71
603-cü ildə baĢlanan növbəti Ġran-Bizans müharibəsi 628-ci ilə kimi davam
etdi. Tərkibində azərbaycanlıların da olduğu sasani qoĢunları 622-ci ilə kimi uğurla
vuruĢurdular; hələ 614-cü ildə Yerusəlim ələ keçirildi, Konstantinopol mühasirəyə
alındı və Misir fəth edildi. Ancaq 622-ci ildən vəziyyət köklü surətdə dəyiĢdi, belə ki,
məhz bu vaxtdan II Xosrovun qüvvələrinin bir hissəsi Ģərq sərhədinin köçərilərdən
qorunmasına cəlb olundu. 623-cü ilin aprelində Ermənistana basqın edən Bizans
imperatoru Ġrakli Dvini ələ keçirib, Adurbadaqan ərazisinə daxil oldu; Qanzak iĢğal
edildi, buradakı atəĢgah isə dağıdıldı. Bunun ardınca Azərbaycanın Naxçıvan, Urmiya
Ģəhərləri, o cümlədən Həmədan tutulub darmadağın edildi. Yalnız 626-cı ildə II
Xosrovun qoĢunları Kiçik Asiyaya keçərək Bosforun Asiya hissəsindən
Konstantinopola yaxınlaĢdılar. Farsların müttəfiqi olan avarların köməyinə baxmayaraq,
Konstantinopolu almaq cəhdləri boĢa çıxd ı.
Həmin il Bizansın müttəfiqləri olan xəzərlər Dərbənd keçidi vasitəsilə Cənubi
Qafqaza soxulub, Albaniyanın paytaxtını tutdular. Ġberiyanın paytaxtını isə mühasirəyə
aldılar.
627-ci ildə Cənubi Qafqaza yeni yürüĢ edən xəzərlər Azərbaycanın cənublu-
Ģimallı çox yerlərini talayıb-çapdılar. 628-ci ildə hələ də Adurbadaqanda, Qanzakda olan
imperator Ġrakli II Xosrovun oğlu II Kəvadın, atasının yerini tutması xəbərini aldı. Əldə
edilən barıĢıqdan sonra Sasani elçiləri danıĢıq aparmaq üçün Qanzaka gəldilər. Sülh
müqaviləsi yalnız II Kavadın xələfləri dövründə imzalandı.
§ 2. ĠNZĠBATĠ BÖLGÜ VƏ ĠDARƏ SĠSTEMĠ
Erkən sasani dövründə Adurbadaqan Sasani dövlətini təĢkil edən Ģəhrlərdən
(Ģəhr - ölkə və ya vilayət deməkdir) biri idi. Sasani ənənəsinə əsaslanan ərəb qaynaqları
hələ ilk Sasani hökmdarı I ƏrdəĢirin (224-241) Albaniya, Balasakan və Sisakan
hakimlərinin Ģahlıq hüquqlarını təsdiq etdiyi haqqında məlumat verir. Onun oğlu I
ġapurun (241-272) dövründə imperiyanın tərkibi haqqında NəqĢi Rüstəmdə "ZərdüĢtün
Kəbəsi" adlı qədim od məbədindəki kitabədə Sasanilər dövlətinə tabe "Ġran olan" və
"Ġran olmayan" iyirmi yeddi "Ģəhrin" içində "Ġran olmayan" Adurbadaqan, Ġberiya,
Ermənistan, Sikan, Albaniya, "Qafqaz dağlarına və Alban qapısınadək" Balasakanın da
adları çəkilir.
Sasanilər imperiyasına daxil olan müxtəlif vilayətlərin ərazisində, o cümlədən
Azərbaycanda aĢkar edilən kitabə və bullalarda (dövlət sənədlərinə bağlanan
möhürlərdə) qeyd edilən titulların və inzibati terminologiyanın eyniliyi, eləcə də
mü xtəlif qaynaqlardakı xəbərlər göstərir ki, Adurbadaqan - Cənubi Azərbaycan
72
ərazisində də bütün imperiyaya xas olan ərazi bölgüsü və inzibati idarəçilik qüvvədə idi.
Bu vilayətlərin hakimləri
şəhriyar - "Ģəhr sahibləri", əyalətlərininki isə
payqospan - "tərəfləri (yerləri) qoruyanlar" adlanırdılar. I ġapurun kitabəsi bu sözlərlə
tamamlanır: "...Və bütün bu çoxsaylı Ģəhrləri [və onların] Ģəhriyar və payqospanlarını
mən bizə bac verənə və rəiyyətimizə çevird im".
Sasani dövləti vassal asılılıqda olan Ģahlıqlar sistemini parfiyalılardan əxz
etmiĢdi. III əsrin əvvəlində arĢakilər dövləti mahiyyət etibarilə ayrı-ayrı Ģahlıqların və
mərkəzi hakimiyyətdən az və ya çox asılı olan kiçik mü lklərin konfederasiyasından
ibarət idi. Belə vilayətlərin bəzilərinin hakimləri Ģah titulu daĢıyır, daha kiçik
mü lklərin hakimləri isə xvaday ("hökmdar") adlan ırdılar. Artıq III-IV əsrlərdə
Ģahlıqların statusu dəyiĢildi; mü lklərə (udellərə) çevrilmiĢ bu yerlərin ço xunu indi
Parfiya dövrü yerli sülalələ rin nəsillə ri deyil, Sasani nəslindən olan Ģahzadələr
idarə edirdilər.
VI əsrdə I Xosrov ƏnuĢirəvanın in zibati islahatları nəticəsində dörd iri
caniĢinlik - "kusf‖ (hərfən: "tərəf‖, "cəhət") təsis edildi. Mənbələrin (ortafars və
ərəb) məlu matına görə Cənubi Azərbaycan "Azərbaycan kustu" adlanan ġimal
caniĢinliy inin tərkibində idi. Buraya həmçin in Albaniya, Ġberiya, Ermən istan,
Ba lasakan, Sisakan, Rey, Gilan, Deylə m, Də mavənd, Təbəristan, Ruyan (Rovan),
Amul, Həmədan və Muğan da daxil idi. Son Sasanilər dövründə artıq bütün tarixi
Midiya torpaqları caniĢinliyin tərkib ində idi. Bəzi ərəb müəllifləri (ət -Təbəri)
xəbər verirlər ki, dövlətin dörd caniĢinliyə bölünməsi hələ I Xosrova qədərki
dövrdə həyata keçirilmiĢdi; I Xosrov hakimiyyət baĢına keçən kimi Ġranın dörd
əyalətini idarə edən dörd payqospana, o cümlədən Adurbadaqan, Ermənistan və
qonĢu yerlərin payqospanı Zadoy Nahverqana xəbər göndərmiĢ, dövlətin baĢ hərbi
rəisi - spahbedin vəzifələrini dörd "kustun" spahbedləri arasında bölüĢdürmüĢd ü.
Ərəb müəlliflərinin (ibn Xordadbeh və b.) əsərlərində böyük bir ərazin i - Sasani
Ġranın ın Ermənistandan Təbristanadək bütün Ģimal əyalətlərini, eləcə də talıĢların,
xəzərlərin, alanların və b.-nın torpaqların ı idarə edən Azərbaycan spahbedi
haqqında məlu mat vard ır.
Beləliklə, I Xosrov payqospanların mü lki hakimiyyətini spah bedlərin
hərbi hakimiyyətindən ayırdı. Hərbi və mü lki baĢçıları ĢahənĢahın özü təyin
edirdi.
Cənubi Azərbaycanda Təxti-Sü ley mandakı AdurquĢnasp od məbədində
aparılan qazıntılar zaman ı tapılan V-VII əsrlərə aid edilən bullaların təhlili göstərir
ki, k ust termini hə mç inin vilayət, nahiyə və ya bir neçə nahiyə mənasında da
iĢlənird i. Bu bullalar "Adurbadaqan tərəfin" inzibati-ərazi hakimiyyəti quruluĢunu
öyrənmək baxımından da maraq doğurur. Belə ki, Paris Milli kitab xanasında
Albaniya katolikosuna aid edilən möhürdə belə bir yazı var: "Albaniya və
Balasakan vilayətlərin in (kustlarının ) böyük katolikosu".
Hələ ArĢakilər dövründə çox vaxt özünü idarə edən Ģəhərlərin idarəsinə
gəldikdə, Sasanilər dövründə bu Ģəhərlər Ģəhrablar tərəfindən idarə olunurdu.