Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 4,77 Mb.
Pdf görüntüsü
səhifə9/217
tarix08.09.2018
ölçüsü4,77 Mb.
#67585
1   ...   5   6   7   8   9   10   11   12   ...   217

20 

 

əlaqədardır. 



"Ġran  Ģəhərləri"  əsərində  adı  çəkilən  ikinci  Ģəhər  "Turanlı  Əfrasiyabın 

Adurbadaqan kustunda tikdirdiyi Qan zak"dır.  

Ərəb  müəllifləri  öz  coğrafi  əsərlərində  Qanzakı  (Cən zə,  Qazna) 

Dinəvərdən  Marağaya,  oradan  isə  Urmiya  gölünə  tərəf  gedən  yolun  üstündə, 

Marağadan 6 fərsəx (1 fərsəx təqr. 5-6 km) cənubda təsvir edirlər. 

Adurbadaqanın  ilk  paytaxtı  Qan zakın  -  Cən zənin  yerinin  müəyyən 

edilməsində  u zun  müddət  ziddiyyətli  fikirlər  söyləmiĢ  tədqiqatçılar,  nəhayət, 

yekdil rəyə gəlmiĢlər: qədim Qan zak müasir Leylan rayonunda, Caqatu çayının sağ 

qolu üstündə, Urmiya gölündən cənub-Ģərq istiqamətdə yerləĢmiĢdi. 

Ərəblərə  qədərki  köhnə  adı  Əfraharud  olan  qədim  Marağa  Səhənd 

dağından cənubda, öz mənbəyini bu dağdan götürən Səfiçayın sahilindədir. 

Sasanilər dövründə, görünür, orada yerləĢən qədim atəĢ pərəstlik məbədinə 

görə  Azərabad  adlanan  Təbriz  Ģəhəri  mühü m  mərkəz  və  Sasani  ordusunun  bazası 

idi; ĢahənĢahın saraylarından biri burada yerləĢirdi.  

Sonrakı  ərəb  qaynaqlarında  Təbrizin  kiçik  yaĢayıĢ  məntəqəsi  və  kənd 

kimi  xatırlan ması  onun  son  Sasanilər  dövründə  tənəzzül  etdiy ini,  əvvəlki  

əhəmiyyətini  itirdiy ini  və  yalnız  VIII  yüzildən  sonra  dirçəlməyə  baĢladığını 

göstərir. 

Adurbadaqan  caniĢinliyinə  daxil  olan  Muğan  vilayətinin  adı  ilk  dəfə 

Sasani  Ģahı  Narsenin  (293-302)  293-cü  ilə  aid  Payqulu  (Kürdüstanda)  yazısında 

çəkilir.  Yazın ın  sonunda  Narsenin  ĢahənĢah  elan  olunması  mərasimində  iĢtirak 

edənlər  sırasında  "MuğanĢahın"  adı  çəkilir.  Bu  titul  IX  yüzil  ərəb  müəllifi  Ġbn 

Xordadbehin məlu matı ilə də təsdiq olunur.  

Azərbaycanın  tarixi  coğrafiyası  üçün  əhəmiyyət  kəsb  edən  Payqulu 

yazısında  Narsenin  ĢahənĢah  elan  edildiyi  III  əsrin  sonu  üçün  maskut  hökmdarı 

Porsamanın  (və  ya  Forsamanın),  Sika mĢahın,  eləcə  də  Cor  (Ço r,  Çoqa) 

hökmdarın ın  adları  çəkilir.  Yazının  sonunda  isə  deyilir:  "...və  onlar  bizdən 

asılılıqlarını və bizə xid mət etmək istədiklərini bildirmək üçün gəldilər". 

Mənbələrin  məlu matına görə, Sasanilərin ġimal caniĢinliyi tərkibinə daxil 

etdikləri  Balasakan  vilayətinin  adı  ilk  dəfə  "ZərdüĢt  Kəbəsi"ndə  (Ġstəxr 

yaxınlığındakı  NəqĢi  Rüstəmdə)  aĢkar  edilmiĢ  262-ci  ilə  aid  I  ġapurun  üçdilli 

kitabəsində,  daha sonra  isə  baĢ  kahin  Kartirin  290-293-cü  illə rə  aid  kitabələrində 

çəkilir. 

Adurbadaqanın III-VII əsrlərə aid yaĢayıĢ məskənləri  içərisində Marağa - 

Urmiya  yolu  üstündə  yerləĢən  Cabravanın,  onunla  Urmiya  Ģəhəri  arasında  olan 

Nerizin də ad ları çəkilir. 

Orta  çağ  ərəb  müəllifləri  (əl-Bəlazuri,  Ġbn  Xo rdadbeh  və  b.)  "qədim 

Ģəhər"  kimi  təqdim  etdikləri  Urmiyanı  atəĢpərəstlərin  dili  ilə  "ZərdüĢtün  Ģəhəri" 

adlandırırlar.  Mənbələrdə  Sasani  dövrü  Adurbadaqan  Ģəhərlərindən  Sələmas 

(Səlmas), Bərzə, Sərat, Mey məd (M iməz), Dəh xərqan (Dih xərrəqan, Dehnəxircan), 




21 

 

Bacarvan və b. haqqında da məlu mat vard ır.  



 

 

 



§ 3. YERLĠ VƏ GƏLMƏ TAYFALAR, XALQLAR, 

ONLARIN QARġILIQLI MÜNASĠBƏTLƏRĠ 

 

Ta  qədim  zamanlardan  mü xtəlif  istiqamətli  karvan  yolların ın  kəsiĢdiyi 



torpaqları  ö zündə  birləĢdirən  Azərbaycan  ərazisinin  coğrafi  mövqeyi  bu  yerlərin 

əsrlər boyu köçəri tayfa və xalq ların hücumlarına  məru z qalmasına səbəb olmuĢdu. 

Aylar,  illər,  əsrlər  biri  digərini  əvəz  etmiĢ,  mü xtəlif  dilli,  ləhcəli  yaxın -uzaq  tayfa 

və xalq lar hərə bir məqsədlə yurdumuza gəlmiĢ, əksəriyyəti istədiyini əldə edəndən 

sonra  geri,  ö z  elinə  qayıtmıĢ,  bir  q ismi  isə  Azərbaycan  torpağını  məskən  edərək, 

yerli  əhali  ilə  qaynayıb-qarıĢ mıĢ,  buralarda  məskən  salmıĢdı.  Ço x  qədim 

zaman lardan  davam  edən  bu  proseslər  Azərbaycanın  uzun  əsrlər  boyu  mürəkkəb 

etnik tərkib ini və mədəni simasın ı müəyyənləĢdirmiĢdi.  

Mənbələrin  məlu matına  görə,  eramızın  ilk  əsrlərində  tarixi  Azərbaycan 

ərazisinin  Ģimal  hissəsini  əhatə  edən  Albaniyanın  qədim  əhalisin i  albanlar,  utilər, 

kaspilər,  gird imanlar,  tsavdeylər,  leqlər,  gellər,  çilb lər,  qarqarlar  və  b.  təĢkil 

edirdilər

1



Eramızın I—III əsrlərində Albaniyaya massagetlər (maskutlar), sarmatlar, 



alanlar  və  b.  axıĢ mağa  baĢladılar.  Erkən  erməni  mənbələri  albanla rın  Ģimal-Ģərq 

qonĢuluğunda təĢəkkül tapmıĢ "maskutlar  məmləkəti" haqqında məlu mat verir.  Bu 

dövrdə  Dərbənddən  AbĢeronadək  Xəzərsahili  bölgədə  irandilli  tayfalar  da 

məskunlaĢ mıĢdı. Sonrakı əsrlərdə, Sasanilərin köçürmə siyasəti ilə əlaqədar, həmin 

ərazidə yaĢayan irandillilərin sayı getdikcə artır; onların o zaman danıĢdıqları, indi 

"tat"  adlandırılan  dil,  eləcə  də  cənub-qərb  bölgəsində yayılmıĢ  talıĢ  dili  bu  bölgə 

azərbaycanlıların ın bu gün də iĢlətdikləri ana dilləridir. 

Dövrün  tədqiqatçıların ın  fikrincə,  ço xləhcəli  Albaniya,  görünür,  üs tün 

dialektdən  yaranmıĢ  vahid  ümumi  dilə  (koyneyə)  də  malik  id i.  III  əsrdə  bu  dildə, 

əvvəllər  o lduğu  kimi,  ü mu malban  bayramları  və  mərasimləri  keçirilir,  ço xsaylı 

dövlət-inzibati  qurum  institutları  fəaliyyət  göstərir,  ordu  idarə  edilirdi  və  s. 

Albanlar  üçün  bu  dil  sonrakı  əsrlərdə  də  tayfalararası  ünsiyyət  vasitəsi  olmuĢ,  V 

əsrin  əvvəllərində  onun  əsasında  alban  yazısı  yaradılmıĢdı.  Mənbələrin  yazdığ ına 

görə, kilsə ayinlərin in bu dildə icra edilməsi  ilə əlaqədar "Ġncil" və b. dini  kitablar 

alban  dilinə  tərcü mə  edilmiĢ,  orijinal  ədəbiyyat  yaradılmıĢ,  məktəblər  və  digər 

mədəni-maarif idarələri fəaliyyət  

 

1

  Bu  tayfa  və  xa lqla rdan  bəzilə rin in  mənĢələrinə  dair  fikir  ayrılığ ına 



gətirib  çıxaran  mülah izələri  "Azərbaycan  xalqının  formalaĢmasın ın  baĢa 

çatması"na həsr edilmiĢ XIV fəsildə təqdim edəcəyik. 




Yüklə 4,77 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə