81
istismara və feodal torpaq sahibliyinə qarĢı mübarizə.
V əsrin sonunda meydana çıxmıĢ məzdəkilər hərəkatı baĢqa sosial
hərəkatlar kimi cəmiyyətin sayca çox cüzi hissəsini təĢkil edən yüksək təbəqənin xalq
kütlələrini hədsiz istismarı və əsarət altına salması zəminində geniĢlənib artdı.
Məzdəkilər hərəkatının səbəblərini araĢdırarkən, hər Ģeydən əvvəl, o dövrün
sosial və iqtisadi vəziyyətini təhlil etmək lazımdır. Əhalinin dörd zümrəsindən ən çox
istismar olunanı - əkinçiləri, maldarları, sənətkarları və ticarətlə məĢğul olanları öz
tərkibində birləĢdirən "vergi verənlər" zü mrəsi idi.
Kəndli və Ģəhər icmaları o zaman tənəzzül dövrünü keçirirdilər. Ġri torpaq
sahibləri, necə olursa olsun, icmaların və xırda sahibkarların torpaqlarını ələ keçirməyə
çalıĢırdılar. GeniĢ torpaq sahələrinin bir ovuc sahibkarın əlində toplanması prosesi
gedirdi.
Qulların vəziyyəti də ağır idi.
Torpaq sahiblərinin, dövlətin və kahinlərin istismarına məruz qalan əhali
gücçatmaz vergiləri ödəməli olurdu. Bununla yanaĢı, ĢahənĢahın çoxlu canlı və maddi
ehtiyatlar tələb edən fəal xarici siyasətini də nəzərə almaq zərurid ir. " Vergi verən"
zü mrə ilə əyanlar arasında günü-gündən dərinləĢən ziddiyyət Ģəraitində Bamdadın
oğlu Məzdəkin baĢçılıq etdiyi hərəkat meydana çıxdı. Getdikcə geniĢlənən bu hərəkata
maniçilik ideyası da az təsir etməmiĢdi. Lakin xeyrin Ģər üzərində qələbəsinin
mümkünlüyünü inkar edən maniçilərdən fərqli olaraq mə zdəkilər son məqamda xeyrin
qələbəsinə inanırdılar.
Hər hansı Ģəxsi mülkiyyəti inkar edən məzdəkilər bərabərliyi təbliğ
edirdilər. Hərəkat on illərlə davam etdi, bir ço x iri torpaq sahibi öldürüldü, onların
torpaqları və əmlakı isə bölüĢdürüldü. Hərəkatın baĢlanğıcında Sasani ĢahənĢahı I
Kavad (488-531) iri feodalların gündən-günə artan təsirinə qarĢı mübarizəsində məhz
bu hərəkatdan istifadə etməyə çalıĢırd ı. Ancaq məzdə kiliyin yüksələn qüdrəti
ĢahənĢahın taxtı və daxili siyasəti üçün birbaĢa təhlükəyə çevrildiyindən bu hərəkatın
sonu qaçılmaz idi. VI əsrin birinci yarısında hərəkat amansızcasına yatırıldı, onun
ardıcılları təqiblərə məruz qaldı, əmlakları Ģah xəzinəsinə verilməklə müsadirə olundu.
Təqiblərdən baĢ götürüb qaçmağa çalıĢan məzdəkilər Azərbaycanın, Deyləmin,
Təbəristanın dağlıq yerlərində sığınacaq tapdılar.
Məzdəkilər hərəkatı dövlətin daxili həyatının zəif tərəflərini aĢkara çıxartdı,
onun əsaslarını elə sarsıtdı ki, ölkənin inzibati idarə sistemini və iqtisadiyyatını yoluna
salmaq üçün I Xosrov ƏnuĢirəvanın hərbi, inzibati və vergi islahatlarını həyata
keçirmək lazım gəld i.
82
§ 7. CƏNUBĠ AZƏRBAYCANDA DĠN. ZƏRDÜġTĠLĠK VƏ
ADURQUġNASP MƏBƏDĠ
Pəhləvi, eləcə də erkən orta əsr ərəb və fars mənbələrində əks olunan
ZərdüĢt ənənəsində Azərbaycan özünəməxsus Ģərəfli yer tutur. AtəĢpərəstlərin
müqəddəs yerlərindən biri və ən Ģərəflisi sayılan AdurquĢnasp od məbədi burada
yerləĢirdi. Azərbaycanda həmin məbədlə sıx bağlı, Qərbi Ġranda, eləcə də qonĢu
vilayətlərdə zərdüĢtiliyin yayılmasında mühüm rol oynayan qədim Midiya mə-
cuslarının (maq larının) nəslindən olan çoxsaylı və nüfuzlu ruhanilər - mobedlər və
herbedlər var idi. Ənənə ZərdüĢtün təbliğatını da A zərbaycanla bağlayır.
Qədim Midiya məcuslarının Midiya və erkən Əhəməni dövrü dinləri
haqqında tədqiqatçılar yekdil deyillər. Lakin bu, heç bir Ģübhə doğurmur ki,
zərdüĢtiliyin mürəkkəb təkamülü - peyğəmbərin Qatalarda əks olunan dini təliminin
kiçik Avestanın sinkretik dininə çevrilməsi, ilk növbədə, məcusların fəaliyyəti ilə
bağlıdır.
Əvvəllər Mid iya tayfalarından biri olan və Midiya tayfa ittifaqında dini
mərasim funksiyalarını yerinə yetirən məcuslar e.ə.VIII-VII əsrlərdə qədim Ġran
"bütpərəst" allahlarına sitayiĢ edir, bu allahların Ģərəfinə himnlər qoĢurdular (müq. et:
Avestanın YaĢta hissəsi ilə). Antik mənbələrdən, eləcə də Elam sənədlərindən və
Persepol bullalarından məlum olduğu kimi, Əhəmənilər dövründə məcuslar hakim
sülalənin rəsmi kahinləri kimi xid mət etmiĢ, ĢahənĢahın sarayında mühüm rol oynamıĢ
və böyük nüfuz sahibi olmuĢlar; od mərasimlərinin keçirilməsində baĢlıca sima olan
məcuslar yerli Ġran allahlarına, eləcə də baĢqa allahlara nəzir və qurbanlar verilməsini
yerinə yetirirdilər. Ərəb-fars və b. mənbələrin Azərbaycanı ZərdüĢtün vətəni hesab
etmələrinə baxmayaraq, müasir tədqiqatçılar arasında hakim olan rəyə görə,
ZərdüĢtün təlimi ġərqi Ġran vilayətlərinin birində, yaxud Orta Asiyada meydana
çıxmıĢdı. Qərbi Ġran məcusları bu dini təlimlə, Ģübhəsiz, hələ Əhəmənilərədək tanıĢ
olmuĢdular; hər halda artıq Əhəmənilər dövründə onların Ģərqi iranlıların din və
ayinləri barədə ətraflı məlumat almaq imkanları var idi, çünki Persepolda, Susda, həm-
çinin Babilistan və Misirdə aparılan tikinti iĢlərində, hökmdar təsərrüfatlarında və hərbi
qarnizonlarda imperiyanın bu vilayətlərinə köçürülmüĢ xeyli Ģərqi iranlı vardı.
Əhəmənilər dövlətində peĢəkar kahin olan məcusların çoxunu görünür midiyalılar təĢkil
edirdilər, ancaq onların arasında farsların da olduğu məlumdur.
ZərdüĢtiliyin öz ilkin formasını dəyiĢməsi (transformasiyası) artıq
Əhəmənilər dövründə baĢlamıĢdı; bunu antik müəlliflərin, eləcə də qədim fars
kitabələrinin məlu matlarından doğan təsəvvürlə Qata təlimlərinin müqayisəsi sübut
edir. Əhəmənilərin dini və onun ZərdüĢt təliminə və "Kiçik Avesta" zərdüĢtiliyinə
münasibəti tədqiqatçılar arasında mübahisə doğursa da, Əhəmənilərin və məcusların və
ya Əhəməni məcuslarının dinini ilkin zərdüĢtiliyi Mazda və baĢqa ümumiran allahlarına
sitayiĢə uyğunlaĢdırmıĢ (yalnız dini terminologiyada bəzi ixtilaflar qalmıĢdı)
zərdüĢtiliyə qarĢı qoymaq üçün kifayət qədər əsas yoxdur.