Azərbaycan dili 8



Yüklə 8,74 Mb.
Pdf görüntüsü
səhifə3/39
tarix08.07.2018
ölçüsü8,74 Mb.
#54377
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   39

5. 
Fərqləndirilmiş sözlərin leksik mənalarını izah edin.
6.  Seminariya, lisey, gimnaziya sözlərinin məna fərqlərini göstərin.
7.  4-cü cümlədə çoxmənalı sözləri tapın və fikrinizi müvafiq cümlələr qurmaqla
əsaslandırın.
8.  Dil sözünün həm omonim, həm də çoxmənalı olduğunu əsaslandırın.
9.  Mətndən frazeoloji birləşmələri seçin və sərbəst söz birləşmələrindən
fərqləndirin.
10.  Mətndən söz birləşmələrini seçib yazın.
3 sözdən ibarət olanlar:
2 sözdən ibarət olanlar: 
daha çox sözdən ibarət olanlar:
11.  Söz birləşmələrini seçib quruluşunu müəyyən edin.
Ən doğru söz, təzə imarətin bəzək işləri, Azərbaycan memarlığı, razı olmaq, zirvəyə
doğru yol, sənin üçün, lüğətin ilk cildi, dayaq olmaq, məsələ həll etmək.

 Bunlardan hansılarını söz birləşməsi hesab etmək olmaz? Fikirlərinizi
əsaslandırın.
12.  Yerilən nümunələrə söz əlavə edib onları mürəkkəb söz birləşmələrinə çevirin.
Azərbaycanlı alim, ziyalıların fikirləri, Azərbaycan şöbəsi, seminariyanın məzunları.

 Mətn əsasında dialoq qurun.
Söz birləşmələrinin quruluşuna görə iki növü var:
2. Mürəkkəb söz birləşmələri.
1. Sadə söz birləşmələri 
Sadə söz birləşmələri iki müstəqil sözdən (müstəqil Azərbaycan, istirahət
mərkəzi), mürəkkəb söz birləşmələri isə üç və daha artıq müstəqil sözdən
(Azərbaycanın üçrəngli bayrağı, Sabirin satirik şeirləri, vətəni göz bəbəyi kimi
qorumaq) ibarət olur.


13.  Lüğətin köməyi ilə mətndə bütün hərfləri böyük yazılmış ifadələrin düzgün
yazılışını müəyyənləşdirin.
14.  Mürəkkəb adlardan istifadə etməklə kiçik mətn tərtib edin
15.  “Xalqın tarixində əhəmiyyətli rol oynamış ziyalılarımızı tanıyırıqmı?”
mövzusunda müsahibə götürün. Bu zaman yerinə uyğun olaraq, görüşmə
etiketlərindən və mürəkkəb adlardan istifadə edin. Müsahibə əsasında qısa
mətn yazın.
Müsahibə götürmək üçün yaddaş:
1.  Mövzunun müəyyənləşdirilməsi;
2.  Sualların tərtib edilməsi;
3.  Müsahibənin aparılacağı yer, məkan və şəxslərin müəyyənləşdirilməsi;
4.  Alman cavabların sistemləşdirilib yekunlaşdınlması.
Mürəkkəb adlar söz birləşməsi şəklində olur. Belə adların tərkibindəki bütün
sözlər ayrı yazdır. Ad və soyadlar, ölkə adları, idarə və təşkilat adları və s.
mürəkkəb adlar hesab edilir. Tərkibindəki bütün sözlərin baş hərfi böyük
hərflə yazılan mürəkkəb adlar bunlardır: 
1.  Soyad, ad və ata adı: Əliyeva Vəfa Bəxtiyar qızı;
2.  Ölkələrin, muxtar respublikaların və vilayətlərin adları: Azərbaycan
Respublikası, Birləşmiş Ərəb Əmirlikləri;
3.  Şəhər və rayon tabeliyində olan idarə və təşkilat adları: Azərbaycan
Respublikası Prezidenti Administrasiyası, Uşaqların Xilası Təşkilatı;
4.  Yüksək dövlət vəzifələri: Azərbaycan Respublikasının Prezidenti, Milli
Məclisin Sədri, Azərbaycan Respublikasının Baş Naziri;
5.  Tərkibində gün sözü olan və təqvimə düşən tarixi hadisələr: Azərbaycan
Dili və Azərbaycan Əlifbası Günü, Beynəlxalq Ana Dili Günü 
və s.
Bu tipli mürəkkəb adların tərkibində işlənən oğlu, qızı, yanında, üzrə sözləri
kiçik hərflə yazılır.


YAXŞILIQ İTMİR
(“Qoridən gələn qatar” sənədli povestindən)
xeyriyyəçi 
xeyirxah
XIX əsrin ortalarında Qazaxda günəmuzd fəhlə işləyən iranlı Məmmədəli ağır
zəhməti bahasına əlinə yaxşı maya salır. Bu zəhmətkeş hambal özünə on yeddi
otaqlı bir imarət tikdirir. Əsrimizin əvvəllərində doğma vətəni İrana köçüb getmək
istəyən Məmmədəli evini hərraca qoyur. Sözsüz ki, hər kişi belə bir əzəmətli mülk ala
bilməzdi. Qazaxda iki pullu, qızıllı kişi Məmmədəlinin mülkünü almaq üçün müştəri
düşür: Qıraq Kəsəməndən İsrafil ağa və Kosalardan Məşədi İbrahim. Onu da deyək
ki, Qaçaq Kərəmlə qatı düşmən olan İsrafil ağa öz dövrünün böyük xeyriyyəçisi
olmuşdur.
Şahidlər, mülk sahibi və alıcılar bir yerə yığışıb binaya qiymət qoyurlar. Əvvəlcə
İsrafil ağa yüz qızıl verir, mülk sahibi başını bulayır. Məşədi İbrahim yüz əlli qızıl təklif
edir. İsrafil ağa isə iki yüz. Mülk sahibi yenə razılaşmır... Nə isə, məzənnə belə-belə
qalxır. Məşədi İbrahim “beş yüz qızıl”, - deyib dayanır. İsrafil ağa dinmir. Ağanın və
mülk sahibinin susduğunu görən Məşədi İbrahim oğlu Müseyibi yanına çağırıb
deyir: “Bala, qaç evə, anana de, kalça gönünün arasında nə qədər qızıl varsa, versin,
götür, gəl”.
Qızıllar gələnə qədər heyətdən səs-səmir çıxmır. İsrafil ağa inanmırmış ki, Məşədi
İbrahimdə bu qədər qızıl olsun. Müseyibin gətirdiyi qızılları görən İsrafil ağa xeyir-
dua verir:
- Məndən keçdi. Allah xeyir versin, Məşədi İbrahim, - deyir, - sağlıqla yaşayasan.
Qori seminariyasının Azərbaycan şöbəsi Qazaxa köçürüləndə səxavətli, xeyirxah
niyyətli Məşədi İbrahim öz şəxsi mülkünü seminariyanın direktoru Firidun bəy
Köçərliyə bağışlayır. Bu, səbəbsiz deyildi.
1914-cü ildə hərtərəfli maddi imkanı olan səxavətli maarifpərvər Məşədi İbrahim
oğlu Müseyibi Qoriyə aparıb seminariyaya qəbul etdirir. İlk dəfə görüşüb tanış
olduğu Firidun bəy Köçərli ilə dostluğun binasını qoyur. Təəssüf ki, ipə-sapa
yatmayan, dəliqanlı gənc Müseyib il yarım oxuduqdan sonra seminariyanı atıb
Qazaxa qayıdır. Vaxtını Kürdə balıq tutmaqda, çöldə dovşan ovunda, eyş-işrətdə
keçirir.
Məşədi İbrahim isə oğlunun bu bivec hərəkətlərinə yanıb-yaxılırmış. O, Qazaxdan və
onun kəndlərindən bir neçə kasıb, kimsəsiz uşağa maddi cəhətdən kömək edib Qori
seminariyasına oxumağa göndərir. Oğlundan bir şey çıxmayacağını görən Məşədi
İbrahim kimsəsizləri oxutmaqla təsəlli tapır.


Yüklə 8,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə