Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/86
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#18029
1   ...   13   14   15   16   17   18   19   20   ...   86

Mustafa xan Məhəmməd bəyi öz əli ilə öldürüb, Məhəmməd bəyin 
övrətin intiqam üçün alıb və bir neçə ay saxlayır.
1
 Sonra bir atlıya qoşub 
göndərib Qarabağa. Sonra o övrəti mayor İmamqulu ağa alıbdır. Bəli, 
məsəldir deyiblər: 
 
Nə namərdə bel bağla, nə cəfa çək o candan. 
 
Və bir də İbrahim xana vəzir hesab olan Molla Pənah imiş. Belə ki, 
hər bir məsləhəti Molla Pənah ilə olurmuş və Molla Pənahın əsli Qazax 
Şəmşəddindən gəlibdir. Çox sahibi-kamal və qabil adam imiş və yaxşı 
təbi-şeri var imiş. Bu ağ könüllər oxuduğu zikrlər təmamən Molla 
Pənahın kəlamıdır... Qərəz, artıqxoşbəxt adam imiş. Mərhum  İbrahim 
xanın həddən artıq iltifatı var imiş. 
Hər məsləhəti ki, Molla Pənah görərmiş, gərək həmən tövr olaymış. 
Ona görə bir məsəl xalqın arasında məşhurdur. Belə deyir ki, "Hər 
oxuyan Molla Pənah, hər qatırçı Murad olmaz". Bu ikisinin vəxti Əsəd 
bürcündə imiş. 
Və bir də neçə  kəlmə  mərhum Bəhmən Mirzə  əhvalatından yazıb 
məlum eləmək gərək. Belə ki, Bəhmən Mirzə Fətəli şahın nəvəsidir və 
naibüssəltənənin oğludur ki, iki dəfə bu qalanın üstə qoşun çəkibdir. Bir 
dəfə  İbrahim xanın vaxtında və bir dəfə rus dövləti Qalaya təsərrüf 
olanda gəlib. Qabaqda yazılıb. Qərəz, Fətəli  şah münəccim götürüb 
naibüssəltənənin taleyinə baxdırıb ki, görsün naibüssəltənənin taleyində 
padşahlıq görünürmü. Elə ki, münəccim baxıb, belə görünüb ki, 
naibüssəltənənin taleyində padşahlıq görünmür və yavuq vaxtda əcəlinin 
yetişməyi görünür. İş bu tövr olan vaxtda Fətəli  şah o qədəri ki, 
oğlanları var imiş heç birisin vəliəhd etməyib naibüssəltənənin böyük 
oğlu Məhəmməd  şahı öz atasının yerində  əvəz vəliəhd eləyibdir. Bir 
müddətdən sonra münəccim dediyi söz rast olub. Naibüssəltənə  Fətəli 
şahın qabağında mərhum olub və bir müddətdən sonra Fətəli  şah 
mərhum olub və  mərhum Məhəmməd şah padşahlıqda  əyləşib və neçə 
nəfər qardaşları ki var imişlər hər birin bir məmləkətdə sərdar təyin edib 
və  Bəhmən Mirzə külli-Azərbaycana hakim olub. Hər bir hökmdə  və 
adam öldürtməkdə 
                                                           
1 Məhəmməd bəy M.P.Vaqifin arvadı Qızxanımla evlənib Şəki xanının yanına qaçmışdı. 
 
 
55


cəmi ixtiyan var imiş. Sonra Məhəmməd  şahın yanında bədbəxt olub. 
Öz qardaşı  Məhəmməd  şah bu fikrə düşüb ki, Bəhmən Mirzəni 
öldürtsün. Bu işdən Bəhmən Mirzə xəbərdar olub, cəmi mal və dövlətin 
və əhli-əyalın qoyub qaçıb Rusiya dövlətinə pənah gətiribdir və Rusiya 
dövləti mühafizət edib bunu ehtiram ilə saxlayıb. 
Elə ki Bəhmən Mirzə  əvvəl Rusiya məmləkətinə varid olub, bir 
müddət əyləşib Tiflis şəhərində oturub, sonra bir müddət Tiflisdə qalıb 
və oranın abu havasın xoşlamayıb gəlib Qarabağa və burada bir müddət 
kirayə ilə  əyləşib və bir-bir əhl-əyalını  və mirzələri və müqərrib 
nökərləri və xacələri təmamən gəlib cəm olublar. Rusiya dövlətindən 
otuz altı min manat pul məvacib qərardad olub. Ta bir müddət keçəndən 
sonra bu imarətləri təmir edib. Qərəz, Bəhmən Mirzənin qaydası  və 
bərdaştəsi padşah qaydası kimidi. Belə  məlum olurdu ki, o qədəri ki, 
ona yetişirdi il başına onu görmürdü. Çünki o qədəri  əhl-əyal və 
əmələlər ki, Bəhmən Mirzə saxlayırdı, ildə yüz min manat ona kifayət 
etməzdi, nəinki otuz altı min manat. Çünki Bəhmən Mirzənin özü iki 
yüz nəfər adama məvacib verirdi. 
Belə ki, Bəhmən Mirzənin həmişə övrətləri on nəfərdən  əskik 
olmurdular. Ya on nəfər və ya səkkiz nəfər bu yerlərdə əyalı olurdu. Hər 
birinin bir dəst imarəti və nökəri və qulluqçuları  və qarabaşları olurdu 
ki, hər birinin xərci ildə nə qədər pul olurdu. Və əlavə bir müdərrisxan 
qızları üçün bina etmişdi və neçə  nəfər müdərris ilə. Və bir 
müdərrisxana oğlanları üçün bina etmişdi neçə nəfər müdərrisləri ilə. Və 
hər oğlu üçün bir nəfər lələ  və  hər qızı üçün bir nəfər ağbaşlı  təyin 
etmişdi. Və neçə nəfər xacələr və qulamlar və qara kənizlər, sair əməllər 
ilə öz qulluğunda olurdular. Onun aşpazxanasının hər gündə  əlli 
manatdan artıq xərci olurdu. Və neçə rəs atlar və faytonlar saxlardı. Belə 
ki, onun tamam əmrlərini yazmaq mümkün deyil. Və  məlumdur ki, o 
tövr olacaq. Amma cüzi yazmaqda mənzur budur ki, dünyanın işi bu 
tövrə olur. Belə əmirin övladı özündən sonra çox zillət çəkdilər və tez 
vaxtda tənəzzül etdilər. Əgərçi öz küfri nemətlikləri səbəb oldu, amma 
yenə adam rəva görmür. 
Belə ki, mərhum Bəhmən Mirzə çox həmli və nökərə  və  kənizə 
mehriban adam idi. Bir xasiyyəti var idi ki, hər  şeydən ki, əhli-əyali 
geyərdi, həmən şeydən nökər və kəniz üçün verərdi və o nemətdən ki, 
özü yeyərdi, gərək tamam əmələlər ondan yeyəydi. Razı olmazdı ki, bir 
kimsənə o nökərlərə və qarabaşlara bir kəlmə söz 
 
56


 
desinlər. Çox artıq  əzizlik ilə  əmələ saxlardı. Artıq insaflı  və  rəhmdil 
adam idi. Belə ki, hər yerdə ki, bir nəfər qoca övrət və ya kişi biləydi ki, 
var, onun üçün məvacib qərar edəcəydi. Və  hərdəm bir dəfə o qoca 
kişiləri və qarıları götürüb öz qulluğunda oturdub söhbət edərdi və 
onlardan qədim sözlərdən xəbər olardı. Çünki qədim sözü artıq dost 
tutardı. Və əlavə bu qocaların danışmağı və söhbətləri xoşuna gəlirdi və 
onlar üçün öz qulluğunda nahar və çay gətirdərdi. O qocaların yeyib-
içməyindən xoşu gəlirdi. Həmişə özünə  məşğuliyyət onların və qara 
kənizlərin və qara qulamların oynamağj idi. Çox dost tutardı qoca və 
avam adamları. Bir gün iki nəfər qoca övrət var idi. Köçərli 
məhəlləsində. Birinin adı  Əkdimqızı  və birisinin adı  Kəlin-pəri. 
Bunların hər ikisi çox qəribə surətli qarılar idi. Bir gün şahzadə bunların 
hər ikisini götürdüb qulluğunda bunlara söhbət elədərmiş. Bu qocalar 
nahar edəndən sonra şahzadə buyurub bu övrətlər üçün çay gətiriblər və 
buyurub iki kürsü qoyublar ki, o qocalar üstə oturub çayların içsinlər. 
Onların kürsü üstə oturmaqlarından xoşu gəlirmiş. Qocalar deyiblər ki, 
qurbanın olum, qoy yerdə içək.  Şahzadə buyurub gərək kürsü üstə 
içəsiniz. Qərəz, bunların hər birinin əlində bir stəkan çay kürsü üstə 
oturublar və  şahzadə bunların tərkibinə  və kürsü üstə o halət ilə 
oturmaqlarına tamaşa edirmiş  və gözləyirmiş ki, görsün o qocalar nə 
tövr çay içirlər. Bir vaxt görüb qarının biri dilin çayın içinə batırdı  və 
birisi barmağın çaya batırıb, sonra yaladı.  Şahzadənin bunların bu işi 
xoşuna gəlib, o qədər gülübdür ki, bir gün qarnı  ağrıyıb və sonra 
onlardan xəbər alıb ki, niyə elə elədiniz? Biri deyib mən dilimi batırdım 
görüm soyuyub ya yox. Dilimi yandırdı. O biri də deyib: Mən də 
barmağımı batırıb dadırdım ki, görəm  şirindirmi. Baməzəlik üçün 
edirmişlər, ya özləri o tövr imişlər. Qərəz,  şahzadə onlar üçün pul və 
libas verib yola salıbdır. Və hər dəm bir dəfə onları gətürdərmiş, onları 
növ-növi işlər ilə danışdırıb, gülərmiş. Və neçə  nəfər övrət və kişi var 
idilər ki, həmişə  şahzadənin qulluğunda bir para məzəli işlər edərdilər 
ki, şahzadənin könlü açılsın. Və bu adamlar şahzadənin qulluğunda çox 
güstax imişlər. Hər bir tövr işlər edirmişlər. 
Belə ki, bir gün əmrə qayib imiş. Və o günü şahzadə öz övrətlərinin 
birisinin mənzilində imiş və bir nəfər biganə övrət o xanım üçün halva 
payı göndərmiş. Bu halva payı  gətirən övrət həmişə  şahzadənin 
qulluğuna gəlib-gedən adam imiş. Qərəz, bir məcməyi 
 
57


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə