68
hər vilayətdə yox idi. Məsələn, Arsaxda on bir vilayət olduğu halda, yepiskopluqlar
ancaq üç vilayətdə - Habandda, Mets-Koqmankda və Mets-Ġrankda var idi. Bəzən
bütöv bir əyalət (nəhəng), Balasakanda (Paytakaranda) olduğu kimi, yalnız bir
yepiskopluğa malik olurdu. Görünür bu, xristianlığın həmin yerdə yayılma dərəcə-
sindən asılı id i.
Yepiskopluqlar məsələsinin iĢıqlandırılmasında əsasən kilsə məclisləri
aktlarının qalıqları qiymətli məxəz rolunu oynayır. Lakin bu aktlar da məclislərdə iĢtirak
etmiĢ yepiskopların sayını tam əks etdirmir, bu cəhət daha çox VI əsrin son larından
etibarən çağırılan məclislərin siyahılarına xasdır. Həmin vaxtdan dini ixtilaflar dövrü
baĢlayır, ölkə ehkamçı partiyalara bölünür; məhz buna görə kilsənin bir çox
nümayəndələri bu və ya digər məqsədlə məclislərdə iĢtirak etmirdilər. Kilsə ixtilaf ları
VIII əsrədək davam etmiĢdir.
V əsrdə və ondan sonrakı dövrlərdə çağırılan məclislərin siyahılarının təhlili
kilsə inzibati vahidlərinin artdığına dəlalət edir; bu da, həm yeni yepiskopluqların
meydana çıxmasında, həm də mövcud yepiskopluqların xırdalanmasında təzahür
olunur. Belə ki, V əsrdən VIII əsrədək Haband vilayətinin yepiskopluğu Haband
(Amaras) Ģəhərində yerləĢirdi, VIII əsrdən etibarən Amaras vilayətə, həm də müstəqil
Amaras yepiskopluğuna çevrilir, Haband isə ayrıca yepiskopluq kimi qalır. V-VIII
əsrlərdə Albaniyada 12 yepiskopluq vardı: Kapalaka (Qəbələ), QaĢua, Yeuta, Amaras
Tsri, Balasakan, ġəki, Qard man (Girdiman), Mets -Koqmank, Mets-Ġrank, Haband,
Partav (Bərdə).
Ehkam baxımından gürcü kilsəsi kimi, alban kilsəsi də sabit olaraq
monofiziliyə tərəfdarlıq etmirdi. Sasanilərin Cənubi Qafqazdakı siyasi nüfuzlarının
düĢməsi monofizilərin kilsə hegemonluğunun dağılması ilə müĢayiət olunurdu. VI əsrin
sonu - VII əsrdə Cənubi Qafqazda Bizansın siyasi nüfuzunun güclənməsi ilə əlaqədar
olaraq alban kilsəsi gürcü kilsəsi ilə birlikdə diofiziliyə qoĢuldu.
607-ci ildə keçirilən Dvin məclisində gürcü kilsəsi özünün xalkidonçuluq
məzhəbini tutduğunu və rəsmən erməni kilsəsindən ayrıldığını bəyan etdi. Alban kilsəsi
isə rəsmi surətdə erməni kilsəsindən ayrılmasa da onun bəzi icmaları və yepiskopluqları
xalkidonçuluğa tərəfdar çıxırd ıla r.
Cənubi Qafqazın ərəblər tərəfindən fəthindən sonra, VIII əsrin əvvəllərində
iĢğalçıların təzyiqi və erməni kilsəsinin fəal iĢtirakı ilə alban kilsəsi diofiziliklə
əlaqəsini kəsdi. Xristian əhalisinə qarĢı ardıcıl olaraq Sasanilərin siyasətini davam
etdirən Xilafət Bizans təsirinin güclənməsinin qarĢısını almaq məqsədilə monofizi məz-
həbini müdafiə etdi. Siyasi məqsədlər güdən ərəb üsuli-idarəsi tabeliyində olan xristian
əhalisi və kilsələrinin fəaliyyətini uzlaĢdırmağa çalıĢaraq, erməni ruhanilərinin köməyi
ilə alban kilsəsini monofizi kilsəyə çevirdi və 705-ci ildə iyerarxiya baxımından onu
monofizi erməni kilsəsinə tabe etdi. Bu asılılıq özünü əslində bərabər mənsəbli iki din
xadimindən birinin - erməni katolikosunun alban katolikosunu öz vəzifəsində təsdiq
etməsində göstərirdi. Bu isə faktiki o laraq iyerarxik prinsipin pozu lması demək idi.
Beləliklə, ölkədə mərkəzləĢdirilmiĢ yerli siyasi hakimiyyətin və vahid etnosun
69
olmadığı, xristianlığın baĢqa dini etiqadların mövcud olduğu bir zəmində ümumxalq
dininə çevrilə bilmədiyi bir Ģəraitdə alban kilsəsi, bu dövrdə xalqı birləĢdirən və
mütəĢəkkilləĢdirən qüvvəyə çevrilən ermən i kilsəsindən fərqli olaraq, Ərəb Xila-
fətinin siyasətinə və ona fəal kö mək göstərən erməni kilsəsinə qarĢı dura bilmədi.
Bütün bunlar alban xristian əhalisinin sonralar qismən müsəlmanlaĢmasına, mədəni-
ideoloji baxımdan assimilyasiyasına - qriqorianlaĢmasına (erməniləĢməsinə) və
gürcüləĢməsinə gətirib çıxardı.
70
IV FƏSĠL
III-VII ƏSRĠN BĠRĠNCĠ YARISINDA
CƏNUBĠ AZƏRBAYCANIN - ADURBADAQANIN
SOSĠAL-ĠQTĠSADĠ VƏ SĠYASĠ TARĠXĠ
§ 1. ADURBADAQAN SASANĠLƏR DÖVLƏTĠNĠN TƏRKĠBĠNDƏ
Cənubi Azərbaycanın III-VII əsrlər siyasi tarixi, artıq qeyd etdiyimiz kimi,
daxil olduğu bütöv Sasani dövlətinin tarixi ilə bağlı nəzərdən keçirilməlidir.
226-cı ildə baĢ verən tacqoyma mərasimində Sasanilər sülaləsi baĢçısı ƏrdəĢir
ĢahənĢah (Ģahlar Ģahı) titulunu qəbul etməklə, 651-ci ilə qədər mövcud olan Ġran
Sasanilər dövlətinin əsasını qoydu. Gənc dövlətin fəal xarici siyasəti tezliklə qonĢu
Bizansla toqquĢmaya gətirib çıxartdı. Artıq IV əsrin son rübündə bütün Cənubi Qafqaz
Bizans və Sasanilər dövlətləri arasında nüfuz dairələrinə bölündü, Ermənistanın böyük
hissəsi, Albaniya və Ġberiya Sasanilər dövlətinə birləĢdirildi. Bu imperiyanın dastakertinə
- vilayətinə çevrilən Adurbadaqan isə öz torpaqlarının münbitliyinə və təbii sərvətlərinə
(baĢlıca olaraq neft, duz) görə dövlətin iqtisadiyyatında birinci dərəcəli rol oynadı;
zərdüĢtiliyin mühüm mərkəzi də Adurbadaqan oldu.
IV əsrdə Mesopotamiya ərazisində hərbi əməliyyatlar aparan Bizans, Ģərq və
Ģimal köçərilərinin, eləcə də ərəb məlikliklərinin daxil olduqları antisasani birliyinin
yaranmasına imkan yaratmaqla Sasani dövlətinin onsuz da ağır olan vəziyyətini daha da
pisləĢdirdi.
Cənubdan Sasani dövləti ərazisinə qəhtan və maad qəbilələrindən olan
ərəblər hücum etdilər; Ģimaldan isə Azərbaycan və ona qonĢu vilayətlərə xəzərlər
soxuldular. 589-cu ildə türk xaqanının qoĢunu Ģərq sərhədlərinə yaxınlaĢdı. Tü rklərə
qarĢı mübarizədə Sasani qoĢunlarına baĢçılıq etmək adlı-sanlı Mihran nəslindən olan
Rey mərzbanı Bəhrama həvalə edildi. Xaqan qoĢunları darmadağın edildi və müharibə
Ktesifonda bağlanılan sülh müqaviləsi ilə baĢa çatdı.
Sonrakı hadisələr Cənubi Azərbaycan ərazisində cərəyan etdi. Türklərə qarĢı
müharibədə göstərdiyi hünərə görə ad çıxarmıĢ Bəhramın artan nüfuzunun qarĢısını
almaq üçün ĢahənĢah IV Hörmüzd əldə edilən qənimətin bir h issəsini mənimsədiyini
bəhanə edərək Bəhramı mərzban vəzifəsindən uzaqlaĢdırd ı.
Bundan sonra baĢ verən hadisələr Bəhramın üsyanı, onun Ģah ailəsi üzvləri
arasında törətdiyi fitnə-fəsadlarla bağlıdır. Nəticədə IV Hörmü zd devrilir və kor
edilir; hakimiyyət baĢına II Xosrov gəlir. Ancaq Bəhramın II Xosrovun naibi olmaq
ümidi doğrulmayır və o, II Xosrova qarĢı çıxır.
Xosrov Bizansa qaçsa da, Ġranın bir çox vilayətləri, o cümlədən Adurbadaqan
bu müddət ərzində Bizansda olan ĢahənĢaha öz sadiqliyini əsasən saxlayırdı. Bizans
tərəfindən müdafiə edilən və qoĢun alan Xosrov Adurbadaqanın əsas Ģəhəri Qanzak
yaxınlığında baĢ verən qanlı döyüĢdə Bəhramın ordusunu darmadağm edir.