Azərbaycan dili 8



Yüklə 8,74 Mb.
Pdf görüntüsü
səhifə7/39
tarix08.07.2018
ölçüsü8,74 Mb.
#54377
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   39

- Uşaqlar, sizə bir hekayə danışacağam. Nəticəni özünüz çıxarın. Bir kolxozda iki
briqadir var imiş: Əli və Məhəmməd. Əli heç bir işini vaxtında görməzmiş, şumu
gecikdirərmiş, torpağa toxumu gec səpərmiş. Məhəmməd ağacların dibini mart
ayında belləyib-boşaldanda Əli aprelin axırında ayılarmış, yayda və payızda onun
sahəsi hamınınkından az məhsul verəndə deyərmiş: “Neyləyim, mənim bəxtim
yatıb!” Bir dəfə onun bu sözünü eşidən ağıllı və zirək Məhəmməd ona deyir: “Ay
bədbəxt,............., ..............!”
- Uşaqlar, buradan nə nəticə çıxarmaq olar?
Bir neçə uşaq əlini qaldırdı. Müəllim isə sözü Səfaya verdi.
- Səfa, sən de görüm, nə nəticə çıxarmaq olar?
Səfanın cavabını müəyyənləşdirmək üçün çərçivədə verilmiş sözləri ardıcıl düzmək
lazımdır.
Mirzə İbrahimov
1.  “Pərvizin həyatı” povestindən ixtisarla verilmiş hissəyə söz birləşməsi ilə ifadə
olunmuş ad qoyun. Seçiminizi əsaslandırın.
2.  Nə üçün Çimnaz müəllim suala birbaşa cavab vermir, uşaqlara hekayə danışır?
3.  “İnsan yalnız öz zəhməti və bacarığı sayəsində irəli gedə bilər” fikri ətrafında fikir
mübadiləsi aparın. Fikirlərinizi faktlarla əsaslandırın.
4.  Kolxoz və briqadir sözlərinin işlənmə əhatəsinə və mənşəyinə görə növünü
müəyyən edin. Bunun üçün aşağı siniflərdə öyrəndiklərinizi xatırlayın.
5.  Bəxt, qismət, tale sözlərini sinonim hesab etmək olarmı? Fikrinizi izah edin.
Məhəmmədin ona nə
dediyini bilmək üçün
sən, bəxt, yat, öz, yat
sözlərini əlaqələndirib
cümlə qurun.
Siz necə düşünürsünüz,
insan həyatında bəxt,
yoxsa zəhmət vacibdir?


6.  Mübahisə, münaqişə və bəhs sözlərinin leksik mənalarını izah edin. Onların fərqi
nədədir?
7.  Mətndə altından xətt çəkilmiş birləşmələrin əsas tərəfinin nə ilə ifadə
olunduğunu müəyyənləşdirin. Buna əsasən də söz birləşmələrinin növünü
müəyyən edin.
8.  Mətndəki frazeoloji birləşmələri seçib onlan feili birləşmələrlə müqayisə edin.
9.  Nöqtələrin yerinə lazım olan sözləri yazıb fikrinizi əsaslandırın.
10.  Aşağıdakı cümlədən istifadə edərək kiçik mətn qurun.
Söz birləşmələrinin nitqdə praktik əhəmiyyəti böytükdür. Belə ki söz
birləşmələri........ .
11.  Bölməni yekunlaşdırarkən “Mən bu bölmədən öyrəndim ki, ...” adlı inşa 
yazın.
Əsas tərəfi feilin təsriflənməyən formaları ilə ifadə olunan birləşmələrə feili
birləşmələr deyilir. Məsələn:
Məktub yazmaq, məktub yazan, məktub yazanda
Feili birləşmələrin üç növü var:
Məsdər tərkibləri: vətənə dönmək, tapşırığı yerinə yetirmək 
Feili sifət tərkibləri: vətənə dönən, tapşırığı yerinə yetirən 
Feili bağlama tərkibləri: vətənə dönəndə, tapşırığı yerinə yetirəndə
Məsdər, feili sifət və feili bağlamalar özlərindən əvvəl gələn sözləri özlərinə
tabe edib tərkib yaradır. Tərkiblər sintaktik təhlil zamanı müəyyən edilir.
Onlar bir suala cavab verib vahid bir cümlə üzvü olur.


II TARİXİN DAŞ YADDAŞI
1. Tələffüz qaydalarını gözləməklə dialoqu oxuyun.
- Görürsən, Bakımız gündən-günə necə gözəlləşir?
- Hə, müasir tikililər şəhərə xüsusi gözəllik verir.
- Tarixin şahidi olan memarlıq abidələri müasir tikililərlə bir harmoniya yaradır,
tarixlə müasirliyi əlaqələndirir.
- Məncə, sabahın şəhərlərini yaradan memarların yalnız bir fəlsəfəsi var: təki
insanlar rahat yaşasınlar, təki insanlar gözəllikdən zövq alsınlar.
- Hər daşında bir hikmət gizlənən, hər daşında tarixlərin nişanını yaşadan
Azərbaycan memarlıq nümunələri xalqımızın nəyə qadir olduğuna əyani sübutdur.
- Türk şairi Nazim Hikmət Azərbaycanda olarkən demişdir: “Bu xalqın nəyə qadir
olduğunu bilmək üçün baş sındırmayın, təkcə memarlıq abidələrinə baxsanız, bəs
İlk cümləyə hansı
müraciət etiketini
artırmaq olar?
Həqiqətənmi,
memarlıq abidələri
xalqın qüdrətini
nümayiş etdirir?
Diya-əl-Mülk körpüsü
haqqında məlumat
toplayın.


edər”
- Teymurləngin saray salnaməçisi Şərafiddin əl Yəzidi “Zəfərnamə” əsərində
Səmərqənd saraylarını ucaldan azərbaycanlı ustaların yüksək sənətkarlığından ürək
dolusu danışır və bu ustaların zorla Səmərqəndə aparıldığını qələmə alır.
- Ən maraqlısı budur ki, orta əsr coğrafiyaşünası Əbdürrəşid Bakuvi Azərbaycana
gələrkən iti axarlı Arazın üstündəki Diya-əl-Mülk körpüsünün möhtəşəmliyinə
heyran qalaraq, bu yüksək sənət əsərini “dünyanın 7 möcüzəsindən biri”
adlandırmışdır.


- İstanbulda 2 qitəni birləşdirən körpüyə, Peterburqun bəyaz gecələrində gəmi
karvanlarını okeana yola salan asma körpülərə baxanda az qalıram ki, mən də körpü
salam.
- Hansını deyəsən? Kərpic memarlığının incisi sayılan Naxçıvan-Bərdə abidələri,
Bakı-Şirvan memarlıq kompleksləri, Şəki-Şirvan sarayları, adicə çay daşından
ucaldılmış Gəncə-Ordubad imarətləri, karvansaralar, ovdanlar...
- Hələ müasir tikililər. Onlar nə qədər gözəldir! Bu gün Bakıya gələn turistlər bu
şəhərin qeyri-adi gözəlliyindən heyranlıqla danışırlar.
2.  Dostların söhbətini davam etdirməyə çalışın. Ölkəmizdəki müasir tikililərə
münasibət bildirin.
3.  Dialoqdan hansı nəticəni çıxardınız? Nəticəyə əsasən dialoqu adlandırın.
4.  Hadisələri III şəxsin dilindən danışın. Bunun üçün səhifə 8-də verilmiş
nümunədən istifadə edin.
5.  Azərbaycanda dünyanın möcüzəsi sayıla bilən hansı abidələr var?
6.  “Memarlığımız dünən və bu gün” mövzusunda fikir mübadiləsi aparın.
7.  Fərqləndirilmiş sözlərin leksik mənalarını izah edin.
8.  Memarlıq, memar, memarlıq abidələri dialoq üçün açar söz hesab edilə bilərmi?
Fikrinizi əsaslandırın.
9.  Müasir sözünün sinonimini və istifadə dairəsini izah edin.
10.  Mətndən məcazi mənalı sözləri tapın, onların müvafiq əsas sözlə əlaqəsini
göstərin.
11.  Hansı cümlələrdə söz birləşməsi var? Həmin söz birləşmələrinin tərəfləri bir-biri
ilə necə əlaqələnmişdir?
12.  Çərçivəyə alınmış cümlədə sözləri əlaqələndirən şəkilçiləri qrammatik cəhətdən
izah edin.
13.  Qrammatik şəkilçilərin sözlərin əlaqələnməsindəki rolunu izah edin.
14.  Verilmiş sözlərdən cümlə qurmaq üçün onları qrammatik cəhətdən
əlaqələndirin. Fikirlərinizi bölüşün. Nəticə çıxarın. 
Tarix, şahid, ol, memarlıq, abidə, müasir, tikili, bir, harmoniya, yarat


Yüklə 8,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə