Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 5,02 Mb.
Pdf görüntüsü
səhifə1/217
tarix11.09.2018
ölçüsü5,02 Mb.
#67938
  1   2   3   4   5   6   7   8   9   ...   217


 



Ə

 R B A Y C A N   M 



İ

L L 


İ

   E L M L 

Ə

 R   A K A D E M 



İ

 Y A S I 

A. B A K I X A N O V   A D I N A   T A R 

İ

 



X   İ

 N S T 


İ

 T U T U  

 

 

 



AZƏRBAYCAN

 

TARĠXĠ



 

 

 

 

III-XIII əsrin I rübü

 

 

Y E D D Ġ    C Ġ L D D Ə 

II CĠLD 


 

 

 



 

 

 



 

 

B A K I,  E L M,  2 0 0 7



 

 



 

 



 

 

Bu kitab "Azərbaycan tarixi. Yeddi cilddə. II cild" (Bakı, Elm, 1998) nəşri 

əsasında təkrar nəşrə hazırlanmışdır

 

 



 

 

 



 

Məsul redaktor:

 

Nailə Vəlixanlı

 

akademik

 

 

 



 

 

 

 

ISBN 978-9952-448-34-4

 

947. 5402-dc22

 

Tarix - A zərbaycan



 

Azərbaycan tarixi. Yeddi cilddə. II cild (III-XIII əsrin I rübü). Bakı. " Elm". 

2007. 608 səh. - 24 səh. illüstrasiya.

 

Yeddi cildlik "Azərbaycan tarixi"nin II cildində III əsrdən tutmuĢ XIII yüzilin I 



rübünədək  olan  dövrü  tədqiq  edilmiĢ,  sasanilərin  və  ərəb lərin  hakimiyyətləri 

zaman ı  baĢ  verən  siyasi-ictimai,  iqtisadi-mədəni  dəyiĢikliklər  aĢkarlaĢdırılmıĢdir. 

Xilafət in  zəifiəd iyi  dövrdə  təĢəkkül  tapan  Azərbaycan  feodal  dövlətlərinin  tarixi, 

səlcuq yürüĢü və  onun  nəticələri,  A zərbaycan  Atabəyləri  dövlətinin  yaranması  və 

süqutu, eləcə də dövrün ictimai, iqtisadi,  mədəni həyatı və  maddi  mədəniyyəti bu 

cilddə geniĢ Ģərh olunmuĢdur.

 

© "Elm" nəĢriyyatı, 2007



 


 

GĠR Ġġ



1

 

 



Son  illər  A zərbaycan  alimləri  xalqımızın  tarixini  aĢkarlaĢdıran  geniĢ 

tədqiqatlar  aparır,  bu  yaxın laradək  tarix  kitablarının  qıtlığ ın dan  Ģikayətlənən 

yurddaĢlarımızın haqlı g iley inə cavab verə biləcək əsərlər yaratmağa çalıĢırlar.  Bu 

baxımdan  üçcildlik  "Azərbaycan  tarixi''nin  akademik  nəĢrindən  sonrakı  illərdə 

yazılmıĢ  və  tariximizin  mü xtəlif  dövr  və  problemlərinə  həsr  edilmiĢ  onlarca 

monoqrafiyanın xüsusi dəyəri vardır. 

Azərbaycanın  orta  çağ  tarixini  tədqiq  edən  alimlərimiz  də  60-cı  illərin 

əvvəlindən  baĢlayan  və  az  qala,  qırx  illik  müddəti  əhatə  edən  bu  dövrdə  böyük 

uğurlar  qazan mıĢ,  sasanilərin  hakimiyyətindən  tutmuĢ  monqolların  iĢğalınadək 

olan dövrün ağır-yüngül problem və məsələlərin i həll edə bilən, yeni araĢdırmalara 

əsaslanan  monoqrafiyalar  yazmıĢ,  mü xtəlifd illi  orta  əsr  qaynaqlarına  Azərbaycan 

və rus dillərində yeni həyat vermiĢlər. 

Oxuculara  təqdim  olunan  və  Vətən  tariximizin  on  beĢ  əsrlik  orta  çağ 

dövrünün  birinci  min  ilində  və  ikinci  min  ilin in  ilk  yü zilliklərində  baĢ  vermiĢ 

hadisələri  əks  etdirən  bu  kitab  xalq ımızın  həyat  salnaməsinin  ən  mühüm 

səhifələrini  özündə  cəmləĢdirmiĢdir.  Alimlərimizin  apardıqları  tədqiqatlar  sübut 

etmiĢdir  ki, feodal  münasibətlərinin təĢəkkü l tapdığı və  möhkəmləndiyi bu  dövrdə 

tarixi  A zərbaycan  ərazisində  bütün  regionun  həyatında  həlledici  əhəmiyyətli, 

sədası sonrakı yüzilliklərdə belə əks olunan mühüm hadisələr baĢ vermiĢdir.  

Bu  elə  b ir  dövr  id i  ki,  qu ldarlıq  quruluĢunun  böhranı  ilə  əlaqədar  bütün 

Aralıq  dənizi  sahili  və  Ön  Asiya  ölkələrində  daha  mütərəqqi  ictimai-iqtisadi 

formasiyanın  -  feodalizmin  rüĢeymləri  yaranırd ı.  Həmin  ölkələr  üçün  həlledici 

əhəmiyyətə  malik  olan  bu  proseslər  tarixi  A zərbaycanın  vilayətlərin i  də  əhatə 

etmiĢ,  lakin  quldarlıq  quruluĢu  ənənələrinin  kö k  saldığı  cəmiyyətlərə  nisbətən 

burada feodal istehsal münasibətləri, əvvəla, daha erkən fo rmalaĢa bilmiĢ,  ikincisi 

isə daha intensiv olmuĢdur. 

Azərbaycanın  siyasi  tarixində  orta  çağın  baĢlanğıcı  Ģimalda  Dərbənddən 

cənubda  Zəncanadək,  Ģərqdə  Xəzər  dənizi,  qərbdə  Kiçik  Qafqaz  dağlarınadək 

geniĢ  bir  ərazin i  əhatə  edən  tarixi  torpaqlarımızın  III  əsrin  II  yarısında  Cənubi 

Qafqazın digər vilayətləri ilə birlikdə Sasani imperiyasının tərkibinə daxil edilməsi 

ilə əlamətdardır. Sasani iĢğalı nəticəsində hələ e. I əsrinin  əvvəllərindən bu ərazin in 

cənubunda  -  Atropatenada  hakimiyyət  baĢında  olan  Parfiya  arĢakilərin in  kiçik 

sülaləsi  aradan  götürülür;  pəhləvi  mənbələrində  Adurbadaqan  adlandırılan  bu  yer 

yeni  imperiyanın  artıq  heç  bir  dövlət  statusu  qalmayan  adi  vilayə tinə  çevrilir. 

Tarixi Azərbaycan ərazisinin Ģimal torpaqların ı ö zündə birləĢdirən A lbaniya isə   

 

1



 1998-ci ildə yazılmıĢdır.

 

 




 

sasanilərin vassal asılılığ ına düĢsə də, özünün hələ e. I əsrindən hakimiyyətə gələn 



mənĢəcə parfiyalı arĢakilər sülaləsindən olan hökmdarlarını qoruyub saxlaya bildi. 

Erkən  feodalizm  dövründə  tarixi  Azərbaycan  ərazisində  mülkiyyətin 

dövlət  (hökmdarın  Ģəxsində)  forması  onunla  yanaĢı  mövcud  olan  xüsusi  feodal 

mü lkiyyəti  formasına  nisbətən  üstünlük  təĢkil  edirdi.  Feodal  münasibətlərin in 

inkiĢafı,  feodal  sinfinin  və  torpaq  üzərində  xüsusi  feodal  mülkiyyətin in 

formalaĢması  ilə  əlaqədar  əsas  torpaq  fondunun  dövlətin  əlindən  tədricən  kübar 

nəsillərin əlinə keçməsi prosesi baĢ verdi. 

Feodal  münasibətlərinin  möhkəmlən məsi  burada  məhsuldar  qüv vələrin 

inkiĢafına  Ģərait  yaratdı.  Yazılı  mənbələr,  eləcə  də  arxeoloji  və  etnoqrafik 

materiallar  Azərbaycanda  əkinçilik,  maldarlıq  və  sənətkarlığ ın  in kiĢafında  xüsusi 

irəliləyiĢ olduğunu göstərdi.  Yenə həmin  mənbələr erkən orta əsr Azərbaycanında 

yeni Ģəhərlərin salın ması,  köhnə Ģəhərlərin çiçəklən məsi prosesinin getdiyini sübut 

etdi. 

Ġstehsal  qüvvələrinin  artması,  feodal  münasibətlərinin  in kiĢafı  və 



möhkəmlən məsi nəticəsində, eləcə də Albaniya və Adurbadaqanın iqtisadiyyatında 

Ģəhərlərin  ro lunun  yüksəlməsi  ilə  bağlı  olaraq  Ģəhərlərin  sosial  strukturunda  da 

dəyiĢikliklər baĢ verdi, əkinçiliklə əlaqəni kəs miĢ azad sənətkarlar meydana çıxd ı.  

Erkən  orta  əsrlər  dövründə  Azərbaycan  əhalisi  sasanilərə,  bizanslılara  və 

baĢqa  iĢğalçılara  qarĢı  mübarizə  apard ı.  V  əsrin  əvvəllərindən  türkdilli  tayfaların 

hələ  eramızın  ilk  əsrlərindən  baĢlanan  axını  daha  da  gücləndi.  Əsasən  Dərbənd 

keçid indən olan bu axının qarĢısını almaq üçün sasanilər Azərbaycan torpaqlarında 

güclü müdafiə xətləri çəkməyə baĢladı. 

IV  yü zildən  baĢlayaraq,  xristianlıq  Albaniyanın  dövlət  dininə,  yeni 

yaranmıĢ feodal cəmiyyətinin hakim ideologiyasına çevrild i. ZərdüĢtiliy in möhkəm 

yer  tutduğu  Sasani  vilayəti  Adurbadaqan  isə  bu  dövrdə  artıq  müstəqilliyini  itirsə 

də, dini və mədəni mərkəz rolunu daha da artırd ı. 

VI  əsrdə  Sasani  hökmdarı  I  Xosrov  ƏnuĢirəvanın  keçirdiyi  yeni  inzibati 

islahata  əsasən  Albaniya  da  Atropatena  və  baĢqa  yerlərlə  birlikdə  Sasani 

imperiyasının "Adurbadaqan (ərəb-fars ənənəsinə görə Azərbaycan) kustu (tərəfi)" 

adlanan  ġimal  bölgəsinə  daxil  edildi.  Bununla  da  hələ  erkən  Sasanilər  dövründə 

siyasi  mənasını  itirmiĢ  və  yalnız  coğrafi  adını  saxlamıĢ  "Adurbadaqan  - 

Azərbaycan"  məfhu mu  ilk  dəfə  o laraq  Arazdan  Ģimalda  və  cənubda  yerləĢən 

torpaqlarımızı  özündə  birləĢdirən  vahid  siyasi-inzibati  mənanı  kəsb  etdi

1



Azərbaycanın  və  azərbaycanlıların  həyatında  baĢ  vermiĢ  bu  mühüm  hadisədən 

sonrakı dövrlərdə ("ərəb", "səlcuq" və s.) "Azərbaycan" məfhu mu yaran mıĢ, tarixi  

Ģəraitə uyğun olaraq mü xtəlif mənaları (siyasi-in zibati,coğrafi və ya siyasi) daĢıyır. 

 

 



1

 M əhz bu səbəbdən biz Albaniya və Adurbadaqanın vahid "Azərbaycan" siyasi-

inzibati adı ilə birləĢdiyi dövrə qədərki tarixini ayrılıqda təqdim edirik.  

 



Yüklə 5,02 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə