Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/86
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#18029
1   ...   16   17   18   19   20   21   22   23   ...   86

Həmin gecə  və gündüz öz oxuyub və yazmaqlarına məşğul olub
elmlərin və  mərifətlərin artıqlığına səy edirmişlər və onların ataları  və 
müdərrisləri onların haqqında artıq səy edirmişlər ki, dürüst, kamil 
olsun. Ondan sonra hər kəs özünə görə uşağın ya sənətə qoyarmış və ya 
sövdəkarlığa və ya dübarə rus elmi oxutmağa qoyarmışlar və o səy və 
diqqəti ilə ki, müddərislər o uşaqlara elmi-dini tərbiyət edirmişlər, 
onların ücrəti ildə dörd manat pul və ya bir top boz və qədəki və ya bir 
top qələmkar olurmuş və az şeyə qane olub, uşağa artıq səy edirmişlər 
vənşağı  cəmi-elindən oxudub, kamal sahibi və  mərifət sahibi və öz 
dinlərin hökmdən xəbərdar və məsələlərinə arif və xoş xətt və bir para 
ibarətpərdazlığa bələd edib, ondan sonra hər kəs öz işlərinə gedirmişlər 
və tamam xoş xasiyyətlik ilə və həlallıq ilə rəftar edirmişlər. 
Belə ki, o vaxtda olan hacıların birinin oğlu ki, məktəbxanadan çıxıb 
öz atasının yanında sövdəgərliklə məşğul olub və bir müddətdən sonra 
tənxahi  əlindən çıxıb və kasıb olub, gəlib müdərrislik edir və  hər bir 
elindən xəbərdar və kamil adamdır. Hər bir tövr ilə mollalıq etməyə və 
heç bir yerdə aciz qalmayıb, hər bir cəhətə görə mollalıq edir və öz 
güzəranını keçirir. Kəbin oxumaq və ölü namazı qümaq hər gunə iş olan 
vaxtda aciz qalmaz. Və  təsdiq mollalar kimi özün ruhani cümləsinə 
daxil edib, mollalıq edir və bu əmr ilə mərəzi-hal güzəran edir. Amma 
bu vaxtda olan hacılar, uşaqların elə vaxt məktəbdən çıxardıb dükana 
aparırlar ki, əbədi siyahi yazmağın zabitəsin bilməzlər. Və  əsla  şəriət 
hökmdən bir məsələ anlamayıblar və vacib olan hökmlərdən xəbərdar 
olmayıblar və belə bilməzlər islam olmağın hökmü və rəftarı  nə hökm 
ilədir, gərək sövdanı nə tövr və nə insaf ilə edə. Həmin yüz min hiylə ilə 
və yüz dəfə and içməklik ilə bir nəfər kəm səriştə fağın aldadıb kəm 
ərizi  əriz  əvəzinə  və çürüyü sağ  əvəzinə satıb öz-özünə  fəxr edir ki, 
bunu aldatdım ta bilməz ki, onun əvəzində nə qədər zərər bu dünyada, 
nə  qədər  əzabi-axirətdə onun üçün olacaqdır. Oldur ki, bu vaxtda olan 
dövlətlilərin dövləti tez vaxtda zayil olur və bərəkətləri olmur. Özləri də 
kasıblığa düşürlər. 
Və yenə bir neçə  nəfər kasıb oğlu məktəbdən çıxandan sonra 
sənətkarlığa getmişdilər. Elə ki onlar da müsilən oldular və  kəmmaya 
oldular, o adamlar da gəlib kimi qalada və kimi mahalda uşaq oxutmağa 
və mollalığa məşğul olub, güzəran edirlər. Və  hər  şəriət hökmündə 
mahir və kamil və xoş xətt adamlardır. Hətta onlardan 
  
 
64


birisi ki, oruz ildir ki, sərraclıq edirdi, axırda ki, gəlib ruhani silkinə 
daxil oldu. Həmin adam Gəncə  məclisində çilen təyin oldu. O vaxtda 
olan adamlar belə kamil olub. Ondan sonra oxumaqdan fariq olub, ya 
sənətə  və ya sövdəgərliyə getmişdilər ki, axırda sinnə çatan vaxtda və 
kasıb olan vaxtda yenə öz kamalların səbəbinə güzəran sahibi və hörmət 
sahibi olurlar. Amma bu vaxtda Allah-təala kasıba ağıl versin. Elə ki, 
uşağı yeddi yaşma yetişir təlim edəcəkdir, get bazarda kömür yükü və 
saman və odun yükü apar, düşür. Hər birindən bir qəpik alarsan. Və get 
toyuq sat! 
Qərəz, bu növi işlər ilə öz uşaqların avara və  sərgərdan edirlər. Və 
uşağın əli hər tərəfdən üzülür. Nə oxuyub tərbiyət tapa bilir ki, halallıq 
ilə güzəran edə  və  nə  sənət bilirlər ki, o sənətin bərəkətindən dolana 
bilələr. Böyüyüb qahrlar avara. Məşğul olurlar bir para bədzad işlərə, 
oğurluğa və qumar oynamağa və bir para həyasız işlər onlardan əmələ 
gəlir və çox bişərın olurlar. Çünki nə müəllim tərbiyəti görürlər və  nə 
ustad cəfası  çəkirlər. Xudsər dolanmaq ilə bu gunə bitərbiyət və kasıb 
olub, axırları heç olur. 
Və yenə bir para bəyzadə  uşaqları ki, qədim vaxtda olan 
müdərrislərdən tərbiyət taparmışdılar və islam elmin oxuyub kamil 
olandan sonra gedib rus elmi də oxuyub, kamil olub, Rusiya dövlətinə 
qulluq edirdilər. O mirzələr çox kamil adamlar idi və onlara tez vaxtda 
qulluq verilirdi və onların qulluğu otuz il, bəlkə artıq çəkirdi. Və 
onlardan bir para islam şəriətinə layiq olmayan işlər görünməzdi. Həmin 
şəriət hökmündə dolanıb öz qulluğuna mübaşir olurdular. Yenə onların 
bu günə  təmiz rəftar etməklərinə  səbəb bu idi ki, əvvəl öz dinlərin 
hökmündən dürüst xəbərdar olurdular, sonra sair alimləri oxuyub təlim 
tapırdılar. Və bir para kitablar və Qurani-müzil ki, rusca tərcümə 
olunubdur. Həmin o mirzələr onları  tərcümə ediblər. Çünki qədim 
mirzələr təmamən ərəbdə və farsda çox kamil adamlar imiş. O cümlədən 
birisi bizim əmimiz Mirzə Məhəmmədhəsən bəy Vəliyev. Belə ki, neçə 
il bundan əqdəm  Şirvanda Rus dövləti seyidlərin  şəcərələrin yığıb 
yetişdirdi. O vaxt heç bir dəftərxana mirzələri bacarmayıbdır ki, o 
şəcərələri rusca tərcümə edələr. Çünki o şəcərələr təmamən ərəb kəlməsi 
ilə olur. Mirzə  Məhəmmədhəsən iki gün iki gecədə  təmamın  ərəbdən 
rusca tərcümə edib və bu əhvalı içəri dövlətə məlum ediblər. Bu barədə 
mərhum  əmim üçün artıq hörmət olmuşdu. Və bir hörmətli medal 
dövlətdən iltifat olunmuşdu. 
  
 
65


Əgərçi hər əsrdə kamil adam olur. Amma bu vaxtda tapılanlar yenə 
həmin vaxtın adamlarındandır ki, əlli il və qırx il bundan əqdəm tərbiyət 
tapıblar. Yoxsa bu vaxtda olan mirzələr ki, on beş il və iyirmi il olur ki, 
qulluqda və sair əmrlərə mübaşir varlar, bunların müsəlmanca yazdıqları 
hürufatın bir kəlməsin dürüst görməzsən və  əbədi müsəlman elmindən 
xəbərləri yoxdur və bilməzlər ki, müsəlmanlığın şərti nə növlədir. Odur 
ki, hər iki tərəfin vacib olan əmrlərinə itaət etməyib, həmişə aləmi-
cahillikdə qalırlar. Nə islam şəriətin hökmü ilə  rəftar edirlər və  nə 
məsihiyyə şəriətilə. 
Və bir də o vaxtda təlim tapan adamların çoxunun təbi-şeri olurdu. 
Və onlardan neçəsi hər biri bir cild kitab nəzm ilə deyiblər. Və onlar 
kimi şirintəb və xoşxətt bu əsrdə, bu vilayətdə görünmür. Onlar yazdığı 
xətləri indiki adamlar yaza bilməzlər. Və onların yazdığı ibarətləri bu 
vaxtın adamları oxuyub mənasın anlamazlar, məgər mollalar. Yoxsa o 
adam ki, özünə güman edir ki, mənim savadım var, bunlar keçən adam 
kimi olmaq cəmi cəhətdən mümkün deyil. Hər bir sənətkar da bunun 
kimidir. Məgər bir memar bu vaxtda tərəqqi edibdir? Sair ustakarlar və 
elm sahibləri təmamən qədim vaxtda olanlardan əskikdirlər? Həmçinin 
övrətlər arasında ki, qədim vaxtı bir para zərif işlər var idi, güləbətin, 
düzlik və  rəhik və  bələkdüzlük bunlar kimi işlər ki, təmamən ipək və 
güləbətin iş işlərdilər, indi bilmərrə sağit olub. Həmin bir fərş toxumaq 
adət olubdur. Əgərçi bizlər belə hesab edirik ki, bu vaxtda olanlar 
tərəqqi ediblər, nahaqdır. Tərəqqi etməz. Həmin budur ki, evləri qəlbi 
etmişik və libaslarımızı faxir və bir para adət qoyulur ki, bundan sonra 
gələnlər lənət edəcəkdirlər. Çünki bir para adətlər ki, qoyulurlar şəriət 
əmrilə dürüst və  bərabər deyil. Bunun kimi ki, kişilər övrət kimi 
özlərinə zinət verirlər və övrətlər kişi kimi toqqa bağlamaq və saat 
qoymaq və  çəkmə geymək və bu gunə  işlərə iqdam etməyi özlərinə 
zinət hesab edirlər. Həranki şəriətdə bu gunə əmrlər haramdır. Həmin bu 
vaxtın əhlin kamalı və tərəqqisi bu tövr işlərdir. 
  
 
66


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə