Azərbaycan dili 8



Yüklə 8,74 Mb.
Pdf görüntüsü
səhifə2/39
tarix08.07.2018
ölçüsü8,74 Mb.
#54377
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   39

4.  Dialoqdan hansı faktları öyrəndiniz və hansı nəticəni çıxardınız?
5.  Rəşid bəy Əfəndiyevin “Elm bir xəzinədir, onu səndən kimsə darta, çala bilməz”
fikri ilə Bəhmənyann “Sərvət qorunur, əql isə insanı qoruyur” kəlamını müqayisə
edin, ortaq nəticəyə gəlin.
6.  Başlığa əsasən dərsliyin bu bölməsində nə haqqında söhbət gedəcəyini
müəyyənləşdirin. Bölmənin adı ilə razısınızmı?



 Dialoqdakı hadisələri üçüncü şəxsin dilindən bu nümunə əsasında davam
etdirin.
7.  Dialoqdan açar sözləri seçin və onlarla bağlı fikir mübadiləsi aparın.
8.  Fərqləndirilmiş sözlərin leksik mənalarını izah edin.
9.  Dialoqdakı araşdırıcı sözünü hansı sözlə əvəz etmək olar?
10.  Dilimizdə hansı görüşmə etiketləri vardır? Ardıcıllığı davam etdirin. 
Salam, sabahınız xeyir, ...
11.  Leksik mənası olan və olmayan sözləri seçib qruplaşdırın. Seçiminizi
əsaslandırın. 
yəqin, rayon, tarixçi, ilə, dirək, isə, amma, muzey, srağagün, məktub, ki.
12.  Aşağıdakı hansı sözləri bir-biri ilə leksik məna cəhətdən əlaqələndirmək olar?
Səbəbini izah edin. 
savayı, yay, maşın, rəng, ancaq, təkər, alim, tünd, çay, hikmət, tətil, süfrə, xasiyyət,
dostdan, ağac, uşaq, yarpaq, üçün, qədər və s.
13.  Qaydaya əsasən söz birləşməsinin yaranması üçün aşağıdakı xüsusiyyətlərdən
hansının vacib olduğunu müəyyən edin.

 Fikirlərinizi ümumiləşdirin.
İki və daha artıq müstəqil sözün məna və qrammatik cəhətdən birləşməsinə
söz birləşməsi deyilir. 
Müstəqil söz dedikdə əsas nitq hissələri nəzərdə tutulur. Köməkçi nitq
hissələri: qoşmalar, bağlayıcılar, ədatlar söz birləşmələrinin tərkibində
iştirak edə bilir, amma söz birləşməsi yarada bilmir.
məna bağlılığı
leksik mənası olan sözlər
qrammatik bağlılıq
yalnız qrammatik mənası olan
sözlər
fikir bitkinliyi


14.  Dialoqda altından xətt çəkilmiş birləşmələri seçin və aşağıdakı kimi
qruplaşdırın.
Mürəkkəb sözlər: 
Söz birləşmələri:

 Müqayisə aparın, ortaq və fərqli cəhətləri göstərin.
15.  Aşağıdakı ifadələrin hər birinin xüsusiyyətlərini sadalayın və müqayisə aparın.
Söz, söz birləşmələri və cümlələri fərqləndirən nədir? Fikirlərinizi əsaslandırın.
Kəlam, yaddaqalan, yaddaqalan kəlam, Bu, Nəsiminin kəlamlarıdır, atalar sözləri,
Azərbaycanlıyam.
Nümunə: 
yaddaqalan kəlam - söz birləşməsidir, iki müstəqil sözdən ibarətdir, sözə
nisbətən konkretlik bildirir.
16.  Nümunəyə əsasən sxemi tamamlayın. Nə müşahidə etdiniz
17.  Sizcə, söz birləşmələrinin nitqdə rolu nədir?
18.  İbn Sina və Bəhmənyar haqqında məlumat toplayıb təqdimat hazırlayın.
Təqdimatdakı slaydlara söz birləşmələrindən ibarət başlıq seçin.
Növbəti bölmələrdə də rast gəldiyiniz sözlərdən
istifadə edərək lüğətyaratma işini davam etdirin.
Layihə işinə start verin.
Bunun üçün yeni sözlər
toplayın və onları əlifba
sırası ilə qruplaşdırın.
Yazılışı
Deyilişi
Leksik 
mənası
Qrammatik 
mənası
axtarı ́ş
[axdarış]
görülən iş
isim
maraqlı ́ [maraxlı]
diqqət çəkən
sifət


QORİ SEMİNARİYASINDA AZƏRBAYCAN 
ŞÖBƏSİ NECƏ AÇILDI
1876-cı ildə Gürcüstanın Qori şəhərində Qafqaz xalqlarının uşaqlarının təhsil alması
üçün seminariya açılmışdı. Burada xristian uşaqlar “padşah xərci”nə oxuyurdular.
Lakin müsəlmanlardan da istəyən olsa idi, öz xərcinə uşaqlarını seminariyada oxuda
bilərdi. Dövrünün görkəmli ziyalıları - Tiflisdə fəaliyyət göstərən Şərq dilləri üzrə baş
mütərcim Mirzə Fətəli Axundzadə və Tiflis müsəlman məktəbinin şəriət müəllimi
Mirzə Hüseyn Qayıbzadə Qori seminariyasının nəzdində Azərbaycan bölməsi açmaq
xahişi ilə Qafqaz canişini Mixail Romanovun qəbuluna gedirlər. Nə qədər yalvar-
yaxar etsələr də, dil töksələr də, canişin yola gəlmir. Deyir ki, şöbə açsalar da,
oxuyan olmayacaq. M.F.Axundzadə həmin dövrdə Rusiyada və dünyada böyük zəka
sahibi kimi şöhrət tapmış azərbaycanlı alim və ziyalıların adlarını çəkməyə başlayır.
Mirzə Cəfər Topçubaşovu, Həsən bəy Zərdabini, Abbasqulu ağa Bakıxanovu, Mirzə
Kazım bəyi xatırladır. Şəmistan Nəzirli “Qoridən gələn qatar” kitabında yazır: “Mirzə
Fətəli Peterburq Universitetinin fəxri doktoru Mirzə Kazım bəy azərbaycanlıdır, bizim
həmyerlimizdir”, - deyəndə canişinin sifətində heyrətə bənzər təəccüb yarandı.
Bundan ruhlanan Mirzə Fətəli həmyerlisi haqqında daha ətraflı danışmağa başladı.
“Mirzə Kazım bəy təkcə RUSİYA ELMLƏR AKADEMİYASININ müxbir üzvü deyil, o həm
də Londonda BÖYÜK BRİTANİYA və İRLANDİYA KRAL CƏMİYYƏTİNİN üzvüdür.
Kopenhagendə ŞİMALİ ANTİKVARİLƏR KRAL CƏMİYYƏTİNİN üzvü seçilmişdir. Üç
dəfə Demidov mükafatını almışdır”. Bu söhbətlər sonda seminariyanın nəzdində
Azərbaycan şöbəsinin açılması ilə nəticələndi.
1.  Nə üçün Romanov Azərbaycan şöbəsinin açılmasına razılıq vermirdi?
2.  Mətni abzaslara ayırın, əsas faktları tapmaq üçün suallar tərtib edin və
yoldaşlarınıza həmin suallarla müraciət edin.
3.  Bu gün dövlətimizin təhsilin inkişafı üçün etdiklərini mətnin ilk abzasında
verilmiş fikirlərlə müqayisə edin və nəticə çıxarın.
4.  Mətni davam etdirmək üçün əlavə məlumatlar toplayın.
Sizcə, müsəlmanlarla
xristianlar arasında
qoyulan fərqin səbəbi
nə idi?


Yüklə 8,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə