Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/86
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#18029
1   ...   8   9   10   11   12   13   14   15   ...   86

Və aşağa məhəllələrin adları bunlardır: 
 
Birinci məhəllə Qurdlar  
İkinci məhəllə Seyidli  
Üçüncü məhəllə Culfalar  
Dördüncü məhəllə Toyluq (Quyuluq)  
Beşinci məhəllə Çuxur  
Altıncı məhəllə Dördlər qurdu  
Yeddinci məhəllə Hacı Yusifii  
Səkkizinci məhəllə Dörd çinar  
Doqquzuncu məhəllə Çöl-qala 
 
Və bu məhəllənin bir adı da Cuhudlardır. O cəhətə görə bu adı sair 
məhəllələrin adamları bulara qoyublar ki, bu məhəllədə bir kişi var imiş. 
Öz qızın qurumsağlığın edərmiş. O kişinin adını Cuhud Rəhim qoyublar 
və məhəllə o gorbagorun adı ilə adlanıbdır. 
Bir də xahiş edib ki, qalada neçə hamam və neçə karvansara tikilib 
oları yazaq və onları  təmir edənlərin adlarını yenə yazaq. Ona görə 
gərək yazaq ya abad, ya xarab. Qərəz.  Əvvəl bu qalada hamam təmir 
edən Əbdüssəmədbəy olub və haman hamam indi abaddır. 
Və bundan sonra bir bab hamam Uğurlu bəy təmir edib, aşağı 
bazarda. Xarab olub, yeri məlum olub. Və bir bab aşağı meydanda Qazi 
Mirzəli təmir edib. Abaddır. Və bir hamam Əli bəy Fuladov təmir edib
xarab olub, yenə təzə təmir edib, abaddır. Bir bab hamam Rüstəm bəy 
təmir edibdir, xarab olub. Bir bab hamam Rəhim bəy təmir edib, 30 il 
abad oldu. İndi 10 ildir xarab olub. Bir bab hamam öz əhli-əyalı üçün 
şahzadə Bəhmən Mirzə təmir etmişdir. Özündən bir ay sonra xarab oldu. 
İki bab hamam biri övrət üçün və birisi kişi üçün. Məşədi Qulu xanın 
qızı iki nəfər adam ilə şərakətli təmir edib, hər ikisi abaddırlar. İki bab 
Hacı Rza yenə Xanqızı ilə  şərakətli təmir edib: biri mərdanə, biri 
zənənə, hər iki abaddır. Yenə iki bab hamam Ağakişi adlı bir kişi təmir 
edib: biri mərdanə, biri zənənə, hər ikisi abaddır. Yenə iki bab hamam 
Ağakişi adlı bir kişi təmir edib: biri mərdanə, biri zənənə, hər ikisi 
abaddır. Bir bab hamam Hacı Əbdürrəhim təmir edib. Abaddır. Bir bab 
hamam Xeyrənsə adlı bir övrət təmir edib və əl suyu ilə işləyib. Qədim 
hamamdır. Hələ abaddır. Bir bab hamam Hacı Saleh - bizim ata-
babamız təmir etmişdir, xarab olub. Bir bab hamam Şahbaz adlı bir kişi 
təmir edib, xarab olub. Və haman dərə o kişi ilə 
 
40


adlanır. Bir bab hamam qaladan xaricdə bir nəfər erməni təmir edib, 
erməni tayfası üçün. Abaddır. Qərəz, bu vaxtacan abad və xarab yoxdur
təmir olub. 
Bir də xahiş edənin xahişinə görə  gərək karvansaraları sayaq. Belə 
ki, qədim vaxtkı şəhərin aşağı tərəfi abad imiş. Əvvəl bir qitə karvansara 
aşağı bazarda Uğurlu bəy təmir edib. Elə ki yavaş-yavaş yuxarılar abad 
olub aşağı  tərəf zaye olub o yerlərdə olan dükan və karvansara xarab 
olublar. Sonra bir karvansara Hacı Əmiraslan bəy təmir edib. Və bunun 
oğlu yox idi, iki nəfər qızları qalmışdır. Qızlarının biri mərhum Hacı 
Seyid Əhmədağada imiş. Və birisi Mirzə Qasımda idi. Yetişdi bunlara 
və bunlar bir müddətdən sonra satdılar Məşhədi Hüseyn Mirsəyaf 
oğluna. Buranı söküb təzə təmir edib. Yenə bir karvansara Hacı Hüseyn 
təmir edib. Bu karvansara əvvəl-dənabad olmadı. Həmişə boş qalar. 
Buna səbəb bu olub ki, o karvansara Xoca Mircanlı  məhəlləsinin 
miyanından qarışıbdır, vəqf yerindən qəsb olub. Ona görə abad olmur. 
Bir qitə karvansara - Timçəli Hacı  Məhərrəm təmir edib. Əvvəlinci 
karvansara budur və günbəgün abaddır. Bunun timcəsinin xərci vəqfdir 
ki, hər il on gün məhərrəm həmən timcədə  təziyeyi imam Hüseyn 
saxlarlar. Onun mədaxilini imam ehsanı edərlər. Bir karvansara Hacı 
Böyük və Hacı  İskəndərbəy təmir ediblər.  İki qardaş, abaddır. Və bir 
karvansara Ağa Qəhrəman Mirsəyaf oğlu təmir edib, hələ tamam deyil. 
Bir karvansara Abbas bəy təmir edib, o da tamam deyil. Bir karvansara 
Cavad ağa təmir elədir, hələ tamam deyil. Yenə bir karvansara Gövhər 
ağa təmir elət-mişdi, məscidi camelərə vəqf etmişdir. İndi Həsən ağanın 
təsərrüfündədir. Belə ki, karvansaranı  təmir edən vaxt o işə baş  çəkib 
fəhlə, bənnasının muzdun verən Süleyman xan imiş. O cəhətə görə 
Süleyman xan oğlu Həsənağa iddia edib alıbdır. Əvvəl bir dəfə od düşüb 
yandı. Həsənağa peşman olub, yenə  məscidlərin ixtiyarına verdi. Və 
sonra dübarə yenə geri alıb, indi xarabadır və zibil tökərlər. Belə ki, 
məsəldir: "Mərd mərddən kəsər, Murtuzaəli hər ikisindən". 
İkinci fəsil yazılır o xanlardan ki, bu qalada hökmranlıq ediblər. 
Onların övladlarından bir neçəsinin əhvalatı. 
Məlum olacaq belə ki, Pənah xan mərhum olandan sonra böyük oğlu 
İbrahim Xəlil xan canişin olub, əyləşib və qalanın möhkəm və abad 
olmağına  əncam verib. Əvvəlinci fəsildə cüzi məlum oldu. Qərəz, bu 
zəhmətlər ilə bir bərk meşənin içində bu qalanı bina edəndən sonra bir 
müddət öz eyş-işrətində olub. Elə ki bir az müddətdə 
  
 
41


bu günə  şöhrət edib cəmi Qarabağ mülkünü təsərrüf edib İran padşahı 
Ağa Məhəmməd  şah qoşun çəkib gəlib ki, İbrahim xanı öldürüb və 
qalaya təsərrüf edə. Belə ki top və topxana qoşun ilə  gəlib Topxana 
adlanan yerdə ordu salıb, oturub və həman Topxana adlanan yerdə ordu 
salıb, oturub və həmin Topxanadan, Davtələb adlanan yerlərdən qalaya 
top atdırıb dağıtmağa məşğul olub, bir neçə gün bu növ ilə qalıb. Sonra 
İbrahim xan yəqin edib ki, Ağa Məhəmməd şah ilə bacarmayacaq. Bir 
gecə qaçıb Balakən adlanan yerə. Xalq xəbərdar olub, tamamən qala 
qapısından çölə  çıxıblar. Elə ki Ağa Məhəmməd  şah  əhvalatdan 
xəbərdar olub öz qoşunu ilə Qalaya varid olur. Topxana və qoşun, 
qalada sakit olurlar. 
Qərəz, o günün nə tövr iş  Ağa Məhəmməd  şahın nökəri Səfərəli 
namdan  əmələ  gəlibsə, Ağa Məhəmməd  şah Səfərəli nama deyib ki, 
köpək oğlu sabah qarabağlıların başından bir minarə vurduracağanı  və 
sənin başını o minarənin qübbəsi edəcəyəm. Səfərəli nam müvərrix 
nökər imiş. Və bilirmiş ki, şahın dediyi dedikdir. Səfərəli öz canının 
qorxusundan gecədən bir vaxt keçmiş durub Ağa Məhəmməd  şahın 
başın kəsib və hər nə cavahir var imiş tamamən götürüb qaçıbdır 
1

O vaxt Ağa Məhəmməd şah Məhəmmədhəsən ağanın evində mənzil 
etmişdi. Elə ki bu əhval səhər olanda İran qoşununa məlum olur
qarabağlıların qorxusundan kimi atlı  və kimi piyada dəstəbədəstə üz 
qoyurlar Qaladan çölə  çıxıb qaçmağa. Bu əhvalatdan Qarabağ camaatı 
xəbərdar olub şadyanəlik edib cəm olurlar. Məhəmmədhəsən ağanın 
qapısına və muştuluqçu İbrahim xanın dalınca gedir... 
Bu cəhətə görə  Ağa Məhəmməd  şahı bihörmət ediblər ki, Qala 
camaatına çox zərər vurubdur. Hər top atılanda neçə evlər dağılıb. Belə 
nəql edirlər ki, bir nəfər övrət uşağın qucağında tutub işləyirmiş. Topun 
gülləsi gəlib o övrəti uşağı ilə bir-birinə qatıbdır. Yenə bir dəfə İbrahim 
xanın vaxtında  şah qoşun çəkib Qalanın üstünə  gəlib. Yenə haman 
Topxana adlanan yerdə ordu salıb, bir neçə vaxt qalıb Qalanı qərəbətlik 
edib
2
 tamamən kəndliləri çapavül elədib və çox zəhmət o vaxt xəlqullah 
olub. Qərəz, neçə ay ki, əlləşib gecə-gündüz 
                                                           
1 Müəllif xalq arasında yayılan folklorsayağı əfsanələri qələmə alır. Burada heç bir tarixi dəqiqlik yoxdur. 
2 Mühasirəyə alıb mənasında işlədir. Söhbət Şuşa şəhərinin 1795-ci ilin yayında 33 günlük mühasirəsindən gedir. 
 
42


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə