56
təhlükəyə məru z qoyurdu.
428-c i ildə Sasanilə r Ermənistanda hökmdar ha kimiyyətin i ləğv edib, onu
imperiyanın əyalətlərindən birinə çevirdilər. Həmin dövrdə Albaniya müəyyən siyasi
müstəqilliyini saxlaya bilmiĢ vassal ölkə idi. Dünyəvi feodalların və ruhanilərin
müstəsna hüquqları, eləcə də alban arĢakilərinin simasında daxili, bəzən də xarici
siyasət yürüdən hökmdar hakimiyyəti saxlanmıĢdı.
Lakin alban hökmdarlarının separatçılığı mərkəzi hakimiyyəti narahat edirdi.
V əsrin ortalarında ġimali Qafqaz köçərilərinin artmaqda olan basqınlarından, eləcə
də Bizansın Attila ilə müharibəyə və kilsə münaqiĢələrinə cəlb olunmasından
istifadə edən Sasanilər Qafqaz xalqların ın müqavimətinə və müstəq illiy inə
həmiĢəlik son qoymaq, Albaniya və Ġberiyanı da öz əyalətlərinə çevirmək üçün
açıq və qəti tədbirlərə əl atdılar. Hər Ģeydən əvvəl II Yə zdigərd (438-457) Cənubi
qafqazlıların hərbi qüvvələrini imperiyanın Ģimal-Ģərq hüdudlarına - hunlarla
mübarizəyə səfərbər edərək, bununla onların müqavimətin i zəiflətdi.
II Yəzd igərd vergi siyasətini də dəyiĢdi. Əhalinin ü mu mi siyahıya
alın ması və üzərinə verg i qoyulacaq hər Ģeyin qeydiyyatdan keçirilməsi nəticəsində
vergilər xeyli dərəcədə artdı. Kəndlilərlə yanaĢ ı, Ģəhər əhalisi, eləcə də əvvəllər
azatlar zü mrəsi ilə bir tutulan və yalnız torpaq vergisi verən ruhanilər də ağır vergi
ilə yükləndilər.
Əkilib -əkilməməsindən asılı o lmayaraq bütün əkinə yararlı sahələrə vergi
qoyuldu. Xəzərin qərb sahilində ucaldılan beĢ sıra müdafiə xəttinin tikintisi də
tamamilə Albaniya əhalisi ü zərinə düĢdü. Moisey Kalankatlı yazırdı: "Qafqaz
dağları ilə Böyük ġərq (Xəzər) dənizi arasındakı möhtəĢəm tikinti üçün inĢaatçılar
toplayan və mü xtəlif material arayan Ġran Ģahları ö lkəmizi taqətdən salmıĢdılar".
Bu tədbirlərlə yanaĢı Sasanilər Cənubi Qafqaz xalqların ı, o cümlədən
albanları zorla məzdəkizmə (atəĢpərəstliyə) çevirmək yolu ilə onların mədəni-
ideoloji assimilyasiyasına nail olmağa çalıĢırd ılar. Etiqad məsələsi yalnız d ini
mah iyyət daĢımırdı, bu həmç inin mühü m siyasi əhəmiyyətə ma lik məsələ idi. Dini
assimilyasiyasının əsas məqsədi mərkə zin siyasi hakimiyyətini möh kə mləndirmə k,
tabe olmayan xalqların tam itaətkarlığ ını təmin etmək, onları öz müstəqillikləri
uğrunda apardıqları mübarizədə kömək u mduqları Bizansdan ayırmaq idi.
Beləliklə, məh z həmin vaxtdan üç Qafqaz xalq ı din i müttəfiqə çevrildilər.
II Yəzdigərd in gördüyü bütün bu iqtisadi və siyasi tədbirlər 450-451-ci
illərdə baĢ verən antiiran hərəkatına səbəb oldu; bunun üçün əs as bəhanə Cənubi
Qafqa za göndərilmiĢ yeddi yüz atəĢpərəstin (onlardan üç yüzü Albaniya üçün
nəzərdə tutulmuĢdu) xristianlığ ın kökünü kəs mək və məzdəkizmi yay maq cəhdləri
olmuĢdu.
Ermənistan və Ġberiyaya nisbətən Albaniyada üsyan daha ağır Ģəraitdə
keçirdi. Paytakaran Ģəhərində Ġran silahlı qüvvələri cəmlənmiĢdi. Çola ərazisində
hunlara qarĢı yürüĢdən qayıtmıĢ on min Ġran atlısı yerləĢmiĢdi. Sasanilər onların
köməyilə Gürcüstan və Albaniyada baĢ qaldırmıĢ üsyanı zəiflətmək, Ermənistandakı
57
hərəkatı boğmaq istəyirdilər.
II Yəzdigərd tərəfindən Ģah sarayına çağırılaraq orada girov kimi saxlanılan
və məzdəkizmi qəbul etməyə məcbur edilən alban hökmdarı II Vaçe üsyançıları açıq
Ģəkildə müdafiə edə bilməzdi. Albaniyadakı üsyana ölkənin Cənubi Qafqaz xalqlarının
azadlıq hərəkatına baĢçılıq edən, hərbi əməliyyatın ümumi strateji planını hazırlayan
Vardan Mamikonyanla sıx əlaqə saxlayan ölkə patriarxı - katolikosu və hazarapeti-
vəziri rəhbərlik edirdi.
450-ci ildə alban hökmdarlarının qıĢ iqamətgahı olan Xalxal Ģəhəri
yaxınlığında (müasir Qazax zonası) üsyançılarla Ġran qoĢunları arasında döyüĢ baĢ verdi.
Bu döyüĢ Ġran qoĢunlarının tam məğlubiyyəti ilə baĢa çatdı. Bu qələbədən sonra
iranlıların Albaniyada tutduqları qala və Ģəhərlərə hücum çəkən albanların,
ermənilərin və iberlərin müttəfiq qoĢunları daha sonra "hun keçidinə" doğru birgə
yürüĢ etdilər. Onlar II Yəzdigərd tərəfindən tikilən qalanı dağıdaraq buradakı Ġran
qarnizonunu məhv etdilər və alban hökmdar nəslindən olan bir knyazı keçidin
komendantı təyin etdilər. Hunların ölkəsinə və baĢqa ġimali Qafqaz torpaqlarına gedib,
farslara qarĢı ittifaq bağlamaq da ona həvalə edildi. Hunlar kömək vəd etdilər. Bu
zaman eftalilərlə müharibədə uduzan Ġran ĢahənĢahı II Yəzdigərd Orta Asiyadan
Ktesifona qayıtdı. Bizanslıların Cənubi Qafqaz xristianlarının iĢinə qarıĢmadığına əmin
olan II Yəzdigərd üsyanı zor gücünə boğmaq qərarına gələrək, Mihr-Nersesi böyük
ordu və çoxsaylı fillərlə ora göndərdi. Albaniya, Ermənistan və Gürcüstandakı
üsyançılardan bir çoxunu bahalı hədiyyələr və vədlərlə üsyandan yayındırmaq mümkün
oldu. Feodalların çoxu öz yerlərinə qayıtdılar. Farslar "Vardan Mamikonyanla Albaniya
və Gürcüstan arasında çox məharətlə bağlanmıĢ ittifaq müqaviləsini pozmağa"
müvəffəq oldular. 451-ci il iyunun 3-də Artaz vilayətindəki Avarayr düzündə (indiki
Maku ilə Xoy arasında) farslarla üsyançılar arasındakı məĢhur döyüĢ üsyançıların ağır
məğlubiyyəti ilə baĢa çatdı.
Ümumqafqaz antisasani üsyanı yatırıldıqdan az sonra, 457-463-cü illərdə alban
xa lqın ın Sasanilərə qarĢı çevrilmiĢ ən böyük üsyanı baĢ verdi. Üsyana hökmdar II
Vaçe özü baĢçılıq edirdi. 450-451-ci illər üsyanından sonra heç bir güzəĢtə getməyən
Sasani Ģahı II Yəzdigərd albanların ən vacib tələblərini belə ödəmək istəmədi.
457-ci ildə II Yəzdigərd vəfat etdi; onun ölümü Ġranda hakimiyyət uğrunda
mübarizəni kəskinləĢdirdi. Bundan istifadə edən II Vaçe farslara qarĢı çıxdı. Bu çıxıĢ
ilk növbədə özünü II Vaçenin məcburi surətdə qəbul etdiyi zərdüĢtilikdən əl
çəkməsində göstərdi.
459-cu ildə Ġranda hakimiyyətə Peroz (459-484) gəldi. Onun dövründə
təbəələrin onsuz da ağır olan vəziyyəti uzunmüddətli quraqlıq, qıtlıq və Perozun xarici
müharibələri nəticəsində daha da ağırlaĢdı.
Bütün bunlar Albaniyada narazılığa və arasıkəsilməz üsyanlara səbəb oldu.
Erməni tarixçisi YeqiĢenin dediyi kimi, Ġran dövlətində müvəqqəti olaraq yaranmıĢ əmin-
amanlıq 459-cu ildə "alban hökmdarının tabe olmaqdan qəti imtina etməsi ilə" pozuldu.
Çola keçidini ələ keçirən alban üsyançıları maskutların qoĢunlarını ölkəyə buraxaraq,