Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİ ÜZRƏ kollokvium suallarinin cavablari



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə20/28
tarix08.10.2023
ölçüsü0,62 Mb.
#126306
1   ...   16   17   18   19   20   21   22   23   ...   28
Az-dili-ve-nitq-medeniyyet-I-kollekvium-25-yaz-l-sual-ve-cavab1

tamamlıq, zərflik 
və bəzən də xəbər kimi iştirak edə bilir. Məs.: Ağacdan 
(nədən?) budaq qırdım. Qədir kənddən (haradan?) uzaqlaşdı. Məktub kənddəndir 
(hardandır?). 
İsmin çıxışlıq halı yönlük halda ifadə olunan fıkrin əksini bildirir.Yönlük hal hərəkətin 
son, çıxışlıq hal isə başlanğıc nöqtəsini bildirir. 
Sual 19- cavab 
Tək və cəm isimlər nəyə deyilir
 
İsimlər kəmiyyət baxımından tək və ya cəm olur. 
İsmin ifadə etdiyi əşya iki və ya daha 
artıq olsa, o zaman -lar
2
şəkilçisi qəbul edir. 
İsimlərin tək və ya cəm olması; şəhər-şəhərlər, 
odun-odunlar, maşın-maşınlar 
və s. 
Cəmlənmək daha çox ümumi isimlərə aiddir

İsimdən əvvəl müəyyən miqdar sayı gələrsə, isim cəm şəkilçisi qəbul etmir: 
beş kitab, altı 
durna və s. 
Beş kitablar olmaz. 
İstisna hallarda bədii xüsusiyyət daşıyaraq xüsusi isimlər də cəm şəkilçisi qəbul edir: 
Öldü 
Balaşları 
öldürən əsgər, Öldü 
Gülüşləri 
güldürən əsgər. (M.Müşfıq) 
Xüsusi 
isimlər cəm şəkilçisi qəbul etdiyi zaman böyük hərflə yazılır.
Sözün son samitindən asılı olaraq, cəm şəkilçisinin ilk samiti fərqli tələffüz oluna 
bilər. Bu daha çox sonu 
t, n, z, 
və 

samitləri ilə bitən sözlərdə özünü göstərir: canlar 
[cannar], qızlar [qızdar], şairlər [şairrər]. 2. -lar
2
şəkilçisi bəzən mənsubluq və ya 
xəbərlik anlayışı da bildirir: onların anaları, bunlar uşaqdırlar və s. 
Elə isimlər var ki, onlar cəm şəkilçisi qəbul etmədən say etibarı ilə çoxluq, topluluq 
bildirir
. Məs.: cəmiyyət, qoşun, ordu, ilxı, naxır, partiya, dəstə, xalq, camaat, el, üləma, 
şüəra, əhali, alay və s. 
Bunlara toplu isimlər deyilir. 
Topluluq bildirən isimlər 
qrammatik cəhətdən tək isimlərdir.Toplu isimlər cəm şəkilçisi qəbul edə bilir. İstisna 
olaraq camat, şüəra, əhali, üləma sözləri cəm şəkilçisi qəbul etmir. 

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə