Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 4,77 Mb.
Pdf görüntüsü
səhifə8/217
tarix08.09.2018
ölçüsü4,77 Mb.
#67585
1   ...   4   5   6   7   8   9   10   11   ...   217

18 

 

ġirakatsinin  gətirdiyi  məlu matlar  alban  müəllifi  Moisey  Kalankatlın ın  e.  I  əsrində 



Albaniyanın  cənub sərhədinin  Araz  çayı  boyunca  keçməsi  məlu matına  zidd  gəlir. 

Bir  də  ki  iki  imperiya  arasında  bölüĢdürülmüĢ  Ermənistanın  sərhəd vilayətləri  öz 

müstəqilliklərini saxlasalar da, həmin imperiyaların nüfuz dairələrində qalan qonĢıı 

Albaniya və Ġberiyaya verilməsin i təsdiq etmək  məntiqdən uzaq gorünür. Bu ancaq 

bir  Ģərtlə  ola  b ilərdi  ki,  həmin  vilayətlər  əzəldən  ermən ilərin  deyil,  albanların  və 

iberlərin torpaqları olsun. 

Bütün  deyilənlər  məsələnin  bu  qoyuluĢunun,  yəni  387-ci  ilədək  Utik, 

Arsax  və  Paytakaran  vilayətlərin in  sabit  olaraq  Ermən istanın  tərkibində  olması 

iddiasının  tamamilə  əsassız  olduğunu  göstərir.  Əlbəttə,  sözsüz  ki,  Ermənistan -

Albaniya,  eləcə  də  Ermənistan-Ġberiya  sərhədləri  faktiki  olaraq  dəyiĢilə  bilərdi  və 

görünür, bu ölkələrin daxili siyasi və  xarici vəziyyətindən asılı olaraq dəyiĢirdi də. 

Ancaq bu məqamlar dəqiq aĢkar olunmalı və əks edilməlid ir. Beləliklə,  mənbələrin 

və  Albaniyanın  real  vəziyyətinin  tədqiqi  təsdiq  edir  ki,  I -IV  əsrlərdə  Albaniyanın 

cənub sərhədi Araz çay ı boyunca olnıuĢdur. 

Albaniyanın qərb sərhədləri  məsələsi ədəbiyyatda öz əksini gürcü alimləri 

N.A.Berd zenaĢvili,  Q.N.ÇubinaĢvili,  T.S.PapuaĢvilin in  tədqiqatlarında  tapıb. 

D.L.Mus xeliĢvilin in "ġərqi  Gürcüstanın tarixi coğrafiyası (ġəki və Qoqarena)" adlı 

kitabında  irəli  sürdüyü tamamilə  zəminsiz,  elmi  cəhətdən  əsası  olmayan  iddiasına 

görə,  guya  sağ  sahil  Albaniyasının  Ģimal-qərbində  yerləĢən  Kambisena  və  ġəki, 

eləcə  də  sol  sahil  Albaniyasının  cənub-qərbində  yerləĢən  Girdiman  və  Sakasena 

vilayətləri  ta  qədimdən,  XIV  əsr  də  daxil  o lmaq la,  əzəli  gürcü  torpaqları,  yəni 

ġərqi  Gürcüstanın  vilayətləri  olmuĢdur

1

.  Tədqiqatlar  sübut  edir  ki,  Alban 



dövlətinin  e.ə.  III  əsrdən  qərarlaĢ mıĢ  siyasi  sərhədləri  eramızın  VIII  əsrinədək, 

demək  olar  ki,  sabit  qalmıĢ,  min  il  ərzində  yalnız  bəzi  siyasi  hadisələr  onun 

ərazisinin artıb-azalmasına səbəb olmuĢdur. 

Albaniyanın  dövrün  qüdrətli  Ro ma-Bizans  və  Ġran  imperiyalarından 

coğrafi u zaqlığı, tutduğu strateji  mövqe (döyüĢkən köçərilərin  keçə bildiy i Qafqaz 

keçid lərinin,  o  cü mlədən  Dərbəndin  mövcudluğu),  eləcə  də  Cənubi  Qa fqaz 

ölkələrində  yaranmıĢ  xarici  və  daxili  siyasi  Ģərait  alban  sərhədlərində 

təhlükəsizliy in sabitləĢməsinə kö mək edird i. 

 

 

 



 

 

 



 

1

  D.L.M usxeliĢvilinin  səhv  iddialarını  alimlərimiz  (Z.Bünyadov,  F.M əmmədova, 



N.Vəlixanlı,  V.Piriyev)  1987-ci  ildə  rus  dilində  nəĢr  edilmiĢ  ―Историческая  география 

Азербайджана‖ kitabındakı elmi məqalələrdə tamamilə alt-üst etmiĢlər




19 

 

§ 2. ADURBADAQAN.  SƏRHƏDLƏRĠ  VƏ ġƏHƏRLƏRĠ 

 

Orta  fars (pəhləvi) abidələrində Adurbadaqan (hərfən "odun himayəsində 



olan  ölkə")  adlanan  qədim  Atropatena  III  yü zildən  dünyanın  yeni  imperiyası  - 

Sasani dövlətinin tərkibinə onun ayrılma z h issəsi kimi da xil olu r. 

Müxtəlif  xalqların  tarixlərinin  üzvü  bağlılığ ına  gətirib  çıxaran  bu   birlik 

tədqiqatçını  Adurbadaqan  -  Cənubi  Azərbaycan  tarixin in  bu  və  ya  digər  aspektini 

əlahiddə  iĢıqlandırmaq  məsələsində  çətinliklərlə  üzləĢdirir.  Məhz  buna  görə 

Sasanilər  dövründə  imperiyanın  bir  parçası  olmuĢ  güney  Azərbaycanı  tarixin in 

mü xtəlif  yönlərini  ü mu mi  Sasani  dövləti  tarixi  baxımından  öyrənmək  özünü  doğ-

ruldur. 


Dövrümü zə  yetiĢmiĢ  III—VII  əsr  mənbələrində  erkən  Sasani  dövründəki 

Adurbadaqanın  sərhədləri  haqqında  dəqiq  məlu mat  yoxdur.  Yalnız  gü manla 

ehtima l  et mə k  olar  ki,  bu  vilayətin  hüdudları  elə  Sasanilərə  qədərki  Parfiya 

dövlətinin  tərkibində  olan  Atropatena  hüdudları  ilə  üst-üstə  düĢürdü.  Mənbələr 

ancaq  Sasanilərin  son  dövrlərində  -  I  Xosrov  ƏnuĢirəvanın  (531-579)  vaxtında 

inzibati-ə ra zi  bölgüsünə  dair  olan  məlu mat ı  qoruyub  saxla mıĢdır.  Məlu matda  I 

Xosrov ƏnuĢirəvanın inzibati  islahatlarından sonra geniĢ ərazili "ġima l" caniĢinliyi 

olan  Adurbadaqan  (Azərbaycan)  "tərəfinə"  -  k ustuna  daxil  edilmiĢ  vilayətlərin 

adları  çəkilir.  Bilavasitə  Adurbadaqan  sərhədləri  isə  daha  çox  sonrakı  fars 

materialların ı  da  özündə  əks  etdirən  IX-X  əsr  ərəb  coğrafıyaĢünasların ın 

məlu matları əsasında müəyyənləĢdirilir.  Bu materiallara görə Adurbadaqanın Ģimal 

sərhədi  Araz  boyunca  idi.  Cənubda sərhədlər  Zəncana  və  Dinəvər  düzünə yetiĢir, 

Xulvan düzü və ġəhrə zurdan keçərək, Dəclə çay ına çatan əraziyə kimi uzan ırdı. 

Bu  dövr  Adurbadaqan  Ģəhərləri  haqqında  əsas  məlu matı  da  ərəb 

mənbələrindən  alır,  buna  orta  fars  (pəhləvi),  Bizans  və  siryani  qaynaqlarından 

götürdüyümüz adda-budda xəbərləri də əlavə edirik. 

VI  əsrə  aid  "ġəhristaniha-i  Ġran"  ("Ġran  Ģəhərləri")  adlı  kiçik  coğrafi 

traktatda Sasani dövlətinin ġimal - Adurbadaqan caniĢinliyinin tərkib inə daxil olan 

iki A zərbaycan Ģəhərinin adları çəkilir. 

Birinci  Ģəhər  -  bütün  "Adurbadaqan  tərəfin"  mətndə  adı  çəkilməyən 

paytaxtı  Ərdəbildir;  verilən  məlu mata  görə,  "Adurbadaqanın  paytaxtını 

Adurbadaqan  spahbədi  EranquĢnasp  tikdirmiĢdir"  (bu  ad,  ço x  gü man,  I  Xosrov 

ƏnuĢirəvanın  sərkərdəsi  və  vəziri  o lmuĢ  QuĢnasp  -  QuĢasp,  CuĢnas  ilə  bağlıdır). 

ġəhərin  digər  Bazan  Feyruz  adı  ərəb  mənbələrində  qorunub s axlan mıĢdır.  Həmin 

məlu mata  görə  bu  ad  Sasani  ĢahənĢahı  Perozun  (459-484)  Ģəhəri  tikdirməsi  ilə 

bağlıdır.  Bu  Ģahın  adı  Adurbadaqanın  baĢqa  Ģəhərlərinə  (  məsələn,  ġad  Pero z-

Feyruz) dair məlu matlarda da çəkilir. 

Ərdəbil  adı,  Ģübhəsiz,  Sasani  üsuli-idarəsi  tərəfindən  verilən  Bazan  - 

Feyruz  adından  daha  erkən  hesab olunmalıdır.  Tədqiqatçı ların  fikrincə,  bu  sözün 

birinci  "Ərdə"  -  hissəsi  qədim  Ġran ın  düzlük  və  kosmik  nizam  ilahəsi  Arta  ilə 




Yüklə 4,77 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə