Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/86
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#18029
1   ...   10   11   12   13   14   15   16   17   ...   86

İbrahim xan dəstəsi ilə qayıdan vaxt Cəfərqulu xan cavan oğlan imiş. 
Daldan bir xəncər tullamazladısa, atıb xəncər gedib Naib oğlu 
Məhəmmədin topuğundan dəyib, yaralayıbdır.  İbrahim xan gəlib aşağı 
bazarın yerində atdan düşüb və hava isti imiş. Adam göndərib, gedin 
Mirzə Haşıma deyin qəlyan və  şərbət gətirsin. Mirzə Haşım bir əlində 
şərbət tez gətirir və xan bir saat orada kürsü üstə əyləşib və Naib oğlu 
Məhəmmədin yarasın bağladıb, gəlib öz evinə. 
Və bir də mərhum İbrahim xanın yanında hörmətli olan oğlanlarının 
birisi də  Əhməd xan imiş. Belə  nəql edirlər artıq ümur və ixtiyar 
Məhəmmədhəsən ağada və Mehdiqulu xanda və  Əhməd xanda imiş. 
Sair oğlanlarında bunlar kimi hökumət və ixtiyar yoxumuş. Qərəz, 
Əhməd xan çox səffak imiş.  Əlavə hökmranlıqda və zirəklikdə pürkar 
adam imiş və bir də bir para quduz it təkin adama və bağlı olan adama 
və dili gec açılan uşağa dua yazarmış  və  uşağın ağzına tüpürərmiş, bu 
günə naxoşluqlar rəf olurmuş. Belə ki, bir cild dua kitabı Əhməd xanda 
var imiş. O duaların təsirindən bu günə dərdlərə əlac olurmuş. 
Və bir də  mərhum  İbrahim xanın övladı  həddən artıqdır. Təmamən 
yazmaq mümkün deyil. Həmin say məlum oldu. Amma bir neçə  nəfər 
qızlarından yenə yazmaq lazımdır. Belə ki, İbrahim xanın bir qızı Ağa 
Bəyim ağa idi və onu İran padşahı  Fətəli  şaha köçürmüşdülər. Çox 
göyçək imiş. İranda mərhum olubdur. Belə nəql edirlər ki, bir gün Ağa 
Bəyim ağa bu bayatını oxuduğu vaxtda, Fətəli  şah gəlib eşidib, görüb 
oxuyur: 
 
Mən aşiqəm Qarabağ,  
Qara salxım, Qara bağ.  
Tehran cənnətə dönsə,  
Yaddan çıxmaz Qarabağ. 
 
Bunun bu sözü padşaha xoş  gəlib, sual edib ki, o bayatını  nə tövr 
oxudun? Bir dəfə də oxu! Ağa Bəyim ağa bu dəfə mətləbi dolandırıb ki, 
padşaha xoş gəlsin. Qərəz, həmən bayatının axır fərdin belə deyib ki: 
 
Tehran cənnətə döndü,  
Yaddan çıxdı Qarabağ. 
  
 
46


Bu şaha çox xoş gəlib. 
Və bir də mərhum İbrahim xanın bir qızı da mərhum Gövhər ağa idi. 
O da əvvəl qız vaxtı Şəki xanına gedibdir. Elə ki o ölüb, gəlib yenə öz 
əmisi oğlu Xankişi bəyə getmişdi. 
O da öləndən sonra ta ərə getmədi və övladı yox idi. Amma öz 
axirəti üçün yaxşı binagüzarlıq etdi. Əlavə öz səyilə hamı üçün yaxşı 
fikir çəkdi. Belə ki, həmən bu iki qitə məscidi-camelərinin hər birini iki 
dəfə  təmir edib və neçə  kəndlər və dükanlar və karvansaralar bu 
məscidlərin barəsində vəqf edib ki, kəndlilərin mədaxili bu iki məscidi-
camelər üçün məsrəf olsun. Məscidin həyətində azarlıxana təmir elədib 
ki, qərib adamlar naxoş olan vaxtda orada yatsın və müalicə olunsun. 
Hərgah ölsə, o adamın tədarükün görüb dəfn eləsinlər. Yenə hərgah qala 
əhlindən fağır və kasıb olsa, onları da xərc çəkib, dəfn edələr. Bir də o 
tüllablar ki, elm oxuyurlar, onlar üçün çırağ  və  həftədə iki dəfə çörək 
versinlər. Mücavirlərə  və müəzzibinlərə  məvacib qərar edibdir. Yenə 
özü və ata və ana və sair övladları üçün hər il ramazan və şaban ayında 
Quran oxunsun. Və  əlli-altmış  xətmi-Quran oxutsunlar və  hər ildə 
həmən ehsan aylarında üç gün ehsan versinlər. Bu günə vəsiyyətlər iki 
böyük daşlara həkk olub və məscid divarına nəsb elədib. Sair mətrukatın 
və müxəllifatın Həsən ağa Süleyman xan oğluna hiybə edibdir. Allah 
rəhmət eləsin o kimsələrə ki, Allah yolunda və füqəranın barəsində 
vəsileyi-irhamın haqqında bu günə binagüzarlıq ediblər. Xüsusən bu 
mərhumə. 
Yenə Gövhər ağa bu qədəri mətrukat vəqf edəndən sonra və iki qitə 
məscidi-camelərinin hər birisini iki dəfə  təmir edəndən sonra ki, hər 
birinin xərci dünya pul aparıb. Bunlardan əlavə yüz min manat pul cəm 
etmişdi ki, özü ilə aparıb Kərbəlayi-müəllada məsrəf edəydi. Əcəl aman 
vermədi. Burada mərhum oldu. 
Bir neçə ay məsciddə  dəfh etdilər qaldı. Sonra neçə  nəfər mötəbər 
adam ki, özü vəsiyyət etmişdi apardılar Kərbəlayi-müəllayə  və orada 
dəfn olub və üstə bir bab məqbərə bina ediblər. Neçə nəfər tullab təyin 
ediblər ki, nə  qədər dünya var, onun üstə gecə  və gündüz Quran 
oxusunlar. Onlar üçün məvacib qərar ediblər. O pul ki, buradan 
aparmışdılar, o pak olan məqamda karvansara və hamam təmir ediblər 
ki, onların mədaxili imam əleyhissəlamə  və bu mərhumənin özünə 
məsrəf olsun. Bu günə binagüzarlıq öz axirətin barəsində edib. Allah 
qəbul eləsin. 
 
47


Bir də bu mərhumənin neçə qaydası var imiş. Belə ki, ona əvvəla 
həmişə füqəranı müraat edirmiş və həmişə yük-yük baratı üləmalara və 
sair kasıb olan adamlara ki, abırlı kişilər imiş gələrmiş. Əlavə hər gecə 
neçə nəfər nökər götürüb yanınca bir para füqəraların evlərini gəzərmiş 
və onlara pul paylarmış. Onların əhvalatlarından xəbərdar olub, həmişə 
barat göndərərmiş  və  hər evə ki, güzarı düşərmiş, o ev sahibinə  bərk 
tapşırarmış ki, məbada mənim buraya gəlməyimi bir adama deyəsən. 
Gərək pünhan qalsın. Heç kimsənə bilməsin. Qərəz, həmişə fağır və 
füqəranın fikrində olan adam imiş. Allah rəhmət eləsin. 
Bir də İbrahim xanın neçə  nəfər qardaşları var imiş. Elə əhvalatları 
yoxdur ki, yazıla. Amma Tahbxan bəydən bir neçə  nəql yazmaq 
lazımdır. 
Çünki çox məzəli adam imiş. Belə nəql edirlər ki, Talıbxan bəy çox 
avam imiş. Belə ki, bir gün Tahbxan bəyin ixtiyarında olan 
rəiyyətlərdən ikisinin bir-birilə davaları var imiş. Gəlib Talıbxan bəyə 
şikayət ediblər. Bu adamlar hər biri öz sözlərini deyiblər.  İkisinin də 
sözünə Talıbxan bəy deyib ki, yaxşı deyirsən. Öz övrəti yanında imiş. 
Deyib ki, a xan, bunların hər ikisinin sözlərinə "yaxşı deyirsən" dedin. 
Pəs günah hansı birindədir. Axır birinə "yaxşı deyirsən" deginən və 
birinə "günah səndədir" deginən. Talıbxan bəy fikir edib övrətinə deyib: 
- A arvad, sən də yaxşı deyirsən. Gərək belə ola. Mən dürüst 
bilmədim. Bunların davasın sən kəsginən. 
Yenə belə  nəql edirlər ki, bir gün Talıbxan bəy quş ovuna getmiş 
imiş. Bir nəfər nökər qızılquş götürüb bunun ilən gedirmiş. Qəzadan o 
günü bərk yağış yağır. Talıbxan bəy islanıb və çox üşüyübdür. Dönüb 
dala baxıb, görüb nökər də  bərk üşüyür. Talıbxan bəy öz çuxasın 
çıxardıb verib nökərə ki, ala sən mənim çuxanıı geyginən. Bəlkə 
qızışasan. Mən yolla gedirəm. Nökər deyib: A ağa, özün geyginən. Mən 
üşümürəm. 
Qəbul etməyib verib nökərə. Qərəz, bərk islanandan sonra və çox 
üşüyəndən sonra gəliblər evə. Talıbxan bəy titrəyə-titrəyə paltarların 
soyunub, uzun ocaqda olurmuş. Övrəti deyib ki, axır niyə çuxanı nökərə 
verib, özünü belə islatmısan. Durub övrətin döyüb ki, a köpək qızı, pəs 
nökər saxlamaq asandır? Axırda adamın sözünə baxmaz. 
 
48


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə