Azərbaycan dili 8



Yüklə 8,74 Mb.
Pdf görüntüsü
səhifə14/39
tarix08.07.2018
ölçüsü8,74 Mb.
#54377
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   39

mətnlə əlaqəsi varmı? Niyə insan özü ilə çox danışmalıdır? Fikrinizi əsaslandırın.


8.5.

 Mətndəki cümlələri nümunəyə uyğun yazın. 
Fərqi müşahidə edib fikirlərinizi şərh edin.
8.6.
Hekayədə çərçivəyə alınmış ifadə barədə fikir yürüdün. Sizcə, bunu nitq etiketi
hesab etmək olarmı? Bu etiketin adı nədir? Bu etiketdən nə zaman istifadə
edilir? Onun istifadəsi lazımdırmı?
“Qazan xanın evinin yağmalanması” boyunda Qazan xan evinin talan
olunduğunu ona xəbər verən Qaraca Çobana belə deyir:
Ağzın qurusun, çoban, dilin çürüsün, çoban.
Sizcə, Qazan xan düzmü hərəkət edir? Axı çoban düzünü söyləmişdi. Mühakimə
yürüdün.
9.  Sizcə, sintaktik əlaqələrin cümlənin yaranmasında rolu nədir? Sintaktik əlaqələr
olmadan söz birləşmələri və cümlələr yarana bilərmi? Sözlər cümlədə yeni
vəzifə qazana bilərmi? Bu suallara cavab vermək üçün aşağıdakı sözlərdən
cümlələr qurun.
Konfutsi, fəlsəfə, keçmiş, ənənə, öyrənmək, gələcək, yol açmaq
Söz və söz birləşmələri cümlədə digər sözlərlə məna və qrammatik
cəhətdən əlaqəyə girir, suala cavab verərək cümlə üzvü olur. 
Hər hansı bir sözün cümlə üzvü olması üçün müstəqil leksik mənaya
malik olması, müəyyən suala cavab verməsi və cümlədəki sözlərlə
sintaktik əlaqəyə girməsi vacibdir.
10.  Aşağı siniflərdə öyrəndiklərinizə əsasən sxemi tamamlamaqla (səh. 54) şərh
edin.


11.  Fəridəddin Əttarın nəsihətlərini oxuyun, Konfutsinin ibrətamiz fikirləri ilə
müqayisə edin.
12.  Məhəmməd Peyğəmbərin (s.ə.s.) əxlaq və tərbiyə haqqında nəsihətlərini
toplayın. Fəridəddin Əttarın oğluna nəsihətini oxuyub müqayisə edin.
Fikirlərinizi ümumiləşdirib yazın.


DUYGULAR ADASI
Bir zamanlar üzərində bütün duyğuların yaşadığı bir ada var idi. Xoşbəxtlik, hüzn,
bilgi, təkəbbür, sevgi və başqa duyğular bu adada birlikdə yaşayırdılar. Bir gün
adanın tezliklə batacağını bütün duyğulara xəbər verirlər. Bunu eşidən duyğular da
bir-bir adanı tərk etməyə başlayırlar. Ən axıra isə Sevgi qalır. O, son anadək adanı
tərk etməməyə çalışırdı. Ancaq artıq ada batmaq üzrə idi. Bunu görən Sevgi də digər
duyğulardan yardım istəmək məcburiyyətində qalır.
Öncə böyük bir gəmi ilə adanı tərk etməyə çalışan Zənginliyə müraciət edir:
- Məni də özünlə apararsan?
Zənginlik cavabında:
- Xeyr, apara bilmərəm, gəmim qızıl-gümüşlə doludur, sənə yer qalmayıb, - deyir.
Sevgi digər tərəfdəki gözəl, yelkənli qayığı ilə getməkdə olan Təkəbbürə üzünü tutub
ondan yardım istəyir. Təkəbbür Sevgiyə belə cavab verir:
- Bağışla, sənə yardım edə bilmərəm, üst-başın islanıb, qayığımı kirlədərsən.
Əlacsız qalan Sevgi yaxınlığında olan Hüznə üz tutur və ondan kömək istəyir:
- Hüzn, olarmı, məni də özünlə götürəsən?
Hüzn:
- Of, Sevgi! Bu gün o qədər kədərliyəm ki... Bir az tək qalmağa ehtiyacım var.
Bu arada Xoşbəxtlik də Sevginin yanından keçirdi. Amma özünü o qədər xoşbəxt
hiss edirdi ki, Sevginin səsini belə eşitmədi. Artıq bütün duyğulardan əlini üzən Sevgi
birdən bir səs eşitdi: “Gəl, Sevgi, gəl, mənimlə gedək”.
Bu sözləri deyən Sevgidən çox yaşlı görünən bir qoca idi. Sevgi özünü o qədər
bəxtəvər, o qədər xoşbəxt hiss etdi ki, çaşqınlıqdan ona yardım edən bu qocanın
adını belə soruşmağı unutdu. Qoca Sevgini sağ-salamat sahilə çatdırdı, özü isə
yoluna davam etdi. Bir anlığa ona nə qədər borclu olduğunun fərqinə varan Sevgi
yanındakı Bilgidən soruşdu:
- Məni xilas edən o qoca kimdir?
- O, Zamandır.
- Zamanmı? Bəs niyə o mənə yardım etdi? - deyə Sevgi heyrətlə soruşdu.
Bilgi gülümsəyərək:
Sizcə, Sevgi niyə
son ana qədər
adanı tərk etmək
istəmirdi?


- Çünki yalnız zaman sevginin nə qədər böyük olduğunu anlaya bilər.
“Füyuzat” jurnalından, 2012-ci il


1.  Mətndəki surətlərə öz münasibətinizi bildirin. Onlara verilən adlarla hərəkətləri
arasındakı əlaqəni müəyyənləşdirin.
2.  Mətni oxuyub hansı nəticəyə gəldiniz? Fikirlərinizi söylənən rəylərə əsasən
ümumiləşdirin.
3.  Mətndə təsvir edilən obrazların xarakterində olan insanlara həyatda rast
gəlmişsinizmi? Onlara münasibətiniz necə olub?
4.  Mətn üçün açar sözlər seçməklə yanaşı, fərqləndirilmiş sözlərin mənasını izah
edin.
5.  Təkəbbür sözünün sinonimini və antonimini tapın.
6.  Bu gün o qədər kədərliyəm ki... Bir az tək qalmağa ehtiyacım var cümləsindəki
sözləri yaxınmənalı sözlərlə əvəz edin.
7.  Aşağı sinifdə öyrəndiyiniz məlumatları yada salıb mətnin birinci abzasındakı
cümlələrin mübtəda və xəbərini tapın. Onların nə ilə ifadə olunduğunu
müəyyənləşdirin.
Mübtəda haqqında aşağı siniflərdə öyrəndiklərinizi yadınıza salıb suallara
cavab verin. 

 Mübtəda nəyə deyilir və hansı suallara cavab olur? 

 Mübtəda hansı söz və söz birləşmələri ilə ifadə olunur? 

 Mübtəda feili birləşmələrlə ifadə olunurmu? 

 Mübtəda xəbərlə necə uzlaşır?
8.  Mübtədanın ifadə vasitələrini müəyyənləşdirin, xəbərlə şəxsə və kəmiyyətə görə
uzlaşdığını əsaslandırın.
1. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam
(Ümummilli lider HeydəƏliyev). 2. Ən gözəl fikir də pis ifadə edildikdə qiymətini
itirir (F.Volter). 3. Bizim vəzifəmiz yaxşılığı nə cür gəldi deyil, vaxtında və
lazımınca etməkdir (E.Zolya). 4. Böyük danışanda kiçik susar (Atalar sözü).
9.  Cümlədən mübtəda və xəbəri çıxarsaq, nə baş verər? Sizcə, nə üçün mübtəda
və xəbər cümlənin qrammatik əsası hesab edilir?


Yüklə 8,74 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə