Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/86
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#18029
1   ...   15   16   17   18   19   20   21   22   ...   86

rəva görmüşlər. Hərgah bir bişmiş olsaymış əvvəl gərək qonşuya qismət 
olunaymış, sonra özləri yemişlər. Ta mümkün deyilmiş, gərək bu tövr 
olaymış. Yenə belə  nəql edirlər ki, qədim vaxtı bir para hacılar var 
imişlər ki, gecə olanda bir sətilə yağ qoyarmış  və bir dağara düyü 
doldurub dalma alarmış, hər yerdə fağır və füqəra var imiş, aparıb hər 
birisinə bir qədəri ehsan edərmiş. Qədim vaxtlarda bu tövr işlər və 
adamlar çox imiş. Bir də bu qayda var imiş ki, hər vaxt kasıb qonşu qız 
köçürərmiş, o qızın lazım olan tədarükün elliklə görüb yola salarmışlar. 
Oğlan evləndirən vaxt tamam qohum və qonşu pul yığıb o toy sahibinə 
verərmişlər ki, toyun xərci olsun. Borclu və kasıb olmasın, ta bəlkə 
güzərandan düşməyə. Qərəz, o vaxtda olan adamlar bir-birilə mehriban 
və haqqa yavuq və Allahdan qorxulu və  məsələlərinə arif və  əmin və 
dindar və xoşxilqət və sahibi-elmi-ədəb və xoşrəftar və cəmi işləri Allah 
əmri ilə və peyğəmbər şəriətilə rast olan adamlar imişlər. 
Həmişə şəriət "hökmü ilə dolanıb öz müsəlmanlıqlarının qədrin bilən 
və din qardaşlarının dünya əmrin dolandıran və özlərin bir para əlsiz və 
ayaqsız adamlara tərəfdar edən kişilər" imişlər. 
Belə ki, bundan əqdəm hər bir dövlətli adamın bir bab karxanası var 
imiş ki, o karxanada darayi, çarqət və bir para o əsrdə dəb olan parçalar 
toxunarmış, hər bir karxananın 20 nəfər kişi və övrət əmələsi olunurdu. 
O əmrlərdən onların mərthal güzəranları keçirdi. O vaxtda olan hacılar 
bu tövr dadü büstan edirdilər ki, onların dadübüstanından 20 və 30 nəfər 
kasıb adamlar mübaşir olmaq etibarilə güzəranların keçirirdilər. Amma 
bu vaxtda hərgah bir nəfər adamın 100 min manat pulu ola tək özü üçün 
kifayət edər və bir nəfər kasıb adama xeyir vermək və dolandırmaq 
bunlardan mümkün deyil. Və nainsaf olmaqları bu mərtəbədədir ki, 
hərgah bir nəfər kasıb və külfətdar adam bir xalça götürə ki, bir qədər 
parça ilə sevda edə, bəlkə öz əhli-əyah üçün ya xərclik ola, bu biinsaf 
Hacı səy edir ki, bu xalçanı görsün beş-altı manatlıq parçanı ala bilərmi? 
Və əlavə bundan hər yerdə ki, çitin və sair şeyin, çörəyi və soğanı var, o 
şeylərdən götürüb yüz and içməklə o biçarə fağırın boğazına 
bağlayacaqdır. Və hərgah bir nəfər kasıb bir ədəd xalı götürüb bunların 
yanında gözü qoya və bir qədəri parça götürüb bir neçə ayın vədəsinə 
aparıb ya mahalda, ya qalada satıb bir növ güzəran edə. Əvvəl o parçanı 
belə qiymət ilə verəcək ki, həmin o xalının yarı qiyməti olacaq. İkinci 
hərgah o vədədən bir 
 
61


neçə ay keçə, biçarə kasıb satıb pulun vədə tamamında verib rədd edə 
bilməyə o vaxt həmən xalını müamilə hesab edəcək və  şikayət edib 
təməssükdə olan pulun əvəzində binəva kasıbın ya evin və ya 
müxəlləfatın torq ilə satdırıb alacaqdır. Və bu işi özünə hünər hesab 
edib, fəxr edəcəkdir. 
Və bir də  qədim vaxtda bir il tamamən Məkkə ziyarətinə gedib-
gəlirmişlər. Quru yol gedirmişlər,  Şamşumdan və dörd ay tamama 
Məşhədi müqəddəs ziyarətinə gedirmişlər. Kərbəlayi-müəlla ziyarətinə 
çox qorxuluq ilə gedib-gəlirmişlər. Çünki o vaxt türkmandan çox zərər 
zəvvara olurmuş. Xiridə gedən adam Misirə, Şiraza, Tehrana, Şamşuma, 
bu yerlərə gedirmişlər. O idi ki, tamamən sahibi-mərifət və kamil 
adamlar imişlər.  İran vilayətlərindən elm və  ədəb dərk edib şəriət 
hökmü ilə rəftar edirdilər. Və o hacıların çoxusu əmmamə qoyarmışlar. 
Tamamən libasları üləma libası kimi don və çuxa. Bu növi libas 
geyirmişlər və özlərin həmişə qeybət etməkdən və xatalı sözləri 
danışmaqdan gözləyib imani-kamil ilə  və mömünlük ilə dolanarmışlar. 
O vaxtda olan adamlar, ya qala əhli və ya mahal əhli hər kəs ki, övrət 
alarmış, həmən gecə o övrətin kəbinin özünə rədd edərmişlər. Ya imarət 
və ya sair şeylərdən və mahal əhli bir neçə rəs qaramal tanıdarmış ki, bu 
mallar sənin kəbinin ilən  əvəz olunsun. Qərəz, hər bir barədə özlərin 
məşğul-zəmməlikdən xilas edib hökm şəriət ilə rəftar edirmişlər. 
Və bir də bu vaxtda olan hacılar və sair xalq ki, varlar, hərgah zahiri 
əməllərin yazaq, qeybət olacaqdır və batini əməlləri ki, öz rəftarlarından 
və sözlərindən məlum olur yazılsa, iftira hesab olacaqdır. Həmin bir 
neçə  kəlmə bu əsrin  əhlindən ki, qayda və adətləridir, yazmaq 
mümkündür. Qərəz, bu vaxta adət belə düşübdür ki, hacıların çoxu 
palton geyirlər və  çəkmə geyirlər və  hər kəs öz eyş  və  işrətində olub, 
həmişə bu fikirdədirlər ki, calalları və şöhrətləri artıq olsun və günbəgün 
tamahların artırıb, dövlətlərin artıqlığına təlaş edib, bilmərrə füqəranı 
yada salmazlar. Hər birisi bir firon calalı götürüb, axırəti yaddan 
çıxartmış  və dünyaya həris olub, ömürlərini qəflət ilə keçirirlər. Və o 
ehsanat ki, olur və ehsan hesab edirlər. Həmin bir şeyi bir şöhrət bilib o 
ehsanı yerinə yetirməyin  şəhərin və Allah-təalanın razılığın bilməzlər. 
Həmin ki, yüz nəfər adam ki, həmişə sahibi-nahar və  şamdır və heç 
kəsin çörəyinə ehtiyacı yoxdur. Gərək hər yerdə, ya ehsan və ya sair 
xeyir və şər olsa, o adamlar üçün olsun. 
 
62


Belə ki, həmin adamlar şikayət edirlər ki, mənim təbiətim düyü 
yeməkdən soyubdur və birəğbət olmuşam xörəkdən. Çünki iki aydır ki, 
müttəsil xörək yeyirəm. Amma fağır və kasıb və qərib bu məclislərdən 
binəsibdirlər. Hərgah bir nəfər, ya qərib və ya fağır təklif olmamış bu 
məclisə öz başına gələlər, ya qapıdan qovulacaq və ya başmaqxanada 
otura ki, o adam dövlətli və libası təzə ola, o vaxt o adam bu kasıb ilə 
çörək yeməyi özünə ar bilib, çörək yeməyəcəkdir. Özünün zahiri vəzi 
övzasına baxıb, qürrə olub, o qədəri mərifəti olmayacaq ki, əvvəla 
Allah-təalanın razılığın fikir edə  və saniyən güman edə ki, bəlkə bu 
fağırın batini yaxşıdır. Pəs bu günə qonaqlığa türk arasında siyirən 
qonaqlığı deyirlər. Çünki yüz nəfər adamdır və  təmamən bu ehsanı 
edirlər və  hər məclisdə  həmin adamlar olur və bu əməllərdən  əlavə 
kəmali-xiridə verib, bir para sözlərə qarışırlar ki, əsla o günə sözlərin bir 
kəlməsin anlamağa ağlı və mərifəti yox-dur. Allah-təalanın qəzəbindən 
və  qəflətin bəlasından ictinab etmə-yib istəyirlər alimə fasiqlik və 
kafirlik sübut etsin ki, islam tayfasının bir hoqqası o alimə etimad edib, 
təqlid ediblər. Və halinki o qədəri mərifəti yoxdur ki, məclisdə 
oturmağın və çörək yeməyin qaydasın bilə. Həmin gücü öz ağzına çatıb. 
Bir para hədyanat sözləri danışmağı özünə kamal hesab edib, 
müttəsəl danışıb və cavabına höccət edəcəkdir. Belə işlərə bais oldur ki, 
özünün hökmündən və elmindən bir kəlmə anlayıb, mərifət tapa 
bilməyibdir. 
Və bir də bundan əqdəm bu vilayətdə yaxşı, kamil və xoş  xətt 
müdərrislər var imişlər ki, onların tərbiyətlərindən çıxan adamlar 
təmamən kamil və xoş  xətt olmuşlar. Və o müdərrislər bir az vaxtda 
uşağı elə oxudub və səy edib, kamil edirmişlər ki, uşaqlar fars və ərəb 
elmin tamam edəndən sonra bir parası gedib rusca oxuyub, yenə artıq 
kamil mirzə olublar. O vaxtda olan uşaqlar da sahibi-kamal uşaqlar 
imişlər. Ta bu vaxtda olanlar kimi on iki yaşında şərab içmək və qumar 
oynamaq və papiros çəkmək və bir para namərbut işlərə mübaşir olmaq 
heç bir yerdə yox imiş. Oldur ki, təmamən o vaxtda olanlar sahibi-elm 
və  ədəb və xoş  xətt olmuşlar. Və belə  nəql edirlər ki, o zəmanənin 
uşaqları öz ata və anaların yanında danışmaq və gülmək yox imiş. Çox 
abırlı və həyalı və itaətdə olarmışlar. Və sair adam ki, ağsaqqal olalar, 
onlara da hörmət və ehtiram edirmişlər və o uşaqlar üçün küçədə 
dolanmaq və səhrada gəzmək məqdur deyilmiş. 
 
63


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə