Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/86
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#18029
1   ...   19   20   21   22   23   24   25   26   ...   86

Molla Hüseynin anası xəbərdar olub ki, Ağa bu yerlərdədir. O övrət 
gedib Ağanın yanına və çarqətin başından açıb, tullayıb Ağanın 
ayaqlarına ki, gərək mənim oğlumun qanını qaçaq Rüstəmdən alasan. 
Və çox yalvarıb. Bayandurlu Ağa bu övrətin sözün qəbul edib və 
xatircəmlik verib ki, bir neçə gün səbir elə, sənə  məlum olar. Övrət 
qayıdıb öz evinə. Və  Ağa həmin gün qayıdıb Zəngəzura. Gəlib qaçaq 
Rüstəmi öldürüb və bir qolun kəsib gətirib həmin övrətə verib ki, o 
övrət üçün təsəlli olsun. 
Elə ki övrət bu tez vaxtda Ağanın buna təsəlli verməyin görüb, neçə 
dəfə  Ağanın atının başına dolanıb və Rüstəmin qolun ocaq qalayıb 
yandırıbdır. 
Və yenə bir nəfər qaçaq Zəngəzur mahalından çıxıb ona Kürdoğlu 
Safyu deyirmişlər. Çox birəhm və insafsız adam imiş. Hər yerdə  xəta 
edib, hər kəs onun əlinə düşsəymiş salamat qurtarmaz imiş. Göyçədə və 
Dərələzidə və Ayrımda çox işlər edib və neçə dəfə yaylaqda və qışlaqda 
obalar dağıdıbdır. Sonra məlum olmayıb ki, axırı nə tövr olubdur. 
Və bir də Kəbirli mahalında Ağ Kəhriz adlanan yerdə bir nəfər adam 
var idi, adına Mirzə oğlu Həsən deyərdilər. O da çox qorxusuz və cürətli 
adam idi. Bir para işlər tutdu. Amma aşkara düşmədi. Nə bir gün dustaq 
oldu və nə qaçaq oldu. Hər iş ki, etmişdi, pünhan qaldı. Bunun işləri bu 
idi ki, Şirxanın oğlun və övrətin Sibirə apardılar. Şirxanın on iki yaşında 
bir oğlu qalmışdı. Gəlib Mirzə oğlu Həsənin yanında ağlayıb ki, gərək 
türkmən yüzbaşısın gedib öldürəsən. Bizim bu işə düşməyimizə səbəb o, 
olubdur. Və iki yüz manat pul verib. Mirzə oğlu Həsən pulu qəbul edib, 
axşam vaxtı yola düşüb. Qaranlıq düşən vaxtda türkmən yüzbaşısının 
evinə gedib, qapıdan içəri girib, əlində tüfəng salam verib, həmin saat 
yüzbaşını vurub öldürübdür. Tamam külfəti oturduğu yerdə tez qayıdıb. 
Obanın adamları  gəlib ki, bunu kim öldürdü? Deyiblər ki, bir nəfər 
uzunboylu idi. İçəri girib salam verdi. O saat da kişini vurub öldürdü. 
Və yenə  həmin Mirzə  oğlu Həsənin yanına bir nəfər abırlı adam 
gəlib ağlayır ki, bəs Səhləbatlı Aslan mənim namusuma sataşıbdır və bu 
iş xalq arasında  şöhrət edib və  mənim o hünərim yoxdur ki, onu 
öldürəm. Gərək bu pulu qəbul edib, gedib Aslanı öldürəsən. Mirzə oğlu 
pulu qəbul etməyib təvəqqəsin qəbul edib. Gedib Aslanı 
  
 
73


öldürmüşdü. Çox belə işlər etdi, girə düşmədi. Sonra həmin Mirzə oğlu 
Həsəni öz evində övrətilə yatdığı yerdə bir nəfər on yaşında uşaq 
öldürdü. Və o uşaq ələ düşmədi, qaçıb getdi o taya, İran tərəfinə. Belə 
ki, məsəl deyiblər: 
Hər nə doğrarsan çanağına, o çıxacaq qaşığına 
Və yenə  Zəngəzur uyezdindən Camal bəy və  oğlu  İsmayıl bəy və 
qardaşı  oğlu Cəbrayıl bəy qaçaq olublar. Və bunların  əhvalatı bu tövr 
olubdur: Belə ki, Camal bəy ilə Cabbar bəyin davası var imiş. Cabbar 
bəy Camal bəyin qardaşı  Məhəmmədhəsən bəyi öldürmüşdü və  işləri 
divana düşmüşdü. O vaxt Xandəmirov Murov idi. Belə olub ki, Murov 
Cabbar bəyin tərəfin mülahizə edib və Camal bəygili təqsirləndirib. Belə 
hökm olub ki, Camal bəyi oğlu ilə  və qardaşı  oğlu Cəbrayıl bəy ilə 
tutarlar. Bunlar qaçaq olub divan tərəfdən hökm olub ki, Camal bəyin 
hər bir şeyi qarət olsun. Gəliblər Camal bəyin ilxı ilə atların və otuz dəst 
yorğan-döşəyin və sair dünya malın təmamən çəpavül ediblər və bir 
dəstə atlı ilə düşüblər Camal bəygilin dalma ki, tutalar. Yaylaqda 
Xandəmirov və pomoşniki Əli bəy çinovnik bir dəstə atlı ilə Camal bəy 
ilə atışıblar. İsmayıl bəy Camal bəyin oğlu atışan vaxtda Əli bəyi vurub 
öldürmüşdü və qaçıb qurtarmışdılar. Ondan sonra gedib Təbrizdə 
qalmışdılar və  Təbrizdən tutub göndərmişdilər  İrəvan  şəhərinə  və 
İrəvandan göndərmişdilər qalaya. Burada bir neçə vaxt dustaq oldular. 
Bir müddətdən sonra Şirvandan iki nəfər polkovnik gəldilər ki, bunların 
işin silist etsinlər. Onların günahlarını dürüst bilələr. Və o 
polkovniklərin biri Smirnov idi və birisi Zinovyeviç idi. Və bunların 
yanınca gələn çinovnik Mirzə  Məhəmmədhəsən bəy Vəliyev bizim 
əmimiz idi. Elə ki silist oldu Camal bəy və  Cəbrayıl bəy müqəssir 
olmadı və İsmayıl bəy üçün Sibir kəsildi. Əli bəyi öldürməyə cəhət və 
Xandəmirovu badsuda saldılar və Cabbar bəyi tutub göndərdilər Tiflisə. 
Bir neçə vaxt Tiflisdə dustaq oldu. Sonra Cabbar bəyin qılçaları çolağ 
oldu... 
 
74


 
 
 
 
 
 
 
 
HƏSƏN İXFA ƏLİZADƏ 
 
ŞUŞA ŞƏHƏRİNİN TARİXİ  
 
 
 
 
75


 
HƏSƏN İXFA ƏLİZADƏ 
  
Mollanəsrəddinçi  şair, dramaturq, nasir Əlizadə  Həsən  İxfa (1893-
1972)  ədəbi fəaliyyətə 1910-cu ildə "Molla Nəsrəddin" jurnalında 
başlamışdır. Həyatını  Şuşada keçirmiş, uzun müddət müəllimlik 
etmişdir. 1927-ci ildə Pedaqoji İnstitutu bitirmişdir. "Namərdi ruzgar", 
"Ələsgər", "Məkri zənan", "Balaxanım" və başqa əsərləri yerli səhnədə 
göstərilmişdir. Eyni zamanda, xeyli hekayələri və şeirləri də vardır. 
Həsən  İxfanın maraqlı yazılarından biri də  "Şuşanın tarixi"dir. 
Həvəskar ziyah bir neçə  dəftərdə  Şuşa  şəhərinin binası qoyulandan 
Sovet dövrünə  qədər baş verən hadisələrdən bəhs açır.  Şübhəsiz, onun 
qeydləri elmi mənbələri  əhatə etməkdən daha çox xalq rəvayətləri və 
məlum "Qarabağnamə"lərə  əsaslanır. Müəllifin  Şuşadakı came 
məscidlərində, Mirsiyab karvansarasında daşlara həkk edilmiş 
kitabələrin bir neçəsinin mətnini öz tarixi qeydlərində verməsi müəyyən 
elmi əhəmiyyətə malikdir. 
Bu kitabda Həsən  İxfa  Əlizadənin "Şuşanın tarixi" əsəri ixtisarla 
verilir. 
  
 
76


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə