Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 4,77 Mb.
Pdf görüntüsü
səhifə6/217
tarix08.09.2018
ölçüsü4,77 Mb.
#67585
1   2   3   4   5   6   7   8   9   ...   217

14 

 

olmuĢdur. Eramızın IV əsrin in ikinci yarısından Kaspiana  - Paytakaran qəti olaraq 



alban  vilayəti  oldu.  Bu  vilayətin  mərkəzi  eyni  adlı  Paytaka ran  -  Beyləqan  Ģəhəri 

idi.  Vilayət  ara-sıra  ö zünəməxsus  daxili  mu xtariyyətdən  də  istifadə  edirdi.  I 

ġapurun  fars  yazısında  (III  əsr)  onun  fəth  etdiyi  ölkələr  sırasında  Paytakaran 

vilayətinin  adı  Albaniya,  Ġberiya  və  Ermən istanla  yanaĢı  çəkilir.  VII  əsr  erməni 

coğrafiyasında  Balasakan  ġimali  Qafqaz  kustuna  daxil  olan  ölkələr  sırasında 

xatırlanır.  Paytakaran  vilayətində  kaspilər,  balasiçlər,  balaslar,  hunlar,  xəzərlər, 

akasirlər, aynianlar yaĢayırdılar. 

Bəzi  tədqiqatlar  kaspiləri  dil  cəhətdən  Ön  Asiya  xalq larına  qohum  hesab 

edir, d igərləri isə Dağıstan tayfalarına aid edirlər.  

Kür çayının sol sahilində yerləĢən tarixi Utik (yunan mənbələrində Otena) 

vilayəti  Ģərqdən  Paytakaran,  cənubdan  Arsax,  Ģimaldan  Kür  çay ı  arasındaydı; 

vilayətin  qərb  hüdudları  Albaniyanın  Ġberiya  ilə  sərhədinə  qədər  uzanırdı. 

Albaniyanın  ikinci  və  sonuncu  paytaxtı  olan  Bərdə  (Partav)  Ģəhəri  bu  vilayətdə 

yerləĢirdi.  551-ci  ildən  Bərdə  Albaniya  katolikosunun  (patriarxın ın),  630-cu  ildən 

isə Mihranilər sülaləsindən olan ilk alban hökmdarı  Varaz  Qriqorun iqamətgahına 

çevrilir.  Uti  əyaləti  -  qavarı  öz  növbəsində  inzibati  vahidlərə  bölünürdü; onlardan 

ən mühü mü Sakasena (ġakaĢen) və Qard man (Girdiman) idi.  

Utidə  məskunlaĢmıĢ  utilər,  qarqarlar,  savdeylər  ənənəyə  görə  albanların 

əfsanəvi  əcdadı  Aranın  nəslindən  hesab  olunurdular.  Bu,  onların  alban  ittifaqı 

tərkib indəki  ən  qədim  yerli  tayfalardan  olduğunu söyləməyə  əsas verir.  Avtoxton 

(yerli)  əhali  ilə  yanaĢı,  Sakasenada  saklar,  Girdimanda  Ġran  mənĢəli  M ihranilər 

məskunlaĢ mıĢdılar.  Bu  tayfaların  adları  öz  əksini  toponimlərdə  tapır.  Qarqarların 

adları isə  Qarqar dü zündə (indiki Mil dü zü) qalır. Mənbələr  V-VI əsrlərdə burada 

yaĢayan kəngərlər və savirlər haqqında da məlu mat verir.  

Tarixi Arsax (antik mənbələrdə Orxistana) vilayəti sağ sahil Albaniyasının  

(Hazırda  Qarabağın  dağlıq  hissəsi  və  Mil  düzü)  əyalətlərindən  biri  id i.  "Erməni 

coğrafiyası"na  görə  bu  əyalət  öz  növbəsində  12  kiçik  inzibati  vahidə  bölünürdü. 

Arsax əhalisini albanlar, qarqarlar, hunlar, xəzərlər, barsillər təĢkil edirdi. 

Alban  dövlətinin  süqutundan  sonra  patriarxlığın  mərkəzi  Arsaxa  keçir. 

Mənbələrdə Arsax " möhkəmləndirilmiĢ vilayət", "möhkəm ö lkə" adlan ırd ı. 

Sünik  (Sisakan,  Sisəcan)  vilayəti  Albaniyanın  lap  cənubunda,  Arazın  sol 

sahilində  yerləĢirdi.  K.V.Trever  haqlı  olaraq  Sünikin  etnik,  siyasi  və  mədəni 

cəhətdən Ermənistandan daha çox Albaniya və Atropatena ilə bağlılığ ını qeyd edir. 

Bu  vilayət  müəyyən  dövrlərdə  (Ermən istan  387-ci  ildə  Ġran  və  Bizans  arasında 

bölüĢdürüldükdən  sonra)  siyasi  cəhətdən  gah  Albaniyanın,  gah  da  Atropatenanın 

tərkib ində  olmuĢdu.  Sünik  -  Sisakan  əhalisi  əsasən  avtoxton  idi,  V  əsrdə  burada 

kəngərlər məskən saldılar. 

Bu alban vilayətlərin in hər biri daha kiçik in zibati vahidlərə bölünürdü. 

Siyasi  sərhədlər.  Elmdə  belə  b ir  fikir  var  ki,  qədim  və  erkən  orta  əsrlər 

dövrlərində  Albaniya  Kürdən  Ģimala  doğru  ərazini  tııtur,  yəni  ancaq  Kürün  sol 




15 

 

sahilini  əhatə  edirdi.  Həmin  rəyə  görə  Kür  və  Araz  çayları  arasındakı  ərazi 



ermənilərə  məxsus olmuĢ, yalnız  387-ci ildən sonra Albaniyaya keçmiĢ, lakin buna 

baxmayaraq  etnik,  siyasi  və  mədəni  cəhətdən  Ermənistanın  Ģərq  vilayətləri  hesab 

olunmaqda  davam  etmiĢdi.  1784-cü  ildə  irəli  sürülən  bu  iddia  erməni  alimi 

M.Çamçyana  məxsusdur.  Bu   fikri  əsaslandırmaq  üçün  son ralar  bir  sıra  cəhdlər 

edilmiĢdir.  Bəziləri  (S.T.Yeremyan,  K.  V.Trever) belə  hesab  edirlər  ki,  Kü rün  sağ 

sahilindəki alban vilayətləri e.ə. II əsrdə erməni hökmdarı I ArtaĢes tərəfindən iĢğal 

edilmiĢ  və  387-ci  ilə  kimi  Ermən istanın  tərkib ində  qalmıĢdır.  Digərləri  ("Erməni 

xalq ının  tarixi",  1951)  bu  hadisəni  ermən i  hökmdarı  II  Tiqranın  e.ə.  I  əsrdə  baĢ 

vermiĢ  iĢğalları 

ilə  bağlayırlar.  Daha  baĢqalarının  (A.P.Novoseltsev, 

A.ġ.Mnatsakanyan,  B.  A.  Ulubabyan)  fikrincə,  bu  ərazilər  (Arsax,  Uti  və 

Paytakaran)  əzəldən  erməni  məmləkətinin  v ilayətləri  olmuĢ,  yalnız  387-ci  il 

müqaviləsinə görə Albaniyaya birləĢdirilmiĢdilər.  

Birinci  iki  nöqteyi-nəzərin  müəllifləri,  baĢlıca  olaraq,  Strabonun 

"Coğrafiya"sının,  V  əsr  erməni  müəllifi  Favstos  Buzandın  və  "VII  əsr  erməni 

coğrafiyası"nın 

məlu matlarına 

əsaslanmıĢlar. 

Strabonun 

məlu matların ın 

öyrənilməsi  göstərir  ki,  ermən i  hökmdarı  I  A rtaĢes  alban  vilayətlərindən  yalnız 

Paytakaran -  Kaspiananı iĢğal et miĢdir. II Tiqranın  iĢğallarına gəld ikdə  isə, yunan 

və  Roma  mənbələrinin  araĢdırılması  bu  iĢğalların  alban  torpaqlarına  toxun-

mad ığını  sübut  edir.  E.ə.  70-ci  illərdə  b ilavasitə  erməni  torpaqlarından  baĢqa 

Atropatena, ġimali Mesopotamiya, Korduena, Suriya, Adiabena, Finikiya, Kilikiya 

da  II  Tiqran  dövrü  Ermənistanının  tərkib inə  daxil  idi  (Y.A.Manandyan, 

M.M.Dyakonov).  Lu kull və  Po mpey tərəfindən II Tiqranın  məğlub edilməsi onun 

dövlətini süquta yetirdi.  E.ə.  66-cı ildə bağlanmıĢ sülh müqaviləsinə görə II Tiqran 

iĢğal  etdiyi  bütün  ərazilərdən  imtina  etməli  o ldu.  Mənbədəki  məlu mata  görə, 

Pompey  Tiqrana  irsən  çatmıĢ   məmləkəti  onda  saxladı,  ələ  keçird iyi  torpaqları  isə 

ondan  aldı.  ĠĢğal  edilmiĢ  torpaqlardan  yalnız  ġimali  Mesopotamiya  və  Korduena 

Ermənistanın tabeliyində qaldı.  Beləliklə, erməni dövləti  məhz  Ermən istan yaylası 

hüdudlarında  saxlanıldı.  Alban  vilayətlərinin  II  Tiqran  tərəfindən  fəth  olunması 

ehtimalını  qəbul  etsək  belə,  onun  dövlətinin  süqutundan  sonra  həmin  vilayətlər 

iĢğal  edilmiĢ  baĢqa  ərazilərlə  birlikdə  Ermən istandan  təcrid  olunmalı  id ilər. 

Ermənistan ərazisin i, onun sərhədlərini rəs mi təsdiq edən e.ə. 66-cı, eramızın 37-ci 

və 298-ci illər müqavilələrində alban vilayətləri haqqında heç bir söz deyilmir.  

Albaniyanın  Kür  çayı  boyunca  keçən  cənub  sərhədi  haqqında  sonuncu 

nöqteyi-nəzər  baĢlıca  olaraq  yunan-Roma  müəlliflərinin  (Strabon,  Plutarx, 

Pompey, Dion Kassi, Appian) və V-VIII əsrlər ermən i tarixç ilə rin in  məlu mat lar ına 

əsaslanır. Onu da qeyd etmə liyik ki, bu nöqteyi-nəzərin müəllifləri ilkin qaynaqlara 

həddindən çox  inanır, onlara  münasibətdə tənqidilikdən uzaq id ilər. Nəzərə almaq 

lazımd ır  ki,  antik  müəlliflərin  məlu matları  Cənubi  Qafqaza  yaxĢı  bələd  o lmayan 

Patrokl  və  Eratosfendən,  eləcə  də  məqsədləri  Albaniyanı  öyrən mək  deyil,  Pont 

hökmdarı M itridatı təqib etmək o lan ro malı yürüĢ iĢtirakçılarından əldə edilmiĢdir. 



Yüklə 4,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə