Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİ ÜZRƏ kollokvium suallarinin cavablari



Yüklə 220,83 Kb.
Pdf görüntüsü
səhifə1/8
tarix22.11.2017
ölçüsü220,83 Kb.
#11397
  1   2   3   4   5   6   7   8


 

AZƏRBAYCAN  DİLİ  VƏ  NİTQ  MƏDƏNİYYƏTİ  FƏNNİ  ÜZRƏ 



 KOLLOKVİUM SUALLARININ CAVABLARI 

   Mövzu 1      

Sual 1. Dil nədir və onun vəzifələri nədən ibarətdir? 

        Dil  çox-çox  qədim  zamanlarda  toplu  halında  yaşayan  insanların  bir-biri  ilə 

ünsiyyət saxlamaq zərurətindən meydana çıxmışdır.Deməli, dil insanlar arasında 

ünsiyyət vasitəsidir.  Dil ünsiyyət  vasitəsi  kimi  yalnız  müəyyən  şəraitdə  ─ insan 

cə-miyyətində yaranır və fəaliyyət göstərir. Dilin varlığı üçün bəşər cəmiyyətinin 

ol-ması  vacib  şərtdir.  İnsan  cəmiyyəti  olmayan  yerdə  dil  mövcud  ola  bilməz. 

Buna görə də dil ictimai hadisə sayılır.  

        Dil ancaq insana məxsusdur və təfəkkürlə bağlıdır. Dilin yaranmasında insan 

orqanizminin şaquli vəziyyətdə olması da mühüm rol oynamışdır. 

        Dilin irsi və irqi cəhətlərlə bağlılığı yoxdur. Belə ki, bir zənci balası körpəlik 

çağından valideynlərindən ayrı düşərək, məsələn, bir azərbaycanlı ailəsində böyü-

yərsə, o, Azərbaycan dilində danışmağa başlayacaq.  

        Dil  mənsub  olduğu  xalqın  həyatı  ilə  sıx  bağlıdır.  Hər  hansı  bir  xalqın  milli 

şüuru, mədəni səviyyəsi inkişaf etdikcə onun dili də inkişaf  edir, təkmilləşir. 

        Dilin üç vəzifəsi vardır: 

        1. Dil cəmiyyətdə ünsiyyət vasitəsidir. 

        2. Dil insanı əhatə edən əşya və hadisələrin adlarını bildirir. 

        3. Dil fikri ifadə edir. 

 

        Sual 2. Dilin qayda-qanunları, xüsusiyyətləri və quruluşunu öyrənən elm 



necə adlanır və  onun hansı sahələri vardır? 

 

        Dilin qayda-qanunları, xüsusiyyətləri və quruluşunu öyrənən elm dilçilik 



elmi adlanır. Dil müxtəlif  baxımdan öyrənildiyi üçün ayrı-ayrı sahələrə bölünür. 

Dilçiliyin  fonetika,  leksikologiya  (frazeologiya  da  bura  daxildir),  morfologiya  və 

sintaksis  kimi  bölmələrdən  başqa,  etimologiya,  lüğətçilik,  dialektologiya  kimi 

sahələri də vardır. Fonetikada danışıq səsləri, ahəng qanunu, heca və vurğu, fonetik 

hadisələr, leksikologiyada dilin lüğət tərkibi, sözlərin mahiyyəti, onların forma  və 

məzmunca  əmələ  gətirdiyi  qruplar,  sözlərin  mənşəyi  və  işlənmə  dairəsi,  eləcə də 

frazeoloji  birləşmələr  öyrənilirsə,  morfologiyanın  predmeti  sözün  tərkibi,  nitq 

hissələri  və  onların  dəyişmə  qaydalarıdır,  sintaksisdə  isə  söz  birləşmələri  və 

cümlələr tədqiq edilir. 

        Sözün mənşəyini, kökünü, nədən törəməsini öyrənən dilçilik sahəsinə etimo-

logiya  deyilir.  Dilimizdə  yaranma  tarixi  çox  qədim  olan  elə  sözlər  var  ki,  indiki 

şəklində daşıdığı leksik məna anlaşılmır, yəni kökü, mənşəyi izah edilə bilmir. Bu 

halda  etimologiya  elminə  üz  tutmaq  lazım  gəlir.  Ya  elmi  əsaslara  söykənən  elmi 

etimologiyanın,  ya  da  xalqın  məntiqinə  əsaslanan  xalq  etimologiyasının,  başqa 

sözlə,  yalançı  etimologiyanın  imkanlarından  istifadə  edilir.  Sözün  kökünü  üzə 

çıxarmaq,  onun  başqa  sözlərlə  bağlılığını  öyrənmək  üçün  aparılan  dilçilik 

araşdırmalarına etimoloji təhlil deyilir. 



 

        Lüğətçilik  (leksikoqrafiya)  dilçiliyin  praktiki  sahəsi  olub,  lüğətlərin  tərtibi, 



yaranma qaydalarını öyrənir. Lüğətlərin tərtibi ilə məşğul olan mütəxəssis lüğət-  

çi ─ leksikoqraf  adlanır. Lüğətlərin bir neçə növü var: izahli lüğətlər, tərcümə lü-

ğətləri və terminoloji lüğətlər. 

        Dialektologiya dialekt və ya şivəni öyrənən dilçilik sahəsidir. Bir çox şivələ-

rimizdə elə qədim sözlər qorunub saxlanmışdır ki, vaxtilə ədəbi dilimizdə işlənmiş

lakin  indi  unudulmuşdur.  Bu  baxımdan  dialektlər  dilimizin  tarixini,  onun  inkişaf  

mərhələlərini öyrənmək üçün çox əhəmiyyətlidir. 

        Nitq  mədəniyyəti  də  dilçiliyin  praktik,  yəni  təcrübi  sahəsi  olub,  dildən 



ünsiyryət  vasitəsi  kimi  istifadə  qaydalarını  öyrənir.  Nitq  mədəniyyətinə  yaxşı 

yiyələnmək üçün dilin fonetik, leksik və qrammatik qayda-qanunlarını bilmək və 

nitq zamanı onlara əməl etmək zəruridir. 

        Nitq  mədəniyyətində  dilçiliyin  nəzəri  fikirləri  əməli  şəkildə  həyata  keçirilir. 

Buna  görə  də  nitq  mədəniyyəti  dilçiliyin  nəzəri  yox,  praktik  sahəsi  sayılır.  Nitq 

mədəniyyətində ayrı-ayrı dil faktları və ya dil hadisələri yox, dilçiliyin qayda-qa-

nunları  sistemi  öyrənilir.  Ümumiyyətlə,  nitq  mədəniyyətinin  konkret    predmeti 

yoxdur. 


 

        Sual 3. Yazı və onun növləri barədə məlumat verin.   

 

        İnsanların səsin çatmadığı, ünün yetmədiyi yerlərlə də əlaqə saxlamaq ehtiya-

cından yazı yaranmışdır. Yazı səsli dilin norma ilə qavrayışını təmin edən işarələr 

sistemidir. 

        Yazının ilkin növü əşyaların köməyi ilə olmuşdir. İnsanlar uzaq yerlərə öz fi-

kirlərini əşyaların köməyi ilə çatdırmışlar. Buna görə də həmin yazı əşyəvi yazı ad-

lanır. 

       Yazının  ikinci  növü  şəkli  (piktoqrafik)  yazıdır.  Bu  yazıda  nəzərdə  tutulan 



əşyanın  şəkli  çəkilir.  Piktoqrafik  yazıya  aid  nümunələr  bugünkü  həyatımızda  da 

müşahidə edilir. Məsələn, gözəllik salonunun qarşısında qadın şəkli,  qayçı, daraq 

şəkli, zoomağazanın qarşısında heyvanların şəkli və s. piktoqrafik yazı nümunələ-

ridir.  


        Piktoqrafik yazıdan sonra  fikri (ideoqrafik) yazı ortaya çıxmışdır. Bu yazıda 

da fikir şəklin köməyi ilə çatdırılır. Piktoqrafik yazıda şəkil birbaşa əşyanın özünü 

bildirdiyi  halda,  ideoqrafik  yazıda  şəkil  rəmzi  mənada  (ideya  şəklində)  işlənir: 

günəş şəkil işıq, nur anlayışı bildirir. 

        Yazının ən son və müasir növü hərfi (fonoqrafik) yazıdır. Fonoqrafik yazının 

ilk mərhələsi heca yazısı (sillabik yazı) olmuşdur. Bu yazıda bir neçə səs bir işarə 

ilə  ifadə  olunmuşdur.  Əsl  fonoqrafik    yazıda  isə  hər  bir  səs  bir  hərfi  ifadə  edir. 

Hazırda  istifadə  etdiyimiz  latın  qrafikalı  Azərbaycan  əlifbası  fonoqrafik  yazıya 

əsaslanır.  

 

        



 


Yüklə 220,83 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə