9
V.Bartold, Ġ.Markvart, V.Minorski, K.Trever, Y.Bertels, V.Beylis, Ə.Kəsrəvi və
baĢqa bu kimi xarici ölkə alimlərinin dövrün tədqiqi üçün az əhəmiyyət daĢımayan
araĢdırmaların ı da qeyd etmək istərdik.
Onu da deməliyik ki, burada təqdim etdiyimiz cildin yazılmasında istifadə
edilmiĢ mənbə və ədəbiyyatın xüsusi təhlilini vermə kdən imt ina etdik; belə ki,
görkəmli mütəxəssislərimizin ayrı-ayrı tarixi dövrlərə həsr etdikləri məlu m və
məĢhur tədqiqatlarında bu iĢ yüksək elmi səviyyədə yerinə yetirilmiĢ, tədqiq edilən
dövrün tarixĢünaslıq və mənbəĢünaslıq məsələləri səlahiyyətlə həll edilmiĢdir.
Beləliklə, gördüyümü z kimi, xalqımızın sasanilərin hakimiyyətindən tutmuĢ
monqolla rın iĢğalınadək olan orta çağ dövrü son qırx ildə ayrı-ayrı kitablarda öz
əksini tapa bilmiĢdir. Lakin, bununla yanaĢı, Vətən tarixĢünaslığı qarĢısında dövrün
tələb etdiyi vacib bir məsələ dururdu: ayrı-ayrı alimlərimizin gərgin əməyin in
məhsulu olan bu əsərlərin saysız-hesabsız səhifələrinə "səpələnmiĢ" tariximizi
vahid kitabda cəmləĢdirmək, obyektiv lik və elmiliyə xələl gətirmədən o xuculara
təqdim etmək.
Obyektiv və subyektiv səbəblər bu vacib iĢin on illər boyu uzanmasına,
son illərdə çıxan tarix kitablarının
1
əhatə etdiyi bir çox mühü m proble m və
məsələlərin, mü xtəlif fakt və hadisələrin biri digərini təkzib etməsinə səbəb old u.
Bu vaxtadək xalq ının və ölkəsinin tarixin i pis-yaxĢı bilməsi ilə öyünən
tarixsevərlər bir yana qalsın, hətta mütəxəssislər də tariximizin ayrı-ay rı
mərhələlərini (o cümlədən bizim cilddə tədqiq edilən dövrü) "özünəməxsus" elmi
süzgəcdən keçirən, "özünəməxsus" qayda ilə iĢıqlandıran müəlliflərin bəzi
fikirlərindən baĢ aça bilmədilər. Eyni möv zuya aid biri digərini tə kzib edən, biri
digərinin əksi olan faktlar və hadisələr, eləcə də daban-dabana zidd o lan
"konsepsiyalar" çoxdan bəri gözlənilən bu tarix kitabların ın ümu mi uğuruna təsir
etdi, bir sıra vacib məsələ və problemlərin həllində hərc-mərclik törətdi.
Bütün bunlar cildi hazırlayan müəllif ko llektiv ini və onun redaksiya
heyətini ağır imtahan qarĢısında qoydu. Uzun illərdən bəri yenidən və yenidən
yazılan, dəfələrlə təzə materiallar əsasında dəyiĢdirilən, yeniləĢdirilən mətnlər
üzərində iĢ davam etdirild i. Tədqiq edilən dövrün səlahiyyətli mütəxəssisləri
mətnlərin yazılmasına cəlb olundu. Demək o lar, elə bir müəllif olmad ı ki, yazd ığı
fəslə, paraqrafa elmi axtarıĢlarla dəqiq ləĢdirilmiĢ material salmasın, istifadə etdiyi
mənbəni baĢqa mənbələrlə, eləcə də arxeolo ji tədqiqatların nəticələri ilə, görkəmli
alimlə rin a raĢdırma ları ilə müqayisə etməsin.
Beləliklə, u zun illərin ağrısı-acısı, sevinci-kədəri ilə yazılan kitab, nəhayət, baĢa
çatdırıldı. Lakin ağ ır təəssüf hissi ilə kitabın yazılmasında iĢtirak edən
əvəzolun maz elm fədailərimiz akademik Ziya Bünyadovu, tarix elmləri doktoru
1
M ahmud Ġsmayılov. Azərbaycan tarixi. Bakı, 1992; Azərbaycan tarixi. Ən qədim
dövrlərdən XX əsrin əvvəllərinə qədər. Bakı, 1993; Azərbaycan tarixi (Ən qədim
zamanlardan XX əsrədək), I c, Bakı. 1994; Azərbaycan tarixi (Uzaq keçmiĢimizdən 1870-ci
ilə qədər). Bakı. 1996.
10
Mikayıl Heydərovu, tarix elmləri namizədi Rauf Məmmədovu xatırlamaq istərdik.
Qoy onların da ruhları Ģad olsun
1
.
Cild in mətni aĢağıdakı müə lliflə r tərəfindən yazılmıĢdır:
G i r i Ģ - tarix elmləri doktoru Nailə Vəlixanlı.
I f ə s 1 i ("Azərbaycanın III-VII əsrlərdə əra zisi və əhalisi");
§ 1 - tarix elmləri doktoru Fəridə Məmtnədova, § 2 - tarix elmləri
doktoru Sara Qasımova, § 3 - filologiya elmlə ri doktoru Q.Vo roĢil,
tarix elmləri namizəd i Yusif Cəfərov, tarix elmləri doktoru Sara
Qasımova
və
b.-nın
tədqiqatları
əsasında
Nailə
Vəlixanlı
tərtib
etmiĢdir.
II fəsil ("III-VII əsrlərdə Azərbaycanın Ģima lında - Albaniyada
ictimai quruluĢ və sinfi mübarizə"); § 1-6, 8-10 - tarix elmləri
doktoru
Fəridə Məmmədova, § 7 - tarix elmləri doktoru
İlyas
Babayev.
III
fəsil (―III-VII əsrin ortalarında Azərbaycanın siyasi həyatı
(Albaniya)"; § 1-3 - tarix elmləri doktoru Fəridə Məmmədova.
IV
fəsil ("III—VII əsrin I yarısında Cənubi Azərbaycanın -
Adurbadaqanın sosial-iqtisadi və siyasi tarixi" ); § 1-8 - tarix elmləri doktoru Sara
Qasımova.
V fəsil ("III-VII əsrlərdə Azə rbaycan mədəniyyəti"); § 1 - tarix
elmləri doktoru Qara Əhmədov, § 2 (a) - tarix elmləri doktoru
Fəridə Məmmədova, § 2 (b) - tarix elmləri doktoru Sara Qasımova,
§ 3 - sənətĢünaslıq elmləri doktoru Nəsir Rzayev, tarix elmləri dok-
toru Aləm Nuriyev, tarix e lmləri na mizədi Qoşqar Qoşqarlı və b.-nın
tədqiqatları əsasında Nailə Vəlixanlı tərtib etmiĢdir. § 4 - sənət-
Ģünaslıq
doktoru
Kamil
Məmmədzadə
(Azərbaycanın
Ģimalı)
və
tarix elmləri doktoru
Sara Qasımova (A zərbaycanın cənubu).
VI
fəsil ("Ərəb iĢğalı ərəfəsində və dövründə Azərbaycanın siyasi
vəziyyəti. Azərbaycanın Ərəb Xilafəti tərkibinə daxil edilməsi"); § 1 - tarix elmləri
doktoru Fəridə Məmmədova, § 2-3 - tarix e lmlə ri doktoru Naih Vəlixanlı, § 4 -
akademik Ziya Bünyadov.
VII
fəsil ("Azərbaycan Ərəb Xilafəti tərkibində"); § 1-2 - tarix elmləri
doktoru
Nailə Vəlixanlı, § 3 - akade mik
Ziya Bünyadov və tarix elmlə ri doktoru
Nailə Vəlixanlı.
VIII
fəsil
(" VII-X
əsrlərdə
A zərbaycanda
sosial-iqtisadi
məsələlər"); §
1 -
mü xb ir ü zv Teymur Bünyadov, § 2-3-tarix
elmləri doktoru
Nailə Vəlixanlı.
1
Çox təəssüf ki, kitabın ilk (1998-ci il) nəĢrindən sonraki illərdə müəlliflərdən
Sara xanım AĢurbəyli, Qara Əhmədov, Zakir M əmmədov, Kamil M əmmədzadə, Q.VoroĢil,
Nəsir Rzayev, Aləm Nuriyev dünyalarını dəyiĢmiĢlər (məsul red.).