Azərbaycan dili və nitq mədəniyyəti Dil haqqında verilən fikirlərdən hansı daha dəqiqdir?


Əleyev İlham Kərim oğlu, həqiqətən, Azərbaycan Texnologiya Universitetinin I kurs tələbəsidir”



Yüklə 1,06 Mb.
səhifə4/6
tarix03.05.2018
ölçüsü1,06 Mb.
#41159
1   2   3   4   5   6
Əleyev İlham Kərim oğlu, həqiqətən, Azərbaycan Texnologiya Universitetinin I kurs tələbəsidir”

A) arayış

B) ərizə

C) akt


D) protokol

E) bildiriş


465. Hansı sıra rəsmi sənədlərdən ibarətdir?
A) sərəncam, fərman

B) arayış, etiket

C) ərizə, bildiriş

D) izahat, tərcümeyi-hal

E) protokol, reklam
466. Hansı işgüzar sənəd deyil?

A) cinayət məcəlləsi

B) etibarnamə

C) qəbz

D) elan

E) izahat


467. Elanla bağlı verilmiş fikirlərdən biri yanlışdır:

A) Şəxsin öz xətti ilə yazılmalıdır.

B) Məlumatın mahiyyəti, məzmunu aydın qeyd olunmalıdır.

C) Məlumatın vaxtı, saatı dəqiq göstərilməlidir.

D) Məlumatın kim tərəfindən verilməsi göstərilməlidir.

E) Tədbirin keçiriləcəyi yer qeyd edilməlidir.


468. Yalnız biri işgüzar sənədlərin əsas xüsusiyyətlərinə aiddir:

A) Xüsusi dövlət əhəmiyyəti daşımır, standart formaya malik olur.

B) Həcmcə böyük olur.

C) Bədii üslub elementlərindən geniş istifadə edilir.

D) Mütəxəssislər tərəfindən tərtib olunur.
E) Mühüm hüquqi məzmuna malik olur.

469. Bunlardan yalnız birini rəsmi-işgüzar üslubun ən sərbəst forması hesab etmək olar?

A) məktub

B)protokol

C) ərizə

D) arayış

E) əmr
470. Hansı işgüzar sənəd fərdin özü tərəfindən hazırlanmır?

A) arayış

B) izahat

C) ərizə

D) tərcümeyi-hal

E) etibarnamə


471. Məktub sözü hansı mənşəlidir?

A) ərəb

B) türk

C) fars

D) tatar

E) monqol


472. Verilmiş sənədi müəyyənləşdirin:

Dekabrın 28-də universitetimizin iclas zalında bayram şənliyi keçiriləcək.

Arzu edənlər iştirak edə bilərlər.

A ) bildiriş

B) protokol

C ) arayış

D) akt

E) ərizə
473. İşgüzar sənədlərə aid cəhətləri seçin:

1. Dövlət əhəmiyyəti daşımır.

2. Mütəxəssislər tərəfindən hazırlanır.

3. Hüquqi məzmuna malik olur.

4. Hər hansı bir şəxs tərəfindən hazırlanır.


A) 1,4

B) 1, 3


C) 1, 2

D) 2,3


E) 3, 4
474.Bunlardan biri rəsmi sənədlər cərgəsində verilə bilməz:

A) xasiyyətnamə

B) əmr

C) qanun

D) fərman

E) sərəncam


475. Yalnız birində müəyyən qədər fərdilik özünü göstərə bilər:

A) tərcümeyi-halda

B) qanunlarda

C) məcəllələrdə

D) arayışda

E) protokolda


476. Rəsmi-işgüzar üsluba aid bəzi sənədlərdə olmaya da bilər:

A) rəsmi vəzifəli şəxsin imzası və möhürü

B) dəqiqlik və konkretlik

C) fikrin yığcam ifadəsi

D) standart formalardan istifadə

E) aydınlıq və yığcamlıq
477. Azərbaycanın dövlət rəmzlərinə aid deyil:

A) dövlət dili

B) dövlət bayrağı

C) dövlət gerbi

D) dövlət himni

E) dövlət bayrağı və dövlət gerbi

478 . Bu ifadələrdən birini ərizəyə dərkənar kimi vermək olmaz:

A) fikirləşərəm

B) müzakirə edilsin

C) rədd edilsin

D) nəzərə alınsın

E) işə götürülsün


479.Bunlardan hansı formaca ərizə ilə eynidir?

A) izahat

B) bildiriş

C) müqavilə

D) məktub

E) arayış


480. Rəsmi işgüzar üslubun ən sərbəst forması hansıdır?

A) məktub

B) bəyanat

C) əmr


D) qaimə

E) sərəncam

481. Hesabat mənşəcə hansı dilə aiddir?

A) ərəb

B) türk

C) fars



D) əfqan

E) Azərbaycan


482. Müqavilədə neçə tərəf ola bilməz?

A) 1


B) 2

C) 3


D) 4

E) 6
483.Biri işgüzar sənədlərə daxil deyil:

A) fərman

B) ərizə

C) arayış

D) xasiyyətnamə

E) elan
484. Hansı sözün hərfi mənası təhqiqat deməkdir və onu dolduran haqqında məlumat deməkdir?

A) Anket

B) Attestat vəsiqə

C) Qəbz

D) Buraxılış vəsiqəsi

E)Bilet
485. Mənası pul, qiymətli şey və s. alınması, qəbul edilməsi müqabilində verilən sənəddir:

A) qəbz

B) vəsiqə

C) propusk

D) bilet


E) şəhadətnamə
486. Epistolyar üslubun hansı növü sosial mahiyyətdə olur?

A)ədəbi məktublar

B)Intim-məişət məktubunda

C)Rəsmi işgüzar məktublar

D)Açıq məktublar

E) Hamısı


487. M.Şəhriyarın “Bir əl silah, bir əl yalın,

Biri tünük, biri qalın,

Deyir haqqınızı alın

Amma hansı kömək ilə

Yemək olur demək ilə? “ misrasını epistilyar üslubun hansı növünə aid etmək olar?

A) ədəbi məktuba

B) Açıq məktuba

C)Intim-məişət məktuba

D)Rəsmi işgüzar məktuba

E)Hamısına


488. N.Gəncəvinin “Elə ki, böyüdün, belədir qayda?

Atanın adından sənə nə fayda?

Sən bir aslan kimi keç cəbhələrdən -,

Yalnız hünərlinin balası ol sən...” misraları epistolyar üslubun hansı tipinə aiddir?

A) Nəsihatnamə tipinə

B) Öyüdnamə tipinə

C)Dəvətnamə tipinə

D) Çağırış tipinə

E)Heç birinə
489. Əməli yazıların hansı iki və qat sözlərindən əmələ gəlib?

A) Diplom

B)Anket

C) Attestat

D)Vəsiqə

E)Buraxılış vəsiqəsi


490. Bu sənəddə işçi haqqında müfəssəl məlumat verilir:

A) Kadrlar uçotuna dair şəxsi vərəqdə

B) Anketdə

C)Şəhadətnamədə

D)Pasportda

E)Vəsiqədə


491. Bu sənəd hər hansı bir şeyə sahib olmaq barədə verilir?

A)Şəhadətnamə

B)Teleqram

C)Telefonoqram

D)Vəsiqə

E)Bilet
492. Diplomatik akt növü olub nota vasitəsilə hər hansı bir hüquq və ya tələb, digər dövlətin düzgün olmayan aktlarına qarşı etiraz bildirilir?

A) Nota

B)Qətnamə

C)Ittahamnamə

D)Təlimat

E) Fərman
493. Bu sənədi təkcə ölkə prezidenti verə bilər:

A) Fərman

B) Qətnamə

C)Təlimat

D) Akt

E) Protest

494. Yazılı nitqin sənədlərindən hansının hərfi mənası çıxarılmış qərar sənədi deməkdir?

A) Qətnamə

B) Fərman

C)Qanun

D) Protokol

E)Annotasiya

495. Yazılı nitqin sənədlərinə aid olan Annotasiya sözünün mənası nədir?

A)Qeyd


B)Mal

C) Elan

D)Söykənmə

E)Şahidlik


496.Yazılı nitqin bu sənədi ilk dəfə qədim Misirdə meydana gəlmiş, sonralar Yunanıstanda və Romada təkmilləşmişdir:

A) stenoqrafiya

B) əqd

C) müqavilə

D)protokol

E) ərizə

497.Biri natiqliyin sahəsi deyil:

A) Publisistik natiqlik

B) Siyasi natiqlik

C) İnzibati-idarə natiqliyi

D) İşgüzar natiqlik

E) Bədii natiqlik


498.Biri müraciət etiketidir:

A) Bağışlayın!

B) Salamat qalın!

C) Allah rəhmət eləsin!

D) Yaxşı yol!

E) Mübarək olsun!


499.Nitq etiketlərindən ibarət məntiqi ardıcıllığı tamamlayın:

1. Allah amanında! 2. Xudahafiz! 3. Görüşənədək! 4. ……….

A)Yaxşı yol

B) Sağlığınıza qismət olsun!

C) Allah şəfa versin!

D) Mübarəkdir!

E) Həmişə ayaq üstə!
500.“Jest” termininin izahı hansı cavabda daha dəqiq göstərilib?

A) Əl- qol hərəkətlərindən məqsədəuyğun istifadə etməkdir.

B) Üz əzələlərinin mənalı hərəkətidir.

C) Razılıq bildirən nitq etiketidir.

D) Dialekt sözüdür.

E) Düzğün nitqə verilən şərtlərdən biridir.

501.Nitq mədəniyyətinin birinci şərti:

A) nitqin düzgünlüyü

B) nitqin dəqiqliyi

C) nitqin ifadəliliyi

D) dilin xalis sözlərindən istifadə

E) nitq aparatının qaydada olması


502. Nitq mədəniyyəti dedikdə nə başa düşülür?

A) dildən ünsiyyət vasitəsi kimi düzgün istifadə qaydaları

B) dilin fonetik tələffüz qaydaları

C) orfoepik qayda-qanunlar

D) Konkret predmeti olan elm sahəsi

E) nitqin məzmunu gözəl olması


503. Nitq mədəniyyətinin göstəriciləri hansıdır?

I. Düzgünlük; II. Elmilik III İfadəlilik

IV. Sərbəstlik V. Dəqiqlik VI. Jest-hərəkəti

A) I, III ,V B) II, IV, V C) I, II, V D) III, V, VI E) II, V, VI


504. Nitqin istiqaməti dedikdə nə başa düşülür?

A) melodiya

B) vurğu

C) fasilə

D) mimika

E) temp
505. Nitq mədəniyyətinin ən mühüm və hamıdan tələb olunan şərti nədir?

A) ədəbi dilin normalarına əməl etmək

B) nitqin əhatəli olmasına əməl etmək

C) nitqin elmiliyinə diqqət yetirmək

D) nitqin bədiiliyinə diqqət yetirmək

E) dialektizmlərdən istifadə etmək
506. Nitq mədəniyytəinə aid əlamətlərdən biri səhvdir:

A) ünsiyyət vasitəsidir

B) törəmədir

C) fərdidir

D) dəyişkəndir

E) şifahi və yazılı şəkildə mövcud olur


507. Nitq mədəniyyətinin konkret predmeti nədir?

A) nitq mədəniyyətinin konkret predmeti yoxdur, dilçiliyin qayda-qanunları öyrənilir

B) nitq mədəniyyətinə dərindən yiyələnmək

C) nitqin dəqiqliyi və düzgünlüyü

D) nitqin fonetik və leksik qayda-qanunları

E) leksik-qrammatik quruluşuna əsaslanır


508. Nitq mədəniyyəti məsələsinə neçənci ildən diqqət yetirilməyə başlayıb?

A) 1950 - ci ildən

B) 1930 - cu ildən

C) 1950 - ci ildən

D) 1940 –cı ildən

E) 1980 –ci ildən


509. Nitq mədəniyyəti Azərbaycanda neçənci ildən tədris edilir?

A) 1980


B) 1929

C) 1932


D) 1940

E) 1950
510. Nitq mədəniyyətinin əsas sahəsi nədir?

A) praktik sahədir

B) mədəni sahədir

C) elmi sahədir

D) nəzəri sahədir

E) məzmunsuz sahədir
511. Nitq mədəniyyətinin əsas məqsəd və vəzifəsi

A). Nitqin sistemliliyi barədə geniş və dərin təsəvvür yaratmaq

B) nitq mədəniyyətinin əsas amilləri

C) nitq mədəniyyətinin diliçiliklə əlaqəsi

D) nitq mədəniyyətinin təbiət elmlərilə əlaqəsi

E) nitq mədəniyyətinin iqtisadiyyatla əlaqəsi


512. Nitq mədəniyyətinin hamı üçün məcburi olan əsas şərti nədir?

A) nitqin düzgünlüyü

B) nitqin elmiliyi

C) nitqin sərbəstliyi

D) nitqin dəqiqliyi

E) nitqin kamilliyi


513. Nitq mədəniyyəti filologiyanın elə bir sahəsidir ki, o...., aşağıdan uyğun olanını seçin.

1. Dilin bütün sahələrində fonetik sistemində, lüğət tərkibində, qrammatik quruluşunda mövcud olan bütün qanunlara əməl olunmasını təmin edir.

2. Nitqin məzmununun gözəl, danışığın aydın və dinləyənin səviyyəsinə

uyğun olmasına diqqət yetirir

3. Ona yiyələnmək hamının hər kəsin işi olmalıdır.

4. Onun konkret predmeti vardır.

5. Natiqlik bəstəkarlıq və rəssamlıq və s. kimi bir sənətdir.

A) 1, 2, 3 B) 1,3, 5 C) 2, 4, 5 D) 2, 3, 4 E) 1, 3, 4

514. Qeyd olunan fikirlərdən hansı yanlışdır?

1- Nitq əsasdır, dil ondan törəmədir

2- sasən sabitdir, nitq dəyişkənditr

3- Nitq ünsiyyət vasitəsidir

4 – Dil irsi və irqi cəhətlərlə bağlıdır

A) 1,3 B) 1,4 C) 2,3,4 D) 2,3 E) 1,2,4

515. Milli mədəniyyətin tərkib hissəsi mövzusunda nə tələb olunur?

A) xalq milli mədəniyyətin, o cümlədən də nitq mədəniyyətinin qoruyucusu və daşıyıcısıdır

B) fonetik-qrammatik quruluş

C) leksik-qrammatik quruluş

D) nitqin dəqiqliyi

E) nitqin səlisliyi

516. Gözəl nitq üçün tələb nədir?

A) dilin səlisliyi, ifadə genişliyi

B) şifahi dildən istifadə

C) öz dilini yaxşı mənimsəməlisən

D) inkişafın yolunda çalışmaq

E) yazılı dildən istifadə


517. Milli mədəniyyətdə milliliyin özünəməxsus dünyabaxşının müəyyən edilməsi:

A)Düşüncə tərzi, əqli-mənəvi dəyəri, milli özünü dərketməsi, anlamı, bədii estetik duyumu, dini görüşü əks olunur

B) maddi və mənəvi mədəniyyətləri fərqləndirmək

C) mədəniyyətin dirçəldilməsi

D) milli mədəniyyətin tərkib hissəsidir

E) təfəkkür mədəniyyətidir

518.Milli qapalılıq meyli mədəniyyətə xeyir gətirmir:

A) Bu durğunluğa, özünü təkrar etməyə aparır

B) Milli mədəniyyətin inkişafına təkan verir

C) dünya mədəniyyətinin tərəqqisində rol oynayır

D) Milli ənənələrin sabitliyini inkişaf etdirir

E) öz töhvəsində inkişafa mənfi təsir göstərir

519. Insanın mənəvi əxlaqi üçün nə vacibdir?

A) əgər təbiət insana bioloji həyat üçün lazımdırsa,

mədəniyyət insanın mənəvi əxlaqi həyatı üçün vacibdir

B) yeni nəsil əcdadlarının mədəniyyətilə

C) sələflərinin mədəniyyətilə

D) ayoıdmaz hissəsi ilə

E) xalqın bir hissəsi üçün vacibdir

520. Nitq mədəniyyətinin ümumi xarakter daşıması kimdən tələb olunur?

A) nitqin düzgünlüyu bütövlükdə xalqdan tələb olunur

B) hamı eyni cür dəqiq danışıb, yazmır

C) sözün fonetik tərkibini hamı bir cür qavramır

D) hamının nitqi gözəl deyil

E) düzgün yazılış, leksik məna, cümlə quruluşunda eyni qavranılmır

521. Nitq mədəniyyətinin xüsusi səciyyə daşıması necə təzahür edir?

A) hamı eyni cür dəqiq danışıb yazmır

B) nitqin gözəlliyi hərədə bir cür təzahür edir

C) sözə yeni məna çalarları qazandırmaq olmaz

D) düzgün tələffüzü hamı eyni cür qavramır

E) cümlənin quruluşu kəskin şəkildə dəyişir

522.Milli mədəniyyət nə ilə müəyyən edilir? (Səhv cavabı tap).

A) Xalqın sayı ilə;

B) Xalqın yaratdığı sərvətlərin kəmiyyəti ilə;

C) Xalqın yaratdığı abidələrin kəmiyyət və keyfiyyəti ilə;

D) Millətin düşüncə tərzi ilə;

E) Əqli-mənəvi dəyəri, özünü dərk etməsi ilə;

523. «Nitq mədəniyyəti milli mədəniyyətin tərkib hissəsidir» mövzusunda nədən bəhs olunur? (Düzgün cavabı hansıdır?)

1. Milli mədəniyyətlər bəşəri mədəniyyətdən bəhrələnir.

2. Azərbaycan milli mədəniyyəti də bəşəri mədəniyyətdən bəhrələndiyi kimi, dünya mədəniyyətinin tərəqqisində də böyük rol oynayır.

3. Dil və nitq mədəniyyəti xalq mədəniyyətinin tərkib hissəsidir.

4. Nitq mədəniyyəti mədəni insan şəxsiyyətinin formalaşmasında mühüm əhəmiyyət kəsb edir.

5. Nitq mədəniyyəti insanın kamilləşməsində böyük rol oynayır.

A) Hamısı;

B) 1, 4;

C) 2, 3;


D) 1, 3;

E) 4, 5;


524. Ümumxalq mədəniyyətinin tərkib hissələri olan nitq, estetika və incəsənətin əsası harada qoyulmuşdur?

A) Misir, Babilistan, Hindistan, Çin, Şumerdə;

B) Misir, Babilistanda;

C) Çində;

D) Hindistanda;

E) Şumerdə;

525. Dil və nitq mədəniyyətinin fərqi:

A) dil ünsiyyət vasitəsidir

B) dil əsasdır

C) nitq əsasdır

D) dil tarixən çox dəyişkəndir

E) nitq az dəyişkəndir

526. Qeyd olunan fikirlərdən hansı yanlışdır.

1.- nitq əsasdır, dil ondan törəmədir

2.- dil əsasən sabitdir, nitq dəyişkəndir

3. –nitq ünsiyyət vasitəsidir

4. - dil ünsiyyət vasitəsidir

5. Dil irsi və irqi cəhətlərlə bağlıdır

A) 1,3,5 B) 1,4,5 C) 2,3,4 D) 2,4,5 E) 1,2,4

527. Dil və nitq mədəniyyəti nə vaxt formalaşmışdır?

A) XIX əsrin sonu, XX əsrin əvvəllərində

B) III-V əsrlərdə

C) XI əsrdə

D) XV əsrin sonu, XVI əsrin əvvəli

E) XVIII əsrdə

528. Dil və nitq mədəniyyətinin daşıyıcısı kmdir?

A) xalqdır

B) millətdir

C) heç biri deyil

D) irqdir

E) dövlətdir

529. Biri dil mədəniyyətinin və nitq mədəniyyətinin formalaşmasında rol oynamır:

A) dəqiq elmləri mükəmməl öyrənmək

B) qrammatik qayda-qanunları bilmək

C) orfoepik vərdişlərin olması

D) danışıq üzvlərinin normal vəziyyəti

E) intonasiya, vurğu haqqında anlayış

530. Hansı filologiya elminin praktik sahəsidir?

A) Nitq mədəniyyəti

B) Etimologiya

C) Morfologiya

D) Üslubiyyat

E) Leksikologiya

531. Zəngin nitq mədəniyytəindən xəbər verən ədəbiyyat hansıdır?

A) «Kitabi Dədə Qorqud»

B) «Koroğlu»

C) «Leyli və Məcnun»

D) «Əsli və Kərəm»

E) «Danabaş kəndinin əhvalatları»

532. Yüksək səviyyəli mədəni nitqin şərtləri

A) düzgünlük, dəqiqlik, ifadəlilik

B) aydındıq, zənginlik, səlislik

C) sadəlik, ifadəlilik, doğruluq

D) obrazlılıq, məcazilik, dəqiqlik

E) mənası aydın, anlaşıqlı sözlərdən istifadə

533. Filologiya elminin bu sahəsi daha çox praktik səciyyə daşıyır və burada bu və ya digər dil faktı, dil hadisəsi yox, üsullar, qayda-qanunlar öyrənilir.

A) qrammatika

B) üslubiyyat

C) nitq mədəniyyəti

D) tərcüməşünaslıq

E) ədəbiyyatşünaslıq

534. Dil və mədəniyyət arasındakı əlaqəni göstər:

A) Dil mədəniyyətin tərkib hissəsi olsa da, milli mədəniyyətin ifadəçisidir

B) dialekt vəhdət

C) qarşılıqlı münasibət

D) mühüm olmayan əlamətlərdir

E) ümumbəşəri əlamətlər sayılır

535. Gözəl nitq üçün nə tələb edilir?

A) dilin səlisliyi, ifadə genişliyi

B) şifahi dildən istifadə

C) öz dilini mənimsəmə

D) inkişaf yolunda çalışmaq

E) yazılı dildən istifadə

536. Hansı sıra nitq fəaliyyəti adlanır?

A) nitq fəaliyyəti- nitqin təzahürü üçün lazım gələn ictimai, psixoloji aktların sistemidir

B) şəxsin dil qabiliyyəti

C) dildən əlaqə vasitəsi kimi istifadə edilməsi

D) yazılı rabitəli nitq

E) insanın dilə, nitqə münasibəti

537. Dil və nitqin fəaliyyəti ilə bağlı səhvi göstər.

A) nitq əsasdır, dil ondan törəmədir

B) dil ictimai hadisədir

C) dil çox az dəyişikliyə uğrayır

D) dil ünsiyyət prosesidir

E) dil ünsiyyət vasitəsidir

538. Nitq fəaliyyətini necə adlandırmaq olar?

A) nitqin təzahürü üçün lazım gələn ictimai, psixoloji və fizioloji aktların sistemi

B) dildən əlaqə vasitəsi kimi istifadə edilməsi

C) insanın dilə, nitqə münasibəti

D) şəxsin dil qabiliyyəti

E) yazılı rabitəli nitq

539.Dil və nitqlə bağlı fikirlərdən biri səhvdir:

A) nitq əsasdır, dil ondan törəmədir

B) dil ünsiyyət vasitəsidir

C) dil ünsiyyət prosesidir

D) dil ictimai hadisədir

E) dil çox az dəyişikliyə uğrayır

540.Dil və nitq fəaliyyətinin fərqi:

A) dil ünsiyyət vasitəsidir, nitq ünsiyyət prosesidir

B) dil əsasdır

C) nitq əsasdır

D) dil tarixən çox dəyişkəndir

E) nitq az dəyişkəndir

541 .Dil və nitq haqqında deyilənlərdən biri səhvdir

A) Nitq dildən fərqli olaraq heç vaxt dəyişmir

B) Dil əsasdır nitq ondan törəmədir

C) Nitq ünsiyyət prosesidir

D) Dil ünsiyət vasitəsi olub, mücərrəd işarələr sistemidir

E) Dilin bütün imkanlarından istifadə edir

542. Nitq fəaliyyəti dedikdə nə başa düşülür?

A) ntiqin təzahürü üçün lazım olan ictimai, psixoloji və fizioloji aktların sistemi

B) terminlərdən istifadə

C) obrazlılıqdan istifadə

D) məcazilikdən istifadə

E) fikrin ifadəsi üçün bilavasitə tələb olunan dil vasitələrini tapmaq

543. Nitqin təzahürü üçün lazım gələn ictimai-psixoloji və fizioloji aktlar sistemidir:

A) nitq fəaliyyəti

B) nitq mədəniyyəti

C) nitq

D) dil


E) nitq istisnaları

544.Nitqin dil fəaliyyətindəki fikirlərindən biri səhvdir.

A) dil tarixən çox dəyişkəndir.

B) irqi və irsi cəhətlərlə bağlı deyil

C) dil yalnız insana məxsusdur

D) ictimai hadisədir

E) ünsiyyət vasitəsidir

545.Nİtq fəaliyyəti adlanır:

A) nitqin təzahürü üçün lazım gələn ictimai, psixoloji və fizioloji aktlar sistemi

B) nitqin ədəbi tələffüz baxımından dəqiqliyi

C) terminlərdən istifadə etməklə elmiliyin gözlənilməsi

D) obrazlılıq və məcazilikdən geniş istifadə etmək

E) firkin ifadəsi üçün lazım gələn

546. Nitq fəaliyyətinin dəyişkənliyinin səbəbi:

A) dilin qayda-qanunlarının dəyişkənliyi

B) ictimai- iqtisadi tələblər

C) tənzimləmə vasitələrinin olmaması

D) dildən törəməsi, asılı olması

E) fərdiliyi, dövr və şəraitdən asılı olmaması

547.Nitq üçün monoloji və dialoji nitq səciyyəvidir:

A) monoloji nitqdə danışan şəxsin özü, daxili aləmi əks olunur

B) monoloq öz mahiyyəti ilə ümumi dilin ən dəqiq formasıdır

C) ənənəvi elementlərdən ibarətdir

D nitqin bu forması dialoji nitqdə mühüm rol oynamır

E) monoloji nitqin daxili stimula əlaqəsi yoxdur

548. Nitq mədəniyyətinin xüsusi səciyyə daşıması necə təzahür edir?

A) hamı eyni cür dəqiq danışıb yazmır

B) nitqin gözəlliyi hərədə bir cür təzahür edir

C) sözə yeni məna çalarları qazandırmaq olmaz

D) düzgün tələffüzü hamı eyni cür qavramır

E) cümlənin quruluşu kəskin şəkildə dəyişir

549. Monoloji nitqin Azərbaycan dilində ən çox işlənən növləri hansılardır?

A) Nəqletmə monoloqu, təsviri monoloq, daxili monoloq, lirik monoloq, drammatik monoloq;

B) Təbliği monoloq, təsviri monoloq;

C) Inandırma monoloqu, məlumatverici monoloq;

D) Drammatik monoloq, texniki monoloq;

E) Texniki monoloq, teatr monoloqu;

550. Nitqin növlərinə aid göstərilən xüsusiyyətlərdən biri səhvdir?

A) Bu duyğular oxuyub yazmaq, düzgün danışmaq bacarıqlarının inkişafına təsir göstərmir.

B) Nitqin iki növü vardır: şifahi və yazılı.

C) Şifahi və yazılı nitq dil vasitəsi ilə ünsiyyətin iki formasıdır.

D) Şifahi nitqin əsasında nitq orqanlarından gələn eşitmə duyğusu durur.

E) Yazılı nitqin əsasında isə görmə və hərəki duyğular durur

551. Monoloq nədir? Səhv cavabı tap.

A) Monoloq rabitəli nitq şəraitində baş verir

B) Monoloq danışanın öz-özünə müraciətlə söylədiyi nitqdir.

C) «Monoloq» öz mahiyyəti ilə ümumi dilin ən dəqiq formasıdır.

D) Monoloq fərdi düzülüşün məhsuludur.

E) Monoloq nitqi üslubun qurulmasının xüsusi formasıdır

552. Monoloji nitqin xüsusiyyətlərini göstər!Səhvi tap.

A) Monoloji nitqin sual-cavab forması əsas rol oynayır.

B) Monoloji nitq özünün iki formada göstərir: şifahi və yazılı.

C) Monoloji nitqin yazılı forması həcmcə geniş, şifahi forması isə qısa

və konkret olur.

D) Monoloq latınca mono – bir, loqos – nitq mənasını verir.

E) Monoloji nitq öz –özünə müraciətlə söylənilən nitqdir.

553. Dialoq nədir? Səhv cavabı tap!

A) Ifadələrin uzunluğu, genişliyi, onların sintaktik quruluşunun mürəkkəbliyi ilə səciyyələnir.

B) Iki və daha çox şəxs arasında gedən qarşılıqlı söhbətdir.

C) Respublikalardan təşkil olunur.

D) Müəyyən konkret şəraitdə ünsiyyətin ikitərəfli canlı təlim prosesidir.

E) Dialoqda ifadəlilik, ekspressiv – intonasiya və hərəkət formaları daha aydın görünür və aydın eşidilir.

554. Dialoq hansı formalarda olur? Düzgün cavab hansıdır?

1.Dialoqun iki: mikrodialoq və makrodialoq forması vardır.

2.Mikrodialoq bir neçə nəfərin mükaliməsindən ibarətdir.

3.Makrodialoq bütövlükdə bədii əsərlərin quruluşunu təşkil edir.

4.Dram əsərləri makrodialoq əsasında yaradılır.

5.Dialoqun xarakterik əlamətlərindən biri replika, emosionallıq, yığcamlıqdır.

A) Hamısı; B) 1, 3; C) 2, 3, 4; D) 1, 4; E) 2, 5;

555.Dialoji nitqin neçə forması var?

A) beş;

B) üç;


C) dörd;

D) iki;


E) altı;

556. Dialoji nitqin hansı formaları var? Düzgün cavab hansıdır?


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə