Azərbaycan demokratik respublikasi


C e y h u n   H a c ı b ə y l i n i n   a r x i v i n d ə n



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə9/31
tarix14.03.2018
ölçüsü0,81 Mb.
#31385
1   ...   5   6   7   8   9   10   11   12   ...   31

20 

 

 



C e y h u n   H a c ı b ə y l i n i n   a r x i v i n d ə n 

Odlar yurdu, № 14 iyul 1989. 

 1917-ci  il  fevral  inqilabından  sonra  Zaqafqaziyanı  idarə  etmək  üçün  mart 

ayının 9-da V.A.Xarlamovun (kadet) sədrliyi altında xüsusi komitə  yaradılmışdır.

 

Komitəyə  A.İ. Çxenkeli (menşevik), knyaz  Abaşidze (sosial  -  federalist), 



M.Y.Cəfərov (bitərəf) və M.İ. Panacanov (kadet) daxil idilər. Bundan sonra 1917 –

ci  ilin  noyabrın  18  –də  diyarı  idarə  etmək  üçün  Y.P.  Gegeçkorinin  (menşevik) 

sədrliyi  ilə  11  nəfərdən  ibarət  Zaqafqaziya  komissarlığı  (Zaqafkom)  adı  altında 

müvəqqəti hökumət yaradıldı. Azərbaycandan Ələkbər Xasməmmədov (müsavat), 

Məmməd  Yusif    Cəfərov  və  Xudadat  bət  Məlikaslanov  (hər  ikisi  bitərəf) 

Zaqafkomun  üzvləri  oldular.  1918  –ci  ilin  fevralın  10  –daZaqafqaziya  seymi 

yaradıldı və bu seym 19180-ci il aprelin 22 –də (yeni stillə) müstəqil, demokratik, 

federativ respublikanın yaradılmasını elan etdi. Mayın 26-da Zaqafqaziya seyminin 

sonuncu iclası zamanı menşevik Sereteli seymin buraxıldığını bildirdi.  

 

Mayın  26-da  Gürcüstan,  mayın  28-də  Azərbaycan  və  Ermənistan  öz 



müstəqilliyinin elan etdi. Bir gün əvvəl isə keçmiş seymin müsəlman fraksiyasının 

iclası  tərkibində  Məmməd  Əmin  Rəsulzadə  və  Fətəli  xan  Xoyski  olmaqla  Milli 

Şuranın  Rəyasət  heyətini  seçdi.  Milli  şura  Azərbaycanın  müstəqil  dövlət  elan 

olunması  haqqında  qərar  qəbul  etdi.  (qərarın  lehinə  24  nəfər  səs  verdi,  2  nəfər 

bitərəf qaldı). 

1918-ci il  mayın 28-də Tiflis  şəhərində  Azərbaycan Milli Şurası 

sədrinin müavini Həsənbəy Ağayev, katib Mustafa Mahmudov, Fətəli xan Xoyski, 

Xəlilbəy Xasməmmədov, Nəsibbəy Yusifbəyli, Mir Hidayət Seyidov, Nəriman bəy 

Nərimanbəyov,  Heybətqulu  Məmmədbəyov,  Mehdibəy  Hacınski,  Əli  Əsgər  bəy 

Mahmudbəyov,  Aslan  bəy  Qardaşov,  Sultan  Məcid  Qənizadə,  Əkbərağa 

Şeyxulislamov,  Mehdi  bəy  Hacıbababəyov,  Məmməd  Yusif  Cəfərov,  Xudadatbət 

Məlikaslanov,  Rəhimbəy  Vəkilov,  Həmid  bəy  Şahtaxtinski.  Firudin  bəy  Köçərli, 

Cəmobəy  Hacinski,  Şəfi  bəy  Rüstəmbəyov,  Xosrovpaşa  bəy  Sultanov,  Cəfər 

Axundov,  Məhəmməd  Məhərrəmov,  Cavad  Məlik  –  Yeqanov  və  Hacı  Molla 

Axundzadənin  iştirakı  ilə  Azərbaycanın  müstəqilliyi  haqqında  aşağıdakı  aktı  elan 

etdi:  


 

 

 



 

 

 



 

 

Böyük  Rusiya  inqilabının  gedişində  Rusiyada  rus  qoşunlarının 



Zaqafqaziyanı  tərk  etməsinə  gətirib  çıxaran  və  dövlət  orqanizminin  ayrı  –ayrı 


21 

 

hissələrini dağıdan siyasi quruluş meydana gəldi. Öz gücləri hesabına Zaqafqaziya 



xalqları Zaqafqaziya demokratik respublikasını yaratdılar. Fəqət, siyasi hadisələrin 

sonrakı  gedişatında  gürcü  xalqı  Zaqafqaziya  Federasiyasının  tərkibindən  çıxıb 

müstəqil Gürcüstan Demokratik Respublikası yaratmaq qərarına gəldi.  

 

Rusiya 



və 

Osmanlı  imperiyası  arasında  yaranan  müharibənin 

dayandırılması ilə əlaqədar olaraq Azərbaycanın indiki siyasi vəziyyəti, həmçinin 

ölkədə yaranmış hədsiz anarxiya Zaqafqaziyanın cənub və şərq qismini təşkil edən 

Azərbaycana  və  Azərbaycan  xalqlarını  düşdükləri  daxili  və  xarici  vəziyyətdən 

çıxarmaq  naminə  öz  dövlətini  yaratmağı  hökm  edir.  Yuxarıda  sadalananların 

əsasında  xalq  səsverməsi  yolu  ilə  seçilən  Azərbaycan  Müsəlman  Milli  Şurası  bu 

gündən bütün xalqa bəyan edir: 

 

 

 



 

 

 



 

1.  Azərbaycan  tam  hüquqlu  və  müstəqil  dövlətdir.  O, 

Zaqafqaziyanın cənub  və şərq hissələrindən ibarətdir. Ali hakimiyyət Azərbaycan 

xalqına məxsusdur. 

 

 



 

 

 



 

 

 



2.  Müstəqil  Azərbaycanın  siyasi  quruluş  forması  demokratik 

cümhuriyyətdir.   

 

 

 



 

 

 



 

 

3.  Azərbaycan  Demokratik  Cümhuriyyəti  beynəlxalq  birliyin 

bütün  üzvlərilə,  xüsusən  həmsərhəd  xalqlar  və  dövlətlərlə  dostluq  əlaqələri 

yaradacaq. 

 

 

 



 

 

 



 

 

 



4.  ADC  öz  sərhədləri  daxilində  millətindən,  dinindən,  ictimai 

vəziyyəti  və  cinsindən  asılı  olmayaraq,  bütün  vətəndaşlarına  tam  vətəndaşlıq  və 

siyasi hüquqlar verir. 

 

 



 

 

 



 

 

 



5.  ADC  onun  ərazisində  yaşayan  bütün  xalqların  sərbəst 

inkişafına şərait yaradacaq. 

 

 

 



 

 

   



 

 

6.  Məclisi  –  müəssisanın  çağırılmasına  qədər  Azərbaycanda  ali 

hakimiyyət xalqın səsvermə yolu ilə seçdiyi Milli Şura və Milli Şuranın qarşısında 

cavabdeh  olan  Müvəqqəti  hökümət  sayılır.  Həmin  gün  mayın  28-də  aşağıdakı 

tərkibdə  Müvəqqəti  hökumət  təşkil  olunmuşdur.  F.  Xoyski  –  Nazirlər  Şurasının 

sədri və daxili işlər naziri, Xosrovpaşa bəy Sultanov – hərbi nazir, Məmməd Həsən 

Hacınski  –  xarici  işlər  naziri,  Nəsibbəy  Yusifbəyli  –  maliyyə  və  sənaye  naziri, 

Xəlilbəy Xasməmmədov - ədliyyə  naziri,  Məmməd  Yusif  Cəfərov  –  ticarət  və 

sənaye  naziri,  Əkbər    ağa  Şeyxülislamov  –  nəqliyyat,  poçr  və  teleqraf  naziri, 

Cəmobəy Hacınski – dövlət nəzarəti.   

 

 

 



 

Müvəqqəti  hökumətin  başçısı  F.Xoyski  radioteleqrafla  tarixdə  ilk  dəfə 

olaraq  müstəqil  Azərbaycan  Cümhuriyyətinin  yaranmasının  xarici  dövlətlərin 

başçılarına bildirdi.  

 

 

 



 

 



Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə