Azərbaycan demokratik respublikasi



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə7/31
tarix14.03.2018
ölçüsü0,81 Mb.
#31385
1   2   3   4   5   6   7   8   9   10   ...   31

16 

 

parlamentin  müzakirəsinə  verdi.  Yeni  kabinə  partiya  prinsipi  üzrə  deyil, 



partiyaların hökümət başçısına və proqrama etimad prinsipi üzrə təşkil olundu. İş 

adamlarından  ibarət  bu  koalisiyalı  kabinədə  yalnız  İttihad  partiyası  iştirak 

etməkdən  imtina  etdi.  Parlament  Fətəli  xan  Xoyski  kabinəsinə  dekabrın  26  –daöz 

etimadını bildirdi. General Tomson da parlamentin göstərdiyi kabinəni dekabrın 28 

–də  tanıdığını  və  Azərbaycanda  yeganə  qanuni  hökümət  hesab  etdiyini  bildirdi. 

Tomsonun  bəyanatı  onunla  əlamətdar  idi  ki,  noyabr  –  dekabr  aylarında  Tomson 

əgər  Biçeraxov  və  daşnak  qüvvələrini  himayə  edir  və  bununla  onların 

özbaçınalığına  şərait  yaradırsa,  bundan  sonra  o,  artıq  həmin  qüvvələrin  Bakıdan 

sıxışdırılıb  çıxarılması  sahəsində  Azərbaycan  hökümətinin  səylərinə  qarşı  çıxmır, 

hətta  Bakının  ictimai  –  siyasi  həyatında  oynadığı  rolu  (general  –  qubernatorluq, 

polis,  maliyyə,  su  təssərrüfatı  və  s.  Üzərinə  qoyulmuş  nəzarət  və  i.  a.)  milli 

hökümət  xeyrinə  güzəştə  gedirdi.  Öz  növbəsində  Azərbaycan  höküməti  yaranmış 

vəziyyətdən  bacarıqla  istifadə  etmiş,  ölkənin  daxili  işlərinə  yad  qüvvələrin 

müdaxiləsini heçə endirməyə müvəffəq olmuşdu. 

 

 

 



 

Parlamentin  ilk  tədbirlərindən  birini  Paris  sülh  konfransına  səlahiyyətli 

nümayəndə  heyəti  göndərməsi  təşkil  edir.  Bu  nümayəndə  heyətri  qarşısında 

Azərbaycan  istiqlaliyyətinin  Avropa  ölkələri  tərəfindən  tanıdılması  kimi  tarixi 

vəzifə  dururdu.  Nümayəndə  heyətinə  parlamentin  sədri  və  üzvləri  Ə.M. 

Topçubaşov (b i t ə r ə f), M.H. Hacınski (m ü s a v a t), A. Ağaoğlu (b i t ə r ə f), 

Ə. Şeyxulislamzadə (h ü m m ə t), eləcədə müşavirlər M. Məhərrəmov (s o s i a l i 

s t), M. Y. Mirmehdiyev (İ t t i h a d), C. Hacıbəyli (m u s a v a t), əməkdaşlar Ə. 

Hüseynzadə (b i t ə r ə f), V. Marçevski (b i t ə r ə f) və başqaları daxil idi.  

 

Çoxpartiyalı quruluşa malik parlamentdə fraksiyalar öz bəyannamələri ilə 



çıxış etdilər. 1919 –cü ilin əvvəli üçün 23 nəfər parlament üzvündən ibarət çoxsaylı 

Musavat  fraksiyasının  bəyannaməsini  onun  sədri  M.Ə.  Rəsulzadə  oxudu.  Partiya 

praqramına  uyğun  tərtib  edilmiş  fraksiya  bəyannaməsinin  ruhunu  milli  – 

demokratik  prinsiplər  təşkil  edirdi.  Azərbaycanın  istiqlaliyyətinin  qorunub 

möhkəmləndirilməsi,  torpaqların  pulsuz,  haqqı  ödənilmədən  kəndlilər  arasında 

bölüşdürülməsi, torpaq üzərində xüsusi mülkiyyət hüqunun tanınması, 8 saatlıq iş 

günü və başqa vəzifələr irəli sürülürdü.  

 

 



 

 

Bitərəf  demokratlar  fraksiyasının  tərkibində  Ə.  M.  Topçubaşov, 



F.X.Xoyski,  B.  Cavanşir,  C.  Lənbəranski  kimi  16  nəfər  tanınmış  siyasi  xadim 

birləşmişdi. Bu fraksiya Musavat fraksiyası ilə ittifaqda işləyirdi. Fraksiya adından 

çıxış  etmiş  Y.Ə  hmədzadə  bitərəf  demokratların  mübarizə  apardığı  vəzifələr 

sırasında  xüsusi  yeri  Azərbaycanın  müstəqilliyi  probleminə  həsr  etmişdi.  Daha 




17 

 

sonra  fraksiya  qüdrətli  ordu  yaratmaq,  demokratik  və  parlamentli  respublika 



formasında  xalq  hakimiyyətini  möhkəmlətmək,  geniş  sosial  islahatlar  həyata 

keçirmək  (o  cümlədən  kəndlilərə  torpaq  sahəsi  vermək),  söz,  vicdan,  mətbuat, 

ittifaqlar  və  s.  azadlıqları    təmin  etmək,  vergi  yükünün  əsas  ağırlığının  varlıların 

daşıması,  qonşu  xalqlarla  dinc  yanaşı  yaşamaq,  azlıqda  qalan  millətlərin 

hüquqlarını qorumaq, müəssislər məclisi çağırmaq   vəzifəsi 

irəli 


sürülürdü. 

İttihad  partiyasının  parlamentdə  11  nümayəndəsi  var  idi.  Musavat  fraksiyasının 

(partiyasının) əsas rəqibi hesab edilirdi. Fraksiyanın sədri Q. Qarabəyli idi.  

 

Hərəsinin  beş  üzvü  olan  Müsəlman  sosialistlər  ittifaqı  və  Hümmətçi 



menşevikilər  fraksiyasının  bəyannamələrində  qoyulan  məsələlər  bir  –  birinə 

bənzəyirdi.  

Əsas  vəzifələr  müəssisələr  müəssisələr  məclisinin  tezliklə 

çağırılması,  Qərbi  Avropaya  parlament  heyətinin  göndərilməsi,  8  saatlıq  iş  günü, 

qadın  məsələsi,  aqrar  proqramı  həyata  keçirmək  üçün  aqrar  komissiyanın 

yaradılması və sairlərdən ibarət idi.  

 

 

 



 

 

Əhrar  (9  nəfər),  milli  azlıqlar  (4  nəfər),  Rus-  slavyan  ittifaqı  (3  nəfər0, 



erməni  (4  nəfər0  və  daşnak  (4  nəfər)  fraksiyalarının  da  bəyannamələri  sosial 

məsələlər üzrə bu və ya digər dərəcəd böyük fraksiyaların bəyannamələrini təkrar 

edirdi.    

 

 



 

 

 



 

 

Bəyannamələrdə irəli sürülmüş vəzifələrin oxşarlığı, hətta bir sıra hallarda 



üst  –  üstə  düşməsi,  eləcədə  parlamentin  işi  gedişində  ortaya  çıxmış  ixtilaflar 

nəticəsində  1919  –cü  ilin  sonunda  Azərbaycan  parlamentinin  11  fraksiyada 

birləşmiş 96 üzvü var idi. Ən böyük fraksiya müsavatçılar və bitərəf demokratların 

birləşməsi ilə yarandı – bu fraksiyanın 38 üzvü var idi. Bitərəf demokratlardab bir 

neçə nəfər Musavat fraksiyası ilə birləşmək istəmədiyindən bitərəflər (3 nəfər) və 

partiyasızlar  (4  nəfər)  fraksiyalarını  yartdılar.  Əhrar  partiyasının  keçmiş  üzvü  A. 

Abdulzadə  isə  heç  bir  fraksiyaya  daxil  olmadı.  Müsəlman  sosialistlər  ittifaqı  ilə 

hümmətin  üzvləri  13  nəfərdən  ibarət  sosialistlər  fraksiyasında  birləşdilər. 

Fraksiyanın  sədri  S.  Ağamalıoğlu  idi.  Qalan  fraksiyalarda  dəyişiklik  ancaq 

kəmiyyət xarakteri daşıyırdı.  

 

 

 



 

 

 



1920  –ci  ilin  əvvəllərinə  doğru  parlamentin  rəyasət  heyətində  də 

dəyişiklik baş verdi. Daxili nizamnaməyə uyğun olaraq bir illik səlahiyyət müddəti 

başa  çatdıqdan  sonra  H.  Ağayev  istefa  verdi,  parlament  sədrinin  birinci 

müavinliyinə  M.  Y.  Cəfərov,  sədr  müavinliyinə  isə  S.M.  Qənizadə  seçildi. 

Parlamentin  baş  katibi  B.  Rzayev,  katibləri  M.  Hacınski  və  Bayram  Niyazi 

Kiçikxanlı oldu.   

 

 

 



 

 

 



 

Parlamentin  1919  –cü  il  3  yanvar  tarixli  iclasının  qərarı  ilə  qaqnunverici 




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə