Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİ ÜZRƏ 75 sual



Yüklə 18,11 Kb.
tarix30.10.2018
ölçüsü18,11 Kb.
#76759
növüYazı

AZƏRBAYCAN DİLİ VƏ NİTQ MƏDƏNİYYƏTİ FƏNNİ ÜZRƏ

75 SUAL

1. Dil nədir və onun vəzifələri nədən ibarətdir?

2. Dilin qayda-qanunları, xüsusiyyətləri və quruluşunu öyrənən elm necə adlanır və onun hansı sahələri vardır?

3. Yazı və onun növləri barədə məlumat verin.

4. Qohum dillər.Türk dilləri ailəsində Azərbaycan dilinin yeri barədə yazın.

5.Azərbaycan dilinin inkişafında ulu öndər Heydər Əliyevin rolu haqqında



məlumat verin.

  1. Fonetika haqqında ümumi məlumat yazın.

  2. Sait və samit səslərin təsnifatı haqqında məlumat verin.

  3. Ahəng qanunu nəyə deyilir?

  4. Söz sətirdən – sətrə necə kecirilir?

  5. Heca və vurğu haqqında məlumat yazın.

  6. Leksika. Söz, sözün leksik və qrammatik mənaları haqqında danışın.

  7. Sözün həqiqi və məcazi mənası nədir?

  8. Təkmənalı və coxmənalı sözlər nəyə deyilir?

  9. Omonim, sinonim və antonimlər barədə yazın.

  10. Əsl Azərbaycan sözlərinin alınma sözlərdən fərqləndirən xüsusiyyətlər hansılardır? Arxaizim və neologizimlər haqqında məlumat verin.

  11. Morfologiya və nitq hissələri haqqında məlumat yazın.

  12. İsim. İsimin qurluşca növləri, ümumi və xüsusi isimlər haqqında məlumat verin.

  13. İsmin hal katiqoriyası haqqında yazın.

  14. Tək və cəm isimlər nəyə deyilir?

  15. İsim mənsubiyyətə görə necə dəyişir?

  16. Sifət barədə məlumat yazın.

  17. Sifətin qurluşca növləri və müqayisə dərəcələri haqqında yazın.

  18. Sifətin cümlədə rolu nədən ibarətdir?

  19. Say haqqında ümumi məlumat yazın.

  20. Sayın qurluşca və mənaca növləri barədə məlumat verin .

  21. Feilin təsriflənən formaları, əmr və xəbər şəkilləri barədə məlumat verin.

  22. Feilin arzu, vacib, lazım və şərt şəkilləri barədə nə bilirsiniz?

  23. Təsriflənməyən feil formalarından məsdər və onun xüsusiyyətləri barədə məlumat yazın.

  24. Feili sifət, onun yaranma yolları, feilə və sifətə aid xüsusiyyətləri nədən ibarətdir?

  25. Feili bağlama haqqında ümumu məlumat verin.

  26. Zərf, onun məna növləri və başqa nitq hissələrindən fərqləndirilməsi barədə yazın.

  27. Qoşma. Qoşmaların sinonimliyi və omonimliyi haqqında məlumat yazın.

  28. Bağlayıcıların növləri və bağlayıcılarda vergülün işlədilməsi qaydaları hansılardır?

  29. Ədatların məna növləri və onların başqa nitq hissələrindən fərqləndirilməsi barədə məlumat verin.

  30. Modal sözlər və nida haqqında ümumi məlumat yazın.




  1. Söz birləşməsi nədir? Söz birləşməsi ilə sözün və cümlənin oxşar və fərqli cəhətləri nədən ibarətdir? Fikrinizi nümunələr əsasında yazın.

  2. Birinci növ təyini söz birləşmələri və onların cümlədə rolu barədə məlumat verin.

  3. İkinci növ təyini söz birləşmələrinin xüsusiyyətləri nədən ibarətdir və üçüncü növ təyini söz birləşmələri arasında olan fərqli cəhətlər hansılardır?

  4. Üçüncü növ təyini söz birləşmələri barədə məlumat yazın.

  5. Feili birləşmələr və onların cümlədəki rolu barədə ümumi məlumat yazın.

  6. Cümlə haqqında ümumi məlumat yazın. Cümlənin quruluşca növləri hansılardır?

  7. Cümlə üzvləri nəyə deyilir?

  8. Mübtəda və onun ifadə vasitələri barəsində məlumat yazın.

  9. Xəbərin mübtəda ilə şəxsə və kəmiyyətə görə uzlaşması haqqında yazın.

  10. Xəbər və xəbərin ifadə vasitələri barədə məlumat verin.

  11. Vasitəli tamamlıq və onun ifadə vasitələri barədə məlumat verin.

  12. Vasitəsiz tamamlıq və onun ifadə vasitələri barədə yazın.

  13. Təyin haqqında ümumi məlumat verin.

  14. Tərzi-hərəkət, zaman və yer zərflikləri barədə məlumat verin.

  15. Kəmiyyət, səbəb və məqsəd zərflikləri barədə yazın.

  16. Ədəbi dilin üslubları haqqında bildiklərinizi yazın.

  17. Dil və nitq. Sözün nitqdə rolu barədə məlumat hazırlayın.

  18. Nitq mədəniyyətinin ədəbiyyat və məntiqlə əlaqəsi haqqında məlumat verin.

  19. Ünsiyyət mədəniyyti, danışıq etikası və müraciət formaları haqqında yazın.

  20. Nitq mədəniyyətinin pedaqogika və psixologiya əlaqəsi barədə yazın.

  21. Natiqlik sənətinin tarixi barədə məlumat yazın.

  22. Qədim Roma natiqlik məktəbi haqqında məlumat verin.

  23. Yunan natiqlik məktəbi barədə yazın.

  24. Qərbi Avropada və Rusiyada natiqlik sənəti barədə məlumat verin.

  25. Azərbaycanın tanınmış natiqləri haqqında bildiklərinizi yazın.



  1. Natiqlik sənətinin cəmiyyətdəki rolu nədir?

  2. İctimai-siyasi natiqlik barədə məlumat yazın.

  3. Akademik natiqlik nədir?

  4. Məhkəmə natiqliyi haqqında məlumat verin.

  5. Nitq mədəniyəti məqsəd və vəzifələri haqqında yazın.

  6. Üslubi normalar haqqında bildiklərinizi yazın.

  7. Nitqin hazırlanmasında planın rolu nədən ibarədir?

  8. Nitq mədəniyyətinə verilən tələblər hansılardır?

  9. Nitqin mərhələləri barədə yazın.

  10. Nitqin hazırlanmasında konspektin rolu nədən ibarətdir?

  11. Şifahi və yazılı nitq barədə məlumat verin.

  12. Nitq prosesində tələffüz və fasilədən necə istifadə olunmalıdır?

  13. Nitq prosesində orfoepiyanın və orfoqrafiya qaydalarının rolu nədən ibarətdir?

  14. Dialoji və monoloji nitq haqqında yazın.

  15. Pauza, jest və mimika haqqında məlumat yazın.



Yüklə 18,11 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə