Azərbaycan dili 8



Yüklə 8,74 Mb.
Pdf görüntüsü
səhifə6/39
tarix08.07.2018
ölçüsü8,74 Mb.
#54377
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   39

MÜCRÜ
(ixtisarla)
O, gəlin köçəndə anası mücrü də qoydu cehizinin üstünə. “Gəlin mücrüsüz olmaz!”, -
dedi.
Nənə yadigarı idi bu balaca, naxışları solğun mücrü. İndi də onun qisməti oldu.
O, üzük, qızıl saat və sırğalarını qoyardı mücrüyə. Mücrü paltar dolabında ən yuxarı
gözə qalxmışdı. Əzizlənirdi mücrü, sevilirdi mücrü...
Bir gün gəlin ana oldu. Əri hədiyyə ilə evə gəldi. Açıldı mücrü, cavan ana qızıl
boyunbağını qoydu, örtüldü mücrü.
Və beləcə doldu mücrü.
Atanı müharibə apardı. Ehtiyacla əlbəyaxa oldu ana. Gecəsi gündüzə, gündüzü
gecəyə qarışdı ananın. Ancaq itirmədi özünü, itirə bilməzdi ana!
Bir dəqiqə də işsiz durmadı, bir dəqiqə də. Lakin çatışmırdı qazancı. Beş uşağa
çatışmırdı qazancı ananın!
Açıldı mücrü, örtüldü mücrü. Nişan şeyləri, ər hədiyyələri bazara ayaq açdı...
Kədərlə açıldı mücrü, kədərlə örtüldü mücrü... Boşaldı mücrü...
Bir gün ananın ilki sevincək evə gəldi. Diplomla gəldi. İlk diplom idi ki, onların evinə
qədəm qoyurdu. Ali məktəb diplomu.
Ana doluxsuna-doluxsuna diplomu dodaqlarına apardı, bağrına basdı, gözlərində
yaş görünəndə yadına çoxdan unudulmuş mücrü düşdü...
Ananın əlləri, mehriban əlləri mücrüyə toxunanda mücrü sanki cana gəldi, sevincək
açıldı mücrü, diplomu ağuşuna aldı, gülümsədi, sevincək örtüldü mücrü.
Evə ikinci diplom gəldi. Açıldı mücrü, örtüldü mücrü.
Üçüncü... dördüncü... beşinci... Tamam doldu mücrü.
Ana oxşadı mücrünü. Gözünün qabağına çox şeylər gəldi, çox şeylər!
Mücrünü öz yerinə qoyanda anaya o, indi ağır, əvvəlkindən qat-qat ağır gəldi.
Mücrü niyə sevinclə
açıldı? Fikrinizi
faktlarla əsaslandırın.


Ana yanılmamışdı. O sərvət hara, bu sərvət hara?!
Gülhüseyn Hüseynoğlu


1.  Nə üçün mücrü əvvəlkindən daha ağır gəldi?
2.  Diplom nə üçün sərvət hesab edilir?
3.  Bu mətn dilinə görə əvvəlki mətnlərdən nə ilə fərqlənir?
4.  Mətni bitkin hissələrə ayırın və hissələr arasındakı əlaqəni müəyyənləşdirin.
5.  Mətni dialoq şəklində qurmağa çalışın. Sizcə, bu mətni dialoqa çevirmək olarmı?
Gəldiyiniz qənaəti əsaslandırın.
6.  “O sərvət hara, bu sərvət hara” ifadəsi bu bölmədə öyrəndiyiniz hansı mətndəki
əsas fikirlə üst-üstə düşür? Fikrinizi əsaslandırın.
7.  Qazanc və maaş sözlərinin sinonim olmadığını əsaslandırın.
8.  Mətndən məcazi mənalı sözləri seçin. Həmin sözlərin həqiqi və məcazi
mənalarını müqayisə edin. Həqiqi mənada müvafiq sözlərlə işlədin.
9.  Mətndən ismi birləşmələri seçib aşağıdakı kimi qruplaşdırın.
II növ təyini söz birləşmələri:
I növ təyini söz birləşmələri: 

 Mətndə fərqləndirilmiş söz birləşmələrini tərəflərinin ifadə vasitələrinə görə
müqayisə edin. 

 Mətndə çərçivəyə alınmış birləşmələrlə qruplaşdırdığınız birləşmələri müqayisə
edin. Hansı fərqi gördünüz?
Birinci tərəfi müəyyənlik bildirən yiyəlik halda, ikinci tərəfi mənsubiyyət
şəkilçili ismi birləşmələrə üçüncü növ təyini söz birləşmələri deyilir.
Üçüncü növ təyini söz birləşməsinin I tərəfi bütün şəxs əvəzlikləri ilə
ifadə olunduğu üçün II tərəfi hər üç şəxs üzrə mənsubiyyət şəkilçisini
qəbul edə bilir. Məsələn: onun sualı, sənin fikrin, mənim biliyim, bizim
həyətimiz, sizin arzunuz, uşaqların cavabları və s. 
Üçüncü növ təyini söz birləşmələrinin tərəfləri, əsasən, isimlə ifadə olunur:
Leylanın arzusu, meyvənin ətri, gülün təravəti, müharibənin dəhşəti və s.


10.  Aşağıdakı sxemlərə uyğun III növ təyini söz birləşmələri düzəldin.

 Sxemlərin sayını artırın.
11.  Mətndə işlənmiş hansı ismi birləşmələr təyini söz birləşmələrinə aid edilə
bilməz? Səbəbini izah etməyə çalışın.
12.  Doğru və yanlış fikirləri müəyyənləşdirin.
13.  Axşamınız xeyir, salam, gecəniz xeyrə qalsın, görüşənədək etiketlərindən istifadə
etməklə “Dostumun babası ilə söhbət” adlı kiçik dialoq qurun. Dialoqu
dərslikdəki 1-ci dialoqun davamı kimi formalaşdırın, öyrəndiyiniz söz
birləşmələrindən istifadə edin.
III növ təyini söz birləşməsinin tərəfləri arasına söz daxil etmək olur.
Məsələn: şəhərin küçələri - şəhərin geniş küçələri, binanm mərtəbəsi -
binanın beşinci mərtəbəsi. 
III növ təyini söz birləşməsinin tərəfləri həm ayrılıqda, həm də eyni zamanda
cəmlənə bilər. Məsələn: ağacların yarpağı, gül ləçəkləri, uşaqların kitabları,
şagirdlərin çantaları və s.


. . .
(ixtisarla)
Sinif müəllimimiz Çimnaz xanım elə aydın, elə gözəl danışır ki, biz hamımız maraqla
ona qulaq asırıq. Həm sözləri gözəl və aydın deyir, həm də səsi gözəldir. Mənim
ürəyimdə hamıdan gizlin bir neçə arzum var; biri odur ki, Çimnaz müəllim kimi gözəl
və aydın danışım!
Dərsi izah edib qurtarandan sonra Çimnaz müəllim soruşdu: 
- Kimin nə sualı var? 
Fatma əlini qaldırdı: 
- Müəllim, dərsdən kənar sual vermək olar? 
- Olar! - deyə müəllim icazə verdi.
- Müəllim, bəxtə inanmaq olar, olmaz? - deyə Fatma nazik səslə soruşdu.
- Niyə soruşursan, Fatma? Yəqin ki, kiminləsə mübahisəniz olub, hə? - deyə müəllim
Fatmadan xəbər aldı.
Fatma pörtüb qızardı, cavab vermədi.
Fatma da mənim kimidir. Yalan danışa bilmir, yalan danışanda özünü elə itirir ki, o
saat yalan dediyi bilinir.
Bəxt haqqında Səfa ilə olan mübahisəmiz mənim yadıma düşdü.
Fatmanın susub qaldığını görən Səfa əlini qaldırdı. Müəllim ona söz verdi:
- Müəllim, bizim mübahisəmiz olub: mən deyirəm, adamın gərək bəxti olsun, Fatma
deyir ki, bəxt-zad boş sözdür!
Səfa oturmaq istədi, lakin müəllim qoymadı:
- Mən istəyirəm, hərə öz fikrini sübut etsin, dəlil gətirsin - bəxtə inananlar da,
inanmayanlar da. Odur ki sən başla, de görək, nəyə əsasən bəxtə inanırsan?
- Müəllim, neçə dəfə sınamışam. Elə gün olub ki, mən də, Hüseyn də dərsi
hazırlamamışıq, amma siz, müəllim, məndən soruşmusunuz, Hüseyndən yox. Nə
üçün? Çünki Hüseynin bəxti var, mənim bəxtim yoxdur. Hər şey də belə.
-Yaxşı, Fatma, indi sən de görək, niyə bəxtə inanmırsan?
- Çünki bəxt olsaydı, müəllim, Səfanın da köməyinə çatardı, sizi Səfadan dərs
soruşmağa qoymazdı. Deməli, bəxt yoxdur.
Hamı güldü. Müəllim də güldü. Lakin sonra sinfi sakit edib dedi:


Yüklə 8,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə