Azərbaycan dili və nitq mədəniyyəti Dil haqqında verilən fikirlərdən hansı daha dəqiqdir?



Yüklə 1,06 Mb.
səhifə2/6
tarix03.05.2018
ölçüsü1,06 Mb.
#41159
1   2   3   4   5   6

A) xəbərdən əvvəlki sözün üzəri

B) zərfliyin üzəri

C) mübtədanın üzəri

D) təyinin üzəri

E) mübtədadan sonrakı sözün üzəri

101.Neologizmlər hansı sıradadır?

A) bilgisayar, yetərsay, çağdaş, özəlləşmə

B )bəy, feodal, pristav, qubernator

C) ayıtmaq, damu, uçmaq, sayru

D) pərvanə, cəfa, şəb, nagah

E) torşer, monument, bayraq, alternativ
102.«Tutmaq» sözü hansı sırada öz həqiqi mənasında işlənmişdir?

A) atın yüyənini tutmaq, qabın qulpundan tutmaq

B) xətrini əziz tutmaq

C) üzünü yana tutmaq, işçi tutmaq

D həyatda yer tutmaq, dostdan xəbər tutmaq

E) hal-əhval tutmaq


103.Çoxmənalı sözlər nəyə deyilir?

A) əsas məna ilə bağlı əlavə mənalar da bildirən sözlərə

B) eyni kökdən sözdüzəldici şəkilçilər vasitəsilə yaranan qohum (eyniköklü) sözlərə

C) müxtəlif mənalı ayrı-ayrı sözlərə

D) eyni və yaxın mənalı sözlərə

E) müxtəlif köklü sözlərə


104.Verilmiş xüsusiyyətlərdən sinonimlərə aid olanı hansıdır?

A) Müxtəlif cür yazılıb, eyni və ya yaxın məna bildirir.

B) Bir-birinə zidd mənalar ifadə edir.

C) Eyni cür yazılıb, müxtəlif mənalar bildirir.

D) Müəyyən ərazidə işlədilir.

E) Eyni kökdən düzəlir.


105.Hansı sıra yalnız sinonimlərdən ibarətdir?

A) adlı-sanlı, görkəmli, məşhur

B) qorxaq, igid, xeyirxah, səxavətli

C) gənc, cavan, ürəkli, qoçaq

D) otaq, koma, mənzil, bina

E) çalışqan, diribaş, tənbəl

106.Köhnəlmiş sözlər hansı sırada verilmişdir?

A) uçmaq, damu, nəsnə, sayru

B) özəlləşdirmə, yetərsay, çağdaş, durum

C) həyat, inqilab, əruz, fədakar

D) lirika, romantizm, peyzaj, personaj

E) əba, çıraq, müsəlman, fanat

107.Dialekt sözlər nəyə deyilir?

A) müəyyən ərazi üçün anlaşıqlı olan məhəlli sözlərə

B) hamı tərəfindən başa düşülüb işlənən sözlərə

C) ayrı-ayrı elm sahələrinə məxsus olan sözlərə

D) peşə-sənət sözlərinə

E) əsas lüğət fonduna daxil olan sözlərə


108.Hansı söz omonim deyil:

A) əsir

B) yol

C) döyüş


D) ləpə

E) inci


109.“Böyük olan yerdə kiçik danışmaz” cümləsində antonim sözlər hansı nitq hissəsinə aiddir?

A) sifət

B) say

C) ədat


D) əvəzlik

E) isim
110.“Refleks, embriologiya, neyron” sözləri aşağıdakı söz qruplarından hansına aiddir?

A) terminlərə

B)köhnəlmiş sözlərə

C) neologizmlərə

D) ümumişlək sözlərə

E) dialekt sözlərinə
111. Dilin lüğət tərkibindəki məna qruplarını göstərin.


A) metafora, metonimiya

B)frazeologiya, orfoqrafiya

C) assimilyasiya, dissimilyasiya

D) metateza, proteza

E) eliziya, leksikoqrafiya


112. Omonimlərin hansı növləri vardır?


A) leksik omonimlər, omofonlar.omoqraflar

B) frazeoloji omonimlər, omoqraflar

C) sintaktik omonimlər, omofonlar

D) leksik omonimlər, leksik sözlər

E)frazeoloji omonimlər, frazeoloji birləşmələr


113. Metafora nədir?


A) funksional çoxmənalılıq

B) forma oxşarliğı

C) müəllif - əsər münasibəti

D) miqdar mənası

E) tamın – bütövün bir hissəsi


114. Omofonlara aid deyil:

A) sözlərin yazılışı eyni olub, səslənməsi müxtəlif olur

B) yalnız səslənməyə görə eyni olur

C) dilin dialektlərində daha çox rast gəlmək olur

D) nitq prosesində səslərin təhrifi ilə əlaqədardır

E) fonetik, semantik cəhətdən fikri qüvvətləndirir


115.Hansı sözlər antonimdir?

A) eniş, yoxuş

B) müharibə, savaş, dava

C) gündüz, alver

D) çör-çöp

E) səs-küy


116.Biri frazeoloji birləşmə deyil:

A) kömək etmək

B) cana gəlmək

C) can vermək

D) üz vermək

E) söz vermək


117.Yalnız biri frazeoloji birləşmədir:

A) könlünü açmaq

B) dərman almaq

C) məktəbdən qayıdanda

D) sözün doğrusunu demək

E) kömək etmək


118.Xüsusiyyətlərdən biri əsl Azərbaycan sözlərinə aid edilə bilər:

A) söz ortasında iki samitin yanaşı işlənməsi

B) sözdə qoşa “y” samitinin işlənməsi

C) söz əvvəlində iki samitin işlənməsi

D) sözdə uzun saitin işlənməsi

E) sözün “r” samiti ilə başlanması


119.Biri frazeoloji sinonim deyil:

A) əl uzatmaq ─ kömək etmək

B) qanı qaralmaq ─ kefi pozulmaq

C) qılığına girmək ─ qəlbinə yol tapmaq

D) dilotu yemək ─ dil boğaza qoymamaq

E) dil tapmaq ─ yola getmək


120.Sıralardan biri bütünlüklə omonim sözlərdən ibarətdir:

A) çat, yay, bel

B)kök, bal, dərə

C) sel, qaz, göz

D) həyat, nəfis, qol

E) çay, kəmər, baş

121.Azərbaycan dilində sözün tərkibi neçə hissədən ibarət olur?

A) iki hissədən

B) bir hissədən

C) müxtəlif hissələrdən

D) bir neçə hissədən

E) bütöv olur


122.Azərbaycan dilində sözün kökü nəyə deyilir?

A) Sözün məna verən və dəyişməyən hissəsinə

B) Sözün leksik mənası olmayan hissəsinə

C) Sözün məna kəsb etməyən hissəsinə

D) yeni sözlərə

E) hecası olan sözlərə


123.Tərkibinə görə sözlər dilimizdə neçə hissəyə bölünür?

A) iki yerə

B) bir neçə

C) müxtəlif

D) bölünmür

E) tərkiblərinə görə


124.Sözün leksik məna ifadə edən, qrammatik şəkilçiyə qədərki hissəsinə…. deyilir:

A) başlanğıc forma

B) leksik şəkilçi

C) kök


D) bitişdirici samit

E) tərkibi söz


125.Morfologiya nəyi öyrənir? – sualına verilən cavablardan hansı səhvdir?

A) dilin lüğət tərkibi

B) köməkçi nitq hissələrini

C) isimlərin hallanması

D) nitq hissələri və onların dəyişməsi

E) əsas nitq hissələri


126.Morfologiyanın tədqiqat obyekti nədir?

A) söz, onun formaları və nitq hissələri

B) alınma sözlər

C) cümlə

D) çoxmənalı sözlər

E) xalq yaradıçılığı


127.Morfologiya nədən bəhs edir?

A) sözlərin tərkibi və quruluşundan

B) söz birləşmələrindən

C) frazelolji birləşmələrdən

D) forma və məzmunundan

E) sözün həqiqi və məcazi mənasından


128.“Morfologiya” termini dilimizə hansı dildən gəlmişdir?

A) yunan

B) ingilis

C) rus


D) fransız

E) alman


129.Morfologiyada öyrənilir:

A) nitq hissələri və onların dəyişmə qaydaları

B) cümlə üzvləri

C) yalnız əsas nitq hissələri

D) nitq formaları

E) sözlərin mənşəyi


130.Əsas nitq hissələrinə aid olmayan xüsusiyyəti müəyyənləşdirin:

1. Cümlə üzvü olur.

2. Müstəqil suala cavab verir.

3. Yalnız qrammatik mənaya malik olur.

A) 3

B) 2


C) 1

D) 1,2


E) 2,3
131.Hansı prinsip müxtəlif şəkildə tələffüz olunan morfemlərin eyni formfda yazılmasını tələb edir?

A) morfoloji prinsip;

B) rəmzi prinsip;

C) tarixi-ənənəvi prinsip;

D) etimoloji prinsip;

E) fonetik prinsip


132.Azərbaycan dili orfoqrafiyası üçün hansı prinsip əsas hesab olunur?

A) fonetik prinsip;

B) tarixi-ənənəvi prinsip;

C) rəmzi prinsip;

D) morfoloji prinsip;

E) etimoloji prinsip


133.Sözün müasir tələffüzünə əsasən yazılmasını deyil, onun tarixi yazılış formasının saxlanılmasını tələb edən prinsip hansıdır?

A) ənənəvi prinsip;

B) fonetik prinsip;

C) rəmzi prinsip;

D) etimoloji prinsip;

E) morfoloji prinsip


134.Fonetik, morfoloji, tarixi-ənənəvi prinsiplər dilçiliyin hansı şöbəsinə aiddir?

A) orfoqrafiya;

B) orfoepiya;

C) fonetika;

D) leksikologiya;

E) morfologiya


135. Hansı söz tərkibinə görə mürəkkəb söz deyil?

A) böyürtkən

B) itburnu

C) qızılgül

D) istiot

E) dəvəquşu


136.Şəkilcilərdən hansı dilimizdə həm də müstəqil söz kimi işlənə bilir?

A)- ar2

B) - lar2

C)- lan2

D)- laş2

E)- nın4


137. Biri ön şəkilçilərə nümunə ola bilməz:

A) gil


B) bi

C) ba


D) na

E) anti
138.“Qızartı” ismi hansı nitq hissəsindən əmələ gəlib?

A) fel

B) zərf


C) sifət

D) əvəzlik

E) isim
139.İsmin adlıq halında olan sözlərlə ifadə olunmaq xüsusiyyəti aşağıdıkılardan hansıları üçün ortaqdır?

1. mübtəda 2. tamamlıq 3. feli bağlama 4. ara söz 5. xitab

A) 1,5


B) 1,2

C) 3,4


D) 2,3

E) 4,5
140.Hansı isimlər qeyri-müəyyən təsirlik halda işlənə bilməz?

A) xüsusi isimlər

B) ümumi isimlər

C) tək isimlər

D) mücərrəd isimlər

E) cəm isimlər
141.Sözlərdən biri xəbərlik şəkilçisi qəbul etmişdir:

A) mühəndisəm

B) anam

C) vəzifəm

D) gözlərim

E) könlüm


142. Hansı birləşmənin birinci tərəfini isimlə əvəz etmək olar?

A) onun namusu

B) mənim vətənim

C) sənin torpağın

D) bizim məsləkimiz

E) sizin məqsədiniz


143.Verilmiş nümunədə neçə düzəltmə isim var?

Saçlarıma yaxşı baxın, ağarmış,



Sevgiyə bax, ondan ölüm doğarmış

Güvəndiyim dağlara qar yağarmış,

Zirvələrin qışına bax, qışına.

A) 2


B) 1

C) 3


D) 4

E) 5
144.Hansı cümlədə həm yiyiəlik, həm də təsirlik halda olan söz işlənmişdir?

A) O, iclas vaxtı qəzet oxuyurdu.

B) Dünən bazar günü idi?

C) Vətəni, torpağı, xalqı sevin.

D) Qonaqlar evi asan tapdılar.

E) Qardaşı çörək dükanına getdi.
145.Feldən düzələn isimlər cərgəsini göstərin:

A) sürgün,yataq

B) süründürməçilik, soraq

C) tanışlıq, yazıçı

D) vergi, bitkiçilik

E) meşəlik, qırğın


146.İsmin hansı halları şəkilçisiz də işlənə bilir?

A) yiyəlik və təsirlik

B) yiyəlik və yönlük

C) təsirlik və yerlik

D) yiyəlik və çıxışlıq

E) adlıq və çıxışlıq


147.Təsirlik hallı söz, əsasən, hansı cümlə üzvü vəzifəsində işlənir?

A) tamamlıq

B) xəbər

C) mübtəda

D) təyin

E) zərflik


148.Aşağıdakı xüsusiyyətlərdən biri ismə aid deyil:

A) zamana görə dəyişmək

B) tək və cəm olmaq

C) mənsubiyyətə görə dəyişmək

D) hallanmaq

E) cümlədə, əsasən, mübtəda, tamamlıq olmaq


149.- kar, -dar, -vi şəkilçiləri neçə cür yazılır?

A) bir cür;

B) iki cür;

C) dörd cür;

D) iki və dörd cür;

E) bir və iki cür


150.Qapalı saitli şəkilçilər neçə cür yazılır?

A) dörd cür;

B) iki cür;

C) bir cür;

D) iki və dörd cür;

E) bir və iki cür


151.Bir vürğu və bir mənaya malik olub, tamamilə bir leksik vahidə çevrilmiş sözlər necə yazılır?

A) bitişik;

B) yarım bitişik;

C) ayrı;

D) defislə;

E) yarımbitişik və ayrı


152.Verilmiş mürəkkəb sözlərdən biri defislə yazılmalıdır

A) əmin amanlıq;

B)canbir;

C) birə on;

D) alnıaçıq;

E) gözə gəlmə


153.Sətirdən sətrə keçirmək üçün hecalara düzgün ayrılmamış sözlər hansıdır?

1.bə-di-i; 2. Dağıs-tan; 3. Dia-qram; 4. a-fi-şa; 5. sür-ət; 6. kitabla-rım

A) 1,4;

B) 4, 5;

C) 1,2,6;

D) 2,3,5;

E) 2,3.
154.Birinci orfoqrafiya konfransı neçənci ildə keçirilmişdir?

A) 1928;


B) 1927;

C) 1922;

D) 1933;

E) 1939
155.İkinci orfoqrafiya konfransı neçənci ildə keçirilmişdir?

A) 1931

B) 1939;



C) 1922;

D) 1930

E) 1928;
156.Nitq hissələri haqqında verilmiş fikirlərdən hansı səhvdir?

A) Bütün nitq hissələri suala cavab verir.

B) Sözlər daşıdıqları leksik-qrammatik mənaya görə nitq hissələrini əmələ gətirirlər.

C) Nitq hissələri dilçiliyin morfologiya şöbəsində öyrənilir.

D) Köməkçi nitq hissələri qrammatik mənaya malikdir.

E) Əsas nitq hissələri leksik və qrammatik mənaya malikdir.


157.Nitq hissələrini və onların dəyişməsi qaydalarını öyrənən dilçilik şöbəsi necə adlanır?

A) morfologiya

B) orfoqrafiya

C) leksikologiya

D) fonetika

E) sintaksis


158.«Sözün başlanğıc forması» dedikdə nə nəzərdə tutulur?

A) sözün qrammatik şəkilçiyə qədərki hissəsi

B) sözün kökü

C) sözün sözdüzəldici şəkilçiyə qədərki hissəsi

D) sözün ilk hecası

E) sözün ilk şəkilçiyə qədərki hissəsi


159.Aşağıdakı nitq hissələrindən biri köməkçi nitq hissələri sırasına səhvən düşmüşdür:

A) zərf

B) bağlayıcı

C) ədat

D) qoşma

E) modal sözlər

160.Aşağıda göstərilənlərdən hansı isim üçün doğru deyil?

A) zamana görə dəyişir

B) mənsubiyyətə görə dəyişir

C) cəm şəkilçisi qəbul edir

D) hallanır

E) sadə, düzəltmə, mürəkkəb olur


161.Hansı isimlər qeyri-müəyyən təsirlik halda işlənə bilməz?

A) xüsusi isimlər

B) cəm isimlər

C) ümumi isimlər

D) tək isimlər

E) mücərrəd isimlər


162.Qeyri – müəyyən təsirlik hala aid edilən əlamətlərdən biri səhvdir:

A) Bu hal cümlənin xəbəri kimi işlənə bilər.

B) Onu təsirli feldən ayırıb cümlənin başqa yerinə apardıqda müəyyən təsirlik hal formasına düşür.

C) Qeyri – müəyyən təsirlik halla təsirli fel arasına heç bir söz artırmaq mümkün deyil.

D) Qeyri – müəyyən təsirlik hal bütün məqamlarda təsirli feldən əvvəl gəlir.

E) Vasitəsiz tamamlığın bir növü bu yolla düzəlir.


163.İsmin hansı halları şəkilçisiz də işlənə bilir?

A) yiyəlik və təsirlik

B) yiyəlik və yönlük

C) təsirlik və yerlik

D) yiyəlik və çıxışlıq

E) adlıq və çıxışlıq


164.Yiyəlik hal şəkilçisi hansıdır?

A) –ın 4

B) –da2

C) –a 2,

D) –dan2

E) – ı4


165.Aşağıdakı xüsusiyyətlərdən biri ismə aid deyil:

A) zamana görə dəyişmək

B) cümlədə, əsasən, mübtəda, tamamlıq olmaq

C) tək və cəm olmaq

D) mənsubiyyətə görə dəyişmək

E) hallanmaq


166.Mürəkkəb adların ixtisarına şəkilçi artırılarkən harada səhvə yol verilmişdir?

A) BDU –nə

B)BMT – də

C) ATU – ya

D) FİFA- ya

E) ARDNŞ-nin


167.Aşağıda göstərilənlərdən hansı sifət üçün doğru deyil?

A) hallanır və mənsubiyyətə görə dəyişir

B) necə? nə cür? hansı? suallarına cavab verir

C) müqayisə dərəcələri vardır

D) əşyanın əlamətini bildirir

E) substantivləşir


168.Hansı cümlədə çoxaltma dərəcəsində olan sifət işlənmişdir?

A) Dünən oxuduğumuz kitab olduqca maraqlı idi.

B) Qardaşım tünd çayı çox xoşlayır.

C) O lap gözəllik vurğunudur.

D) Mən onu ən az sənin qədər tanıyıram.

E) Şirin – şirin xəyallara dalmışam .


169.Cümlələrdən birində iki düzəltmə sifət işlənmişdir:

A) Zəhmətkeşlərin yorucu əməyi yüngülləşdirilməlidir

B) Naxçıvan torpağında bol məhsullu tarlalar var

C) Bu diyarAzərbaycanın ən gözəl guşələrindən biridir.

D) Şəhər yadellilərin hücumuna mətanətlə sinə gərmişdir.

E) Bədxah qonşularımız bu gün də bizə rahatlıq vermirlər.


170.Çoxaltma dərəçəsində olan sifətin isimləşdiyi cümləni göstərin.

A) Almaları seçərək qıpqırmızılarını özüm götürdüm.

B)Yenə də o çox gözəl oxudu.

C) Çox əzilmişləri üstdən yığdılar.

D) Ən maraqlı kitablar əldə idi..

E) Bapbalaca boyu var,

Dam dolusu toyu var.
171.Azaltma dərəcəli sifət hansı cümlədə işlənmişdir?

A) Bu yarpağın rəngi sarı, o biri yarpaq isə yaşıltəhərdir

B) Dəniz kənarında narın və xırda qumlar var idi.

C) Elə bir ah çəkdi axşam küləyi

Susdu igidimin şair ürəyi.

D) Qulluqçu Bahar içəri daxil olur.

E) Meydançada çox gərgin oyun gedirdi.
172.Azaltma dərəcəli hansı sifətlər sintaktik yolla yaranmışdır?

1. açıq-sarı 2. dümqırmızı 3. göyümtül 4. yaşıltəhər 5. yaxşıraq

A) 1,4


B) 1,3

C) 2,4


D)3,5

E) 2,3


173.Say hansı nitq hissəsini izah edir?

A) ismi


B) sifəti

C) feli


D) zərfi

E) əvəzliyi


174.Hansı bənddə kəsr sayı işlənib?

A) Toplanmış vəsaitin ikidə biri körpələr evinə verildi.

B) XIX əsrin əvvəllərində ədəbiyyatımızıda maarifçilik cərəyanı yarandı.

C) Bağın yarısında meyvə ağacları bitmişdir.

D) Şeir müsabiqəsində birincilərə mükafat verildi.

E) Üç- dörd adamın fikri xalqın rəyi demək deyil.


175.Sıra sayları haqqındakı fikirlərdən biri səhvdir:

A) Qurluşca sadə, düzəltmə və mürəkkəb olur.

B) Əşyanın sırasını bildirir.

C) Necənci? sualına cavab olur.

D) İsimləşə bilir.

E) Həştad, milyon, milyard kimi miqdar sayları alınmadır.


176.Hansı sıra sayının yazılışı səhvdir?

A) V-ci


B) 33-cü

C) XV


D) 2 -ci

E) altmışıncı


177. Hansı cavabda numerativ söz kəmiyyət fərqi əmələ gətirib?

A) bir sürü qoyun

B)üç dənə kitab

C) beş baş keçi

D) üç – dörd dənə qələm

E) on nəfər qız


178. Say hansı nümunədədir?

A) Bircə arzum gözümdə qaldı.

B) Bu ilki yarışda birincilik uğrunda mübarizə gedir.

C) Tək sən bu işi bacarmazsan .

D) Mümkün qədər az danış.

E) İstəyinə çatmaq üçün çox çalışmalısan.


179.Hansı bənddə nümerativ söz düzgün islənməmişdir?

A) bir dəst ayaqqabı

B) iki sap mirvari

C) bir nüsxə yazı

D) üç damcı göz yaşı

E) dörd göz otaq


180.Qeyri- müəyyən miqdar sayı haqqında hansı fikir səhvdir?

A) Quruluşça yalnız sadə və mürəkkəb olur.

B) Üç-dörd, beş-altı tipli qeyri-müəyyən miqdar saylarından sonra nümerativ söz işlənə bilər.

C) Defislə yazılan qeyri-müəyyən miqdar saylarına təqribi saylar da deyilir.

D) Az və çox saylarından əvvəl ən, lap,daha ədatları də işlənə bilir

E) Xeyli, bir qədər saylarından sonra gələn isimlər təkdə işlənir.


181.Buraxılmış yerə hansı numerativ sözlər uyğun gəlir?

Üç …. otağı var, içində də cəmi üç … yorğan-döşəyi.

A) Göz, dəst

B) Dənə, göz

C) Ədəd, cüt

D) Göz, tikə

E) Dənə, dəstə


182.Hansı cümlədə eyni sözü həm müəyyən miqdar sayı, həm də kəsr sayının

tərkib hissəsi kimi düşünmək olar?

A) Bağdan alma dərmisənsə, onda birini mənə versən, nə olar ki?

B) Bu payızda məhsulun cəmi üçdə ikisini yığa bilmişik.

C) Üçdə ikisi sənə çataçaq.

D) Vəsaitin tam yarısını körpələr evinə xərclədilər

E) Beş tam onda üçdən beş tam onda iki çıxıldıqda cavab beş tam onda bir edir.
183.Əvəzliyin mənaca hansı növü əvəzliyin özünün də yerində işlənə bilər?

A) sual əvəziliyi

B) işarə əvəzliyi

C) təyini əvəzlik

D) şəxs əvəzliyi

E) qeyri-müəyyən əvəzlik


184.Hansı cümlədə “bu” əvəzliyindən sonra vergül qoyulmalıdır?

A) Bu öz əlimlə bəslədiyim sevgidir.

B) Bu dövrün adamı deyiləm ki, mən.

C) Bu da belə bir ömürdür, yaşadım.

D) Bu gizli eşq ilə yaşayacağam.

E) Bu həm də müəllimin son vəsiyyəti idi.


185.“O” əvəzliyindən sonra hansı cümlələrdə vergülün işlənmə məqamı səhvdir?

I O, məni heç anlamaq istəmir.

II O, da bizim dostlarımızdandır.

III O, ki, sənin əleyhinə danışmaqla məşğuldur.

IV O, barədə səninlə sonra danışarıq.

V O, qapıda qardaşı ilə qarşılaşdı.


A) II,III,IV

B) I,V


C) II,III,V

D) III,IV, V

E) IV,V
186.Düzəltmə əvəzlikləri göstərin:

A) neçənci, kimsə

B) hər kim, kimi

C) mənsiz,özümünkü

D) bizimlə, nə isə

E) kimsəsiz, biri


187. Hallana bilməyən əvəzlikləri göstərin :

A) bəzi, həmin

B) mən, biz

C) kim isə, biri

D) o, bu

E) kim, nə


188. Aşağıdakı əvəzliklərin biri yalnız sifətin yerində işlənə bilir:

A) həmin

B) kimsə

C) hamı


D) belə

E) elə
189.Əvəzliyin mənaca hansı növü əvəzliyin özünün də yerində işlənə bilər?

A) sual əvəziliyi

B) təyini əvəzlik

C) şəxs əvəzliyi

D) qeyri-müəyyən əvəzlik

E) işarə əvəzliyi
190. Hansı cümlədə qeyri-müəyyən əvəzlik işlənib?

A) Bütün bu qarma-qarışıqlıqda kimsə ağlayırdı.

B)Mən bacardığımı etmişəm.

C) Özün barədə düşünməyin məsləhətdir.

D) Bu sənət əsəri hədiyyədir.

E) O tərəfdən də mühasirədəyik.


191.Biri ismi əvəz edə bəlməz:

A) təyin əvəzliyi

B) qeyri-müəyyən əvəzliyi

C) şəxs əvəzliyi

D) qayıdış əvəzliyi

E) sual əvəzliyi


192.İşarə əvəzliklərinin əsas sintaktik vəzifəsi:

A) təyin

B) xitab

C) mübtəda

D) zərflik

E) tamamlıq


193.Şəxs əvəzliklərinin əsas sintaktik vəzifəsi:

A) mübtəda, tamamlıq

B) zərflik, tamamlıq

C) təyin, xəbər

D) xəbər, zərflik

E) tamamlıq, təyin


194.Hansı əvəzliklərə sual vermək olmur?

A) sual


B) təyini

C) şəxs


D) işarə

E) qeyri-müəyyən

195.Xəbər şəklinin xüsusi şəkli əlaməti hansıdır?

A) xüsusi şəkli əlaməti yoxdur, fellərə zaman və şəxs şəkilçiləri artırmaqla düzəlir

B) -ır

C) -acaq



D) idi hissəciyi

E) -malı


196.“Gələcəksən, oxuyacaq” fellərinin zamanını müəyyənləşdirin:

A) qəti gələcək zaman

B) şühudi keçmiş zaman

C) nəqli keçmiş zaman

D) qeyri-qəti gələcək zaman

E) indiki zaman


197.Feli bağlamanın zərfə aid xüsusiyyətlərini göstərin:

A) hərəkətin tərzini və ya zamanını bildirmək

B) təsirli və təsirsiz olmaq

C) növ şəkilçilərini qəbul etmək

D) təsdiq və inkar ola bilmək

E) ətrafına söz toplaya bilmək


198.Hansı cümlədəki fel birgəlik növdədir ?

A) Zaldakı bütün tamaşaçılar gülüşdü.

B) Dostlar bir yerdə işlədilər.

C) Çox şükrü var, genə gəldux görüşdux,

Ötənlərdən, keçənlərdən soruşdux.

D) Qoşunlar şəhərdən çıxan kimi hər kəs bir-birinə qarışdı.

E) Çeynədilər, didişdilər, diddilər,

Bir-birini al qana qərq etdilər.


199.-ar (-ər) felin hansı zaman şəkilçisidir?

A) qeyri-qəti gələcək zaman

B) qəti gələcək zaman

C) indiki zaman

D) şühudi keçmiş zaman

E) nəqli keçmiş zaman


200.Felin qrammatik məna növlərindən hansı yalnız III şəxs təkdə işlənə bilər.

A) şəxssiz

B) məlum

C) qayıdış

D) icbar


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə