Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 4,77 Mb.
Pdf görüntüsü
səhifə5/217
tarix08.09.2018
ölçüsü4,77 Mb.
#67585
1   2   3   4   5   6   7   8   9   ...   217

12 

 

I FƏSĠL 



 

AZƏRBAYCANIN III-VII ƏSRLƏRDƏ ƏRAZĠSĠ VƏ 

ƏHALĠSĠ 

 

§ 1. ALBANĠYA. SĠYASĠ-ĠNZĠBATĠ VAHĠDLƏR VƏ 

ETNĠK SƏRHƏDLƏR 

 

V-VIII əsrlə r ermən i yazılı  mənbələ rindəki  mə lu matla ra və alban müə llifi 



Moisey Kalankatlıya görə I-VII əsrlərdə Albaniya Ģimalda Qafqaz sıra dağlarından 

cənubda Araz çayına, qərbdə Ġberiyadan Ģərqdə Xəzər dənizinədək geniĢ bir ərazini 

tuturdu.  Təbii  sərhədlər  bu  ərazini  ço xsaylı  bölgələrə  ayırmıĢdı.  Ġnzibati-ərazi 

baxımından Albaniya vilayətlərə - qavarlara və əyalətlərə -nəhənglərə bölünürdü. 

Albaniyanın  Kürün  sol  sahilin i  tutan  ərazisi  inzibati  baxımdan  ancaq 

qavarlara  -  vilayətlərə  bölünürdü.  VII  əsr  " Erməni  coğrafiyası"na  görə  sol  sahil 

Albaniyası  on  bir  vilayətdən  ibarət  idi.  Yerli  alban  mənbəyi  onlardan  həm  ə razi, 

həm də siyasi baxımdan daha əhəmiyyətli o lan  Qəbələni, ġəkini, Kamb isenanı və 

Ecerin i qeyd edir. Bunlardan Qəbələ, ġəki və Kamb isena kilsə-inzibati vahidi o lan 

yepiskopluq  yeparxiyası  id i;  onların  nümayəndələri  olan  yepiskoplar  bütün  alban 

məclislərində  təmsil  o lunurdular.  Adları  çəkilən  qavarlarla  yanaĢı  sol  sahil 

Albaniyasına heç də həmiĢə Albaniya dövləti tərkibində olmayan Lp iniya və Çoqa 

(Ço la  və  ya.Çora)  ölkələri  də  daxil  id i.  Hələ  V  əsrin  ik inci  yarısında  bu  ölkələr 

özünəməxs ııs  daxili  mu xtariyyəti  saxlayan  ucqar  vilayət  idi.  Lakin  488-ci  ildən 

sonra alban hökmdarı  III  Vaçaqanın dövründə Lp iniya və  Çoqa qəti olaraq Alban 

dövləti  tərkibinə  daxil  o ldu,  Çoqa  vilayəti  eyni  adlı  və  ya  Dərbənd  keçidindən 

cənuba  doğru  -  BaĢ  Qafqaz  sıra  dağlarının  Ģərq  qolunun  Xəzər  dənizinə  lap 

yaxınlaĢdığı  yerədək  (təxminən  BeĢbarmaq  dağınadək)  olan  Xəzərsahili  zolağı 

əhatə edirdi. 

Bu  vilayətdə  tabasaranlılar,  albanlar,  çilblər  (silvlər),  leqlər,  maskutlar, 

xəzərlər, hunlar yaĢayırdılar. Vilayətin əsas Ģəhərləri Çoqa,  Dərbənd və Sri idi. 

Çoqa  vilayəti  mühüm  strateji  əhəmiyyətli  ərazin i  tuturdu.  BaĢ  Qafqaz 

silsiləsi  ilə  Xəzər  dənizi  arasında  olan  və  Albaniya qapıları  adlanan  keçid  burada 

yerləĢirdi.  ġimal  istiqamətindən  gələn,  nəinki  Albaniya,  eləcə  də  Ġran  Sasani 

dövləti  və  Bizans  imperiyası  üçün  təhlükə  təĢkil  edən  mü xtəlif  köçəri  tayfalar 

məh z  bu  qapıdan soxula  bilərdilər.  Ona  görə  bu  keçidin  qorunmasında  albanlarla 

yanaĢı, o dövrün iri dövlətləri olan Sasani Ġranı və Bizans da maraqlı idi. 

Çoqadan qərbdə, onunla ġəki arasında Lp iniya vilayəti yerləĢirdi.  Burada 

albanlar, lp inlər və baĢqa etnik qruplar yaĢayırdılar.  

Alban  tarixçisi  lp inləri  (lupenləri)  müasir  Dağ ıstanın  dağlıq  hissəsində, 

silvlərlə  (çilb lərlə)  yanaĢı  yerləĢdirir.  Bəzi  tədqiqatçılar  (S.Yeremyan,  K.Əliyev ) 




13 

 

lpinləri  Samur  çayın ın  yuxarı  və  orta  his səsində  və  ya  Alazan  çayı  vadisində 



yerləĢdirirlər.  Gö rünür,  lpinlər  Samur  çayının  mərkəzi  hissəsindən  Alazan 

vadisinədək Ģərqdən qərbə doğru uzanan ərazidə məskunlaĢmıĢdılar.  

Kambisena  (Kambecan)  vilayəti  Albaniyanın  Ģimal-qərbində  Ġberiya 

sərhədində yerləĢmiĢdi.  O, Ģimal-qərbdə Alazan çayın ın orta axarından və Ġoridən 

tutmuĢ  cənubda  Kür  çayınadək,  Ģərqdə  isə  Alazan,  Ġori  və  Kür  çayların ın 

qovĢağınadək  olan  ərazin i  əhatə  edirdi.  Bu  vilayət  daĢlı  ġirak  yaylasının  y arısını 

tuturdu.  Burada  albanlar,  lpin lər,  skif,  ya  sak  tayfaları  nəsillərindən  olanlar  və 

nəhayət,  savirlər  yaĢayırdılar.  Bəzi  tədqiqatçılar  (məsələn,  A.Yanovski)  Alazan 

çayı vadisində çilb ləri (silv ləri) də yerləĢdirirlər. 

Eceri  (Heceri)  vilayətinin  adı  müasir  Uca r  Ģəhərinin  adında  qorunub 

saxlan mıĢdır. Mənbələrdən ("AĢharatsuys") görünür ki, bu vilayət DəĢti-Bazqan da 

adlanırdı.  O,  Qəbələ v ilayətindən cənubda, Qarasu və Gird iman çayları aras ındakı 

ərazidə yerləĢirdi, cənub sərhədi Kür çayına çatırdı. 

Qəbələ vilayəti tarixi  Eceri vilayətindən Ģimalda, ġəki və Çoqa vilayətləri 

arasında  yerləĢirdi.  Antik  və  erkən  orta  əsrlər  A lban  dövlətinin  ilk  paytaxtı  o lan 

Qəbələ  Ģəhəri  bu  vilayətdə  idi.  Sasanilərin  təyin  etdikləri  mərzbanların 

iqamətgahına  çevrilən  Qəbələ  bununla  əlaqədar  "Vostani  Mərzban"  adlanmağa 

baĢlayır. Bu vilayətin Ģimalında xeçmataklar,  ijimaxlar, qluarlar, qatlar, cənubunda 

isə  albanlar,  xəzərlər,  hunlar,  bıılqarlar,  barsillər  yaĢayırdılar.  K.V.Treverin 

fikrincə, tavasparlar, xeç matakla r, quqarla r, q luarla r, qatla r Qafqa z etnosu idilər.  

Tarixi  ġəki  (Şako,  Şake)  vilayəti  eyni  adlı  mərkəzi  ilə  (ġake,  gürcü 

mənbələrində  Nu xpato)  Albaniyanın  Ģimal-qərb ində,  Qafqaz  sıra  dağların ın 

ətəyində,  Qəbələ  vilayətindən  Ģimal-qərbdə  yerləĢird i;  bu  vilayət  qərbdən  və 

cənub-qərbdən tarixi Kamb isena vilayəti ilə, Ģimal-Ģərqdən Lpiniya, cənub-Ģərqdən 

isə Qəbələ ilə həmsərhəd idi. 

Belə  güman  edirlər  ki,  antik  dövrdə  Ay  -  Selena  ilahəsinin  məbədi  ġəki 

vilayətində  yerləĢird i.  ġəkidə  albanlarla  yanaĢ ı,  qədim  skif  və  ya  sak  tayfaların ın 

nəsilləri  (bu  öz  əksini  ġəki  toponimində  tapmıĢdır),  eləcə  də  zeken lər  (tsekan), 

xenukla r (henio xla r) yaĢayırdıla r. 

Sağ  sahil  Albaniyası  isə siyasi-inzibati  baxımdan  dörd  iri  nəhəng  əyalətə 

bölünürdü:  Arsax,  Utik,  Paytakaran  və  Sünik.  On ların  hər  biri  ö z  növbəsində 

həmçinin kilsə-in zibati vahidləri də olan qavarlara - vilayətlərə ayrılırdı. 

Azərbaycanın  cənub-Ģərq  hissəsində  yerləĢən  Paytakaran  (yunan-Roma 

mənbələrində Kaspiana, fars-ərəb  mənbələrində Balasakan, Balasacan) əyaləti M il 

və Muğan düzlərinin bir hissəsini, Kür çayından aĢağıda olan ərazin i tııtur, Ģərqdə 

Xəzər dənizinədək u zanırd ı. 

Məlu mdur  ki,  e.ə.  II  əsrdə  erməni  hökmdarı  I  ArtaĢes  tərəfindən  iĢğal 

olunmuĢ  Kaspiana  -  Paytakaran  e.ə.  55-ci  ilə  qədər  Ermənistanın  tərkibində 

qalmıĢdı.  Bundan  sonra  Kaspiana  (Paytakaran)  siyasi  baxımdan  gah  Albaniyaya, 

gah  da Atropatenaya  meyil  göstərmiĢ,  gah  birincinin,  gah  da  ikincin in  tərkibində 




Yüklə 4,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə