

 



 

 

 



 

 

Nəsib bəy Yusifbəyli Zaqafqaziya seyminin üzvü, 1918-ci il aprelin 26-da 



yaranmış müstəqil Zaqafqaziya Respublikası hökumətinin maarif naziri idi.  

 

1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası elan olundu. 



N.  Yusifbəyli  bitərəf  Fətəlixan  İskəndər  oğlu  Xoyskinin  (1875-1920)  baş  nazir 

olduğu birinci kabinetdə xalq maarifi naziri vəzifəsini icra etmişdir. O, Xoyskinin 

başçılıq etdiyi ikinci və üçüncü kabinələrdə də həmin vəzifədə işləmişdir.  

 

1919-cü il aprelin 14-də Azərbaycan Respublikası Nazirlər Şurasının sədri 



təyin  olunan  Nəsib  bəy  Yusifbəyli  bu  vəzifəni  1920-ci  il  aprelin  1-nə  kimi  icra 

etmişdir. Həmin illərdə sinfi ziddiyyətlərin qalmasına baxmayaraq N.Yusifbəylinin 

baş nazir olduğu vaxt həyata keçirilmiş bir sıra tədbirlər müsbət xarakter daşıyırdı. 

 

 Öz  dövrünün  görkəmli  siyasi  –  ictimai  xadimi  olmuş,  mürəkkəb  və 



ziddiyyətli  bir  həyat  yolu  keçmiş  Nəsib  bəy  Yusifbəyli  1920-ci  il  mayın 

əvvəllərində  Azərbaycanın  Kürdəmir  qəzasında  Yevlaxın  Qorxunlu  kəndindən 

olan quldur Əşrəfin yaxın adamları tərəfindən qətlə yetirilmişdir.  

 

 



 

 

 



 

 

 



Mövsüm Əliyev        

  

 



 

 

 



 

 

 



 

 

 




34 

 

 



MƏMMƏD YUSĠF CƏFƏROV 

Odlar yurdu, № 13, iyul 1989. 

Məmməd  Yusif  Hacıbaba  oğlu  Cəfərov  1885-ci  ildə  Bakı  şəhərində 

anadan olmuşdur O,  görkəmli pedaqoq, jurnalist Əli İskəndər Cəfərzadənin kiçik 

qardaşıdır. M.Y.Cəfərov orta təhsilini Bakıda almış. Sonra Moskva Universitetinin 

hüquq fakultəsini bitirmişdir. O, Moskvada oxuyan azərbaycanlı tələbələrin təşkil 

etdiyi  ―Azərbaycan  etnoqrafik  konsert  gecələrinin‖  və  ―Azərbaycan  həmyerlilər 

təçkilatının‖  əsa  rəhbərlərindən  biri  olmuşdur.  1912-ci  ildə  universiteti  fərqlənmə 

diplomu  ilə  bitirən  M.Y.Cəfərov  ―Nigahın  şəriət  üzrə  pozulması  haqqında  rəy‖ 

mövzusunda hüquq elmləri üzrə namizədlik dissertasiyası müdafiə etmişdir.  

 

O.  Həmin  il  Peterburqda  açılan  4-cü  dövlət  Dumasına  Bakı,  Gəncə  və 



İrəvan  quberniyalarının  müsəlman  əhalisi  tərəfindən  deputat  seçilmişdir. 

M.Y.Cəfərov  Dumada  kadet  partiyasına  qoşulmuşdur.  O,  Dumadakı  çıxışlarında 

çar hökumətinin Azərbaycanda yeritdiyi müstəmləkəçilik siyasətini tənqid atəşinə 

tuturdu.   

 

 

 



 

 

 



 

 

1917-ci ildə Rusiyada fevral  – burjua inqilabı baş verdi. Həmin il  martın 



9-da  Müvəqqəti  hökumətinin  göstərişi  ilə  M.Y.Cəfərov  daxil  olmaqla  Dövlət 

dumasının  beş  nəfər  üzvündən  ibarət  xüsusi  Zaqafqaziya  Komitəsi  yaradıldı. 

Komitədə  sənaye  və  ticarət  işlərinə  rəhbərlik  etmək  M.Y.Cəfərova  tapşırıldı.  O, 

1917-ci  il  noyabrın  15-dən  Zaqafqaziya  komissarlığında  sənaye  və  ticarət 

komissarı idi.  

 

 



 

 

 



 

 

 



1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası elan olundu. 

M.Y.Cəfərov    bitərəf  F.Xoyskinin  (1875-  1920)  təşkil  etdiyi  birinci  kabinədə 

sənaye  və  ticarət  naziri  olmuşdur.  Həmin  il  iyunun  17-də  F.Xoyskinin  başçılıq 

etdiyi  hökumət  kabinəsi  istefaya  çıxdığı  üçün  M.Y.Cəfərov  tutduğu  vəzifəni  tərk 

etmişdir.  O,  bundan  sonra  Azərbaycan  Respublikasının  Gürcüstan  hökuməti 

yanında diplomatik nümayəndəsi vəzifəsini icra etməyə başlamışdır.    

 

M.Y.Cəfərov nazirlər şurasının sədri Nəsib bəy Yusifbəylinin təşkil etdiyi 



kabinədə  xarici  işlər  naziri  təyin  olunmuşdur.  Azərbaycan  Demokratik 

Respublikasının  beynəlxalq  aləmdə  tanınmasında  M.Y.Cəfərovun  xidmətləri 

çoxdur.  Onun  rəhbərliyi  altında  həmin  dövrdə  məşhur  Azərbaycan  sənətşünasları 

və  ictimai  xadimləri  Məmməd  Ağa  oğlunun  və  Hüseyn  Mirzəcamalovun 




35 

 

arxivlərdən toplayaraq çap etdirdikləri ―Zaqafqaziyada rus siyasətinə aid sənədlər‖ 



kitabını  xüsusi  qeyd  etmək  lazımdır.  Azərbaycan  ziyalılarının  çar  hökuməti 

tərəfindən  təqib  olunamasını  ifşa  edən  sənədlər  toplusu  1920  ci  ilin  əvvəllərində 

Bakıda  rusca  çapdan  çıxmışdır.  Azərbaycan  parlamentinin  üzvü  bitərəf 

M.Y.Cəfərov  1919-cu  il  oktyabrında  ―Türk  ədəmi  –  mərkəziyyət  partiyası 

Musavatın‖ sıralarına daxil olmuşdur. Həmin il dekabrın ortalarında Yusifbəylinin 

kabinəsi istefaya çıxdığı üçün M.Y.Cəfərov tutduğu vəzifəni tərk etmişdir. O, 1920 

–ci il fevralın 2-də Azərbaycan parlamentinin sədrinin müavini vəzifəsindən azad 

olunan  Həsən  bəy  Ağayevin  yerinə  seçilmişdir.  Parlamentin  sədri  Əlimərdan  bəy 

Topçubaşov  Bakıda  olmadığı  üçün  M.Y.Cəfərov  onun  vəzifəsini  1920  –  ci  il 

aprelin 27-dək icra etmişdir.  

 

 

 



 

 

 



1920-ci  ilin  martında  Dağlıq  Qarabağda  daşnaklar  Azərbaycan 

Respublikası  əleyhinə  böyük  üsyan  qaldırdılar.  Avanturada  məqsəd  nizami 

Azərbaycan  ordusunu  Bakıdan  çıxarmaqda  idi.  O  dövrdə  Azərbaycan  ordusu 

Zaqafqaziyada ən mükəmməl silaha və təcrübəli sərkərdələrə malik ordu sayılırdı. 

Əskəran  yaxınlığında  döyüşdə  daşnak  qoşunları  və  yerli  erməni  könüllülərindən 

ibarət dəstələr darmadağın edildi.    

 

 

 



 

 

1920-ci il martın 30-da Yusifbəylinin kabinəsi istefaya çıxdı. Aprelin 1-də 



yeni  kabinə  təşkil  etmək  Məmməd  Həsən  Hacınskiyə  tapşırıldı.  O,  bu  məqsədlə 

parlamentə  daxil  olan  bütün  partiya  və  fraksiyaların  rəhbərləri  ilə,  həmçinin 

bolşeviklərlə  danışıqlar  apardı.  M.H.Hacinski  bolşevikləri  yeni  hökumətə  daxil 

etməklə  Samur  körpüsünün  şimal  tərəfində  dayanmış  11-ci  Qızıl  Ordunun  Bakı 

üzərinə  yürüşünü  ləngitmək  və  nizamiAzərbaycan  ordusunu  təcili  Dağlıq 

Qarabağdan  Bakıya  qaytarmaq  istəyirdi.  Bu  vaxt  Bakıda  cəmisi  iki  minə  yaxın 

əsgər var idi. Onlar dövlət idarələrini qoruyurdu. Bolşeviklərdən rədd cavabı alan 

M.H.Hacinski  aprelin  22-də  Azərbaycan  parlamentinin  sədrini  əvəz  edə 

bilməyəcəyini rəsmən bildirdi.  

 

 



 

 

 



 

1920  –ci  il  aprelin  26-dan  27-nə  keçən  gecə  11-ci  Qızıl  Ordu  Samur 

körpüsünü  ,  yəni  Azərbaycan  sərhədini  keçərək  Bakı  üzərinə  yürüşə  başladı. 

Aprelin  27-də  parlamentin  iclası  zamanı  Quba  valisi  Əmirxan  Xoyski  tərəfindən 

vurulmuş  teleqramda  11-ci  Qızıl  Ordunun  Azərbaycan  sərhədini  keçdiyi  və 

Xaçmazı  tutduğu  xəbər  verilirdi.  Bu  məlumatla  əlaqədar  Azərbaycan  parlamenti 

yaranmış vəziyyətin təhqiqi üçün M.H. Hacinski başda olmaqla xüsusi nümayəndə 

heyəti  yaratdı.  Bu  vaxt  Ağa  Hüseyn  Kazımovun  və  Həmid  Sultanovun  başçılıq 

etdiyi bolşevik nümayəndə heyəti parlamentə hakimiyyəti müqavimət göstərmədən 

təslim etmək haqqında ultimatum verdi. Həmin gün saat 13-də  11-ci Qırmızı Ordu 




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə