Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/86
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#18029
1   ...   6   7   8   9   10   11   12   13   ...   86

cəmiyi mənsubatın və sayir ümərayi-dövlətin tamamən və küllən öz 
hirsi-himayəsində saxlasın. Amin. 
Bəli, vacib olan şükr və duaları zikr edəndən sonra məlum olsun ki, 
bu vaxta bəndənin din ayrı qardaşı baron Mahan Dadiyans basmaçı 
bəndədən təvəqqe etdi ki, bir para Qarabağın keçən əhvalatlarından və 
bu vaxtkı əhvalatlardan və sair işlərdən ki, fəsillərdə  məlum olacaqdır, 
yazıb bir cild kitabça cəm edim. Əyər ki, bəndədə o qədər qabiliyyət 
yoxdur ki bu əmrdə bir elə əhval cəm edə biləm, bəlkə baxıb oxuyanlar 
5-3 kəlməsin xoşlayalar. Amma o tövr sözlər ki, yazmağa məlum 
edibdir və  uşaqlar üçündür. Olsun ki, Allah-təalanın köməkliyi ilə bir 
neçə fəsil eşitdiyimiz və gördüyümüz əhvallardan yaza bilək və təvəqqe 
edənin sözün yerə salmayıb razı edə biləm. Qərəz, bu əmri qəbul edib 
yazmaqda özüm üçün məşğuliyyət edib və xahiş edəni razı etmək üçün 
bir neçə  fəsil Qarabağ vilayətinin keçən  əhvallarından və bu vaxtkı 
əhvallardan ki, görüb və mötəbər adamlardan eşitmişəm, yazıb məlum 
edirəm ki, bundan sonra gələnlər bilsin ki, Qarabağın keçən işləri nə 
tövr keçib və adamları nə tövr imiş və indiki adamlar nə qədər tərəqqi 
ediblər. Bu az müddətdə bu surətdə lazım gəlir mətləbi əvvəl bu şəhərin 
(Şuşanın) bina olmağından başlayaq.  Əgər ki, keçənlər "Tarixi-
Qarabağ"da yazıblar, eybi yoxdur. Bən də yenə beş kəlmə yazaram. Ta 
söz  əsil mətləbdən başlansın, ta oxuyan dürüst başa düşsün və bundan 
əlavə belə xahiş ediblər ki, hər bir mətləbi yerbəyer yazaq və sözü elə 
kəlmə ilə yazaq ki, tərziminə asan vəchlə gəlsin. Həmin öz danışığımız 
ilə ta bir para ibarət lazım deyil. Və bir də o ləfz ciğatayi ki, bizim türki 
yazımızda yazırlar, o da lazım deyil. Gərək o kəlmə ilə yazılsın ki, 
ortalıqda danışılır. Belə ki, məlumdur ki, Şuşa qalası  qədim deyil. 
Həmən 150 və ya 160 ildir ki, bina olub. Və əsil adı Pənahabaddır. Qala 
o cəhətə görə deyiblər ki, bir şəhərin ətrafı ya bürc və ya xəndək ola. O 
şəhərə qala deyərlər. Və yenə Qarabağ  qədimdir. Belə ki, Kürün bu 
tərəfləri Qarabağdır, nəinki bu şəhərə Qarabağ ad qoyublar. Belə ki, 
bəndə 80 təliqə üzü ki, böyük Xəlifənin dəftərxanasında var və keçən 
padşahlardan verilib və təliqələrin tarixi 600 il, 500 il, 400 il, 300 il olur. 
Kopiyaların yazmışam. Çünki çox köhnə olmuşdur. O təliqələrdə 
Qarabağ  və  Şirvan və  Gəncə  və  Bərdə yazılıbdır. Məlum olur ki, 
Qarabağ qədimdir və bu şəhərin adı deyil və təliqələrin məzmunundan 
belə məlum olur ki, Qarabağ var imiş. Amma 
  
 
34


məlum deyil ki, şəhər imiş  və yainki, mahalın adıdır. Və bir də ki, 
mahala Aran deyirlər. Aran Mil düzündə olan peyğəmbərin adıdır ki, 
asan var. Həmən o peyğəmbər dəfn olan yerdə şəhər imiş. Bərdə kimi
ta Aran o cəhətə görə deyilir. Yoxsa isti olan yerə  qışlaq deyirlər və 
soyuq olan yerə yaylaq deyirlər. Və neçə şəhər adı o təliqələrdə var ki, 
bu yerlərdə var imiş və o təliqələri verənlər həmən padşahlardır ki, zikr 
olunur: Şah Səfi, Şah Hüseyn, Şah Təhmasib, Şah Abbas Cənnətməkan, 
Şah Abbas Sani, Nadir şah ta Pənah xan. Ondan ötrü veriblər keçən 
mehrasələr üçün. Qərəz, bu kitabça gərək bir neçə fəsil ilə yazılsın. Ona 
görə 12 fəsil yazılsın. 
Əvvəlinci fəsil yazılır,  Şuşa qalasının bina olunmağından. Köhnə 
kişilərin deməklərinə görə ki, bunlar da öz ata və babalarından eşidiblər. 
İkinci fəsil yazılır o xanlardan ki, bu vilayətdə hökmranlıq ediblər və 
o adamlardan ki, bu xanların qulluğunda olublar. 
Üçüncü fəsil yazılır neçə  nəfər pəhləvanlardan ki, bu qalada əmələ 
gəliblər və o qoçaqlardan ki, Qarabağ mahallarından və bir para hünərli 
övrətlərdən ki, bu qalada və mahalda olublar. 
Dördüncü fəsil yazılacaq o para lotulardan və o adamlardan ki, çox 
məzəli və avam imişlər. 
Beşinci fəsil yazılır o adamlardan ki, yırtıcı olan heyvanlar ilə 
düşüblər və bir para cürətli işlər onlardan əmələ gəlibdir. 
Altıncı  fəsil yazılır bir para surətli və  əcaib olan adamlardan ki, 
qalada və mahalda olublar. 
Yeddinci fəsil yazılır o aclıqdan ki, yeddi il bundan əvvəl olub və 
yenə 62 il bundan əqdəm qalada naibüssəltənə  gələn vaxtda qəhətlik 
olub. 
Səkkizinci fəsil yazılır o xeyir-bərəkətdən ki, bundan əqdəm var 
imiş. 
Doqquzuncu fəsil yazılır bir para adətlərdən ki, keçən vaxtda və bu 
zaman olub. 
Onuncu fəsil yazılır o övrətlərdən ki, həkimlik edərmişlər və bir para 
elmlər özlərindən çıxarıblar. 
On birinci fəsil yazılır o ocaqlardan ki, qalada və mahallarda zahir 
olubdur. 
On ikinci fəsil yazılacaq o məsələlərdən və  yəminlərdən, ağılardan, 
laylalardan, bayatılardan və bir para eşqbazlıq ki, oğlan ilə qız 
  
 
35


arasında olar, o sözlərdən. Belə ki, əsil mətləbi budur. Təvəqqe edən bu 
sözləri xahiş edibdir. Ona görə  hər birindən gərək bir neçə  kəlmə 
yazılsın, bəlkə razı ola. 
Bəli, başlayaq əvvəlinci fəsli yazmağa. 
Belə ki, məlumdur ki, bu qalanı  Pənah xan bina edib. Pənah xan 
Nadir  şahın vaxtında imiş  və  həmişə Nadir şahın qulluğunda hər bir 
məmləkətə gedərmiş. Pənah xanın qulluğu bu imiş ki, hər bir əmr Nadir 
şahdan qəsb olmuş o əmri və  əqsədi Pənah xan camaata və qoşuna 
məlum edərmiş. Uca səslə ki, camaat hazır olun. Və  xəbərdar olun ki, 
padşahın qəsdi budur ki, filan şəhərin üstünə gedəcək. Və belə hökm 
edir ki, filan yerə köçəsiniz. Ona görə belə şöhrət olur ki, Pənah xanın 
əvvəli carçı imiş
1
. Qərəz, Nadir şah nə tövr olub və axın necə olub
bunlar ilə danışığımız yoxdur. Həmin Nadir şahdan sonra bir para 
şəhərlər başına qalıb, hər bir şəhərdə bir xan olub və hökmranlıq ediblər. 
Pənah xan da gəlib Xaçın tərəfdə və Şahbulağında özü üçün bir mənzil
2
 
bina edib və bir qədər camaat başına cəm edib və xanlıq fikrinə düşüb, 
bir müddət bu yerlərdə əyləşib və günbəgün mahallardan və kəndlərdən 
camaat köçürüb öz yanına cəm edib və Gəncə tərəfdən və Şirvandan və 
o taydan çox camaat yığıbdır və bir para kəndlər Şuşa kəndi kimi və sair 
yerlər kimi var imiş və Qarabağın camaatı artıq imiş, təmamən təsərrüf 
olub, bir obadan neçə ev köçürüb cəm edib. Qərəz, Pənah xan bir 
müddət bu yerlərdə  əyləşib, sonra bir tərəf  İran dövləti və bir tərəf 
Rusiya dövləti və sair xanlar ki, xüruc etmişdilər ehtiyat edib bu fikrə 
düşüb ki, bir qala bina etsin. Bir para yerlərə gedib ki, görsün möhkəm 
yer ha tərəfdə var, tapa bilməyibdir. O camaatlardan birisi ərz edib ki, 
xan sağ olsun, mən Şuşa kəndində bir nəfər qoca harsın görmüşəm ki, 
çox köhnə adamdır və onun ləqəbi Atqiblədir. Olsun ki, o harsın bu 
yerlərdə bir möhkəm olan yer bilər. Pənah xan bir neçə  nəfər atlı 
göndərib, həmən harsını at qucağında götürdüb və ondan soruşubdur ki, 
bu yerlərdə bir möhkəm olan yer bilirsən? Harsın  ərz edib ki, Şuşa 
kəndinin qabağında bir möhkəm yer var. Amma çox bərk meşədir və 
yırtıcı heyvanları artıqdır. Bizlər gedib o yerin aşağı  tərəflərində bina 
edərik. Və çox zərər o heyvanlardan bizə olur. Oradan savay bir yer 
bilmi- 
                                                           
1 Müəllif səhv edir. Pənahəli bəy Nadir şah sarayında eşikağası vəzifəsində işləmişdir.
2 Pənah xan əvvəlcə Şahbulaq qalasını deyil, Bayat qalasını bina etmişdir. 
 
 
36


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə