66
Y.A.Manandyan və S.T.Yere myanın fikirlərini əsassız edir.
Təsdiqetmə (bu mərasim təyin edilənin baĢına əl çəkməklə yerinə yetirildiyi üçün
onu əlqoyma da adlandırırlar) məsələsi ölkənin kilsəsində olan yepiskopların sayına
görə müəyyənləĢdirilirdi.
325-ci ildə çağırılmıĢ ümumdünya Nikeya məclisinin qərarına görə
yepiskopluğa keçirilmə həmin yeparxiyanın bütün yepiskoplarının razılığı ilə baĢ
verirdi; əgər bütün yepiskopların yığıĢması çətinlik törədirdisə, onda mütləq ən azı üç
yepiskopun iĢtirakı və iĢtirak etməyənlərin yazılı razılığı tələb olunurdu. Nəticə,
mitropolitin təsdiqinə təqdim olunurdu.
Erməni katolikosları Qriqoridən baĢlayaraq erməni hökmdarı Papın
dövrünədək Kesariyədə təsdiq olunurdular. Böyük Ermənis tanın qeyri-sabit siyasi
vəziyyəti, Bizans imperiyası və Ġrandan az və ya çox dərəcədə daimi asılılığı onun
kilsəsini də müvafiq vəziyyətə salırdı. N.Adontsa görə "Qriqoridən baĢlayan erməni
kilsəsinin ilk əsrindəki Ermənistanın IV əsrin sonunda bölünməsinədək olan müddətdə
Ermənistan əsasən imperiyanın (Bizansın) protektoratlığı altında idi və ona görə də
onların kilsə əlaqələri daha sıx idi", yəni, erməni kilsəsi imperiya kilsəsindən asılı idi.
Albaniyanın müstəqil vəziyyəti isə alban kilsəsinin avtokefallığını təmin edirdi.
Alban kilsəsinin faktiki vəziyyəti 451 -ci ildə Xalkidonda çağırılmıĢ IV
ümumdünya kilsə məclisindən sonra hüquqi cəhətdən qanuniləĢdirildi. Məhz bu zaman
xristian dünyasının Qərb və ġərq kilsələri arasında, əsasını iyerarxik mübarizə təĢkil
edən ehkamçı mübarizə (monofizilərlə diofizilər arasında) baĢlandı.
Bu dövrdə alban kilsəsi Qafqazın digər kilsələri ilə birlikdə Xalkidonda gedən
ehkamçı mübahisələrə öz münasibətini açıqlaya bilmədi, belə ki, elə həmin vaxt, onun
baĢı ZərdüĢt dini ilə mübarizəyə qarıĢmıĢdı.
Cənubi Qafqazın digər kilsələri kimi, alban kilsəsi də ilk üç ümumdünya kilsə
məclislərinin qərarlarını qəbul etdi. 325-ci ildə Nikeyada çağırılmıĢ ümumdünya
məclisi bidətçi Ariyin küfrünü lənətlədi; müəyyən düzəliĢ və əlavələrdən sonra Ariyin
təliminin əksinə olaraq Xristosu Allahın oğlu, xəlq olunmamıĢ [Allah]-Ata ilə eyni
mahiyyətli sayılan din rəmzini qəbul etdi. Moisey Kalankatlının məlumatına görə,
dinin bu rəmzi alban kilsəsi tərəfindən qəbul olundu.
381-ci ildə Konstantinopolda ancaq ġərq kilsəsi nümayəndələrinin iĢtirak
etdiyi II ümumdünya kilsə məclisi çağırıldı. Məclis ariyanlığı daha da inkiĢaf etdirərək
Müqəddəs Ruhun xəlq edildiyini sübut edən Makedoniyin küfrünü mühakimə etdi.
Müqəddəs Ruhun Allah-Ata və Allah-oğulla eyni mahiyyətliliyi haqqında təlimi
yenidən irəli sürdü. Ümumdünya kilsə məclisinə görə patriarxlar içərisində Roma
patriarxından sonra ikinci yeri Konstantinopol patriarxı tutdu; lakin daha qədim ġərq
patriarxları bununla razılaĢa bilməzdilər. 431-ci ildə Efesdə keçirilən III ürnumdünya
kilsə məclisi Nestorun təlimini (nestorianlığı) mühakimə etdi.
Bu zaman Bizans kilsəsinin özündə, xüsusilə də Ġsgəndəriyyədə
nestorianlığa müqabil olaraq yaranan və inkiĢaf edən yeni cərəyan meydana çıxdı. Bu,
sonralar alban kilsəsinin də etiqad etdiyi, xristianlığın monofizi cərəyanı idi. 451-ci ildə
67
Xalkidonda keçirilən IV ümumdünya kilsə məclisində Ġisus Xristosda iki baĢlanğıcın -
bitiĢməz olaraq, ayrılmaz Ģəkildə iki təbiətdə dərk edilən, tək doğulmuĢ Xristos Oğul və
Ġlahi olduğu qəbul edildi. Xalkidon məclisinin qəbul etdiyi 28-ci qanun böyük narazılığa
səbəb oldu. Əslində elə bu qanun yunan-Roma dünyasını parçaladı, bir ço x ġərq
kilsələrini imperiya kilsəsindən ayırdı. Bu qanuna görə, Konstantinopol patriarxına baĢqa
tayfa və xalqların məskunlaĢdığı Pont, Asiya və Frakiya yepiskoplarını təsdiq etmək
hüququ verilirdi.
Alban tarixçisinin məlu matına görə, 491-ci ildə erməni, alban və gürcü kilsə
nümayəndələrinin iĢtirak etdiyi yerli məclis Xalkidon məclisini pislədi. Gürcü
tədqiqatçısı Z.N.Aleksidzenin fikrincə, Qafqaz kilsələri Xalkidon məclisinə
münasibətlərini ilk dəfə 506-cı ildə Dvində çağırılmıĢ məclisdə bildirdilər; alban,
erməni və gürcü kilsə iyerarxları, məhz burada, Bizans hökmdarlarının məqsədi
diofızilərlə monofizilər arasında razılıq əldə etmək olan birləĢdirici siyasətinə tərəfdar
çıxdılar. 551-ci ildə yenə də Dvində keçirilən məclisdə erməni kilsəsi kimi alban
kilsəsi də Bizans imperiya kilsəsi ilə əlaqələri kəsdi və hüquqi cəhətdən avtokefal
kilsəyə çevrildi. Sasanilərin fəal iĢtirakı ilə bu ölkələrdə monofizi təriqəti qalib gəld i.
Gürcü kilsəsi isə özünün əvvəlki mövqeyində - mülayim xalkidonçuluqda
qaldı.
Rəsmi təriqət tərəfdarlarını təqiblərə məruz qoyan Sasani Ģahları öz
dövlətlərində Bizans kilsəsi ilə mübarizə aparan müxtəlif təriqətləri müdafiə etməyə
baĢladılar.
O dövrdən etibarən alban kilsəsinin baĢçısı hüquqi olaraq katolikos
(arxiyepiskop, patriarx) adlan mağa baĢladı. Faktiki ola raq o, xeyli əvvəldən bu titula
sahib idi. Albaniya Ģəraitində ali kilsə rütbələri - patriarx, katolikos və arxiyepiskop
birmənalı terminlər kimi iĢlədilirdi. Halbuki yunan kilsə iyerarxiyasına görə patriarx və
arxiyepiskop hər biri ayrılıqda müstəqil rütbələr hesab olunur, arxiyepiskop katolikos
da adlana bilirdi. Yunan kilsə iyerarxiyasına görə doqquz rütbə olmalı idi. Albaniyada
isə, Moisey Kalankatlıya görə, yeddi kilsə rütbəsi var idi.
Alban katolikosluğunun patriarxları 551-ci ildən "Albaniya, Lpina və Çola
katolikosu" titulunu daĢıyırdılar. IV əsrdə alban kilsəsinin mərkəzi paytaxt-Ģəhər
Qəbələ, VI əsrdən isə yeni tikilmiĢ paytaxt Bərdə (Partav) o ldu.
Yadelli qüvvələrin assimilyasiya siyasətinə qarĢı dura biləcək alban kilsəsinin
müstəqilliyinin
bərqərar
edilməsində,
dini
ayin
və
mərasimlərin
möhkəmləndirilməsində, qeyri-xristian inam qalıqlarının məhv edilməsində, ruhanilərin
maddi bazasının yaradılmasında, onların hüquqi və iqtisadi imtiyazlarının
möhkəmləndirilməsində, albanların kilsə qarĢısında maddi və dini öhdəliklərinin
qanuniləĢdirilməsində alban hökmdarı III Vaçaqanın 487-488-ci illərdə keçirdiyi
Aquen məclisinin qərarları həlledici rol oynadı.
Kilsənin hakimiyyəti kilsə-inzibati vahidləri (yeparxiyalar, yepiskopluqlar)
üzrə bölüĢdürülürdü. Albaniyada yepiskopluğun ərazisi vilayətin ərazisini əhatə edirdi,
yəni kilsə inzibati vahidi inzibati-ərazi vahidi ilə üst-üstə düĢürdü. Lakin yepiskopluq